Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-607/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanına vintaçan vasitəsilə pəncərəni fiziki güc tətbiq etməklə açaraq daxil olub, orada olan yataq otağından olan rəfin içindən məzənnə ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, 1260 (min iki yüz altmış) manat dəyərində 12 qramlıq, 750 əyarlı, 1 ədəd Alyans qızıl üzüyü, 314 (üç yüz on dörd) manat dəyərində 3,7 qramlıq, 585 əyarlı, üzərində Aliyə yazılmış qızıl sep klon, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 5 qramlıq, 585 əyarlı, üzərində Amaliya sözləri yazılmış qızıl sep klon, 736 (yeddi yüz otuz altı) manat dəyərində 8,66 qramlıq, 585 əyarlı, 1 ədəd qızıl dəst (1 cüt sırğa – klon – üzük), 150 (yüz əlli) manat dəyərində qızıl örtüklü kişi qol saatı, 150 (yüz əlli) manat dəyərində qızıl örtüklü qadın qol saatı, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 2 ədəd ümumi 5 qram olmaqla, 585 əyarlı, tək qaşlı qızıl qadın üzüyü, 510 (beş yüz on) manat dəyərində 3 ədəd ümumi 6 qram olmaqla, 585 əyarlı qaşı naxış ilə olan qadın üzükləri, 800 (səkkiz yüz) manat dəyərində, 5 qramlıq, 750 əyarlı ağ qızıl tək qaşlı briliant üzük, 170 (yüz yetmiş) manat dəyərində, ümummilikdə 2 qram olmaqla, 2 ədəd qızıl xaçlı klon, 510 (beş yüz on) manat dəyərində, ümumilikdə 6 qramlıq, 585 əyarlı qızıl sırğa, 170 (yüz yetmiş) manat dəyərində, 2 qramlıq, 585 əyarlı qızıl kişi üzüyü, 340 (üç yüz qırx) manat dəyərində, 4 qramlıq, 585 əyarlı qızıl qadın üzüyü, 525 (beş yüz iyirmi beş) manat dəyərində 5 qramlıq, 750 əyarlı ağ qızıl qaşları ilə nar formalı klon, 1050 (min əlli) manat dəyərində, 10 qramlıq, 750 əyarlı, 7 ədəd klon ilə pandora qadın qolbağı, 210 (iki yüz on) manat dəyərində, 2 qramlıq, 750 əyarlı pandora tək mirvari qaşlı qızıl üzük, 210 (iki yüz on) manat dəyərində, 2 qramlıq, 750 əyarlı pandora mirvari qaşlı dəst sırğa, 75 (yetmiş beş) manat dəyərində, 15 qramlıq, 925 əyarlı gümüş qolbaq, 100 (yüz) manat dəyərində, ümumi 20 qramlıq, 925 əyarlı 10 ədəd gümüş sep, 60 (altmış) manat dəyərində, 12 qramlıq, 925 əyarlı, 6 ədəd gümüş klon, 1360 (min üç yüz altmış) manat dəyərində, 16 qramlıq, 585 əyarlı qızıl üzüyü oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumillikdə 18050 (on səkkiz min əlli) manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 28, mənzil 1 ünvanına vintaçan vasitəsilə pəncərəni fiziki güc tətbiq etməklə açaraq daxil olub, otaqda olan televizor altının altında Zərərçəkmiş şəxs2 məxsus əl çantasında olan 1300 (min üç yüz) manat dəyərində olan, 15,3 qramlıq, 585 əyarlı, 1 ədəd komplekt qızıl-zinət əşyaları, 578 (beş yüz yetmiş səkkiz) manat dəyərində, 6,8 qramlıq, 585 əyarlı qızıl qadın üzüyü, 60 (altmış) manat dəyərində, 0,7 qramlıq, 585 əyarlı üzərində “N” yazısı olan klon, 85 (səksən beş) manat dəyərində, 1 cüt 1 qramlıq, 585 əyarlı qızıl uşaq sırğası, 425 (dörd yüz iyirmi beş) manat dəyərində, 5 qramlıq, 585 əyarlı qızıl kişi üzüyü, 166 (yüz altmış altı) manat dəyərində 1,95 qramlıq, 585 əyarlı üzərində “Səməndər” sözləri yazılmış qızıl uşaq qolbağı, 500 (beş yüz) manat dəyərində, 4,84 qramlıq, 583 əyarlı briliant qaşlı qızıl qadın üzüyü, 765 (yeddi yüz altmış beş) manat dəyərində, 9 qramlıq, 583 əyarlı 1 cüt qızıl sırğa, 75 (yetmiş beş) manat dəyərində 15 qramlıq, 925 əyarlı 1 ədəd gümüş boyunbağı, 15 (on beş) manat dəyərində 3 qramlıq, 925 əyarlı 1 ədəd gümüş üzüyü oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3969 (üç min doqquz yüz altmış doqquz) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qohumları yaşayır. O hərdən onlara gedib gəlir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında qohumlarının evinə getmişdir. Qeyd olunan tarixdə saat təxminən 09:00 radələrində həmin binanın qarşısında olan zaman görmüş ki, qonşuluqda yaşayan Sergey öz ailəsi ilə harasa gedir. Sergeyin həyat yoldaşının əlində çanta gördükdə hiss etmişdir ki, onlar harasa uzaq bir yerə gedirlər. O da, bu səbəbdən gecə saat 12-yə kimi həmin binanın qarşısında tək oturmuşdur. Onların bu vaxta qədər gəlmədiyini görüb tam əmin olmuşdur ki, onlar həmin günü evə gəlməzlər. xx.xx.2022-ci ildə təxminən saat 01 radələrində onların yaşadığı ev binanın 1-ci mərtəbəsində olduğundan yerdən atverka tapıb həmin atverka ilə Sergeyin yaşadığı evin pəncərəsini atverka ilə fiziki güc göstərərək açmış və evə daxil olmuşdur. Evdə olan yataq otağında olan rəfin içindən 5000 ABŞ dolları, 1 ədəd Alyans qızıl üzüyü, 1 ədəd üzərində Aliyə yazılmış qızıl sep klonu, 1 ədəd üzərində Amaliya sözləri yazılmış qızıl sep klonu, 1 ədəd qızıl dəst klon, 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl örtüklü kişi qol saatı, 1 ədəd qızıl örtüklü qadın qol saatı, 2 ədəd tək qaşlı qızıl qadın üzüyü, 3 ədəd qaşı naxış ilə olan qadın üzükləri, 1 ədəd ağ qızıl tək qaşlı briliant üzük, 2 ədəd qızıl xaçlı klon, bir ədəd qızıl sırğa, 1 ədəd qızıl kişi üzüyü, 1 ədəd qızıl qadın üzüyü, 1 ədəd ağ qızıl qaşları ilə nar formalı klon, 7 ədəd klon ilə pandora qadın qolbağı, 1 ədəd pandora tək mirvari qaşlı qızıl üzük, pandora mirvari qaşlı dəst sırğa, 1 ədəd gümüş qolbağ, 10 ədəd gümüş sep, 6 ədəd gümüş klon, 1 ədəd qızıl üzük götürmüşdür. Oğurladıqdan sonra həmin evdən çıxmış və oğurladığı qızıl-zinət əşyalarını və 5000 ABŞ dollarını əynində olan gödəkcəsinin cibinə qoymuş, daha sonra qeyri rəsmi yaşadığı Nərmin adlı qadının evinə gəlmişdir. Nərminin onun oğurluq etməyindən heç bir məlumatı olmamışdır. Çünki, Nərmin heç vaxtı onun əşyalarına özbaşına əl vurmamışdır. Ertəsi günü o, öz evinə getmişdir, həmin qızıl-zinət əşyalarından bir hissəsini götürüb anası Zərifəyə verərək bildirmiş ki, həmin qızıl-zinət əşyalarını onun üçün satsın. Anası onun həmin qızılları haradan əldə etdiyini soruşduqda, bildirmişdir ki, həmin qızıllar qeyri-rəsmi yaşadığı Nərminə məxsusdur, sadəcə olaraq Nərmin özü azyaşlı uşaqlarını tək qoyub çölə çıxa bilmir, maddi imkanı zəif olduğu üçün ona satmağa vermişdir. Anası da onun sözünə inanmış və anası ilə birlikdə Sumqayıt bazarında qızıl alqı-satqısı ilə məşğul olan şəxslərin yanına gəlmişlər. Həmin bazarda olan zaman o biraz kənarda qalmışdır, anası isə qismən tanıdığı, onun isə sonradan adını bildiyi Elşən adlı şəxsə satmışdır. O da, həmin pulu götürüb anasından ayrılıb Bakı şəhərinə getmişdir. Həmin pulu xərclədikdən sonra Bakı şəhərində qızıl alqı-satqısı ilə məşğul olan mağazalarda digər qızıl-zinət əşyalarını sataraq həmin pulları Bakı şəhərində xərcləmişdir. Onunla qeyri rəsmi yaşayan Nərmin adlı qadının, həmçinin anasının qızılzinət əşylarını və 5000 ABŞ dollarını oğurlamağından heç bir məlumatı olmamışdır. O sadəcə qızılın bir qismini anasına satmaq üçün verəndə anasına yalandan bildirmiş ki, həmin qızıl-zinət əşyaları Nərminə məxsusdur. Həmin oğurluq nəticəsində ona heç kim köməklik etməmiş, həmçinin həmin evdən oğurluq etməyi barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində ünvan 3 ünvanı da, xx.xx.2022-ci il tarixdə müşahidə edərək bilmiş ki, həmin evdə heç kim yoxdur. Çünki həmin evin işiqları sönülü vəziyyətdə olmuşdur. Həmin evdə binanın 1 ci mərtəbəsində yerləşir. Evə atverka ilə pəncərəni açaraq daxil olmuşdur. Həmin evdə də pul və qızıl zinət əşyası axtaran zaman evi dağınıq vəziyyətə salmışdır. Otaqda olan televizorun altında olan əl çantasını açıb baxdıqda, bir neçə qızıl-zinət və gümüş əşyalarını görmüş və oğurlamışdır. Əşyaları oğurladıqdan sonra qeyri rəsmi yaşadığı Nərminin yaşadığı evə getmişdir. Həmin zaman Nərminə yalandan demişdir ki, anasının səhətində problem var və bu səbəbdən anası öz qızıl-zinət əşyalarını ona vermişdir ki, satıb ona pul versin və o, da həkimə getsin. Nərmində onun bu sözünə inanıb ertəsi günü onunla birlikdə Sumqayıt şəhərində yerləşən Sumqayıt mərkəzi univermağında qızıl alqısatqısı ilə məşğul olan mağazalardan birinə gəlmişlər. Nərmin onun əvvəllər məhkum olduğunu bildiyi üçün xahiş etmişdir ki, mağazada həmin qızıl zinət əşyaları ona məxsus olduğunu bildirsin. Nərminə tapşırdığı kimi, qızıl zinət əşyaları satılan mağazada onun satdığı qızıl zinət əşyalarının Nərminə məxsus olmasını bildirmişdir. O, pulu alandan sonra Bakı şəhərinə getmiş və əldə etdiyi pulu Bakı şəhərində xərcləmişdir. Qalan qızıl zinət əşyalarını isə Bakı şəhərində xatırlamadığı qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslərə satıb əldə etdiyi pulu xərcləmişdir. Həmin evdən də oğurluğu tək etmişdir. Ona heç kim köməklik göstərməmişdir. Hal-hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5əsi ilə birlikdə yaşayır. Onun yaşadığı ev binanın birinci mərtəbəsində yerləşir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Şahid1 ilə istirahət etmək məqsədi ilə Qəbələ rayonuna getmişdir. Səhəri günü xx.xx.2022-ci il tarixində həyat yoldaşına onların Mənzil İstismar sahəsinin rəisi Ceyhun Əliyev zəng edərək bildirmişdir ki, onların mənzillərinin giriş qapısı açıq vəziyyətdədir. O da, ailəsi ilə birlikdə dərhal yığışıb yaşadıqları ünvana gəlmişlər. Onlar yolda olan zaman Ceyhun Əliyev artıq baş vermiş hadisə barədə Sumqayıt şəhəri, 1-ci polis bölməsinə məlumat vermişdir. Artıq onlar evə çatan zaman görmüşlər ki, polis əməkdaşları onların evinə gəlib baxış keçirirlər. O evə daxil olan zaman görmüş ki, evin giriş qapısından sağ tərəfdə ikinci otaqda, yataq otağında olan rəfin içindən 5000 ABŞ dolları, 1700 manat dəyərində 12 qramlıq, 750 əyarlı 1 ədəd Alyans qızıl üzüyü, 350 manat dəyərində 3,7 qramlıq, 585 əyarlı, üzərində Aliyə yazılmış qızıl sep klonu, 700 manat dəyərində 5 qramlıq, 585 əyarlı, üzərində Amaliya sözləri yazılmış qızıl sep klonu, 1200 manat dəyərində 8,66 qramlıq, 585 əyarlı, 1 ədəd qızıl dəst (cütü sırğa – üzük – klon), 400 manat dəyərində 5 qramlıq, 585 əyarlı 2 ədəd qızıl sırğa, 150 manat dəyərində qızıl örtüklü kişi qol saatı, 150 manat dəyərində qızıl örtüklü qadın qol saatı, 400 manat dəyərində 2 ədəd ümümi 5 qram olmaqla, 585 əyarlı tək qaşlı qızıl qadın üzüyü, 500 manat dəyərində 3 ədəd ümümi 6 qram olmaqla, 585 əyarlı qaşı naxış ilə olan qadın üzükləri, 800 manat dəyərində, 5 qramlıq, 750 əyarlı ağ qızıl tək qaşlı briliant üzük, 150 manat dəyərində, ümumilikdə 2 qram olmaqla, 2 ədəd, 585 əyarlı qızıl xaçlı klon, 480 manat dəyərində, ümumilikdə 6 qramlıq, 585 əyarlı qızıl sırğa, 180 manat dəyərində, 2 qramlıq, 585 əyarlı qızıl kişi üzüyü, 360 manat dəyərində, 4 qramlıq, 585 əyarlı qızıl qadın üzüyü, 400 manat dəyərində 5 qramlıq, 750 əyarlı ağ qızıl qaşları ilə nar formalı klon, 1700 manat dəyərində, 10 qramlıq, 750 əyarlı, 7 ədəd klon ilə pandora qadın qolbağı, 150 manat dəyərində, 2 qramlıq, 750 əyarlı pandora tək mirvari qaşlı qızıl üzük, 150 manat dəyərində 2 qramlıq, 750 əyarlı pandora mirvari qaşlı dəst sırğa, 850 manat dəyərində, 15 qramlıq, 925 əyarlı gümüş qolbağ, 500 manat dəyərində, ümumi 20 qramlıq, 925 əyarlı 10 ədəd gümüş sep, 200 manat dəyərində,ümumi 12 qramlıq, 925 əyarlı, 6 ədəd gümüş klon, 800 manat dəyərində, 16 qramlıq 585 əyarlı qızıl üzük naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra özünə məxsus İnstaqram sosial şəbəkəsində təsadufi olaraq valeh-1975 profil səhifəsində özünə məxsus oğurlanmış qızıl-zinət əşyalarının bir qismini həmin səhifədə görmüşdür. Səhifədəki şəkillərə baxan zaman məlum olmuşdur ki, həmin profolin sahibi Sumqayıt şəhəri, Gold Qayalı ticarət mərkəzində işləyir. O, da bunu görəndən sonra həmin ticarət mərkəzinə getmişdir. Profildə gördüyü şəxsin yerini tapıb onun işlədiyi yerdə qızıl-zinət əşyalarını alveri ilə məşğul olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Polis əməkdaşı da həmin yerə gəlmişdir. Qızıl-alqı satqısı ilə məşğul olan şəxs bildirmişdir ki, həmin qızıl-ninət əşylarını ona tanışı Elşən adlı şəxs satmışdır. Daha sonra Elşən adlı şəxslə əlaqə saxlayıb onun da həmin qızıl-zinət əşyalarını kimdən aldığını soruşmuşdur. Elşən də Valehə Sumqayıt şəhər sakini qismən tanıdığı Zərifə adlı qadından aldığını bildirmişdir. Zərifə adlı qadına da həmin qızıl-zinət əşyalarını oğlu Cavad adlı şəxs satmaq üçün vermişdir. Bundan sonra ona tam dəqiqliyi ilə məlum olmuş ki, onun yaşadığı evdən qızıl-zinət əşyalarını və 5000 ABŞ dollar pulunu Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Canbulad oğlu oğurlamışdır. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 12-ci mikrorayon, ev 28, mənzil 1-də yaşayır. Onun yaşadığı ev binanın 1-ci mərtəbəsində yerləşir və 1 otaqlıdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvana getmişdir. Bu baradə qonşusu Qızılgül Məmmədovaya da məlumat vermişdir. Ertəsi günü yəni xx.xx.2022-ci il tarixdə qonşusu Qızılgül Məmmədova onun mobil telefonuna zəng çatmadığından onunla bir yerdə olan bacısı X2 zəng edərək onunla əlaqə saxlamış və soruşmuşdur ki, sən evə gəlmisən, o da cavabında bildirmiş ki, evə gəlməmişdir, valideyinlərinin yaşadığı evdədir. Qızılgül Məmmədova isə bildirmiş ki, onun evinin pəncərəsi açıqdır. O da, bacısı Təhminə ilə birlikdə yaşadığı evə gəlmişdir. Evin giriş qapısını açar ilə açıb və evin dağınıq vəziyyətdə olduğunu görmüş və məlum olmuşdur ki, evə naməlum şəxs və ya şəxslər girmişdir. Bundan sonra bacısı Təhminə bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və evə baxış keçirtmişlər. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsini açmaqla evə daxil olmuşlar, otaqda televizor altının altında olan əl çantasında olan ona məxsus 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl boyunbağı və 1 cüt qızıl sırğadan ibarət 585 əyarlı, 15,3 qramlıq çəkidə 2016cı ildə 1500 manata alınmış, 15,3 qramlıq, 585 əyarlı 1 ədəd komplekt qızıl-zinət əşyaları, 1 ədəd, 6,8 qramlıq, 585 əyarlı, 2016-cı ildə 600 manata alınmış qızıl qadın üzüyü, 1 ədəd 0,7 qram çəkidə, 585 əyarlı, 2019-cu ildə 100 manata alınmış üzərində “N” yazısı olan qızıl klon, 1 cüt, 1 qram çəkidə, 585 əyarlı, 2019-cu ildə 80 manata alınmış qızıl uşaq sırğası, 1 ədəd 5 qram çəkidə, 585 əyarlı, 2016-cı ildə 450 manata alınmış qızıl kişi üzüyü, 1 ədəd, 1,95 qram çəkidə, 585 əyarlı, 2017-ci ildə 200 manata alınmış üzərində “Səməndər” sözləri yazılmış qızıl uşaq qolbağı, 1 ədəd, 4,84 qram çəkidə, 583 əyarlı, 2016-ci ildə 500 manata alınmış briliant qaşlı qızıl qadın üzüyü, 1 cüt, 9 qram çəkidə, 583 əyarlı, 500 manata alınmış qızıl sırğa, 100 manat dəyərində 1 ədəd, 15 qramlıq, 925 əyarlı gümüş boyunbağı və 100 manat dəyərində 1 ədəd, 3 qramlıq, 925 əyarlı gümüş üzük oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, onun yaşadığı evdən qızıl-zinət əşyalarını Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Baş vermiş oğurlluq nəticəsində ona 4130 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Şəfa sanatoriyasında fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. O, 2021-ci ilin dekabr ayında cəza çəkmə müəssəsindən çıxmışdır. Oğlu ona həbsdən çıxdıqdan sonra bildirmiş ki, bir xanımla qeyri rəsmi olaraq yaşayır. O da ona etiraz etmişdir. Buna baxmayaraq o onun sözünü eşitməmişdir. xx.xx.2022-ci il tarixdə Cavad ona bir ədəd qızıl komplekt gətirib verib və bildirmiş ki, həmin qızıl onunla birlikdə yaşayan Nərmin adlı qızındır. Maddi ehtyacı olduğu üçün satmaq istəyir. Oğlu ona bildirmiş ki, Nərmin azyaşlı uşağını evdə tək qoya bilmədiyindən həmin qızıl-zinət əşyalarını ona vermişdir. O da, oğlu ilə birlikdə həmin 1 ədəd qızıl komplekti Sumqayıt şəhər bazarında qismən tanıdığı qızıl alqı-satqısı ilə məşğul olan Elşən adlı şəxsə satmışdır. Həmin qızıl alverçisidə ona 860 manat pul vermişdir. O da həmin pulu mağazadan çıxan kimi oğluna vermişdir. Sonra oğlu həmin pulu alıb çıxıb getmişdir. O da öz yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə oğlunu polis əməkdaşları polis idarəsinə aparmışlar. O həmin zaman bilmiş ki, oğlu ilə birlikdə satdığı qızıllar oğlunun qeyri rəsmi yaşadığı Nərmin adlı qadına məxsus deyil, həmin qızıl-zinət əşyalarını oğlu haradansa oğurlamışdır. Polis idarəsdində ona məlum olmuş ki, oğlu ilə birlikdə satdığı qızılı oğlu Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 20, mənzil 3 ünvanından oğurlamış, həmçinin həmin ümvandan bir neçə qızıl-zinət əşyası və 5000 ABŞ dolları, bundan başqa, başqa bir evdən də qızıl-zinət əşyaları oğurlamışdır. Lakin onun oğurluq etməsindən onun məlumatı olmamışdır. Onun Cavadın qeyri rəsmi yaşadığı Nərmin adlı şəxslə də, münasibəti olmamışdır ki, onunla əlaqə saxlayıb həqiqətən həmin qızıl-zinət əşyaları Nərminə məxsus olub-olmamasını soruşsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq "xxxx" MMC-də kompyuter mühəndisi vəzifəsində işləyir. Onun yaşadığı ev binanın birinci mərtəbəsində yerləşir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə istirahət etmək məqsədi ilə Qəbələ rayonuna getmişlər. Səhəri günü xx.xx.2022-ci il tarixində ona onların Mənzil İstismar sahəsinin rəisi Ceyhun Əliyev zəng edərək bildirmiş ki, qapı qonşuları ona məlumat vermişdir ki, onların mənzillərinin giriş qapısı açıq vəziyyətdədir. O da ailəsi ilə birlikdə dərhal yığışıb yaşadıqları ünvana gəlmişlər. Onlar yolda olan zaman Ceyhun Əliyev artıq baş vermiş hadisə barədə Sumqayıt şəhəri, 1-ci polis bölməsinə məlumat vermişdir. Artıq onlar evə çatan zaman görmüşlər ki, polis əməkdaşları onların evə gəlib baxış keçirirlər. O evə daxil olan zaman görmüş ki, evin giriş qapısından sağ tərəfdə ikinci otaqda yataq otağında olan rəfin içindən 5000 ABŞ dolları, 1700 manat dəyərində 12 qramlıq, 750 əyarlı 1 ədəd Alyans qızıl üzüyü, 350 manat dəyərində 3,7 qramlıq, 585 əyarlı, üzərində Aliyə yazılmış qızıl sep klonu, 700 manat dəyərində 5 qramlıq, 585 əyarlı, üzərində Amaliya sözləri yazılmış qızıl sep klonu, 1200 manat dəyərində 10.4 qramlıq, 585 əyarlı, 1 ədəd qızıl dəst (cütü sırğa – üzük – klon), 400 manat dəyərində 5 qramlıq, 585 əyarlı 2 ədəd qızıl sırğa, 150 manat dəyərində qızıl örtüklü kişi qol saatı, 150 manat dəyərində qızıl örtüklü qadın qol saatı, 400 manat dəyərində 2 ədəd ümümi 5 qram olmaqla,585 əyarlı tək qaşlı qızıl qadın üzüyü, 500 manat dəyərində 3 ədəd ümümi 6 qram olmaqla, 585 əyarlı qaşı naxış ilə olan qadın üzükləri, 800 manat dəyərində, 5 qramlıq, 750 əyarlı ağ qızıl tək qaşlı briliant üzük, 150 manat dəyərində, ümumilikdə 2 qram olmaqla, 2 ədəd qızıl xaçlı klon, 480 manat dəyərində, ümumilikdə 6 qramlıq, 585 əyarlı qızıl sırğa, 180 manat dəyərində, 2 qramlıq, 585 əyarlı qızıl kişi üzüyü, 360 manat dəyərində, 4 qramlıq, 585 əyarlı qızıl qadın üzüyü, 400 manat dəyərində 5 qramlıq, 750 əyarlı ağ qızıl qaşları ilə nar formalı klon, 1700 manat dəyərində, 10 qramlıq, 750 əyarlı, 7 ədəd klon ilə pandora qadın qolbağı, 150 manat dəyərində, 2 qramlıq, 750 əyarlı pandora tək mirvari qaşlı qızıl üzük, 150 manat dəyərində 2 qramlıq, 750 əyarlı pandora mirvari qaşlı dəst sırğa, 850 manat dəyərində, 15 qramlıq, 925 əyarlı gümüş qolbağ, 500 manat dəyərində, ümumi 20 qramlıq, 925 əyarlı 10 ədəd gümüş sep, 200 manat dəyərində,ümumi 12 qramlıq, 925 əyarlı, 6 ədəd gümüş klon, 800 manat dəyərində, 10 qramlıq 585 əyarlı qızıl üzük oğurlamışdır. Sonradan məlum olmuşdur ki, onun yaşadığı evdən qızıl-zinət əşyalarını və 5000 ABŞ dolları Sumqayıt şəhər sakini İsmət Cavad Cambulad oğlu oğurlamışdır. Baş vermiş oğurluq nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən 20770 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanması və icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-3057-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, X11 məxsus 12-ci mikrorayon, ev 20, mənzil 3-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan protokol və qəraralardan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə ittiham elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 10 saylı MKS-nin 370 saylı, xx.xx.2022-ci il tarixli “ailə tərkibi haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası-1968-ci il təvəllüdlü X6, anası- 1971-ci il təvəllüdlü Şahid2, bacısı- 1992-ci il təvəllüdlü X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 10 saylı MKS-nin 370 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsala Birliyinin 10 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan kopmleks məhkəmə fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının 6/2809-9/3546 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, təqdim edilmiş 1 ədə sarı rəngli metaldan, üzərində qara rəngli və ağ şəffaf qaşları olan sırğa cütü-üzük-kulon dəsti – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 8,66 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Aparılmış tədqiqat nəticəsində təqdim edilən dəstin orta bazar qiyməti ilə dəyəri təxminən 736,0 amnat müəyyən edilir. Təqdim olunmayan məmulatların nəzəri olaraq orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11183,0 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona həmin məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək üzərində qəti olaraq 03 il 09 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-c maddələri ilə təqsirli bilinib, CM-in 65-cı maddəsinə əsasən qəti olaraq üzərində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-ə edilmiş dəyişiklikə əsasən 177.2.4-cü maddəsi həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilib, Təqsirləndirilən şəxs cəzası 04 il 03 ay müddətinə endirilmiş və 29 iyul 2019-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 02 il 06 aya qədər endirilmişdir. Azərbaycan Rsepublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-103/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-183/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 7 saylı Cəzaçəkmə Müəssisəsinin 212 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və o, 23 oktyabr 2019-cu il tarixdən 01 dekabr 2021-ci il tarixədək cəza müddətini çəkmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 24 mart 2022-ci il tarixdə, saat 14:40 radələrində Təqsirləndirilən şəxs və Şahid3 Sumqayıt şəhəri, mərkəzi univermağında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan Rafiq Vəliyevin mağazasında qızıl-zinət əşyaları görünür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsi, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsi, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilməsi, X13 barəsində Azərbaycan Respublikası CM-nin 193-1-ci və 194.1-ci maddələri ilə cinayət təqibindən imtina edilməsi, X7 barəsində Azərbaycan Respublikası CM-nin 193-1-ci və 194.1-ci maddələri ilə cinayət təqibindən imtina edilməsi, X8 barəsində Azərbaycan Respublikası CM-nin 193-1-ci və 194.1-ci maddələri ilə cinayət təqibindən imtina edilməsi, cinayət işi üzrə şahid X3 istintaqa təqdim etdiyi bir ədəd qızıl komplekti (bir ədəd klon, bir cüt sırğa, bir ədəd üzük) maddi sübut kimi tanınması, cinayət işi yekunlaşdıqdan sonra sahibinə təhvil verilməsi, bundan başqa xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 Sumqayıt şəhəri, mərkəzi univermağında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan Rafiq Vəliyevin mağazasında qızıl-zinət əşyalarını satarkən qeydə alınmış videogörüntü DVD diskə köçürülmüş və həmin DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, iş üzrə 8 noyabr “Zəfər” günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Rsepublikası Milli Məclisinin qərarının 7-ci bəndi əsas götürülməklə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs kimi hesab edilməsi və əməlində cinayətlərin residivi olmaması nəzərə alınamsı qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 19 iyul 2022-ci il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Hal-hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Belə ki, 8 Noyabr – Zəfər Günü mübasibətilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 7-ci bəndinə əsasən “Amnistiya” qərarı əsasında əsas və əlavə cəzanı çəkmədən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və o, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, eyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd qızıl komplekti (bir ədəd klon, bir cüt sırğa, bir ədəd üzük) zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Şahid3 Sumqayıt şəhəri, mərkəzi univermağında yerləşən qızıl alqı-satqısı ilə məşğul olan Rafiq Vəliyevin mağazasında qızıl-zinət əşyalarını satarkən qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-607/2022) qərarını icra edərək, 19 iyul 2022-ci il tarixli, 1044 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qızıl komplekti (bir ədəd klon, bir cüt sırğa, bir ədəd üzük) zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-607/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-607/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver