Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-607/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 6cı məhəllə, 19C-də qeydiyyatda olan və Sumqayıt şəhəri, St. Sumqayıt, ev 33 mənzil 42-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 1,068 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 mart 2023-cü il tarixdə saat 10:10-da Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,068 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, xeyli müddətdir narkotik tərkibli maddələr qəbul edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar dairəsinin yaxınlığında olarkən qarşılaşdığı, ancaq adının “Fuad” olduğunu bildiyi, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə otuz manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonuncu dəfə 17 mart 2023-cü il tarixdə saat 10:10-da Sumqayıt şəhəri, geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PBnə getməli olduğunu bildirmişlər. Bundan sonra etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermiş, polis bölməsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar, orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi də bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuşdur. Buna etirazının oldmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi əynində olan qara rəngli cins şalvarın arxa sağ cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar dairəsinin yaxınlığında olarkən ancaq adının “Fuad” olduğunu bildiyi, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə otuz manat pul verərək, şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroini, bir ədəd paltar düyməsini, əynindəki şalvarın arxa sol cibində saxladığı üzərində 070 *** ** ** saylı mobil nömrə olan “Alcatel” markalı mobil telefonu, qabaq sağ yan cibində saxladığı bir ədəd dırnaqtutanı çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş ona məxsus mobil telefonla birlikdə içəriləri boş zərflərə qablaşdırılmış və üzərində qeydlər aparılmışdır. Üzərindən aşkar edilmiş paltar düyməsi və dırnaq tutan isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilməklə özünə geri qaytarılmışdır. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Atası 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2005ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində isə 2022-ci ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Rüstəm adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Rüstəm adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm adlı şəxsin xx.xx.1990-cı ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində anadan olmuş, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19C-də qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt ev 33 mənzil 42-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 10:10-da Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioner” marketin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müwəkkili Şahid2lə yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirib, raport tərtib etməklə təhfil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə o üzərində narkotik vasitə olduğunu təsdiq edərək, daha sonra xidməti otaqdakı masaya yaxınlaşıb ilk əvvəl əlini əynindəki qara rəngli şalvarın arxa sol cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, daha sonra həmin şalvarın sağ yan cibindən bir ədəd dırnaq tutanı, arxa sağ cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etməklə ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əynindəki şalvarın arxa sağ cibindən əlavə olaraq bir ədəd düymə aşkar edilmiş, ancaq onun üzərindən digər qanunla saxlanmamsı və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, ondan üzərindən aşkar edilmiş maddənin nə olduğunu, haradan nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o həmin bükümün içərisindəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlandırılan ərazidə olarkən şəxsi istifadəsi üçün tanışından 30 manata aldığını və üzərində gəzdirdiyini, təxminən iki ildir narkotik tərkibli maddələrdən yandırıb çəkmə üsulu ilə istifadə etdiyini bildirmişdir. Daha sonra aşkar edilmiş bükümdəki maddə elektron tərəziyə qoyulub çəkildikdə, ümumi çəkisinin 1,15 qram olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dırnaq tutan və digər əşyalar araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs izah edilərək onun özünə geri qaytarılmış, onun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş içərisində qəhvəyi rəngli maddə olan büküm isə qablaşdırılaraq götürülmüş, sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:10-da Sumqayıt şəhəri, 45-ci məhəllə, Pioneer marketin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Emin Ahşov olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi şəxsdən özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra müraciət edilən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı digər mülki geyimli şəxslərədə müraciət edib onlarada özlərini təqdim etmələrini təklif etdiyi, onun təklifindən sonra ilk özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müwəkkili, polis kapitanı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müwəkkili, polis leytenantı Şahid2 olduğunu bildirdikləri, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək onun qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildiyi barədə məlumat verərək Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəsə hüquq və vəzifələrini izah etdiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edərək tanış olmağa başladığı, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqda olan digər şəxsidə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təqdim edib, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 olduğunu bildirdiyi, müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin məlumat verərək video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyini bildirməklə, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsdən üzərində narkotik vasitə və ya digər qanunla saxlanması və ya daşınması qadağan edilmiş digər əşya və ya pridmet varsa təqdim etməsini tələb etdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərində narkotik vasitə olduğunu təsdiq edərək, daha sonra isə xidməti otaqdakı masaya yaxınlaşıb ilk əwəl əlini əynindəki qara rəngli şalvarın arxa sol cibinə salaraq həmin cibindən bir ədəd mobil telefonu, daha sonra həmin şalvarın sağ yan cibindən bir ədəd dırnaq tutam, arxa sağ cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etməklə ardıcıl olaraq xidməti otaqdakı masanın üzərinə qoyduğu, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin Üzərinə şəxsi axtarış keçirildiyi, onun əynindəki şalvarın arxa sağ cibindən əlavə olaraq bir ədəd düymə aşkar edildiyi, başqa digər qanunla saxlanaması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq həmin bükümün içərisindəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni bir gün əwəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlandırılan ərazidə olarkən şəxsi istifadəsi üçün tanışından 30 manata aldığını və üzərində gəzdirdiyini, təxminən iki ildir narkotik tərkibli maddələrdən yandırıb çəkmə üsulu ilə istifadə etdiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aşkar edilmiş dırnaq tutan və digər əşyaların araşdırma üzrə əhəmiyyət kəsmədiyi bildirilərək özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə geri qaytarıldığı, daha sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş büküm elektron tərəziyə qoyulub çəkilən zaman miqdarının 1,15 qram olmasının müəyyən edildiyi, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümdəki maddənin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, daha sonra özünü müdafiəçi kimi təqdim edən şəxs və özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən zərfin üzərində ardıcıl imzalar edildiyi, bundan sonra isə özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin nə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddələrin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanışı Fuad adlı şəxsdən əldə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirdiyi, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə, eləcədə aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara məlumat verdiyi, sonda isə aparılan video çəklişin xəbərdarlıq edilməklə dayandırıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında həmin diskə baxış keçirilmiş və qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1649 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,068 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkənaşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən təmiz çəkisi 1,068 qram olan narkotik vasitə heroinin, tədqiqata ümumi 0,050 qram sərf edildikdən sonra qalıq 1,018 qram çəkisinin qalması nəzərə alınmaqla göstərilən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Məmmdəov Rüstəm Kərəm oğlu barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğundan barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-6215 saylı, xx.xx.2023cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1321 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 02.2018-ci ildən narkomaniya diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 09 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-146769/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-366/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 09 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə 11 ay 18 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2998 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məslhət görülür. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 350 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkənaşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən təmiz çəkisi 1,068 qram olan narkotik vasitə heroinin, tədqiqata ümumi 0,050 qram sərf edildikdən sonra qalıq 1,018 qram çəkisinin qalması nəzərə alınmaqla göstərilən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan 01 bükümdə, 1,068 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində atasının şəhid olması müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyindən Azərbaycan Respublikası CM-nın 18.4.4-cü maddəsinə əsasən bu cinayətin residivi hesab edilmir və onun Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 24 aprel 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkiləri 1,018 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs 17.03 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 366/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay 18 gün müddəti ilə, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla, qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkiləri 1,018 qram narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirlərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-607/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-607/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver