Məhkəmə qərarları › İş №1(060)-608/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-608/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-608/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bağlamada təmiz çəkisi 9,471 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,678 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd dəmir qutuya yerləşdirilmiş 01 (bir) ədədi sellofan bükümdə, 04 (dörd) ədədi siqaret kağızı bükümündə olmaqla ümumilikdə 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram, 0,012 qram, 0,013 qram, 0,012 qram, 0,012 qram olmaqla ümumi təmiz çəkisi 0,231 qram olan ağ rəngli kristallik formada, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin və DYPŞ-niıı YPX-mn əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixdə saat 17:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci məhəllə, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, 11 nömrəli tam orta məktəbin yaxınlığında "Chevrolet Lacette minik" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində hərəkətdə olarkən müşahidəyə götürülərək saxlanılıb həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən 01 (bir) ədəd sellofan bağlamada həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan bükümdə həmin çəkidə narkotik vasitə heroin, həmçinin 01 (bir) ədəd dəmir qutunun içində 01 (bir) ədədi sellofan bükümdə, 04 (bir) ədədi siqaret kağızı bükümündə olmaqla ümumilikdə 05 (beş) ədəd bükümdə həmin çəkidə psixotrop maddə metafetamin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 1985-ci il tarixdə Cəbrayıl şəhərində adadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda Sumqayıt şəhəri, 16-cı məhəllə, 28 saylı uşaq bağçasında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə və psixotrop maddə alüdəçisidir. Ağrılarına görə narkotik vasitələrdən və psixotrop maddədən təxminən bir-iki ildir istifadə edir. Narkotik vasitəni və psixotrop maddəni əksərən Sumqayıt və Bakı şəhərlərində tanımadığı şəxslərdən əklə etmişdir. Belə ki, 26 mart 2023-cü il tarixdə bədənində ağrılar olduğundan Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə və ya psixotrop maddə satmasını istəmiş və həmin şəxsdən 25 (iyirmi beş) manata 06 (altı) ədəd siqaret kağızı bükümündə psixotrop maddə almış, həmin tarixdə, axşam saatlarında aldığı 06 (altı) ədəd siqaret bükümündəki psixotrop maddə metafetaminin 02 (iki) bükümünü istifadə etmişdir. Növbəti gün, yəni 27 mart 2023-cü il tarixdə, səhər saatlarında sözügedən ərazi yaxınlığında olarkən həmin şəxslə yenidən qarşılaşmış və ondan dünən aldığı psixotrop maddənin az miqdarda olduğunu, bu səbəblə də, əgər vardırsa yenidən ondan psixotrop maddə almaq istədiyini demiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 30 (otuz) manat qarşılığında 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metafetamin almış, həmin bükümü digər 04 (dörd) ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamin ilə birlikdə ona məxsus 01 (bir) ədəd dəmir siqaret qutusuna yerləşdirmiş, əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bədənində ağrılar olmadığından həmin zaman üzərində olan psixotrop maddədən istifadə etməmişdir. Həmin tarixdə, təxminən 12-13 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olarkən narkotik vasitələrdən istifadə etdiyini bilib üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan digər şəxslə qarşılaşmışdır. Həmin şəxslə söhbətləşdiyi zaman əksərən psixotrop maddə metafetamindən istifadə etdiyini və metafetamin əldə etməyinə kömək edəcəyi təqdirdə, əldə edəcəyi psixotrop maddə metamfetamindən istifadə etməsi üçün ona pay verə biləcəyini demişdir. Həmin şəxs halhazırda Sumqayıt şəhər ərazisində narkotik vasitə və ya psixotrop maddə satan şəxs bilməsə də, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin mobil nömrəsinin özündə olduğunu və istəyəcəyi təqdirdə onun həmin İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamağına köməklik edə biləcəyini demişdir. O, razılaşdıqdan sonra həmin şəxs mobil telefonu ilə bir nəfərlə "whatsapp" ani mesajlaşma mübadiləsi sistemində əlaqə saxlayıb, daha sonra danışmağı üçün telefonu ona vermiş, telefon əlaqəsi zamanı özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsə üzərində 75 (yetmiş beş) manat pul olduğunu və həmin pul qarşılığında ona psixotrop maddə metafetamin satmasını istəmişdir. Telefon əlaqəsi saxladığı İran İslam Respublikası vətəndaşı halhazırda psixotrop maddə metafetamin olmadığını, lakin 75 (yetmiş beş) manata ona təxminən 10 (on) qrama yaxın çəkidə qurulmuş marixuana və 1,5-2 qram aralığında narkotik vasitə heroin biləcəyini demişdir. O, onunla razılaşmış və daha sonra İran İslam Respublikası vətəndaşı telefonundan istifadə etdiyi şəxsin "vvhaisapp" profilinə bank kart hesabının fotoşəklini göndərmiş, o həmin bank kart hesabına yaxınlıqdakı mağazaların birində 75 (yetmiş beş) manat pul köçürdükdən sonra, 01 (bir) ədəd sellofan bağlama narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroini qoyduğu, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yerin fotoşəklini göndərmişdir. Bundan sonra o taksi ilə ilk əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsinə, oradan Koroğlu metrostansiyası yaxınlığına, oradan isə Sabunçu rayonu, Ramana qəsəbəsi istiqamətində hərəkət edən taksilərdən birinə minib həmin əraziyə çatmış və Ramana qəsəbəsində yerüstü keçidin yaxınlığında yerləşən avtobus dayanacağının arxa tərəfindən 01 (bir) ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroini götürüb, həmin kütlələri psixotrop maddə metafetamin bükümlərini saxladığı əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmağa başlamışdır. Gəldiyi qaydada növbəli şəkildə taksiləri dəyişərək Bakı şəhəri, 20 Yanvar dairəsinə gəlmişdir. Həmin ərazidə Sumqayıt şəhərinə gedən taksilərin olduğu yerə yaxınlaşarkən əvvəllər də taksi kimi ailəvi şəkildə istifadə etdikləri, X1 idarə etdiyi “Chevrolet Lacetti minik” markalı, ağ rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olduğunu görmüşdür. Üzərində narkotik vasitə və psixotrop maddə olduğundan, həyəcanının büruzə verib şübhə yaratmamağından ötrü tanıdığı taksi ilə getmək istəmiş və Fəridə Rüstəmzadə ilə onun idarə etdiyi sözügedən minik avtomobildə ön sərnişin oturacağına əyləşərək Sumqayıt şəhərinə gəlmişdir. Ondan başqa müştəri qismində avtomobilin arxa oturacağında tanımadığı iki nəfər də var imiş və onlar Saray qəsəbəsində avtomobildən düşmüşdülər. Avtomobildə olarkən Fəridə Rüstəmzadənin üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamış, bu barədə aralarında söhbətləşməmişlər. Belə ki, 27 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, 11 nömrəli orta məktəbin yaxınlığında avtomobillə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı tərəfindən avtomobilə saxla işarəsi verilmişdir. Avtomobil saxlanıldıqdan sonra yol polisi əməkdaşı avtomobilə tərəf yaxınlaşdıqda o üzərində narkotik vasitə və psixotrop maddə olması səbəbi ilə həyəcanlı imiş, yol polisi əməkdaşları ilə danışıb, avtomobilin saxlanılması məsələsini qaydasına qoymaqdan ötrü avtomobildən düşüb yol patrul xidməti əməkdaşlarına doğru getdikdə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını və barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkçənin sağ yan cibində 01 (bir) ədəd dəmir qutunun içindəki psixotrop maddə metafetamin bükümlərini, həmçinin narkotik vasitə qurudulmuş marixuana bağlamasını və narkotik vasitə heroin bükümünü özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd dəmir qutu, 01 (bir) ədəd sellofan bağlama və 01 (bir) ədəd sellofan büküm təqdim etmiş, təhqiqatçı tərəfindən 01 (bir) ədəd dəmir qutunun içinə baxıldıqda 04 (dörd) ədəd siqaret kağızı bükümü və 01 (bir) ədəd sellofan büküm aşkar olunmuş, o həmin siqaret kağızı bükümlərinin və sellofan bükümün içində metafetamin olduğunu, həmçinin 01 (bir) ədəd sellofan bağlamaya baxıldıqda o həmin bağlamanın içində qurudulmuş marixuana olduğunu, digər 01 (bir) ədəd sellofan bükümün içində “kakos”, “heroin” olduğunu demişdir. Daha sonra aşkar olunmuş narkotik vasitələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib üzərləri imzalanmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 04 (dörd) ədəd siqaret kağızı bükümündə və 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metafetamin kütlələri, həmçinin 01 (bir) ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin ona məxsusdur, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı iiə məşğul olmamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyуat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması, üzərində narkotik vasitələr gəzdirməsi və 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində "Chevrolet Lacetti minik” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmış, avtomobillə hərəkətdə olduğundan əməliyyat qrupuna Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX bölüyünün əməkdaşları da daxil edilmişdir. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 27 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllə, Polad Həşimov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, 11 nömrəli orta məktəbin yaxınlığında YPX bölüyünün əməkdaşları tərəfindən sözügedən avtomobil saxlanılmış, Təqsirləndirilən şəxs avtomobildən düşdükdə mülki geyimdə olan digər polis əməkdaşları ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Ona barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişdilər. Polis Bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd dəmir qutu, 01 (bir) ədəd sellofan bağlama və 01 (bir) ədəd sellofan büküm təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 (bir) ədəd dəmir qutunun içinə baxıldıqda 04 (dörd) ədəd siqaret kağızı bükümü və 01 (bir) ədəd sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin siqaret kağızı bükümlərinin və sellofan bükümün içində metafetamin olduğunu, həmçinin 01 (bir) ədəd sellofan bağlamaya baxıldıqda Təqsirləndirilən şəxs həmin bağlamanın içində qurudulmuş marixuana olduğunu, digər 01 (bir) ədəd sellofan bükümün içində isə "kakos", “heroin" olduğunu demişdir. Sonra aşkar olunmuş narkotik vasitələr ayrı-ayrılıqda və həmçinin birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdirılaraq möhürlənib üzərləri imzalanmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olsa da, dəqiq olaraq kim və kimlərə satması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni dəqiq olaraq kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektorları-polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin, psixotrop maddə mütamfetamının və qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd dəmir qutu, 01 (bir) ədəd sellofan bağlama və 01 (bir) ədəd sellofan büküm təqdim etmiş, təhqiqatçı tərəfindən 01 (bir) ədəd dəmir qutunun içinə baxıldıqda 04 (dörd) ədəd siqaret kağızı bükümü və 01 (bir) ədəd sellofan büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs dəmir qutunun içərisindən aşkar olunmuş 04 (dörd) ədəd siqaret kağızı bükümlərinin və 01 (bir) ədəd sellofan bükümün içində metafetamin olduğunu, həmçinin 01 (bir) ədəd sellofan bağlamaya baxıldıqda həmin bağlamanın içində qurudulmuş marixuana olduğunu, digər 01 (bir) ədəd sellofan bükümün içində “kakos”, “heroin” olduğunu demiş, şəxsi axtarışın davamında əynindəki gödəkçənin sol yan cibindən 01 (bir) ədəd “Meizu” markalı mobil telefon, əynindəki şalvarın sağ arxa cibindən 01 (bir) ədəd əl dəsmalı aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş psixotrop maddə metafetamin bükümləri ayrı-ayrılıqda və həmçinin birlikdə elektron tərəzidə çəkilmişdir. Təqdim edilmiş siqaret kağızı bükümündə psixotrop maddə metafetamin kütlələrinin ayrıayrılıqda bükümləri ilə birlikdə çəkisi 0,04 qram, 0,03 qram, 0,04 qram, 0,03 qram, birlikdə çəkisi isə 0,13 qram olmuş, 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metafetamin kütləsinin bükümü ilə birlikdə çəkisi 0,25 qram olmuş, aşkar olunmuş 01 (bir) ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananın bükümü ilə çəkisi 10,44 qram olmuş, aşkar olunmuş 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin kütləsinin bükümü ilə birlikdə çəkisinin 1,81 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdirılaraq möhürlənib iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmetin aşkar olunmamış, üzərindən aşkar olunmuş mobil telefonun araşdırma üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüş, əl dəsmalının araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə fizıki-kimyəvi ekspertizasının 28 mart 2023-cü il tarixli, 6/1735 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Əliyev Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” sözləri, soyad və İmzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində 01 bir ədəd bükümdə təmiz çəkisi 1,678 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,182 qram, 0,012 qram, 0,013 qram, 0,012 qram, 0,012 qram ümumi təmiz çəkisi 0,231 qram olan ağ rəngli kristallik formada maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponenet tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 1,678 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,628 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 0,231 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,181 qram. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 28 mart 2023-cü il tarixli, 7/433 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada təmiz çəkisi 9,471 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 9,471 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,02 qram, qalıq - 9,451 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2023-cü il tarixli, 1910 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Upioidləriıı və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-118/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,678 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,628 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,231 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,181 qram psixotrop maddə metamfetamin və ilkin çəkisi 9,471 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 9,451 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X7). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini göstərərək özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən X3 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 1,678 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,628 qram narkotik vasitə heroin, ilkin çəkisi 0,231 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,181 qram psixotrop maddə metamfetamin və ilkin çəkisi 9,471 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 9,451 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 152,00 (bir yüz əlli iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,628 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,181 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 9,451 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 152,00 (bir yüz əlli iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar