Məhkəmə qərarları › İş №1(060)-608/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-608/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-608/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Sarvan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Mehdiabad qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində şöbə müdiri vəzifəsinə təyin etdirə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində 2023-cü ilin may ayının ortalarımda Zərərçəkmiş şəxs2 Sumqayıt şəhərində yerləşən Bulvar ərazisində 40000 manat pulunu ahb özünün şəxsi ehtiyaclarına xərcləyərək ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 40000(qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 04 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən üzlük daşları emalı sexində satıcı işləyən Şahid1 əvvəldən qonşu olmaları və ona özünün rəhbəri olduğu «SLB Construction» inşaat şirkətinin Sumqayıt şəhərində Bulvar ərazisində inşa edilən «Mirvari siti» yaşayış kompleksinin binalarının üzlük daşlarının təmin olunması sifarişini yerinə yetirəcəyi barədə məlumat verərək qulluq mövqeyindən istifadə etməklə yaratdığı etibardan sui- istifadə edib həmin sexdə istehsal edilən üzlük daşlarını alıb istifadə edəcəyi və hər ayın sonunda cari dövrdə alınan üzlük daşlarının dəyərini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə, həmçinin 02 may 2023-cü il tarixdə fevral-mart ayları ərzində qaimələr əsasında Sumqayıt şəhərində qeyd olunan tikinti obyektlərində ona təhvil verilmiş üzlük daşlarının cəmi dəyərindən 7000 manat ödəniş edərək verdiyi vədinə əməl edəcəyinə dair saxta görüntü yaratmaqla aldadaraq 2023-cü ilin mart ayının əvvəllərindən 10 avqust 2023-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhərində Bulvar ərazisində inşa edilən «Mirvari siti» yaşayış kompleksində eyni qaydada təhvil aldığı Zərərçəkmiş şəxs1 məxsus aqlay daşlarının 35.179 manatını ödəməyib, Zərərçəkmiş şəxs1 qızma qulluq mövqeyindən istifadə etməklə təkrarən xeyli miqdarda, yəni 35.179 (otuz beş min yüz yetmiş doqquz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı məhkəməyə şifahi vəsatət verərək təqsirləndirilən şəxsin cinayət işi ilə tanış olunması barədə protokol və digər sənəddə imzanın təqsirləndirilən şəxsə məxsus olmadığı üçün cinayət işinin baxılmasına xitam verilməsini, prokurorluq orqanına qaytarılmasını və müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 dövlət ittihamçısının dedikləri ilə razı olduğunu qeyd edərək cinayət işinin baxılmasına xitam verilməsini, nöqsanların aradan qaldırıması üçün prokurorluq orqanına qaytarılmasını və müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X1 işin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs1 vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, cinayət prosesi iştirakçılarını dinləyərək və iş materiallarına tədqiq edib belə nəticəyə gəlir ki, verilmiş vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi yazılı vəsatət verərək şübhəli şəxsin tutulması protokolu, cinayət işinin yekunlaşması barədə məlumat verilməsi protokolu və cinayət işinin materialları ilə tanış olma protokolundakı imzaların Təqsirləndirilən şəxs aid olub-olmamasının müəyyən edilməsi üçün xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş və Sumqayıt şəhər Məhkəməsinin 1(060)-608/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş məhkəməxətşünaslıq ekspertizasının 4/1374 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(060)-608/2024 nömrəli cinayət işinin 1-ci cildinin 76-77-ci vərəqələrində olan 24.11,2023-cü il tarixli izahatın 1-ci vərəqəsinin üz tərəfində 2 ədəd imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(060)-608/2024 nömrəli cinayət işinin 1-ci cildinin 232-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 235-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs və müdafiəçini cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, ibtidai istintaqı aparan Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində təqsirləndirilən şəxsin əvəzindən kənar şəxs(lər) tərəfindən yuxarıda qeyd olunan sənədlərə imza olunmuşdur. Bununla da məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 284-cü maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir və cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Həmin Məcəllənin 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Həmin Məcəllənin 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normaları pozulduğundan dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli və hazırkı cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulduqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303 və 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı şifahi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi materialları ilə tanış etmə vəzifəsinə dair pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hakim Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar