Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-609/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Xızı rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin İŞ No 19060)-325/2021 nömrəli 09.07.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 ( bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xızı rayonu Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində zibillikdən tapdığı 8 (səkkiz) ədəd 9mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalbrli patronları qanunsuz olaraq üzərində saxlayaraq gəzdirmiş, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində qanunsuz olaraq döyüş sursatı və onun hissələrini saxlamaqda şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldıqdan sonra, polis bölməsində üzərində şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın sağ yan cibindən 8 (səkkiz) ədəd 9 mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18mm kalbrli patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18.06.2021-ci tarixdə, saat 23:12-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək, ondan özünü təqdim etməyi xahiş etdikdə, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğumu bildirdim. Ona Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində və qanunsuz olaraq döyüş sursatı saxlama, daşıma və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşdirməni davam etdirmək və üzərimə şəxsi axtarış keçirtmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhər 1-ci PB-nə dəvət olunmuş və buna etirazı olmadığını bildirmişdir. Bundan sonra onu xidməti avtomobilə əyləşdirib polis əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Bölmədə xidməti otaqların birində vəkili və polis əməkdaşlarının iştirakı ilə üzərimdə qanunsuz saxladığı əşyaları təqdim etməyi bildirilmiş, bundan sonra sağ əli ilə mavi rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 8 ədəd patronu çıxardaraq təqdim etmişdir. Ondan 8 ədəd patronun haradan əldən etdiyimsoruşulduqda o, bunların tapançaya aid patron olduğunu, həmin patronları Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindən yerləşən “Natiq” marketlə üzbəüz məişət tullantıları olan yerdən tapdığını bildirşdir. Bundan sonra ondan həmin 8 ədəd patronu nə vaxt tapdığı və nə üçün polisə təhvil vermədiyi soruşulduqda, o həmin patronları 2020-ci ilin noyabr ayında tapdığını və qorxduğu üçün təhvil vermədiyini bildirmişdir. Patronları 2020-ci ilin noyabr ayında tapmış, dəqiq olaraq ayın neçənci günü olduğu xatırlamır, təxminən saat 17-18 radələri olardı hava təzə qaralmışdı, tapdığı zaman yanında heç kim olmamış və patronların onda olması bərədə hər hansı şəxsin məlumatı olmayıb. Onda bunlardan başqa hər hansı qanunsuz silah ,onun hissələri və patronları yoxdur, tapdığı zaman da patronlar bu qədər olmuşdur. Həmin patronları tapdıqdan sonra öz üzərində gəzdirməyinə səbəb silah və patrona qarşı olan marağı olmuş, lakin, öz yaşadığı evdə ailə üzvlərinin görə biləcəyini düşündüyündən evdə saxlaya bilmədiyi üçün üzərində gəzdirmişdir. O, heç bir yerdən oğurluq etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhər, Corat qəsəbə sakini Xanbaba adlı şəxsin üzərində qanunsuz olaraq döyüş sursatı saxlaması, gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özü, 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 18.06.2021-ci il tarixdə saat 22.30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə getmiş, təxminən saat 23 radələrində Xanbaba adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüş və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, özünü təqdim etməsini bildirmiş. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onun qanunsuz olaraq döyüş sursatı, onu hissələrini saxlama daşıma və gəzdirməkdə və oğurluq törətməkdə şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirmiş onun üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuş həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 8 ədəd tapança patronu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş 8 ədəd patronun tapança patronu olduğunu, üzərindən aşkar olunmuş patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Natiq marketin qarşısında olan zibilxanadan tapdığını, həmin vaxtdan özündə saxladığını, qorxduğu üçün təhvil vermədiyini bildirmişfir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd patron zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon, Natiq marketlə üz-üzə yerləşən zibilxanadan tapdığını və həmin vaxtdan özündə saxladığını bildirmiş və hal-hazırda Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirməsinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər döyüş sursatlarının saxlanılması, daşınması gəzdirilməsi və satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun döyüş sursatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhər, Corat qəsəbə sakini Xanbaba adlı şəxsin üzərində qanunsuz olaraq döyüş sursatı saxlaması, gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özü, 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 18.06.2021-ci il tarixdə saat 22.30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə getmiş, təxminən saat 23 radələrində Xanbaba adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüş və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, özünü təqdim etməsini bildirmiş. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onun qanunsuz olaraq döyüş sursatı, onu hissələrini saxlama daşıma və gəzdirməkdə və oğurluq törətməkdə şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirmiş onun üzərinə 1-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuş həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 8 ədəd tapança patronu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş 8 ədəd patronun tapança patronu olduğunu, üzərindən aşkar olunmuş patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Natiq marketin qarşısında olan zibilxanadan tapdığını, həmin vaxtdan özündə saxladığını, qorxduğu üçün təhvil vermədiyini bildirmişfir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd patron zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon, Natiq marketlə üz-üzə yerləşən zibilxanadan tapdığını və həmin vaxtdan özündə saxladığını bildirmiş və hal-hazırda Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirməsinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər döyüş sursatlarının saxlanılması, daşınması gəzdirilməsi və satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun döyüş sursatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Cinayət işi üzrə şahid qismində ifadə vermiş və ifadəsi məhkəmədə elan olunmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 18.06.2021-ci il tarixdə Sumqayıt şəhər, Corat qəsəbə sakini Xanbaba adlı şəxsin üzərində qanunsuz olaraq döyüş sursatı saxlaması, gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özü, 1-ci PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 18.06.2021-ci il tarixdə saat 22.30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə getmiş, təxminən saat 23 radələrində Xanbaba adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüş və həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, özünü təqdim etməsini bildirmiş. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onun qanunsuz olaraq döyüş sursatı, onu hissələrini saxlama daşıma və gəzdirməkdə və oğurluq törətməkdə şübhəli olduğunu, bu səbəbdən saxlanıldığını bildirmiş onun üzərinə 1-ci PBdə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 1-ci PB-nə gəlmişlər. 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuş həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 8 ədəd tapança patronu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş 8 ədəd patronun tapança patronu olduğunu, üzərindən aşkar olunmuş patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Natiq marketin qarşısında olan zibilxanadan tapdığını, həmin vaxtdan özündə saxladığını, qorxduğu üçün təhvil vermədiyini bildirmişfir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd patron zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayon, Natiq marketlə üz-üzə yerləşən zibilxanadan tapdığını və həmin vaxtdan özündə saxladığını bildirmiş və hal-hazırda Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqəti əks etdirməsinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər döyüş sursatlarının saxlanılması, daşınması gəzdirilməsi və satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun döyüş sursatlarının satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminasliktik Tədqiqatlar İdarəsinin 21.06.2021-ci il tarixli 21/403 R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8 ədəd 04 ədədi keçmiş SSRİ dövlətində 1977-ci, 1985-ci, 1986cı, 04 ədədi isə Rusiya dövlətində 1993-cü ildə zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla Makarov(PM), Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 02.08.2021-ci il tarixli, 3/1277 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet 9mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18mm kalbrli patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 iyun 2021-ci il tarixli qərara əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Elvin Allahquliyev, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi, polis leytenantı Şahid2 , 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Sumqayıt şəhər, 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasovun iştirakı ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, 1-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunduğu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 8 ədəd tapança patronu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş 8 ədəd patronun tapança patronu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayn ərazisində yerləşən “Natiq” marketin qarşısında olan zibilxanadan tapdığını, həmin vaxtdan özündə saxladığını, qorxduğu üçün təhvil vermədiyini bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 8 ədəd patron zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən 08 ədəd tapança patronunun Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi barədə görüntünü əks etdirən diskə Məhkəmə iclasında baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı Elvin Allahquliyev, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi, polis leytenantı Şahid2 , 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Sumqayıt şəhər, 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasovun iştirakı ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov təqdim olunur və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunduğu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən sellofana bükülmüş 08 ədəd tapança patronu aşkar edilir. Təqsirləndirilən şəxs həmin sellofana bükülmüş 08 ədəd patronun tapança patronu olduğunu bildirir. O, üzərindən aşkar olunmuş patronları 2020-ci ilin noyabr ayında Sumqayıt şəhəri, 13-cü mikrorayn ərazisində yerləşən “Natiq” marketin qarşısında olan zibilxanadan tapdığını, həmin vaxtdan özündə saxladığını, qorxduğu üçün təhvil vermədiyini bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 ədəd patron zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 (səkkiz) ədəd 9mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalbrli patronlardan ekspertizadan sonra qalıq qalmış 07 ədəd patron maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarında saxlanılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəmə baxışındadır. Cinayət işinin materiallarına əlavə edilmiş, Sumqayıt şəhər məhkəməsinin İŞ No 19060)-325/2021 nömrəli 09.07.2021-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 ( bir ) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qeyd olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 21 iyun 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmış və istintaq olunması üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. 18 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan 18 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixində saat 23:15-də Sumqayıt şəhəri Corat qəsəbəsi yaşadığı evin yaxınlığından Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müvafiq ekspertiza rəyini vaxtında almaq mümkün olmadığından 19 iyun 2021-ci il tarixdə MSY-dən tutulmadan azad olunmuşdur. 15 iyul 2021-ci il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyindən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən onun barəsində qətimkan tədbiri seçilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1264 saylı arayışdan görünür ki, Muradov Etibar Xanbaba oğlu Corat qəsəbəsi 546 saylı fərdi evdə yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyətibaşçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Muradov Etibar Xanbaba oğlundan yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində CM-nin 229.1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Muradov Etibar Xanbaba oğlunun Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədəe barəsində həbs qətimkan tədbiri seçilməli, törətdiyi digər cinayət əməli ilə bağlı hazırda 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 13 günü ona təyin olunacaq cəza ilə qismən toplanmalı və üzərində cəza müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 18-19 iyun 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyindən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2021-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmiş, iş üzrə maddi sübut kimi tanınmış 8 (səkkiz) ədəd 9 mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalbrli patronlardan ekspertizadan sonra qalıq qalmış 07 ədəd patron Aəzərbaycan Respubllikası DİN-nə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli (iş № 1(060)-609/2021) qərarını icra edərək, 31 avqust 2021-ci il tarixli 1057 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 1 (060)325/2021 saylı hökmü ilə ona təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 13 (on üç) gün hissəsi ona təyin olunmuş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində həsb qətimkan tədbiri seçilsin və hazırda Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmiş, 08 (səkkiz) ədəd 9 mm kalibrli “Makarov” ( “PM”) “PA63”, “P64”, “RK59”, “Ceska ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” ( “APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalbrli patronlardan ekspertizadan sonra qalıq qalmış 07 ədəd patron Aəzərbaycan Respubllikası DİN-nə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-609/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-609/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver