Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-609/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi - ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Ermənistanda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 5qayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 22 radələrində ünvan 5qayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən işlədiyi köşkün yanında Zərərçəkmiş şəxs idarə etdiyi “Daevo gentra” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomaşını köşkün qarşısında saxlamasına görə aralarında baş vermiş narazlıq zamanı Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun sinə nahiyyəsindən qəsdən əli ilə itələyib onu yerə yıxmış, qəsdən yumruqla ənsə nahiyyəsinə bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid sol mil sümüyünün tipik yerinin distalda natamam sınığı, ənsə nahiyyəsinin sol hissəsinin qançırından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Az Ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Məhəbbəti əvvələr tanımamış və onunla heç bir ədavəti olmamışdır. O, ünvan 5qayıt şəhəri,10-cu mikrorayonda yerləşən köşkdə satıcı işləyir. 16 mart 2022-ci il tarixdə, saat 22 radələrində o, işdə olan zaman onun işlədiyi köşkün qabağına Məhəbbət adlı qadın “Daevo Gentra” markalı avtomaşınla gəlmiş və avtomaşını köşkün yolunun üzərində saxlamışdır. O, avtomaşını köşkün yolunun üzərindən çəkməsini xahiş etmişdir. Bu zaman o maşını yenə oradan çəkməyərək avtomaşını ürəyi istəyən yerdə saxlayacağını bildirmişdir. Nəticədə onların arasında sözlə mübahisə düşmüş və daha sonra Məhəbbət onun üzərinə hücum çəkib onun yaxasından tutmuş, o, da onu əli ilə sinəsindən itələmiş və nəticədə Məhəbbət arxası üstə gedərək maşının qapısına çırpılmışdır. Daha sonra onun üzərinə yenidən hücum çəkmək istəmiş, əli ilə onu itələmiş və nəticədə o, yerə yıxılmış və barmağı bədəninin üzərində qalmışdır. Həmin vaxtı xəsarət almışdır. Orada olan taksi sürücüsü Anar və Dəyanət cəld araya girib onu və Məhəbbəti kənara çəkmişdilər. Bundan sonra onun qardaşı Elnur da oraya gəlib onu mağazanın içərisinə salmışdır. Məhəbbətdə oradan çıxıb getmişdir. Hadisə zamanı o, Məhəbbətin onun üzərinə gəldiyini görmüş və onu 2 əli ilə itələmişdir. Nəticədə Məhəbbət arxasında olan maşına çırpılıb yerə yıxılmışdır. Hadisə onun işlədiyi ünvan 5qayıt şəhəri,10-cu mikrorayon ərazisində yerləşən köşkün yanında baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı heç bir əmlaka da ziyan dəyməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Buna görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs 10-cu mikrorayon ərazsində köşkdə satıcı işləyən şəxs kimi tanıyır. Dəfərlərlə ondan tütün məlumatları almışdır. 16 mart 2022-ci il tarixdə, saat 22 radələrində özünə məxsus “Daevo Gentra” markalı **-DP-*** dövlət nömrə nişanlı avtomaşınla ünvan 5qayıt şəhəri,10-cu mikrorayon ərazisində yolun kənarında taksilərin dayandığı yerdə maşını saxlamış və Elçinin işlədiyi köşkdən siqaret almaq istəmişdir. Bu zaman maşından düşəndə Elçin ona maşını həmin yerdə saxlamamağı və oradan çəkməyini istəmişdir. O, ətrafda yer olmadığını görmüş, bu zaman Elçinin qardaşı Elnur öz avtomaşını ilə onun avtomaşınının arxasında saxlamış, həmin vaxtı Elçin onun yanına gələrək onun qolundan tutub kənara çəkib yenə maşını ordan çəkməyini söyləmiş, o, da maşını çəkməyəcəyini bildirən zaman Elçin qəfildən onun sinə nahiyyəsindən iki əli ilə itələmiş, o, zərbənin təsirindən qabaqda olan avtomaşına çırpılaraq yerə yıxılmışdır. Nəticədə, qol nahiyyəsindən xəsarət almışdır. Bundan sonra ayağa durub Elçin üzərinə getmək istəyən zaman yenidən yerə yıxılmışdır. Elçin onu hansı halda yerə yıxması yadında olmamışdır. Yerə yıxılan zaman Elçin onu yumruqla yerdə vurmuşdur. Həmin yumruqlardan biri onun ənsə nahiyyəsinə dəydiyi yadında qalmışdır. Digər yumruq zərbələrinin hansı nahiyyəsinə dəyməsindən xəbəri olmamışdır. Daha sonra orada olan adını bilmədiyi şəxslər Elçini onun yanından götürüb aparmışlar. Daha sonra o, sol qol nahiyyəsində ağrıların olduğunu görmüş və polisə məlumat vermişdir. Hadisə zamanı Elçin onu itələyərək maşına çırpası nəticəsində o, xəsarət almışdır. Hadisə zamanı orada taski fəaliyyəti ilə məşğul olan Anar, Dəyanət, Elçinin qardaşı Elnur olub keçəni görmüşlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlayır. Ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 1991ci il tarixdə ünvan 5qayıt şəhərində anadan olmuş və hal hazırda ünvan 5qayıt şəhəri, Yaşıl dərə bağlar massivində fərdi ünvanda ailəsi ilə birlikdə yaşayır. Məhəbət Məhərrəmovu o, hadisəyə qədər tanımamışdır. Onunla da onun heç bir ədavəti və düşmənçiyi olmamışdır. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır. Onların ünvan 5qayıt şəhəri.10-cu mikrorayon ərazisində icarəyə götürdükləri ərzaq və qeyri-ərzaq məhsullarının satışını həyata keçirən köşkləri var. O, da həmin köşkdə qardaşı Elçinlə növbəli olaraq işləyir. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində o, qardaşı Elçindən növbəni təhvil almaq üçün köşkün yanına gəlmiş, bu zaman onun həmişə saxladığı yerdə sonradan adını bildiyi Məhəbbət adlı şəxsin maşın saxladığını və qardaşı Elçinində onunla sözlə mübahisə etdiyini görmüşdür. Daha sonra onların yanına gəlmişdir. Məhəbbətin qardaşı Elçinin ünvanına söyüş söydüyünü eşitmiş, həmin vaxtı qardaşı Elçin 1 dəfə Məhəbbətin sinə nahiyyəsindən itələmiş və Məhəbbət maşına dəyərək yerə yıxılmışdır. Orada olan taksi sürücüləri Anar, Dəyanət və o, cəld araya girib Elçini kənara çəkmişlər və Məhəbbət maşına oturub oradan getmişdir. Hadisə onların işlətdikləri ünvan 5qayıt şəhəri,10-cu mkr ərazisindəki köşkün ətrafında baş vermiş və mübahisə 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı qardaşı Məhəbbətin sinə nahiyyəsindən yalnız bir dəfə itələmişdi, nəticədə Məhəbbət yerə yıxılmışdır. Elçinin Məhəbbəti vurmasını görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, 1994-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş və hal-hazırda ünvan 5qayıt şəhəri, 10-cu mikrorayon, bina 1 mənzil 104-də ailəsi ilə birlikdə yaşayır. Mercedes E-class markalı **-XL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Mütəmadi olaraq ünvan 5qayıt şəhəri, 10-cu mikrorayonda “Araz” marketin qarşısında dayanıb müştəri gözləyir. Elçini köşkdə satıcı kimi və Məhəbbəti isə taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. Onlarla heç bir ədavəti olmamışdır. 16 mart 2022-ci il tarixdə axşam saatlarında bir nəfər şəxsin avtomobili köşkün qarşısında saxladığını, köşkdə satıcı ilə Elçinin həmin şəxsdən avtomobili kənarda saxlamağını xahiş etdiyini görmüşdür. Həmin şəxsin Elçinə əcəb edib avtomobili orada saxladığını, başqa yerə çəkmədiyini dediyini eşitmişdir. Bununla da həmin şəxslə Elçin arasında münaqişə başlamışdır. Münaqişə zamanı onlar biri-birilərinin sinəsindən tutub dartışdırmağa başlamışlar. Bundan sonra Elçinin qardaşı Elnur da həmin ünvana gəlmişdir. Sonradan adını bildiyi Məhəbbət Elçin və Elnurun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Elçin onu sakitləşdirməyə çalışanda Məhəbət Elçini sinəsindən tutub vurmaqla geriyə itələmişdir. O və digər şəxslər Məhəbbəti sakitləşdirib həmin yerdən uzaqlaşmışlar. Hadisə zamanı Elçin də Məhəbbətin sinə nahiyyəsindən əli ilə itələmiş, nəticədə Məhəbbət maşına dəymiş və qol nahiyyəsindən xəsarət almışdır. Hadisə “Araz” marketin yanında Elçinin işlədiyi köşkün yanında baş vermiş və münaqişə 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı o, Dəyanət, Elçinin qardaşı Elnur orada olmuşlar. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128 və 127.1-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 356 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol əlin İ barmağının şişkinlik və ağrı hesabına hətəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol əlin İ barmağının və əl-daraq sümüyü proyeksiyasının ovuc səthini əhatə edən qançırı, sağ diz oynağının ön səthinin 2 (iki) ədəd sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 353 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol mil sümüyünün tipik yerinin distalda natamam sınığı, ənsə nahiyəsinin sol hissəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan ünvan 5qayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 675 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5qayıt şəhəri, Yeni Yaşayış massivi, məhəllə 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan ünvan 5qayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət prosesində ştirakı müvəqqəti mümkün olmadığından ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd olunması, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından Zərərçəkmiş şəxs Zakir oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barımışdır, ona dəyən ziyan ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175— 177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər: 37.5.1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda; 37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; 37.5.3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 37.5.4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə; 37.5.5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə. Cinayət Prosessual Məcəllənin 39.1.8-ci və 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Göründüyü kimi qanunvericilik CPM-in 37.5-ci maddəsində nəzərdə tutulduğu hallarda prokurorun təşəbbüsü ilə başlaması halı istisna olmaqla məhkəmə baxışı gedişində ictimai ittiham qaydasında baxılan təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsini təqsirləndirilən şəxsin yalnız özünü təqsirli bilərək əməlindən peşman olması ilə aslı etməmiş, zərərçəkmiş şəxsin birbaşa iradəsi ilə əlaqələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, baş vermiş hadisəyə görə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamaqla yanaşı eyni zamanda onlar barışmışlar və təqsirləndirilən şəxs barəsində aparılan cinayət təbiqinə xitam verilməsini zərərçəkmiş şəxs məhkəmədən xahiş edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qrarında göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın cinayət qanununun zərərçəkmiş şəxsin şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş maddələrinə (məsələn CM-in 127, 128, 129.2, 130.2, 133, 134 və s. maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə və yaxud prokurorun təşəbbüsü ilə başlanılmış cinayət işi üzrə CPM-in 37.5-ci maddəsində göstərilən hallardan biri mövcuddursa, təqsirləndirilən şəxsin əməlini cinayət qanununun yuxarıda göstərilən maddələrilə tövsif edib ittiham hökmü çıxara bilər. İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə və əgər CPM-in 37.5-ci maddəsində göstərilən hallar yoxdursa və yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o, CM-in 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş imperativ qaydada cinayət məsuliyyətindən azad edilməni şərtləndirən müvafiq halların mövcudluğu vəziyyətində təqsirləndirilən şəxslə barışdığını bildirirsə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanun tələbi baxımından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmədir. Cinayət işinin materiallarından görünür ki, ünvan 5qayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qızının məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə ünvan 5qayıt şəhər Məhkəməsinin 19 iyul 2022-ci il tarixli (iş № 1(060)-609/2022) qərarını icra edərək, 19 iyul 2022-ci il tarixli 1046 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun “Kapitalbank ASC”-nin 1 saylı ünvan 5qayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ünvan 5qayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq ünvan 5qayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin ünvan 5qayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində ünvan 5qayıt şəhər Məhkəməsi vasitəsi ilə ünvan 5qayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-609/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-609/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver