Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-609/2024 12.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 22 avqust 1993-cü ildə Şabran rayonu, Mollakamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Şabran rayonu, Dəvəçi Ə/D, Mollakamallı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Babadağ küçəsi 128, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd konvalyut kəsiyində üzərində «F/M40» göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı, üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon həbini əldə edib daşıyaraq üzərində saxlamış, 09 aprel 2024-cü il tarixdə saat 19:10 dəqiqədə özünü şübhəli apardığı üçün Sumqayıt ŞPİnin 2-ci PB-nin və PPXT-nun əməkdaşları tərəfindən Sumqayt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd konvalyut kəsiyində üzərində «F/M40» göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı, üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, tutulmamışdan 2 gün əvvəl 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadə üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd metadon həbini 20 manata alıb üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:10 dəqiqədə o, Sumqayt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol Y/M ərazisində olarkən yol ilə gedən polis əməkdaşlarını görüb özünü şübhəli aparmağa başlamış və polis əməkdaşları bunu hiss edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan özünü şübhəli aparmasının səbəblərini soruşmuş və ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. Bundan sonra o, narkotik vasitələrdən istifadə etdiyini və üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PBnə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd metadon həbini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin və digərinin isə metadon həbi olduğunu, onları iki gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd metadon həbini 20 manata alıb üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu, Bakı şəhərində "xxxx" MMC-də sürücü işlədiyiyni və ailəsinin yeganə qazanc gətirəni olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:10 radələrində o, Sumqayıt ŞPİ-nqin PPXT-nun əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol Y/M ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra həmin şəxsdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsdən özünü şübhəli apardığını, ümumiyyətlə nə işlə məşğul olduğunu və narkotik vasitə istifadəçisi olub olmadığını soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və hal-hazırda üzərində psixotrop maddə və dərman həbinin olduğunu etiraf etmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu 2-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirildi. Hətta onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü və 01 ədəd şabalıdı rəngli dərman həbini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu və dərman həbinin nə olduğu soruşduqda o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, dərmanın isə metadon həbi olduğunu bildirmişdir. Həmin bükümə baxarkən içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə və 01 ədəd dərman həbi də elektron tərəzidə çəkildi, daha sonra qablaşdırılaraq, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Post Patrul Xidməti Taborunun polis nəfərləri Şahid3 və Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 aprel 2024-cü il tarixli 3-16- 16/2-6/1971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Təqdim edilmiş bir ədəd konvalyutda kəsiyində üzərində «F/M40» göstəriciyi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı həbdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2024-cü il tarixli 2428 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, 22.8.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədəd konvalyut kəsiyində üzərində «F/M40» göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı, üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon həbini əldə edib daşıyaraq üzərində saxlamış, 09 aprel 2024-cü il tarixdə saat 19:10 dəqiqədə özünü şübhəli apardığı üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin və PPXT-nun əməkdaşları tərəfindən Sumqayt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,855 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd konvalyut kəsiyində üzərində «F/M40» göstəricisi olan 1 ədəd qəhvəyi rəngli dairəvi formalı, üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon həbi aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və işləyərək ailəsinin yeganə qazanc gətirəni olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,805 qram təşkil edən metamfetamin və ½ qalıq hissə metadon həbi qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2024cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Bakı şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,805 qram təşkil edən metamfetamin və ½ qalıq hissə metadon həbi qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 65 (altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-609/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-609/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver