Məhkəmə qərarları › İş №1(060)-61/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-61/2022

20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-61/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı il tarixdə Yardımlı rayonu, Bürzümbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli 1(060)- 490/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1 və 310-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyi üçün 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti təyin edilməklə cəza şərti hesab edilmiş, məhkumluğu olan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olmaqla və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 310cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə “tiktok” adlanan sosial şəbəkədə özünü polis əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra qanunsuz olaraq əldə etdiyi polis mayoru rütbəsi olan polis geyimində olan şəkillərini, eləcə də “getcontact” tətbiqində digər şəxslər tərəfindən ona məxsus mobil nömrənin polis əməkdaşı kimi qeyd edilmiş şəkillərini “Whatsapp” mesajlaşma tətbiqində sonuncuya göndərməklə “7-ci məxfi şöbənin” polis əməkdaşı olduğuna inandırmış, 27.04.2021-ci il tarixdə “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə görüntülü danışarkən Zərərçəkmiş şəxs bədəninin açıq nahiyələrinin müxtəlif görüntülərinin şəklini ondan xəbərsiz çəkərək “Samsung” markalı mobil telefonunun yaddaşına yazmış, 30.04.2021-ci il tarixdə həmin şəkilləri “Whatsapp” mesajlaşma tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs göndərməklə yaxın qohumları arasında yayacağı və onu rüsvay edəcəyi ilə hədələyib həmin şəkilləri yaymaması qarşılığında sonuncudan hədə qorxu ilə 200 manat pul tələb etmiş, həmçinin barəsində hüquq mühafizə orqanlarına şikayət etməməsi və ya şikayət edəcəyi halda şikayətinin nəticəsiz qalacağına inandırmaq üçün özbaşına özünü polis əməkdaşı kimi təqdim edib onun hüquqları və qanuni mənafeyini əhəmiyyətli dərəcədə pozmuş, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmiş, eləcə də özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib zərərçəkmiş şəxsin hüquqlarının və qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1 və 310cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 182.1 və 310-cu maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə “Tik-tok” səhifəsində tanış olmuş, sonuncuya özünü Azərbaycan Respublikası DİN-in 7-ci məxfi bölməsinin əməkdaşı kimi təqdim etmiş, bir müddət “Watsapp” tətbiqi ilə əlaqə saxladıqdan sonra 27 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərində görüş təyin etmiş, həmin gün gecə 00:00 radələrində o, Günayla Sumqayıt şəhərində görüşmüş və dəniz kənarında olan restoranların birində oturub yemək yemişlər. Daha sonra isə idarə etdiyi “Kia Optima” markalı **-HH-*** dövlət qeydiyyat nişanli avtomobillə Günayı Sumqayıt şəhərinin girişindən yola salmaq üçün aparmış, sonuncunu yola salanda Günay ondan 200 manat pul istəmiş, o da inanıb sonuncuya 200 manat borc pul vermiş və Günayı taksi ilə yola salmışdır. Bundan sonra o, Günayla əlaqə saxlamaq istəsə də, Günay onunla görüşmək istəməmiş və münasibətin soyuduğunu gördükdə ondan borc kimi aldığı 200 manatı qaytarmasını istəmişdir. Onun məqsədi Günaya borc verdiyi 200 manatı almaq olmuş, sonuncudan hədə-qorxu yolu ilə hər hansı məbləğdə pul tələb etməmiş, lakin, Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə özünü təqsirli bilmiş və polis paltarı geyinməklə, özünü həm Günaya, həm də ətrafında olan digər şəxslərə polis kimi təqdim etmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 182.1 və 310-cu maddələri ilə ona elan olunmuş ittihamla ifadəsində göstərmişdir ki, o, 22 avqust 1986-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. Hadisələri düzgün dərk edib təsvir etmək qabiliyyətinə malikdir. Subaydır. Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olsa da, ünvan 1 ünvanında Şahid1 ilə qeyri-rəsmi, nikahdan kənar münasibətdə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-in 182.1 və 310-cu maddələri ilə təqsirli bilinmiş və barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 27.11.2019-cu il tarixdə 03 (üç) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, 02 (iki) il şərti sınaq müddəti tətbiq edilmişdir. Belə ki, həmin cinayət işi üzrə X2 özünü X11 işləyən polis əməkdaşı kimi təqdim edərək sonuncunun intim videolarının özündə olmasından istifadə edərək ona hədə-qorxu gəlməklə 5000 (beş min) manat pul tələb etmişdir. Sumqayıt şəhərində yaşadığı Ramilə, habelə həmin ünvanda yaşayan qonşular, o cümlədən Sumqayıt şəhərində onu tanıyan tanış və oranın sakinləri onu polis əməkdaşı kimi tanımışdırlar. Lakin, o, X5 işləməmiş, belə ki, yuxarıda qeyd etdiyi cinayət işi üzrə onda polis mayoru xüsusi rütbəsini daşıyan X9 məxsus forma qaldığından o, həmin formanı geyinmiş və həmin formanı müvafiq yerlərdə geyinərək özünü polis əməkdaşı kimi təqdim etmişdir. O, həmin formanı konkret olaraq tanımadığı Orxan adlı polis əməkdaşından 2018-ci il tarixdə kimyəvi quru təmizləməyə vermək adı ilə almış, daha sonra isə həmin formanı geyinərək forma satılan dükana girib özünü polis əməkdaşı kimi təqdim edib almış, daha sonra isə həmin formanı Orxana qaytarmışdır. Belə ki, o, həmin formanı 2018-ci il tarixdə əldə etmiş, ilk əvvəllər polis kapitanı rütbəsi olsa da, ətrafda olan insanlarda şübhə doğurmasın deyə daha sonra polis mayoru rütbəsi ilə əvəzləmiş, ardınca isə konkret olaraq xatırlamadığı vaxtda yay aylarında həmin formanı geyinib xatırlamadığı Sumqayıt şəhərində yerləşən hərbi mağazadan qısaqol polis formasını da əldə etmişdir. Onun tanış olduğu xanımların hər birinə özünü polis əməkdaşı kimi təqdim etmiş, onların problemlərini guya polis əməkdaşı olduğu üçün həll etmiş, bundan başqa həmin formanı geyinib nüfuzundan istifadə edərək müvafiq restoran və dükanlarda hörmətlə qarşılanıb daha aşağı qiymətə, bəzən də pulsuz olaraq xidmətdən yararlanmışdır. Bundan başqa sosial şəbəkələrdə də üzünü göstərmədən formanın müvafiq hissələrini göstərməklə əksər xanımlara özünü polis əməkdaşı kimi təqdim edərək həmin formanın nüfuzundan istifadə edib onlarla tanış olmuşdur. O, guya onlara qayğı göstərir, habelə onların şəxsi münasibətlərinə daxil olaraq özünü polis əməkdaşı kimi təqdim edib öz istəyinə lazımı qaydada yönləndirib məsələləri həll etmiş və həmin xanımlarla sanki polis kimi qayğı göstərib vəziyyətdən istifadə edərək tanış olmuş, ona məxsus mobil telefonda da onun polis mayoru xüsusi rütbəsini daşıyan videoları vardır ki, həmin videoların çəkilişi zamanı formanı geyinmiş, sosial proqramlarda özünü polis əməkdaşı kimi təqdim etmiş, həmin videoların əksəriyyətində üzünü göstərməmişdir ki, X6 sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırıldığı üçün onu aşkar edər və polis olmadığı aşkar olunaraq ifşa edilmiş olardı. Bu səbəbdən də özünü X6 məxfi əməkdaşı kimi təqdim etmiş, habelə “True caller” və “Get contact” mobil tətbiqlərində öz məsləyini örtmək üçün müxtəlif adlar, məsələn akula 0021, məxfi şöbə, Elvin 7-ci şöbə, polis işçisi və sair yazmışdır ki, nömrəni qeyd edən xanımlar onun həqiqətən polis əməkdaşı olmağına inanmış olsunlar. Hətta bir sıra şəxslərə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, bəzən də Baş Prokurorluğun əməkdaşı, bəzən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Həmin şəkil və video yazılar ona məxsus “iki ədəd Samsung” markalı mobil telefonunda olmuşdur. Həmin telefonların giriş şifrəsi “Sanata”-dır. O, sosial şəbəkələrdə adını və soyadını Elvin Əliyev kimi yazıb göstərmişdir. Zərərçəkmiş şəxs ərizəsi ilə tanış olub bildirmişdir ki, 23 aprel 2021-ci il tarixdə sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin “TikTok” sosial şəbəkəsində “Gunay Babayeva 999” adı ilə qeydiyyatdan keçib onu izləyənlərlə söhbət etdiyini görmüş, bundan sonra o, canlı videogörüntü zamanı “19-cu PŞ-dən salamlar” deyə yazıb, “Məmmədov” və “Əhmədovun” salam bildirdiklərini yazmış, daha sonra isə Günayı polis əməkdaşı olmağına inandırmağının ardınca Gunay Babayevaya şəxsi ismarıc bölməsindən mesajlar yazmağa başlamış və iki gün onunla şəxsi ismarıclar bölməsində yazışdıqdan sonra +**********9 saylı mobil nömrəsini vermiş və yalnız “Whatsapp” mobil tətbiqi ilə danışa biləcəyini demişdir. Beləliklə onunla gündəlik olaraq danışmış, ona DİN-nin 7-ci məxfi bölməsində işlədiyini, habelə polis əməkdaşlarına nəzarət edən yuxarı idarə rəhbərliyində xidmət apardığını demişdir. Bir neçə gündən sora Günayla danışarkən bədəninin örtülü hissələrinin açıq şəkillərini, habelə ayaq nahiyələrinin şəklini çəkib atmasını, daha sonra isə ehtiraslandırıb digər nahiyələrini atmasını xahiş etmiş, Günay isə ona inanıb, onun polis əməkdaşı olmağına əmin olub, etibar edərək, hər hansı bir problemin yaranmayacağına əmin olub ona özünün qismən açıq tərz şəkillərini atmış, habelə öz övladının da şəkillərini Günaydan almışdır ki, necə qayğı bəslədiyinin şahidi olsun. Günaya həm də özünün ciddi fikirdə olduğunu gələcəkdə ailə quracağını bildirmiş, belə ki, Günayın nikahda əvvəllər olub hazırda subay olduğunu özü ilə danışadanışa məlumat almış, sonuncu ondan şəkil istəyəndə isə o, özünün məxfi əməkdaş olduğunu deyib şəkillər yollamamışdır. 27 aprel 2021-ci il tarixdə əvvəlləcədən aralarında olan razılaşmaya əsasən o, taksı sifariş edərək Günayı Sumqayıt şəhərinə dəvət etmiş, orada Günayla görüşmüş, restoranda oturub yemək yemiş, daha sonra isə idarə etdiyi “Kia Optima” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Bakıya qaytaracağını demiş, sonuncu isə onunla razılaşmış, avtomobili bir qədər idarə etdikdən sonra Sumqayıt şəhərində qaranlıq küçələrdə avtomobili saxlayaraq arxa oturacağa keçmiş, Günayın yanında oturub sonuncunun dərdinə sanki şərik kimi görsənəcəyini hiss elətdirmişdir. Günaydan başını sinəsinə qoymasını xahiş etdikdə, etiraz etsə də, o, israr etmiş və başını öz çiyninə qoymuş, bir qədər avtomobildə oturduqdan sonra taksi sifariş edərək Günayı yola salmış, daha sonra isə sonuncu ilə videogörüntü ilə danışmağa başlamış, Günaydan bədənini açıq şəkildə göstərməyini xahiş etmiş, çox isrardan sonra bir sıra bədən nahiyələrini açaraq ona göstərdikdə o, “ekran çəklişi” mobil tətbiqi ilə, yəni “screen shoot”la şəkillərini çəkib telefonunda saxlamışdır. Bir-iki gün keçdikdən sonra Günayın onunla danışmaq istəmədiyini görmüş və əvvəldən məqsədinin pul alması olduğunun alınmayacağından ehtiyat edib sonuncuya hədə gəlməyi planlamışdır. O, hədəqorxu ilə tələb etmə cinayəti ilə təqsirli bilindiyi üçün həmin cinayətin hansı hallarda yarandığını bildiyindən Günaydan açıq şəkildə deyil dolayı yolla pul tələb etməyə başlamış, bundan sonra o, Günaya onunla danışarkən çəkdiyi şəkilləri, habelə ona yolladığı şəkilləri, o cümlədən sonuncu ilə görüşməyini qardaşına və qohumlarına deyəcəyini bildirib, hətta sosial şəbəkədə yayacağını bildirib guya Günaya verdiyi borcu tələb etməyə başlamış, halbuki sonuncu ona pul verməmişdir. O isə danışıqlarda guya Günaya verdiyi və xərclədiyi pulların 200 manat olduğunu deyib verməsini tələb etmiş və verməyəcəyi təqdirdə həmin şəkilləri qohumlarına və sosial şəbəkədə yayacağı ilə hədələməyə başlamış, sonuncu isə onu “blok etsə də” yəni danışıqlarını sosial tətbiqlərdə məhdudlaşdırsa da o, müxtəlif nömrələrdən Günayı təhdid etməyə başlamış, artıq 01 may 2021-ci il tarixdə polis əməkdaşları onu Sumqayıt şəhərində saxlayaraq 19-cu PŞ-yə aparmışlar. O, onlara idarə etdiyi iki ədəd “samsung” markalı mobil telefonunu, bir ədəd “vertu” markalı mobil telefonunu, bir ədəd avtomobil açarı və müvəqqəti yaşadığı mənzilin açarlarını təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Günaydan 200 manat pul tələb etmiş, lakin sonuncu həmin pula dair ona konkret fikir söyləməmiş, o isə Günaydan 200 manat pulun sonuncu üçün böyük məbləğ olmadığını israrla bildirib Günaydan tələb etmiş, verməyəcəyi təqdirdə isə onda olan şəkillərini yaxınlarına və sosialı şəbəkədə yaymağı ilə hədələmişdir. X17 Nazirliyinə məxsus, özündə polis mayoru xüsusi rütbəsini əks etdirən bir ədəd pencək, bir ədəd köynək, bir ədəd şalvar, habelə qısaqol qara rəngli DİO-nın yay forması və şalvar vardır. Bundan başqa idarə etdiyi avtomobildə bir ədəd oyuncaq qandal, bir ədəd üzərində DİN, Polis yazısı olan avtomobil ətri vardır. Bundan başqa digər orqanlara məxsus forma və ya hər hansı bir vəsiqə yoxdur. Lakin telefonlarda adını korrupsiyaya qarşı mübarizə əməkdaşı, habelə MTN əməkdaşı kimi yazmışdır ki, yuxarıda qeyd etdiyi mobil tətbiqlərdə adı hüquq mühafizə orqanı əməkdaşı kimi görünmüş olsun. O, Günayla həm yazışmış, həm də “Whatsapp” proqramı ilə danışmış, həmin ərəfədə Günaydan yaxın qohumları barəsində məlumat almış, belə ki, planlarını öncədən qurur və gələcəkdə Günayı qohumları ilə hədələyəcəyi üçün özü də bilmədən sonuncudan məlumat almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda oğlu, atası, anası və qardaşı ilə birlikdə yaşamışdır. 12 ildir ki, həyat yoldaşından ayrılmışdır. Memar Əcəmi metrostansiyası yaxınlığında “Ok” aksesuar telefon mağazasında satış meneceri işləyir. Həmin mağaza Nəsimi RPİ-nin 19cu PŞ-nin ərazisindədir. O, 23.04.2021-ci il tarixdə “Tiktok” sosial şəbəkəsində “Günay Babayev 999” adı ilə canlı video görüntü açmış, həmin canlı video görüntüyə ayrı-ayrı şəxslər daxil olaraq onu izləmişlər. 23.04.2021-ci il tarixdə canlı görüntü zamanı “ Elvin Əliyev” adlı istifadəçi şərhlər hissəsində ona 19-cu PŞ-dən baxdığı, “Məmmədov” və “Əhmədov”un ona salam dediyi, onu izlədikləri barədə yazmışdır. O da həqiqətən orada işləyən şəxslərin ona “salam” dediyini zənn etmişdir. Həmin şəxs özünün polis olduğunu və bölmədən bir azdan çıxacağını demiş, daha sonra ona həmin proqramda şəxsi hesabda sms yazmışdır. Təxminən 1-2 gün şəxsi hesabda “Elvin Əliyev” adlı istifadəçi ilə smsləşəndən sonra ona mobil nömrəsini vermişdir. Elvin adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə istifadəsində olan +7901 *** ** ** saylı mobil nömrə ilə “Whatsapp” sosial proqramı vasitəsilə sms yazıb, özünü Elvin Əliyev kimi təqdim etmişdir. “Whatsapp” sosial proqramında Elvin ilə həm smsləşmiş, həm də zəng vasitəsilə danışmışlar. Elvin adlı şəxs ilə ancaq proqram vasitəsilə danışmışlar, onunla adi zəng formasında əlaqə saxlamamışdır. Elvin adlı şəxs ilə danışan zaman sonuncu özünün DİNnin 7-ci şöbəsində işləyən polis polkovniki olduğunu, polis əməkdaşlarına nəzarət etdiyini və cənab nazir general polkovnik Vilayət Eyvazovun bacısı oğlu olduğunu bildirmişdir. Söhbət əsnasında o, Elvin adlı şəxsə ailəli olduğunu, 1 övladının olduğunu, ərindən boşandığını, anası, atası və qardaşı ilə birgə yaşadığını və ailədə ona qarşı ciddi nəzarətin olduğunu demiş, həmçinin qardaşı Ramil olduğunu və sonuncunun zərgər olduğunu bildirmişdir. 25.04.2021-ci il tarixdə Elvin adlı şəxs ilə smsləşən zaman Elvin ona oğlunun canına and içdirərək şəkillər atacağını və silməyi tapşırmış, həmin şəkillərdə tapança, qandal, polis emblemləri, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” yazısı olan qırmızı rəngli vəsiqə olmuş, bundan sonra ona “Getcontacs” proqramında başqa şəxslər tərəfindən adının necə yazılmasını göstərən şəkillər atmış, həmin getcontactda “Elvin 7-ci şöbə uçaqsqovunu işdən çıxardan” və.s yazılar yazılmış, bundan əlavə bədənində polis forması olan və baş hissəsi düşməyən şəkillər də atmışdır. O, Elvinin özünün şəklini istəsə də, sonuncu məxfi iş ilə məşğul olduğuna görə şəklini göndərə bilməyəcəyini demiş, ondan fotoşəkil istəmişdir. O da Elvinlə səmimi söhbətinə inanıb ev şəraitində atası Rafiq ilə çəkilmiş öz fotoşəklini, ev şəraitində adi paltarda çəkilmiş öz fotoşəklini və oğlunun fotoşəklini göndərmişdir. Bir ya iki gün sonra evdə olarkən hamamdan gec çıxdığı üçün Elvin onunla sərt danışmış və telefonu niyə götürmədiyini soruşduqda o da hamamda olduğu, təzəcə çıxdığını demiş, lakin Elvin ona inanmayaraq görüntülü zəng eləmiş, o da zəngi qəbul edib evdə olduğunu demiş, görüntülü danışıqları qısa müddət çəkmiş və sadəcə evdə olduğunu göstərmək üçün zəngini qəbul etmiş, Elvin isə üzünü göstərməyərək üzünü göstərməyə icazəsi olmadığını demişdir. Elvin 27.04.2021-ci il tarixdə onu Sumqayıt şəhərinə görüş üçün dəvət etmişdir. Onunla fikrinin ciddi olduğunu bildirmiş, oturub səmimi söhbət edəcəkləri barədə and içmiş, o, Sumqayıtın uzaq olduğunu bildirsə də, onu Sumqayıta getməyə məcbur etmişdir. Elvin işləri ilə əlaqədar Bakıya gələ bilməyəcəyini demiş, o da Elvinin bu təkidindən sonra inanıb söz verdiyi üçün getməli olmuşdur. Elvinin sifariş etdiyi taksi ilə həmin gün gecə saat 00:00 radələrində Sumqayıt şəhərində yerləşən avtovağzalın 2-ci işıqforunda avtomobildən düşmüş, bu vaxt Elvin qara rəngli “Kia Optima” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmiş, sonuncu ilə görüşdükdən sonra dəniz qırağında restorana getmişlər, həmin restoranda olan zamanı Elvin onu qucaqlamaq istəmiş, o narazılıq etdikdən sonra sonuncu yeməyə başlamış, yemək yedikdən sonra o artıq getmək istədiyini bildirmiş, restoranda 20 dəqiqəlik görüşdən sonra Elvinin avtomobilinə əyləşmiş və onu Sumqayıt şəhərinin girişində taksi ilə yola salmaq üçün yola çıxmışlar. Ara küçələrin birinə daxil olduqda Elvin ona “bu ərazidə məni tanıyırlar. İşdə olduğum üçün arxaya keç” demiş, o da arxaya keçmiş, yenidən avtomobili idarə edib qısa müddət sonra saxlamış və arxaya keçib onun yanında əyləşmiş, onu öpmək, qucaqlamaq istəmiş, lakin o, icazə vermədiyindən başını sinəsinə qoymağı demiş, o, Elvinin əl çəkmədiyini görüb taksiyə zəng etməsini, etmədiyi halda özünün zəng edəcəyini və ya gedəcəyini demiş, sonuncu onun əsəbiləşdiyini görüb taksi sifariş etmiş və qarşıya keçib avtomobili idarə etmişdir. Elvinlə görüşən zaman avtomobildə üzərində “DİN”, polis yazıları yazılmış, habelə avtomobildə qandalların olduğunu, bundan başqa formanın asıldığını görüb bir daha əmin olmuşdur ki, Elvin adlı şəxs polis əməkdaşıdır. Taksi gəldikdən sonra onu yola salan zaman sonuncu ona yanağından öpməyini demiş, o da əlacsız qalıb öpmüş və taksi ilə Bakı şəhərinə getmişdir. Bundan sonrakı günlərdə Elvinə münasibətilərinin dost kimi olduğunu bildirmiş, 29.04.2021-ci il tarixdə Elvin ilə danışan zaman sonuncuya onu narahat etməməsini bildirib, bloka atmış, Elvin isə başqa nömrədən zəng edərək telefonu açmağını tələb etmişdir. Artıq 30.04.2021-ci il tarixdə Elvin onunla “whatsapp” proqramı vasitəsilə danışan zaman onun lüt şəkilləri olduğunu bildirmiş və “screen” etdiyi, yəni ekran çəkici proqram vasitəsilə çəkdiyi şəkilləri ona da atmış, həmçinin o, Sumqayıta 27.04.2021-ci il tarixdə, məhz əmisi vəfat edən gün gedib onunla görüşmüş, onunla Sumqayıtda cinsi əlaqədə olduğunu bildirmiş, Elvin onun foto şəkillərini və onunla cinsi əlaqədə olmağı barədə məlumatları sosial proqramlar vasitəsilə yayacağını, qardaşı Ramilin zərgər işlədiyi yerə gedərək ona göstərəcəyini və sosial şəbəkədə qardaşının mobil nömrəsini qeyd edəcəyini bildirmiş, əlində olan fotoşəkilləri və məlumatları yayıb onu rüsvay etməmək üçün 200 manat pul verməyini tələb etmişdir. Elvin pulu tez zamanda verməyi tələb etmiş, hətta kart hesabına pulu atmağı bildirmiş, daha sonra kart lazım olmadığını, necə göndərə bilirsə göndərməsini, 3000 manatlıq telefon gəzdirdiyini və tez 200 manat pulu tapıb göndərməyini bildirmiş, o, Elvinin onun barəsində biabır edən məlumatları yaymaması üçün ona 200 manat pul vermək istəmiş, lakin 200 manat pul versə, Elvinin bir daha şəkillərin onda olmasından istifadə edib pul tələb etməkdə davam edəcəyini düşünmüş, o, qardaşı Ramilin bu barədə öyrənəcəyindən ehtiyat etmiş, şəkillərini yayacağı halda özünü öldürmək barədə düşünmüşdür. Hüquq mühafizə orqanlarına da şikayət edə bilməmiş, çünki Elvin özünü polis əməkdaşlarına nəzarət edən kimi ona tanıtmış, həm də Elvin, əlaqələrinin geniş olduğunu DTX və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təsirini demiş, bundan sonra o, qərara almışdır ki, özünü öldürsün və bu rüsvay və biabırçılıqdan canını qurtarsın. Lakin, son olaraq qərar vermişdir ki, baş verənlər barədə X16 cənab Vilayət Eyvazovun emailinə məktub yazsın. Bundan sonra Nəsimi RPİ-nin 19-cu PŞ-dən dərhal onu çağırıb onunla söhbət edərək tədbirə başlamışlar, əvvəlcə ərizə ilə Elvin barəsində şöbəyə müraciət etmiş, 01 may 2021-ci il tarixdə gecə saatlarında Elvinlə telefonla danışıb gecə saat 02:00 üçün görüş təyin etmiş, sonuncu ona idarədə olduğunu və işi bitdikdə saat 02:00-da görüşə biləcəyini demiş, o da bölmənin əməkdaşları ilə birlikdə Sumqayıt şəhərinin girişinə getmişdir. Orada 1-2 dəqiqə gözlədikdən sonra Elvin qara rəngli “Kia” markalı avtomobillə gəlmiş, avtombildən düşdükdə polis əməkdaşları Elvinə yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində olan şikayət əsasında bölməyə gəlməyi bildirmişlər. Elvin isə qəfil qorxuya düşüb qaçmağa başlamış, bölmənin əməkdaşları, xüsusilə də Seymur adlı əməliyyat müvəkkili tez onun arxasınca qaçmış, Elvin qaçarkən üzü üstə yerə yıxılmış, Seymur, daha sonra isə digər əməkdaşlar onu tutaraq polis bölməsinə gətirmişlər. Bölmədə olarkən ona özünü Elvin Əliyev kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, hər hansı dövlət orqanının əməkdaşı olmadığını öyrənmişdir. O, əlavə olaraq bildirmişdir ki, telefon danışıqları zamanı Elmir ona məxsus şəkilləri paylaşacağını bildirmiş, paylaşmamağı üçün 200 manat tələb etmiş, sonuncunun belə etməsinin səbəbi ondan istifadə edərək, hədə qorxu gələrək pul qazanmaq olmuş, Elmir ona pul verməyəcəyi təqdirdə şəkillərini qardaşı Ramilə, atasına göndərəcəyini bildirmiş, onunla telefonla danışan zaman pul tələb etmiş, lakin səs yazısı və sair vaxtlarda isə yazarkən demişdir ki, guya ona 200 manat verib və həmin pulu tələb edir. O isə Elvinin nə danışdığını, ona nə vaxt 200 manat pul vediyini anlamamış, ondan israrla 200 manat pulu qaytarmağını tələb etmiş, Elmir ona hər hansı vəsiqə təqdim etməmiş, avtomobildə olanda da hər hansı vəsiqə görməmiş, üzərində DİN yazılan vəsiqənin isə şəklini ona atmışdır. Ona məxsus şəkilləri hər hansı şəxsə göndərməmiş və sosial şəbəkələrdə yaymamışdır. Ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanına ailəsilə, yəni azyaşlı övladları 2011-ci il təvəllüdlü X8, 2013-cü il təvəllüdlü X1 ilə birlikdə yaşayır. Sumqayıt şəhərində yerləşən “Skarlet” gözəllik salonunda kiprik qaynağı ustası işləyərək qazanc əldə edir. Təqsirləndirilən şəxs ilə təxminən 08 aydır tanışdır. Belə ki, təxminən 08 ay öncə işlədiyi gözəllik salonunun yaxınlığında Təqsirləndirilən şəxsla tanış olmuş, həmin vaxt Elmir ona özünü Elvin Əliyev kimi təqdim edib və polis əməkdaşı olduğunu bildirmiş, həmin şəxsin əslində Təqsirləndirilən şəxs olmasını onun polis tərəfindən tutulduğu zaman polis idarəsinə səbəbini öyrənmək üçün gələn zaman bilmişdir. Tanış olan zaman Təqsirləndirilən şəxs ona polis mayoru olduğunu və “7-ci idarə” adlanan məxfi idarədə işlədiyini bildirmiş, ilkin olaraq Təqsirləndirilən şəxs ona xoş təəssürat bağışladığından sonuncu ilə tanış olaraq mobil telefon nömrəsini vermiş, bir-neçə gün Təqsirləndirilən şəxs ilə mobil telefonla danışdıqdan sonra onu işdən evə aparmağa gəlmiş, həmin vaxt əynində polis mayoru rütbəsi ilə polis xüsusi geyim forması olmuş, həmin gündən sonra dövlət işçisi olduğu üçün onun Təqsirləndirilən şəxs daha da inamı artmışdır. Tanış olduqdan təxminən 02 ay sonra Təqsirləndirilən şəxs ona yaşadığı evin ipotekada olduğunu, həmin evi kirayə verərək, onunla birlikdə yaşamaq istədiyini, bununla da ona dəstək olmaq istədiyini bildirmiş, o, sonuncu ilə razılaşmış və Elmir də əşyalarını gətirərək onun evinə gəlmiş, birlikdə yaşamağa başladıqları gündən Təqsirləndirilən şəxs hər gün səhər saat 08 radələrində əynində polis xüsusi geyim formasını geyinərək, işə getmiş, sonuncu ilə münasibəti səmimi olmuş, onun övladlarına da xoş münasibət və qayğı göstərmiş, birlikdə yaşadıqları gündən Təqsirləndirilən şəxs ona maddi köməklik etməsə də, ona və övladlarına qarşı olan xoş münasibəti və qayğısı onun xoşuna gəlmişdir. Yaşadığı yerin ətrafında da hər kəs Elvini polis kimi tanmış və hörmət etmiş, bu hal ona çox xoş olmuş, özünü təhlükələrdən kənar hiss etmişdir. 01.05.2021-ci ildə Təqsirləndirilən şəxs evə gəlməmiş və mobil telefon vasitəsi ilə əlaqə saxlaya bilməmişdir. Həmin gün axşam saatlarında sosial şəbəkələrdə xəbərlərə baxan zaman ona məlum olmuşdur ki, 08 aydır Elvin Əliyev kimi tanıdığı və onunla yaşayan şəxs əslində Təqsirləndirilən şəxsdur və polis əməkdaşı deyildir. Həmin xəbəri öyrəndikdən sonra hadisə ilə bağlı ətraflı məlumat almaq üçün Nəsimi Rayon Polis İdarəsinə gəlmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü ətrafda hər kəsə polis əməkdaşı kimi təqdim etsə də, əslində polis əməkdaşı deyilmiş və hazırda başqa bir qadına özünü polis əməkdaşı kimi təqdim edərək, tanış olduqdan sonra onu şantaj edərək pul tələb etdiyi üçün polis tərəfindən saxlanılmışdır. Yaşadıqları ünvan 1 ünvanında yerləşən evə onun və Təqsirləndirilən şəxs razılıq ərizələri əsasında polis tərəfindən keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qanunsuz istifadə etdiyi polis xüsusi geyim forması iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı hədə-qorxu gəlməmiş, lakin uzun müddətdir onu aldadaraq onunla birlikdə yaşamışdır. Əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Sumqayıt şəhəri ərazisində parkda gəzərkən, “Kia Optima” markalı avtomobil arxasınca sürmüşdür. Daha sonra avtomobildən düşüb ona yaxınlaşan şəxs özünü Elvin Əliyev kimi təqdim etmişdir. Bundan sonra onunla münasibət saxlamaq istədiyini deyərək mobil nömrəsini istəmiş, o da Elmirə “Tiktok” sosial şəbəkəsindəki adını vermiş və onu avtomobilində yaşadığı evə gətirmiş, həmin vaxtı Elvin adlı şəxsin əynində polis paltarı olmuş, ona özünü polis kimi təqdim etmiş və hətta maşının arxa oturacağında polis papağı da olmuşdur. Daha sonra “Tiktok” proqramında Elvin Əliyev ilə danışan vaxtı mobil nömrəni vermişdir. Təxminən 5-10 gündən sonra Elvinlə Sumqayıt şəhəri ərazisində görüşmüşlər. Bu vaxt Elmir adlı şəxsin avtomobilində Elmirə həyatını danışmış və “Təzə bəy” hamamında masajist işlədiyini demiş, bundan sonra Elmir adlı şəxs polis əməkdaşlarına nəzarət etdiyini, onun insan alveri ilə məşğul olduğunu və onu insan alveri idarəsinin əməkdaşları ilə məsuliyyətə cəlb etdirəcəyini demiş, onun qorxduğunu görüb hətta üzərinə qışqırmış, bundan sonra Elmir adlı şəxsin barəsində şikayət etməyi planlaşdırmış, daha sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır, həmin şəxs heç bir hüquq mühafizə orqanının əməkdaşı olmamışdır. Lakin, ondan hər hansı məbləğdə pul tələb etməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08.05.2021-ci il tarixli 318/MTBŞ-2021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu “O alfa, beta (1)”-dir. Ekspertizaya təqdim olunmuş xidməti polis geyiminə məxsus uzunqol 02 ədəd köynək, 01 ədəd pencək üzərində tər ifrazı aşkar olundu. Bu tər ifrazının qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. H antigeni (1) qrupu əsasını təşkil edir və bu tər ifrazı O alfa, beta (1) qruplu şəxsə, həmçinin Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş xidməti polis geyiminə məxsus 02 ədəd köynək, 01 pencək üzərində qana, ağız suyuna şübhəli hər hansı bir ləkə və digər əhmiyyət kəsb edən bioloji ləkələr aşkar olunmadı. Təqdim olunmuş xidməti polis geyiminə məxsus uzunqol köynək üzərindən götürülmüş 06 ədəd obyektlər insanın regional (qol) tükləridir. Bu tüklər Təqsirləndirilən şəxs qol tük nümunələri ilə müqayisə olundular. Əsas morfoloji əlamətlərə görə həmin tüklər /tükün rəngi, forması, qabığ maddənin, piqmentin, beyin maddənin xüsusiyyətləri/ öz aralarında və Təqsirləndirilən şəxs qol tük nümünələri ilə oxşarlıq təşkil edirlər və ona məxsus ola bilərlər. Təqdim olunmuş xidməti polis geyiminə məxsus 02 ədəd şalvar tər, 01 ədəd qalstuk üzərində tərə, qana, ağız suyuna şübhəli hər hansı bir ləkə və digər əhmiyyət kəsb edən bioloji ləkələr aşkar olunmadı. Təqdim olunmuş xidməti polis geyiminə məxsus 02 ədəd şalvar, 01 ədəd qısaqol köynək, 01 ədəd qalstuk üzərində tükəbənzər hər hansı bir obyekt aşkar olunmadı. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23.06.2021-ci il tarixli, 1359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikqeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hissəsində göstərilmiş cinayət əməlini törətməzdən əvvəl Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, emosionallıq, eqoizm, özünə qarşı hörmət tələb etmək, şöhrətpərəstlik, tamahkarlıq, mənəvi keyfiyyətlərinin aşağı olması kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun malik olduğu mənfi fərdi-psixi xüsusiyyətlərlə (başqalarının hiss və yaşantılarına qarşı biganəlik, eqoizm, özünə qarşı hörmət tələb etmək, tamahkarlıq, mənəvi keyfiyyətlərinin aşağı və s) şərtləşə bilərdi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.05.2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(060)-185/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay meddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağının paltar dolabından 1 ədəd DİN-ə məxsus və üzərində polis mayoru rütbəsi olan pencək, 1 ədəd üzərində DİN-in polis mayoru və şevronu olan köynək, 1 ədəd DİN-ə məxsus şalvar, 1 ədəd arxa tərəfində polis yazısı yazılmış qara rəngli qısaqol köynək, 1 ədəd DİN-ə məxsus şalvar, 1 ədəd qalstuk aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, istintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs məxsus olan və onun evində saxladığı bir ədəd taxta materialdan olan və kənarlarında 2009-2019 yazıları, üzərində DİN in xüsusi emblemi, yuxarı hissəsində polis kapitanı, aşağı hissəsində isə Elvin Əliyev yazılmış suveniri, bunddan başqa bir ədəd üzərində “Detonics 4.5 Made in china red pig gun” yazıları yazılmış qara rəngli oyuncaq tapançanı təqdim etmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus **-HH- *** dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı, qara rəngli avtomobilə baxış keçirilərkən bir ədəd üzərində “Made in China” yazısı olan oyuncaq qandal, bir ədəd üzərində “DİN və Polis” yazısı olan ətir yayan aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A3” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun əsas menyusuna Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi “sanata” şifrəsi ilə daxil olunduqda əsas ekranda olan mesajlar bölməsinə daxil olduqda “İşverən G” adlı şəxsə 30.04.2021-ci il tarixdə saat 18:22-də “Vüsalənin qardaşının nömrəsin aldım demək pulu vüsalə ilə bir yerdə qazanırsan Vüsalənin qardaşının nömrəsin aldım səbirli ol” saat 18:32-də “Mənim pulumu qaytar aldığın aldatdığın 200 manatımı qaytar ya da teli ver orxana; 18:43-də “Düz Orxan gələnə kimi yığacam o teli qoy özü cavab versin bilsin sən işdən sonra pulla görüşürsən” sözləri yazılmışdır. Mesajlar bölməsində 22.12.2020-ci il tarixdə “Qumral” adlı şəxsə “Ay bala, nə oyun çıxardırsan telə baxdaa, zibilini acda ay şərəfsiz budu qoyduğun hörmət qarşındakına, səhər gələcəm Əhmədli bələdiyyəsinin yanına, ya da anava zəng vuracam .....” sözləri yaılmışdır. Mesajlar bölməsində 24.04.2021-ci il tarixdə “Yerazzz Dost” adlı şəxsə nalayiq ifadələr yazılmışdır. Mesajlar bölməsində 02.04.2021-ci il tarixdə “FHN Bakı” adlı şəxsə “mənim nömrəmi niyə bloka atdın ki, budu mədəniyyətin” sözləri yazılmışdır. Əsas menyuda olan “Whatsapp Business” tətbiqinə daxil olundu. Həmin tətbiq +7 925 455-21-06 mobil nömrəsi vasitəsilə istifadə edilmişdir. Tətbiqdə “İşverən G” adlı şəxslə yazışmalara daxil olundu. “İşverən G” adlı şəxsin mobil telefon nömrəsi ***-***-**-**dür. Həmin səhifədə olan yazışma 30 aprel 2021-ci il tarixdə olmuşdur. Həmin yazışmada “İşverən G” adlı şəxsə “Mən indi bildim sənin həyatında niyə adam yoxdur Çatanı şantaj etmisən qaçıb pisxalogiyanda problem var get Yolun açıq olsun əgər kimsə bu xasiyyətlə səndə ayaq saxlasa Allah mənə lənət etsin” sözləri yazılmış, bundan sonra “İşverən G” adlı şəxsə yarı çılpaq, bədənin müxtəlif nahiyələrinin açıq görüntüsü olan qadın şəkilləri göndərilmişdir. Həmin tətbiqdə “Piterr” adlı şəxslə yazışmalara daxil olduqda həmin yazışmanın 17- 24 aprel 2021-ci il tarixlərdə olduğu müəyyən edildi. “Piterr” adlı şəxs +**********9 saylı mobil nömrədən istifadə etmişdir. “Piterr” adlı şəxsə üzərində və içərisində Dövlət Təhlükəsizlik Xidmətinin adı yazılmış vəsiqə, silah şəkli, ayrı-ayrı vaxtlarda isə müxtəlif qadın şəkilləri göndərilmişdir. Həmin tətbiqdə “nalayiq ifadə” adlı şəxslə yazışmalara daxil olduqda həmin yazışmanın 24 aprel 2021-ci il tarixlərdə olduğu müəyyən edildi. “nalayiq ifadə” adlı şəxs ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. “nalayiq ifadə” adlı şəxsə qadın şəkli göndərilmiş və nalayiq ifadələr yazmış, həmin şəxs isə “.... başqasının işinə burnunu soxma, dünya dərəbəylik deyil....” yazmışdır. Həmin tətbiqdə ***-***-**-** saylı mobil nömrəyə məxsus Watsapp tətbiqinə müxtəlif qadın şəkilləri göndərilmişdir, lakin hər hansı yazışma yoxdur. Həmin tətbiqdə “Sevil Tikk” adlı şəxs “səni polisə verecem meni tehqir etdiyinə görə, get kime ne vermisen onu iste üstüme şer atırsan onun da cavabın polise deyersen, men seni heç realda görmemişem ne pul, sabah polise gedecem” sözləri yazılmış, lakin Təqsirləndirilən şəxs tərəfindən yazılmış bütün mesajlar silinmişdir. Bundan sonra telefonun əsas ekranında olan “Whatsapp” tətbiqinə daxil olduqda vatsap tətbiqinin yenilənməli olduğu bildirildi. Buna görə də mobil telefon internetə qoşuldu və tətbiq yeniləndi. Həmin tətbiq ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə istifadə edilmişdir. Tətbiqdə “İşverən G” adlı şəxslə yazışmalara daxil olundu. “İşverən G” adlı şəxsin mobil telefon nömrəsi ***-***-**-**-dür. Həmin səhifədə olan yazışma 30 aprel 2021ci il tarixdə olmuşdur. Həmin yazışmada “İşverən G” adlı şəxsə yarı çılpaq, bədənin müxtəlif nahiyələrinin görüntüsü olan qadın şəkilləri göndərərək “uğurlar sənə....” yazmış, “İşverən G” adlı şəxs “nalayiq ifadə, Elçek menden” yazmış, “İşverən G” adlı şəxsə “Günay özüm gedəcəm Raminin iş yerisinə Zərgər dostlarında tanıyıram Hər gecə görüntülü danışdığımızı, Evinizdən Sübutla göstərəcəm, Orxanda sənin hərəkətlərini deyəcəm, saatlarla görüntülü danışıb tam sübutla izah edəcəm, qaldı aldadıb pulumu almağına o birbaşa insan alveri sayılır. At bunu da bloka, Deyərsən Ramin yox bu şəkillərdəki mən deyiləm bu lüt uşaq mənim uşaqım deyil, danarsan, Sumqayıta gələndə maşındakı mən deyiləm danarsan” sözləri yazılmışdır. Həmin tətbiqdə “Yerazzz Dost” adlı şəxslə yazışmalara daxil olduqda həmin yazışmanın 24 aprel 2021-ci il tarixdə olduğu müəyyən edildi. “Yerazzz Dost” adlı şəxs ***- ***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Həmin yazışmada “Yerazzz Dost” adlı şəxsə “gözlə sənə göstərəcəm cındırlıq necə olur, anavın nömrəsin alacam indi o günki polisdən Bu da sənin aşkının nömrəsidi, özüm danışacam Fuadla, ....... Sən rast ki qəhbə kimi cındır kimi getdin mən sənə qəhbəliyi övladını məhkəmə səndən əxlaqsız qadın kimi alanda deyəcəm, özüm zəng edəcəm Fuada, məndən inciyən sənin payına cındırdı, indi at bloka tələsmə 1 nol sənin xeyrinə səni bağışlasam mən cındıram....” sözləri yazılmış və 8 ədəd qadın şəkli göndərilmişdir. Həmin tətbiqdə “FHN BAKİ” adlı şəxslə yazışmalara daxil olduqda həmin yazışmanın 02 aprel 2021-ci il tarixdə olduğu müəyyən edildi. “FHN BAKİ” adlı şəxs ***- ***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Həmin yazışmada “FHN BAKİ” adlı şəxsə “Nömrəmi bloka niyə atırsanki budu mədəniyyətin .... indi götürüm telinə zəng edim xoşuna gələcək .... indi xoşuna gəlir səhərə kimi zəng edəcəm yazacam ..... bundan sonra məndən incimə məndə hörmətsilik edəcəm və nəinki yoldaşın hər kəs biləcək .....” sözləri yazılmışdır. Həmin tətbiqdə ***-***-**-** saylı mobil nömrə ilə olan yazışmalara daxil olduqda həmin şəxsə Daxili İşlər Nazirliyinə məxsus vəsiqə, müxtəlif emblemlər, qandal şəkilləri göndərmişdir. Bundan əlavə həmin şəxsə Təqsirləndirilən şəxs üzərində polis kapitanı rütbəsi olan polis geyimi, eləcə də qarşısında xeyli miqdarda 100 və 50 manatlıq əskinazlar, mobil telefonlar olan şəkilləri göndərilmişdir. Həmin tətbiqdə “Qumral” adlı şəxslə yazışmalara daxil olduqda həmin yazışmanın 26-27 dekabr 2020-ci il tarixdə olduğu müəyyən edildi. “Qumral” adlı şəxs ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Həmin yazışmada “Qumral” adlı şəxsə “Salam Nömrə qoymusuz neçiyə görüşürsüz xanım, zəhmət olmasa deyərdiz, ay şərəfsiz teli aç, Bax şərəfsiz ya açıb üzr istəyəcəksən mən silirəm nömrəni hərə öz yoluna yada sənin anavı ağladacam ..... üzr istəməsən salonun müdürü də Ayselin əridə evin yiyəsi də hər kəs bu söhbəti biləcək.......” sözləri yazılmışdır. Telefonun qalereya bölməsinə daxil olduqda çox sayda gənc və orta yaşlı qadın şəkilləri olduğu, onların bir hissəsinin yarı çılpaq, bir hissəsinin isə çılpaq şəkillər olduğu, bundan əlavə Təqsirləndirilən şəxs polis geyimində, polis kapitanı və polis mayotu hərbi rütbələrində şəkilləri olduğu, eləcə də qarşısında xeyli miqdarda 100 manat və 100 dollarlıq əskinazlar, Vertu markalı mobil telefon, tapança, Daxili işlər Nazirliyinə məxsus vəsiqə ilə şəkilləri olduğu müəyyən edilmişdir. İş materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, telefonun əsas menyusuna Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi “sanata” şifrəsi ilə daxil olunduqda əsas ekranda olan qalereya bölməsinə daxil olundu. Həmin bölmədə telefonun öz kamerası ilə çəkilmiş video və şəkillər olan “KAMERA” bölməsinə daxil olduqda DİN-in polis mayoru rütbəsində polis geyimi olan şəxsin özünü kamera ilə çəkdiyi və həmin görüntüdə rütbəsi, qolunun üzərində DİN emblemi, sol qolunda isə “Casio” markalı, qara rəngli qol saatı olduğu görünür və həmin şəxs “yoldayam sükan arxasındayam” deyərək qol saatını ekrana yaxınlaşdırır. Bundan əlavə polis mayoru rütbəsində olan polis geyimi ilə üzü düşməyəcəyək şəkildə çoxsayda şəkilləri vardır. Bundan əlavə 08.02.2021-ci il tarixdə çəkilmiş şəkildə Casio markalı qol saatı, Vertu markalı mobil telefon və üzərində “LB99000999İ” yazılmış 100 dollarlıq əskinazlar vardır. “Qısayollar” bölməsinə daxil olduqda “screen” edilmiş çoxsaylı şəkillər vardır. Həmin şəkillərin bir çoxu videogörüntü zamanı screen edilmiş yarıçılpaq, çılpaq qadın şəkilləridir. Eyni zamanda çox sayda polis forması, polis emblemi, üzərində DİN yazısı olan dəftər və jurnallar vardır. Bundan əlavə şəkillər arasında kişi cinsiyyət orqanını əks etdirən şəkillər də vardır. “Kamera Kart” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs polis geyimində, polis mayoru hərbi rütbəsində özünün çəkdiyi şəkilləri müəyyən edildi. “Photoapp” bölməsinə daxil olduqda 24.04.2021-ci il tarixli şəkildə video görüntülü danışıq zamanı screen edilmiş bir nəfər qadının şəklinin aşağı hisəssində “Valikə çıxıram nömrəm ***-***-**-** FHN-də işləyən Fuad Heydərovun arvadıyam ayrılmışam pula çıxıram Ramanada qalıram” sözləri yazılmışdır. “Whatsapp” bölməsinə daxil olduqda çoxsaylı şəxslərlə şəxsi münasibətlərlə bağlı yazışmalar müəyyən edildi. İş materiallarında olan 17.07.2021-ci il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Şahid1 ona məxsus olan, lakin Təqsirləndirilən şəxs məxsus polis pencəyinin cibindən çıxdığı 29 ədəd 100 manatlıq əşkinazları rayon prokurorluğuna təhvil verilmişdir. İş materiallarında olan Nefçala rayon Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin hökmündən və DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli 1(060)-490/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1 və 310-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyi üçün 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti təyin edilməklə cəza şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.06.2002-ci il tarixli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilmiəsi təcrübəsi haqqında qararında görünür ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Nəzərə alınmalıdır ki, CM-nin 18.4-cü maddəsinə müvafiq olaraq törədilmiş cinayətin residiv hesab edilməsi məsələsi həll edilərkən ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə və şəxsin 18 yaşına çatanadək törətdiyi cinayətə görə məhkumluqları nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunsa da, ona Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti təyin edilməklə cəza şərti hesab edilmiş və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyi üçün azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs digər hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 310-cu maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayt Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01.05.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman götürülmüş 01 ədəd DİN-ə məxsus və üzərində polis mayoru rütbəsi olan pencək, 01 ədəd üzərində DİN-in polis mayoru və şevronu olan köynək, 01 ədəd DİN-ə məxsus şalvar, 01 ədəd arxa tərəfində polis yazısı yazılmış qara rəngli qısaqol köynək, 01 ədəd DİN-ə məxsus şalvar, 01 ədəd qalstuk, Təqsirləndirilən şəxs məxsus “Kia Optima” markalı 99HH264 d.q.n-lı avtombildən götürülmüş 01 ədəd üzərində “Made in China” yazısı olan oyuncaq qandal, 01 ədəd üzərində “DİN və Polis” yazısı olan ətir yayan, Şahid1 təqdim etdiyi 01 ədəd taxta materialdan olan və kənarlarında 2009-2019 yazıları, üzərində DİN in xüsusi emblemi, yuxarı hissəsində polis kapitanı, aşağı hissəsində isə Elvin Əliyev yazılmış suvenir, 01 ədəd üzərində “Detonics 4.5 Made in china red pig gun” yazıları yazılmış qara rəngli oyuncaq tapança və Təqsirləndirilən şəxs qan, ağız suyu və tük nümunələrinin olduğu 01 ədəd bağlama məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A3” markalı, 01 ədəd “Samsung Galaxy A5” markalı, 01 ədəd “Vertu” markalı mobil telefonlar və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı DİN-ə məxsus pencəyin cibindən aşkar edilmiş 2900 manat pul Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı evə və avtomobilinə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu 02 ədəd CD disk cinayət işi materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 27.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman götürülmüş 01 ədəd DİN-ə məxsus və üzərində polis mayoru rütbəsi olan pencək, 01 ədəd üzərində DİN-in polis mayoru və şevronu olan köynək, 01 ədəd DİN-ə məxsus şalvar, 01 ədəd arxa tərəfində polis yazısı yazılmış qara rəngli qısaqol köynək, 01 ədəd DİN-ə məxsus şalvar, 01 ədəd qalstuk, Təqsirləndirilən şəxs məxsus “Kia Optima” markalı **-HH- *** d.q.n-lı avtombildən götürülmüş 01 ədəd üzərində “Made in China” yazısı olan oyuncaq qandal, 01 ədəd üzərində “DİN və Polis” yazısı olan ətir yayan, Şahid1 təqdim etdiyi 01 ədəd taxta materialdan olan və kənarlarında 2009-2019 yazıları, üzərində DİN-nin xüsusi emblemi, yuxarı hissəsində polis kapitanı, aşağı hissəsində isə Elvin Əliyev yazılmış suvenir, 01 ədəd üzərində “Detonics 4.5 Made in china red pig gun” yazıları yazılmış qara rəngli oyuncaq tapança və Təqsirləndirilən şəxs qan, ağız suyu və tük nümunələrinin olduğu 01 ədəd bağlama məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A3” markalı, 01 ədəd “Samsung Galaxy A5” markalı, 01 ədəd “Vertu” markalı mobil telefonlar və Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı DİN-ə məxsus pencəyin cibindən aşkar edilmiş 2900 manat pul Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs yaşadığı evə və avtomobilinə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu 02 ədəd CD disk cinayət işi materiallarına əlavə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar