Məhkəmə qərarları › İş №1(060)-61/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-61/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-61/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 19C, məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri 42-ci məhəllə, yataqxana 2, otaq 18-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 16 iyun 2022-ci il tarixdə saat 23:20 radələrində, Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi, 5-ci mikrorayon ərazisində yerləşən ev 32/6-nın arxasında yerləşən “Maksimus” marketin yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşıb, 16 (on altı) manat pulu sonuncunun əlindən dartıb alaraq, hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus 16 manat pulu açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat 23:20 radələrində Sumqayıt şəhəri, 6-ci mikrorayon ərazisində “Dörd qardaş” restoranının arxasında olan kafedə bir qədər spirtli içki qəbul edib üzü Sumqayıt şəhəri 5-ci mkr ərazisinə tərəf gedərkən, Sumqayıt şəhəri 5-ci mkr ərazisində, ev 32/6-nın arxasında yerləşən “Maksimus” marketin yaxınlığında təxminən 15-16 yaşlarında olan 1 nəfər cavan oğlanın getdiyini və əlində manatlıq pullar olduğunu görüb həmin şəxsə yaxınlaşaraq ona 1 manat pul verməsini istəmiş, həmin şəxs ona pul verməkdən imtina etdikdə o, həmin şəxsin əlində olan bütün pulları əlindən dartıb almış və dərhal oradan qaçıb uzaqlaşmışdır. Sonra həmin şəxsin əlindən aldığı puldan 5 (beş) manatını xərcləyərək özü üçün dönər və ayran almışdır. Hadisədən biraz keçdikdən sonra o, üzü Azpetrol istiqamətində getdiyi zaman, bir qədər öncə əlindən pullarını alıb qaçdığı həmin şəxsin, yanında başqa bir tanımadığı şəxslə birlikdə onun arxasınca getdiklərini görmüş və belə olan halda o, qaçmağa başlamışdır. Yolu keçib Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən Kimyaçılar mədəniyyət sarayının yaxınlığındakı “Zəfəran” restoranının yanına çatdıqda onun arxasınca gedən həmin şəxslər onu tutub saxlamış və getməsinə imkan verməmişlər. Həmin ərəfədə ərazidə xidmətdə olan polis əməkdaşları onlara yaxınlaşaraq onu və həmin uşağı aidiyyatı üzrə polis bölməsinə aparmışlar. Bundan sonra ona məlum olmuşdur ki, əlindən pulunu alıb qaçdığı şəxs Zərərçəkmiş şəxsdur. Polis bölməsində o, Hüseynbalanın əlindən dartıb aldığı 16 manat puldan qalan 11 manat pulu polisə təqdim etmişdir. Hadisə baş verən zaman əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmamış, 16 manat pulu Hüseynbalanın əlindən dartıb almaqla açıq talayarkən heç bir silah və ya silah qismində əşyadan istifadə etməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə saat 23:20 radələrində Sumqayıt şəhəri, Z.Haciyev küçəsi, 5-ci mkr ərazisində, ev 32/6-nm arxasında yerləşən “Maksimus” marketdən satıcıya 20 manatlıq əskinas verib 1 qutu siqaret almış və satıcının ona qaytardığı qalıq 16 manat pulu əlində tutaraq, yaxınlıqda yerləşən və dostu Eminin işlədiyi “Halal süfrə” kafesinə gedərkən yolda qaranlıq yerdə 1 nəfər tanımadığı şəxsin onun arxasınca getdiyini görüb sürətini artırmaq istədiyi zaman həmin şəxs onu çağırmış və o, həmin şəxsə tərəf dönüb baxdıqda həmin şəxs ona yaxınlaşıb əlində tutduğu 16 manat pulu həmin şəxsə verməsini istəmiş, o, etiraz etdikdə isə həmin şəxs 16 manat pulunu onun əlindən dartıb almış və qaçıb getmişdir. O, həmin şəxsin arxasınca 6-cı mkr ərazisinə tərəfə getsə də, gözdən itirmişdir. Bundan sonra o, Sumqayıt şəhəri 5-ci mkr ərazisindəki “Halal süfrə” kafesinə qayıdaraq baş verənləri dostu Eminə və kafenin müdiri kimi tanıdığı şəxsə danışaraq sözügedən şəxslərlə birlikdə hadisə baş verən yerə getmiş və yaxın ətrafda onun əlindən pulunu alıb qaçan şəxsi axtarmağa başlamışlar. O, həmin şəxsin Azpetrol YDM-nə tərəf getdiyini gördükdə həmin şəxsi tanımış və onlar həmin şəxsə tərəf getdikdə sonuncu, onları görüb qaçmağa başlamışdır. Onlar şəxsin arxasınca qaçaraq 44-cü məhəllə ərazisində yerləşən Kimyaçılar mədəniyyət sarayının qarşısındakı “Zəfəran” restoranının yaxınlığında həmin şəxsi tutub saxlamışlar. Bu zaman ərazidə xitmətdə olan polis əməkdaşları onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda o, olanları polis əməkdaşlarına danışmış və bundan sonra polis əməkdaşları onu və eləcə də, ona qarşı soyğunçuluq edən həmin şəxsi polis bölməsinə aparmışlar. O, polis bölməsində, ona qarşı soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, marketdən çıxdıqdan sonra əlində 1 ədəd 5 manatlıq və 11 ədəd 1 manatlıq olmaqla 16 manat pul olmuş, Təqsirləndirilən şəxs həmin 16 manat pulu onun əlindən zorla dartıb alaraq qaçmış, pulunu alıb qaçarkən Anarın əlində heç bir bıçaq və ya hər hansı bir əşya görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ziyan vurduğu hissə ilə bağlı dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri əzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində “9186” çağrışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Şahid3 və manqa komandiri, polis baş serjantı Şahid4lə birlikdə Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində xidmətdə olan zaman bir neçə şəxsin Sumqayıt şəhəri 5-ci mikrorayon istiqamətində qaçdığını və 5-ci mikrorayona yaxın olan 44-cü məhəllə ərazisində yerləşən “Zəfəran” kafesinin yaxınlığında dayandıqlarını görüb, dərhal həmin yerə yaxınlaşmış və orada 3 nəfər şəxsin qaçıb uzaqlaşmaq istəyən digər bir şəxsi tutub saxladıqlarının şahidi olmuşlar. Həmin şəxslərdən biri, yəni Zərərçəkmiş şəxs, qaçmağa çalışdığı üçün tutub saxladıqları şəxsi, yəni Təqsirləndirilən şəxs onlara göstərərək sonuncunun az öncə Hüseynbalanın əlindən 16 manat pulunu dartıb alaraq qaçdığını bildirmişdir. Onlar portal vasitəsi ilə hər iki şəxsin şəxsiyyətini müəyyən etmiş və həmin şəxsləri inzibati ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİnin 3-cü PB-nə aparıb raportla məruzə edərək bölməyə təhvil vermişlər. Məkəmə iclasında şahidlər Şahid3 və Şahid4 ifadələrində Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təqsdiq etdilər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirirmişdir ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən, tanışı Quliyev Xəyala məxsus kafedə ofisiant işləyir, xx.xx.2022-ci il tarixdə gecə saat 23:30 radələrində, əvvəllər də, onun işlədiyi kafeyə tez-tez gəlb-gedən tanışı Zərərçəkmiş şəxs kafeyə gələrək az öncə Sumqayıt şəhəri, Z.Haciyev küçəsi, 5-ci mkr ərazisində, ev 32/6-nm arxasında yerləşən “Maksimus” marketdən satıcıya 20 manatlıq əskinas verib 1 qutu siqaret alıb, satıcının qaytardığı qalıq 16 manat pulu əlində tutaraq, onun işlədiyi kafeyə gedərkən, yolda 1 nəfər tanımadığı şəxsin Hüseynbalaya yaxınlaşıb öncə Hüseynbalanın əlində tutduğu 16 manat pulu həmin şəxsə verməsini tələb etdiyini, Hüseynbala etiraz etdikdə isə həmin şəxsin 16 manat pulu Hüseynbalanın əlindən dartıb alaraq qaçıb getdiyini ona və həmin vaxt onun yanında olan kafenin müdiri Xəyala bildirmişdir. O, Hüseynbala və Xəyalla birlikdə hadisə baş verən yerə getmiş və yaxın ətrafda Hüseynbalanın əlindən pulunu alıb qaçan şəxsi axtarmağa başlamışlar. Hüseynbala həmin şəxsin Azpetrol YDM-nə tərəf getdiyini gördükdə onu tanımış və onlar həmin şəxsə tərəf getdikdə şəxs onları görüb qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxasınca qaçaraq 44-cü məhəllə ərazisində yerləşən Kimyaçılar mədəniyyət sarayının qarşısındakı “Zəfəran” restoranının yaxınlığında şəxsi tutub saxlamışlar. Həmin ərəfədə ərazidə xitmət aparan polis əməkdaşları onlara yaxınlaşıb nə baş verdiyini soruşduqda Hüseynbala olanları polis əməkdaşlarına danışmışdır. Bundan sonra polis əməkdaşları Hüseynbalanı və eləcə də, Hüseynbalaya qarşı soyğunçuluq edən həmin şəxsi polis bölməsinə aparmışlar. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış Zərərçəkmiş şəxs əlindən pulunun açıq talan edilməsi faktı əsasında keçirilmişdir. Hadisə yeri Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6-nın yaxınlığıdır. Hadisə yeri avtomobil yolunun kənar torpaq hissədə şam ağacları vardır. Şam ağaclarının ətrafında avtomobillərin dayanması müşahidə olunur. Hadisə yerinin yaxınlığında market və kafe müşahidə olunur. Baxışda iştirak edən X2 əlilə ev 32/6-nın yaxınlığında ağaclıq ərazidən keçən yolu göstərərək hadisənin orada baş verməsini bildirmiş və tanımadığı şəxsin həmin yerdən əlindən pulun alıb qaçdığını bildirmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının tibbi müayinəsinin” A/852 saylı, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:20-də orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan “Əşya və sənədin təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 16 manat 1 manatlıq, A30842874, B33706441, B60097259, B36740767, A06979398, F34212985, B57487445, B05498422, F27836746, F99473869, F85506138 seriya nömrəli əskinasları cibindən çıxardaraq təqdim etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20-də ünvan 1 ünvanında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, Zərərçəkmiş şəxs məxsus, 1 manatlıq əskinaslarla olan ümumilikdə 11 manat pul cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya aktına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə məhkum edildiyi 400 manat məbləğində cərimə cəzasından azad olunmuşdur. Bundan başqa o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmuş, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində olduğundan həmin cəza dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, 66.3, 180.2.1, 180.2.2, 180.2.4, 66.2-ci maddələri ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 66.5ci maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 181.1-ci maddələrinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş, Zərərçəkmiş şəxs məxsus, 1 manatlıq əskinaslarla olan ümumilikdə 11 manat pul cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 69.3-cü maddə tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələri tətbiq edilməklə hazırki hökmlə təyin edilmiş cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 1(060)-751 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hökm xx.xx.2023-cü ildə qanuni qüvvəyə minmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 06 oktyabr 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş, Zərərçəkmiş şəxs məxsus, 1 manatlıq əskinaslarla olan ümumilikdə 11 manat pul Zərərçəkmiş şəxs qaytarılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə tutulmuş, 19 iyun 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, X3 tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 1(004)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus, 1 manatlıq əskinaslarla olan, ümumilikdə 11 manat pul Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar