Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-61/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında xx xxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 3nda qeydiyyatda olmaqla ünvan 1, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə şifahi qaydada razılaşaraq 11 dekabr 2022-ci il tarixdən kirayə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzil istifadəsinə verilməklə ona etibar edilmiş özgənin əmlakı - Zərərçəkmiş şəxs məxsus 01 ədəd 15 manat dəyərində dəmir metaldan qurbağa suveniri, 01 ədəd 30 manat dəyərində 170smX140sm ölçülü pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd 10 manat dəyərində etiketsiz boynuna saçaqlı şərf bağlanmış narıncı rəngli oyuncaq it, 01 ədəd 30 manat dəyərində Rusiya Federasiyası istehsalı 100smX60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunmuş çərçivədə soba şəkilini, 01 ədəd 30 manat dəyərində 215smX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış atlas materialdan süfrə, 01 ədəd 40 manat dəyərində “Starwind” markalı SKG 4710 modelli Çin Xalq Respublikası istehsalı şüşədən elektik çaydanı, 01 ədəd 05 manat dəyərində Türkiyə Respublikası istehsalı “Kutu İmpex” şirkətinin istehsalı olan suvenir, 01 ədəd 60 manat dəyərində “LG” markalı “V-C3G42ND” modelli tozsoranı 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək ayrı-ayrı istintaqa məlum olmayan vaxtlarda əvəzsiz olaraq götürüb mənzildə özünə məxsus olmasına dair yalan məlumatlar verərək cinayətkar niyyətindən xəbərsiz tanışı Şahid1 hədiyyə verib sonuncunun xeyrinə yönəltməklə, eyni cinayətkar niyyət və məqsədlə 180 manat dəyərində 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziya istehsalı səsgücləndirici qurğu və 02 ədəd SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti mənzildən 19 fevral 2023-cü il tarixdə axşam saatlarında əvəzsiz olaraq götürüb özünə məxsus olmasına dair yalan məlumatlar verərək cinayətkar niyyətindən xəbərsiz Şahid2 hədiyyə verib sonuncunun xeyrinə yönəltməklə, eyni cinayətkar niyyət və məqsədlə 01 ədəd 60 manat 22 dəyərində “Rolsen” markalı, RL-22L 1003UF modelli Rusiya Federasiyası istehsalı televizor, 01 ədəd 150 manat dəyərində “Vitak” markalı, VT- 1558 modelli Çin Xalq Respublikası istehsalı elektrik buxar sobası, 01 dəst 30 manat dəyərində “Velform” markalı, WB/91/E237/2004 modelli Çin Xalq Respublikası istehsalı cərəyan dəyişdirən adapted, fırçalı darağı və dayağı ilə birlikdə qutuda elektrik darağı, 01 ədəd 50 manat dəyərində etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı pambıq materialdan oyuncaq it, 01 ədəd 05 manat dəyərində 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdanı, 01 ədəd 02 manat dəyərində 15smx10sm ölçülü fotoçərçivə, 01 ədəd 30 manat dəyərində “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı, 01 ədəd 05 manat dəyərində üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyalı, 01 ədəd 30 manat dəyərində üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə polister içliyi olan pambıq ədyal, 01 ədəd 50 manat dəyərində “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhvəyi rəgli şir şəkli olan pambıq materialdan ədyalı 23 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində mənzildən əvəzsiz olaraq götürüb sonradan xeyrinə yönəltmək məqsədilə özünə məxsus olmasına dair yalan məlumatlar verərək cinayətkar niyyətindən xəbərsiz tanışı Şahid1 müvəqqəti saxlamağı tapşırıb verməklə, eyni cinayətkar niyyət və məqsədlə 01 ədəd 50 manat dəyərində “OGGİ R” markalı yay donu, 01 ədəd 40 manat dəyərində “Scarlett" markalı, SC-132S modelli dəmir ütü, ümumi dəyəri 160 manat təşkil edən hər biri 80 manat dəyərində olmaqla 02 komplekt təzə yataq dəsti, ümumi dəyəri 120 manat təşkil edən hər biri 15 manat dəyərində olmaqla 08 ədəd Türkiyə Respublikası istehsalı pambıq materialından 60x80 ölçüdə hamam dəsmalları, 01 ədəd 70 manat dəyərində Rusiya istehsalı papaqlı göy rəngli hamam xalatı, bir cüt 40 manat dəyərində Türkiyə istehsalı 20 sm hündürlüyündə dik daban dəri ayaqqabı, bir cüt 50 manat dəyərində 15 sm hüdürlüyündə dikdaban qızılı rəngli dəri ayaqqabı, 01 ədəd 150 manat dəyərində “Leau-Kenzo” markalı 100 ml həcmli ətir, 01 ədəd 10 manat dəyərində ev heyvanları üçün fırça, 01 ədəd 10 manat dəyərində pişik üçün yaşıl rəngli boğaza bağlanan ip, 01 ədəd 10 manat dəyərində pişik üçün tulum boğazlıq, 01 ədəd 10 manat dəyərində pişik üçün tualet qabı, 01 ədəd 30 manat dəyərində “Mango” markalı qara rəngli dəri qadın çantası, ümumi dəyəri 60 manat təşkil edən hər biri 20 manat dəyərində olmaqla 03 ədəd “Jenqins” markalı şalvarları isə 24 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində kirayə yaşadığı evdən birdəfəlik çıxmazdan əvvəl əvəzsiz olaraq götürüb öz xeyrinə yönəltməklə talayıb, Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1622 (bir min altı yüz iyirmi iki) manat maddi zərər vurmaqla mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs qızn Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qızn özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda valideynləri və qardaşı Murad ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi (köhnə Corat), 111В ünvanda yaşayır. Qeydiyyatda olduğu ünvan 3nı isə qohumunun evidir. 2017-ci ildə Şahid1 işlədiyi Sumqayıt şəhərində yerləşən gözəllik salonundan tanımışdır, həmin vaxtdan da dostluq münasibəti vardır. Şahid7 isə “Aylin” adı ilə 2022-ci ilin əvvəlindən tanımışdır. Hər üçü ailəsindən ayrı yaşamışlar. 2022ci ilin dekabr ayında Ayşə ilə birlikdə ayrıca evdə yaşamaq qərarına gəlmişdir. Həmin ərəfədə Ayşənin tanışı olan taksi sürücüsü Şahid4 tanımışdır. Ayrıca kirayədə qalmaq istədiyini bilən Şahid4 bunun üçün köməklik göstərə biləcəyini demişdir. Şahid4 tanışının evi kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzili ona və Ayşəyə göstərmişdir. Bu mənzil Rusiya Federasiyasında yaşayan Ladaya aid olmuşdur. Mənzil əşyaları ilə birlikdə aylıq 350 manat kirayə haqqı müqabilində verilmişdir. Mənzili göstərən Lada xanımın dayısı Viktor göstərmişdir. Onlar həmin evi kirayəyə götürməyə razılaşmışdır. Kirayə haqqını Ayşə və o yarı-yarıya ödəməyi, ancaq Lada xanıma birbaşa göndərməyi razılaşmışdır. Beləliklə, evi əşyaları ilə birlikdə kirayəyə götürmüşdür. Kirayə götürdüyü evə paltarlarıı gətirmişdir. Bu evi Ayşə ilə kirayəyə götürmüşdür, Şahid1 həmin mənzildə heç vaxt onlar ilə qalmamışdır. 11 dekabr 2022-ci il tarixdən 06 fevral 2023-cü il tarixədək həmin mənzildə Şahid7 ilə birlikdə kirayə yaşamış, 06 fevral 2023-cü il tarixdən Ayşə mənzildən köçüb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə yalnız özü kirayə yaşayacağına razılaşmışdır, Zərərçəkmiş şəxs isə buna etiraz etməmişdir. Maddi imkansızlıq ucbatından mənzilin kirayə haqqını ödəyə bilməmiş və mənzildən bəzi əşyaları götürmüşdür. Yüngül fikirliklə belə iş tutmuş və buna görə səmimi peşmandır. 24 fevral 2023-cü il tarixdə mənzildən çıxmış, çıxdığı vaxtda mənzilin açarını Zərərçəkmiş şəxs dayısı Viktor və tanışı Tərlana vermişdir. Açarı onlara verəndə kirayə pulunun qalanını ödəyəcəyini desə də, oraya qayıtmamışdır. Həmin mənzildən 01 ədəd dəmir metaldan qurbağa suveniri, 01 ədəd 170smX140sm ölçülü pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd etiketsiz boynuna saçaqlı şərf bağlanmış narıncı rəngli oyuncaq it, 01 ədəd Rusiya Federasiyası istehsalı 100smX60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunmuş çərçivədə soba şəkilini, 01 ədəd 215smX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış atlas materialdan süfrə, 01 ədəd “Starwind” markalı SKG 4710 modelli, Çin Xalq Respublikası istehsalı şüşədən elektik çaydanı, 01 ədəd Türkiyə Respublikası istehsalı “Kutu İmpex” şirkətinin istehsalı olan suvenir, 01 ədəd “LG” markalı “V-C3G42ND” modelli tozsoranı 2022-ci ilin dekabr ayı ilə 2023-cü ilin yanvar ayı arasında Şahid1 hədiyyə vermişdir. Hədiyyə verəndə bu əşyaların özünə məxsus olmasını demişdir. Hədiyyəni Leylaya elə mənzildə vermişdir. Leylaya bu əşyaları verdiyi gün və saat yadında deyil, xatırlamır. Bundan başqa, 19 fevral 2023-cü il tarixdə axşam saatlarında 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziya istehsalı səsgücləndirici qurğu və 02 ədəd SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti götürüb Şahid2 hədiyyə vermişdir. Şahid2 həmin səsgücləndiricinin Zərərçəkmiş şəxs məxsus olmasından xəbəri olmamış, həmin əşyanın özünə məxsus olduğunu ona demişdir. Bundan başqa, 23 fevral 2023-cü il tarixdə saat 20:00 radələrində həmin mənzildən çıxmazdan əvvəl 01 ədəd “Rolsen” markalı, RL-22L 1003UF modelli Rusiya Federasiyası istehsalı televizor, 01 ədəd “Vitak” markalı, VT-1558 modelli Çin Xalq Respublikası istehsalı elektrik buxar sobası, 01 dəst “Velform” markalı, WB/91/E237/2004 modelli Çin Xalq Respublikası istehsalı cərəyan dəyişdirən adapted, fırçalı darağı və dayağı ilə birlikdə qutuda elektrik darağı, 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı pambıq materialdan oyuncaq it, 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdanı, 01 ədəd 15smx10sm ölçülü fotoçərçivə, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyalı, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə pollster içliyi olan pambıq ədyal, 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhvəyi rəgli şir şəkli olan pambıq materialdan ədyalı götürmüşdür, bu əşyaları özünə götürəcəkdi, evdən çıxdığı üçün də həmin əşyaları elə həmin mənzildə müvəqqəti saxlamaq üçün tanışı Şahid1 vermişdir. Leyla da öz maşınına bu əşyaları yükləyib özündə müvəqqəti saxlamışdır. Leylaya bu əşyaların özünə məxsus olduğunu demişdir, onun həmin əşyaları Zərərçəkmiş şəxs evindən götürməyindən xəbəri olmamışdır. Leylaya yaxın günlərdə yeni mənzil kirayə götürəcəyini və bu zaman əşyaları ondan götürəcəyini demişdir. Bundan başqa, 24 fevral 2023-cü il tarixdə saat 09:00 radələrində kirayə yaşadığı evdən birdəfəlik çıxmazdan əvvəl 01 ədəd “OGGİ R” markalı yay donu, 01 ədəd “Scarlett” markalı SC-132S modelli dəmir ütü, 02 komplekt təzə yataq dəsti, 08 ədəd Türkiyə Respublikası istehsalı pambıq materialından 60x80 ölçüdə hamam dəsmalları, 01 ədəd Rusiya istehsalı papaqlı göy rəngli hamam xalatı, bir cüt Türkiyə istehsalı 20 sm hündürlüyündə dik daban dəri ayaqqabı, bir cüt 15 sm hüdürlüyündə dikdaban qızılı rəngli dəri ayaqqabı, 01 ədəd “Leau- Kenzo” markalı 100 ml həcmli ətir, 01 ədəd ev heyvanları üçün fırça, 01 ədəd pişik üçün yaşıl rəngli boğaza bağlanan ip, 01 ədəd pişik üçün tulum boğazlıq, 01 ədəd pişik üçün tualet qabı, 01 ədəd “Mango” markalı qara rəngli dəri qadın çantası,0 3 ədəd “Jenqins” markalı şalvarları götürmüşdür. O, bu əşyaları götürməzdən əvvəl 06 fevral 2023-cü il tarixdə Şahid7 evdən çıxmış, buna görə də həmin əşyaları götürməyindən Ayşənin xəbəri olmamışdır. Onunla Şahid7, yaxud başqa şəxs arasında bu əşyaları götürmək barədə qabaqcadan razılıq, sövdələşmə olmamışdır. Öz əməlini səmimi etiraf edir, əməlindən səmimi peşmandır. Şahid1 evindən götürülmüş əşyalar və 01 ədəd ütü ilə don təhqiqat vaxtı polisə təhvil verilmişdir. Həmin əşyaları götürəndə əvəzinə heç nə qoymamış, bu əşyaları nəyinsə müqabilində götürməmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs vurduğu 2000 (iki min) manat maddi ziyanı tam ödəmiş, onunla barışmışdır, ona qarşı heç bir iddia və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası milliyyətcə azərbaycanlıdır, Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə orta təhsil almış, sonradan Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. Rusiya Federasiyası vətəndaşlığını sonradan qəbul etsə də, Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış, milli vətəndaşdır. ünvan 5 ünvanında X8ya məxsusdur. X8 Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır, həmin mənzil həmişə onun istifadəsində olmuşdur. Mənzilin içərisindəki əşyaları isə özü ayrı-ayrı vaxtlarda satın almış və əşyalar özünə məxsusdur. 2022-ci ilin noyabrdekabr aylarında Rusiya Federasiyasının Dağıstan şəhərində olmuş, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 47, 20 nömrəli mənzili kirayə vermək istəmişdir. Həmin vaxt evin açarları dayısı X2 olmuşdur. 2022-ci ilin dekabr ayında dostu Tərlan onun Rusiya Federasiyasında işlətdiyi mobil nömrəsinə zəng vuraraq Sumqayıt şəhərindəki evini kirayə götürmək istəyən iki nəfər xanımın olduğunu ona bildirmişdir. O, Tərlana etiraz etməyərək evini əşyaları ilə birlikdə aylıq 350 manata razılaşın həmin qızlara kirayə verməsini demişdir. Evi kirayə götürəndə videoçəkiliş ilə danışmış, qızlar özlərini ona “Aylin” və “Nigar” adı ilə təqdim etmişlər. 11 dekabr 2023-cü il tarixdə Tərlan evin açarlarını Viktor dayıdan götürərək Aylin və Nigar adlı şəxslərə verərək evi əşyaları ilə təhvil vermişdir. Evi təhvil verdiyi vaxtda Tərlan evin videoçəkilişini aparıb ona “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərmişdir. Evin ümumilikdə üç açarı olmuşdur, həmin açarlardan biri onda, biri anası Rafıqədə, biri isə dayısı Viktorda olmuşdur. Aylin və Nigara evin açarı qismində Viktor dayısında olan açar verilmişdir. Yəni onların istifadəsində yalnız bir açar olmuşdur. Həmin vaxtdan etibarən iki ay ərzində kirayə haqqını qızlardan Aylin bir dəfə dayısı Viktor, bir dəfə Tərlan vasitəsilə ona göndərmişdir. Həmin iki ay üzrə elektrik və su komunal ödənişlərini də Aylin ödəmək üçün ona göndərmişdir, bu müddətdə heç bir ləngimə olmamışdır. 06 fevral 2023-cü il tarixdə Aylin onunla “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq evdən çıxaraq Abşeron rayonu, Xırdalan şəhərinə sevgilisi adını bilmədiyi şəxs ilə birlikdə köçdüyünü, bundan sonra isə Nigarın bu mənzildə yaşayacağını demişdir. O, Nigarın mobil nömrəsini Aylindən öyrənərək 11 fevral 2023-cü il tarixdə Nigar ilə danışdıqda, Nigar danışıq zamanı aylıq 350 manat kirayə haqqını özü ödəyəcəyini demiş və 05 gün vaxt istəmişdir. 16 fevral 2023-cü il tarixdə Nigar ilə yenidən danışdıqda ona işıq və su pulunun ödənilməsinə dair qəbzləri, bank kartına isə 50 manat məbləğində pulu kirayə haqqı kimi göndərmişdir. Nigar əvvəlcə qalıq 300 manat pulu göndərəcəyini desə də, sonradan pulu ödəmək imkanının olmadığını demişdir. O, 18 fevral 2023-cü il tarixdə Tərlan ilə əlaqə saxlayaraq evin açarlarını Nigardan təhvil götürüb evdən çıxarmasını istəmişdir. Tərlan həmin gün evə getdikdə Üzeyir, Leyla və Nigarı görmüşdür. Üzeyir və Leylanın yanında Nigar qışqırbağır salaraq evdən 10 gündən tez çıxmayacağını demişdir. Bundan sonra dayısı X4 zəng vuraraq evinə getməyini və orada Nigardan evin açarlarını almağını xahiş etmişdir. X11 bir həftə vaxt vermiş və sonra gəlib evin açarlarını götürəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Nigar evin açarlarını vermək üçün evin həyətində dayısı Vikltoru və dostu Tərlanı gözlətdirmiş, sonradan Nigar başqa avtomobil ilə dayısı Viktora yaxınlaşaraq həyətdə evin açarlarını vermişdir. Bu zaman Nigar onu gözləməylərini və pul verəcəyini bildirsə də, oradan çıxıb gəlməmişdir. Dayısı Viktor və Tərlan birlikdə mənzilə qalxıb evi təhvil almaq üçün gözləsələr də, Nigar ora qayıtmadığından dayısı Viktoria dostu Tərlan onun evinə qalxmışlar. Evə qalxıb baxdıqda evdə çoxlu əşyalarının olmadığını aşkar edib ona bu barədə məlumat vermişlər. Daha sonra xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş və özünə məxsus mənzilə getdikdə mənzildən 1) 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziyada istehsal edilmiş (impedance 3 Q maksimal daxil olan güc isə 125W) dəstəkləyən 41 smx23smX11 sm ölçülərdə taxta materialdan səsgücləndirici qurğu və 02 ədəd eyni xüsusiyyətlərə malik SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti (qutusuz), 2) 01 ədəd “Stili” markalı 45 sm uzunluğu olan paltar asılqanı, 3) 02 ədəd kağız, 06 ədəd boş sellofan bağlama, 4) 01 ədəd “LG” markalı “VC3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz), 5) 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 5 100-242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kaliningrad vilayətində “TV- Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz), 6) 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220-240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “An-der products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz), 7) 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 6 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı, 8) 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 2 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it, 9) 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it, 10) 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı aılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir, 11) 01 ədəd 9,5 sm hündürlüyü və 11 sm diametri olan sütun və üzərində 6,5 sm hündürlüyü, alt hissəsi 7 sm, ağzı 6 sm diametrdə dəm çayniki (lüləyi və qulpu sınmış halda), 12) 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb), 13) 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə, 14) 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir), 15) 01 ədəd “Scarlett” markalı SC-132S modelli 230V-50Hz 2000W elektrik enerjisi ilə işləyən, üzərində “X9” sözləri yazılmış 30 sm uzunluqda dəmir ütü, 16) 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850- 2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı, 17) 01 ədəd “OGGİ R” markalı 67 sm uzunluqda 40 sm qollarası məsafəsi olan çiyindən aşırmalı qara rəngli yay donu, 18) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 70sm X 130sm ölçülərdə 6smX6sm ölçülərdə narıncı və ağ damaları olan pambıq materialdan hamam dəsmalı, 19) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 150smX90sm mavi, ağ, boz zolaqlı pambıq materialdan hamam dəsmalı, 20) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə, 21) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX205sm ölçülərdə boz-bənövşəyi rəngli pambıq materialdan mələfə, 22) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 250smX210sm ölçülərdə “Love You”, “Love Song” sözləri, göy rəngli və sarı rəngli güllər olan pambıq materialdan mələfə, 23) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil qırmızı damalı pambıq materialdan ədyal, 24) 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə polister içliyi olan pambıq ədyal, 25) 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhməyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 26) 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 27) 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili, 28) 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x1 Osm ölçülərdə dəmir metalından qurbağa suveniri, 29) 01 ədəd heç bir etiket göstəricisi olmayan 30smX55smX75sm ölçülü qara-qırmızı rəngli parça çamadan, 30) 01 ədəd “Omega” markalı 60smX40smX20sm ölçülü qara rəngli parça çamadan; 31) 01 ədəd ağ rəngli 2022-ci il tarixdə Çin istehsalı 70 manat dəyərində olan divar saatı, 32) 01 ədəd 50 manat dəyrində 2022-ci il tarxili çin istehsalı heyvan dərisindən olan qara rəngli pul çantası, 33) 01 ədəd 350 manat dəyərində “Guess” markalı qadın üçün metalik rəngli qol saatı 34) 01 ədəd 50 manat dəyərində “Samsung” E340 markalı açılıb-bağlanan çəhrəyi rəngli mobil telefon, 35) hər biri 100 manat dəyərində 02 ədəd komplekt təzə istifadə edilməmiş yataq dəsti 36) 01 ədəd yeni 2022-ci il tarixdə Türkiyə Respublikasında istehsal edilmiş hər biri 15 6 manat dəyərində 08 ədəd pambıq materialından 60x80 ölçüdə hamam dəsmallar, 37) 01 ədəd 01 metr hündürlüyündə 60 manat dəyərində pişik formalı keramik heykəl, 38) 02 ədəd hər 25 manat dəyərində Çin istehsalı dəmir materialından olan “Tefal” markalı 26 sm diameterli qapksız olan tavalar, 39) 01 ədəd panbık materialından olan 2022-ci il tarixdə Rusiya istehsalı olan 100 manat dəyərində papaqlı göy rəngli hamam xalatı, 40) 02 ədəd hər biri 75 manat dəyərində panbıq materialından olan yorğan, 41) 02 ədəd ağ rəngli istifadə edilməmiş hər biri 40 manat dəyərində balışlar 42) bir cüt 20 sm hündrlüyündə dik daban Türkiyyə istehsalı 50 manat dəyərində dəri ayaqqabı, 43) 01 ədəd payız üçün nəzərdə tutulmuş qara rəngli heyvan dərisindən olan 50 manat dəyərində ayaqabı 44) 01 cüt 50 manat dəyərində 15 sm hüdürlüyündə dikdaban qızıl rəngli dəri ayaqqabı 45) 01 ədəd təzə qutusu açılmamış 150 manat dəyərində qadın üçün “Leau-Kenzo” markalı 100 ml ölçdüdə ətir, 46) üzərində parlaq lak vurulmuş qara rəngli bir cüt 70 manat dəyərində payız ayaqqabı 47) 01 cüt dərindən olan 80 manat dəyərində qadın üçün qara rəngli uzun boğaz ayaqqabı 48) ev heyvanları üçün nəzərdə tutulmuş 01 ədəd 20 manat dəyərində fırca, 49) 01 ədəd 20 manat dəyərində pişik üçün nəzərdə tutulmuş yaşıl rəngli boğaza bağlanan ip, 50) 01 ədəd 20 manat dəyərində pişik üçün nəzərdə tutlum boğazlık 51) 01 ədəd pişiklər üçün 10 manat dəyərində plastmas materialından olan toulet qabı 52) 01 ədəd ümumi 300 manat dəyərində bijuteriya əşyaları, 53) 01 ədəd 100 manat dəyərində pərdə 54) 01 ədəd mətbəx üçün nəzrdə tutulmuş Çin istehsalı olan 25 manat dəyərində palazın 55) 01 ədəd 50 manat dəyərində sarı rəngli payız qadın gödəkçəsi 56) 03 ədəd hər biri 40 manat dəyərində “Phlip plane” markalı qadın dijns materialından olan şalvarları 57) 01 ədəd qara rəngli qadın üçün 50 manat dəyərində kostyum şalvar dəsti 58) 01 ədəd süd rəngli qadın üçün nəzərdə tutulmuş don 59) 01 ədəd 40 manat dəyərində yaz üçün vilyurdan olan qara rəngli qadın pencəyi 60) 01 ədəd 40 manat dəyərində qara rəngli dəri materialından olan “Mango” markalı qadın çantası 61) 01 ədəd 50 manat dəyərində «Sony” markalı DSC- W310» fotoaparat 62) 03 ədəd hər biri 20 manat dəyirində Jenqins markalı şalvardan ibarət əşyalarının götürüldüyü məlum olmuşdur. Bundan sonra Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Daha sonra polis bölməsində aparılan araşdırma zamanı əşyaların bir qismini “Aylin” taksi avtomobili ilə polis bölməsinə göndərmiş, səsgücləndiriciləri Nigarın tanışı Üzeyir polisə təqdim etmişdir. Bundan başqa, Nigarın rəfiqəsi Leylanın evindən də bir qisim əşyalar aşkar edilmişdir. Ancaq, əşyaların hamısı ona qaytarılmamışdır. O, polis bölməsində olarkən Nigar əşyaların çox hissəsini “Aylin” və Leylanın götürdüyünü demişdir. Nigarın verdiyi məlumatlar əsasında polis bölməsinə gətirilən zaman əşyaların bir qisminin də özündə olduğunu polis əməkdaşlarına şifahi məlumat versə də, bugünədək qalan əşyaları qaytarmamışdır. Sonradan Aylin kimi özünü təqdim edən qızın Şahid7 olması müəyyən edilmişdir. ünvan 5-dən götürülmüş bütün əşyalar özünə məxsus olmuşdur. 06 ferval 2023-cü il tarixdə evdən çıxanda Ayşən Novruzova açarı Təqsirləndirilən şəxs vermiş, bundan sonra da açar Təqsirləndirilən şəxs olmuş və Nigar 24 fevral 2023-cü il tarixdə Viktor dayısına təhvil vermişdir. 08 mart 2023cü il tarixdə Viktor dayıdan açarı almışdır. 24 fevral 2023-cü il tarixdə Viktor dayı və Tərlan birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzilə gedərək oradan ona videozəng etmişdir. O, həmin günü kamerada evin otaqlarına baxmış və dayısı Viktordan soruşa-soruşa qeyd etdiyi əşyaların evdə olmadığını öyrənmişdir. Azərbaycan Respublikasına qayıtdığı 08 mart 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng etmiş və 09 mart 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. 24 fevral 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək mənzildə heç kim qalmamış, bundan sonra özü burada yaşamışdır. Talanmış əşyaların dəyərinə dair Ədliyyə Nazirliyinin 9/2383 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə heç bir etirazı yoxdur. Təqsirləndirilən şəxs mənzildən çıxdığı vaxt hər hansı əşyaların yerində olmaması barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs mənzilin açarlarını 24 fevral 2023-cü il tarixdə verdikdən sonra evdə bu əşyaların olmadığını ifadəsində göstərdiyi kimi aşkar etmişdir. Heç vaxt nə Təqsirləndirilən şəxs, nə də Ayşən Novruzovaya heç bir əşyasını hədiyyə etməmiş, ya da satmağı tapşırmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən 2000 (iki min) ziyanı tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur, həmin işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 6-7 il bundan əvvəl Sumqayıt şəhərində salona gedib-gələndə tanımış, bu vaxtdan da münasibəti yaranmışdır. Sonra da münasibətləri dostluğa çevrilmişdir. Heç vaxt aralarında düşmənçilik, ədavət və ya başqa mübahisə olmamışdır, həmişə münasibətləri normal olmuşdur, bir-birinin evinə gedib-gəlmişlər. “Kia Cerato” markalı, **-AJ-*** nömrə nişanlı avtomobili vardır, avtomobil lizinqdədir. Şahid7 isə 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs yanında görüb tanımışdır. Təqsirləndirilən şəxs ona Ayşən Novruzovanın kirayə yaşadığı mənzildə birlikdə yaşadıqlarını demişdir. Ayşən Novruzovanı üzbəüz Nigarın yanında cəmi 1-2 dəfə təsadüfən görmüşdür. Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında ünvan 5 ünvana köçüb kirayə yaşamışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs həmin mənzili Ayşən ilə birlikdə götürmüşdür. Şahid7 ləqəbi “Aylin” idi, yəni özünü hamıya “Aylin” adı ilə təqdim etmişdir. 2023-cü ilin fevral ayının əvvəlində X10 ilə birlikdə yaşadığı həmin mənzildən çıxaraq Sumqayıt şəhəri, Dənizkənarı Bulvar küçəsi, “Mirvari City” yaşayış kompleksinə köçmüşdür. Buraya köçdükdən sonra bir dəfə Nigar ilə birlikdə Ayşənin kirayə qaldığı “Mirvari City” yaşayış kompleksinə də qonaq getmişdir. Ayşən Novruzova ilə heç bir problemi olmamış, münasibətləri həmişə normal olmuş, düşmənçilik, ədavət, qohumluğu olmamışdır. 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onu kirayə qaldığı evə çağırmış və evdən çıxdığı üçün müvəqqəti olaraq bəzi əşyalarını evində saxlamağı xahiş etmişdir. Onlar birlikdə avtomobilin baqajına 01 ədəd “Vitak” markalı elektrikli buxar sobası, 01 ədəd etiketində “Mothercare” brandinin sözü yazılan süd rəngli oyuncaq it, 01 ədəd bənöşvəyi üzlüklü yastıq, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə pollster içliyi olan pambıq ədyal, 01 ədəd “Rolsen” markalı televizor, 01 ədəd “Solaron” markalı qəhvəyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 01 ədəd “Velform” markalı elektrik darağı, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı, 01 ədəd dəmir materialından budaq üzərində yarpaqlar formasında 01 ədəd şam tutumu olan şamdan, 01 ədəd sütun və lüləyi və qulpu sınmış halda, dəm çayniki suveniri, 01 ədəd fotoçərçivə, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyalı qoymuşdur. Bundan sonra bir neçə günə bu əşyaları Təqsirləndirilən şəxs yeni kirayəyə köçdüyü mənzilə aparmalı idi, ancaq Təqsirləndirilən şəxs hələ də yeni kirayə evinə köçmədiyinə görə həmin əşyaları Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 20 nömrəli mənzildə saxlamışdır. 11 mart 2023-cü il tarixdə ona Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən zəng edərək çağırmışdırlar. Daha sonra evində polis əməkdaşı videoçəkiliş aparmaqla baxış aparmışdırlar. Baxışdan əvvəl onun razılığı alınmış və heç bir etiraz etməmişdir. Həmin evdən əşyalar ilə birlikdə 01 ədəd qurbağa suveniri, 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd boğazına şarf bağlanılmış oyuncaq it, 01 ədəd üzərində Antalya sözü yazılmış suvenir, 01 ədəd elektriklə işləyən qızdırıcdı çərçivədə soba fotoşəkili, 01 ədəd təxminən 02 metr uzunluğu 1,5 metr eni olan “Versace” sözləri yazılan qara rəngli qızılı işarələri olan atlas materialdan süfrə, 01 ədəd “Starvind” markalı şüşə materialdan elektriklə işləyən tefal-çaydan, 01 ədəd “LG” markalı göy rəngli tozsoran da aşkar edildi. Bu əşyaları 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayınadək ayrı-ayrı vaxtlarda ona hədiyyə kimi vermişdir. Bunları ona hədiyə verəndə guya özünə məxsus olduğunu demişdir. Həmin əşyaların və əvvəlki, yəni saxlamaq üçün verdiyi əşyaların da özünə məxsus olduğunu demişdir. Aşkar edilən əşyaları polis əməkdaşları götürmüş və polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs kirayə qaldığı mənzildə heç vaxt yaşamamış, həmin mənzilin açarları heç vaxt onda olmamışdır. Bəzən həmin mənzilə qonaq gəlib-getmişdir. Təqsirləndirilən şəxs kirayə qaldığı mənzildən heç vaxt əşya götürməmişdir. Ona yalnız dediyi əşyaları hədiyyə vermiş, hədiyyə verəndə də özünə aid olmasını demişdir, aralarında olan söhbətdə, məsələn tozsorana ehtiyacı olduğunu demiş, tefal çaydanının olmadığını demiş, bu vaxtda da Nigar götürüb həmin əşyaları ona hədiyyə vermişdir. 19 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə qaldığı mənzilə həmin ərəfədə birgə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şahid2 onu aparmışdır. Növbəti gün Üzeyirin ad günü olmuş və Nigar da ad gününə qonaq çağırılmışdır. Həmin gün bu münasibətlə Nigar hədiyə kimi 03 ədəd “Panasonic” markalı səsgücləndiricini Şahid2 hədiyə vermişdir. Təqsirləndirilən şəxs ona hədiyə və saxlamaq üçün verdiyi bütün əşyaları Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə təhvil vermişdir. Başqa heç bir əşya yoxdur. Dəqiq xatırlayır ki, 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən onun xahişi ilə qeyd etdiyi əşyaları müvəqqəti saxlamağa götürəndə görmüşdür ki, Təqsirləndirilən şəxs özünə komplekt iki ədəd olan təzə istifadə edilməmiş yataq dəsti, 08 ədəd 80smx60sm ölçüdə hamam dəsmalı, 01 ədəd papaqlı göy rəngli hamam dəsmalı, 01 ədəd Türkiyə istehsalı dikdaban dəri ayaqqabı, 01 ədəd qızılı dikdaban dəri ayaqqabı, 01 ədəd “Kenzo” markalı ətir, pişik üçün 01 ədəd fırça, 01 ədəd yaşıl boğaza bağlanan ip, 01 ədəd boğazlıq, 01 ədəd plasmas tualet qabı, 01 ədəd “Mango” markalı qadın çantası, 03 ədəd “Jenqins” markalı şalvarı götürmüşdür. Həmin əşyaların Təqsirləndirilən şəxs özünə məxsus olan əşyalar olduğunu demişdir. Bundan başqa, 01 ədəd sarı rəngli qadın gödəkçəsini Ayşən görmüşdür. Qalan əşyaların da Təqsirləndirilən şəxs olduğunu düşünür, çünki Nigar neçə dəfə evdə olan əşyaları ona guya öz əşyası kimi təqdim edib, istəsə götürə biləcəyini demişdir. Ayşə ilə münasibəti Təqsirləndirilən şəxs vasitəsilə olmuşdur. Polis bölməsində olarkən Ayşə də müəyyən əşyaları götürüb, sonradan qaytardığını eşitmişdir. Ancaq Ayşənin hansı əşyaları götürdüyünü bilmir. Yaşadığı mənzildə Nigarın kirayə yaşadığı mənzilindən götürülmüş əşyaları saxladığını Şahid2 bilirdi. Çünki, bu əşyaları onun avtomobilində görən Üzeyir ondan soruşduqda, Təqsirləndirilən şəxs yeni köçəcəyi mənzilə aparanadək saxlamaq üçün bu əşyaları ona verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Şahid1 tanımış, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. Həmin ərəfədə birlikdə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə kirayədə yaşamışdır, binanın və mənzilin nömrəsi yadında deyildir. Həmin ərəfədə Şahid1 gözəllik salonunda dırnaq ustası işləmişdir. Hazırda Şahid1 ilə ayrılmışdır, münasibəti yoxdur, lakin heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Şahid1 dostu kimi tanımışdır, onların arasında yaxın münasibət olmuşdur, sıx əlaqə saxlamışdırlar. 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində Təqsirləndirilən şəxs ünvan 6 ünvanında kirayə qalmışdır. 2023-cü ilin 20 fevral tarixində Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Club 45” adlı restoranda Nigar, Leyla və dostları ilə birlikdə ad gününü keçirmişdir. Bundan bir neçə gün əvvəl isə Nigarı da ad gününə dəvət etmiş, Nigar ona ad günü münasibətilə səsgücləndirici hədiyyə edəcəyini deyərək gəlib götürməyini xahiş etmişdir. 19 fevral 2023cü il tarixdə qonaq getmək üçün Leylanı Nigarın evinə götürəndə Nigar ona Leylanın yanında 02 ədəd kiçik və 01 ədəd böyük ölçülü “Panasonic” markalı səsgücləndiricini hədiyyə etmişdir. O da Təqsirləndirilən şəxs bu hədiyyələrini qəbul etmişdir. Bundan iki həftə sonra da Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət edilmiş və qeyd edilən səsgücləndiricilərin Nigar tərəfindən kirayə yaşadığı evdən özbaşına götürüldüyünü bilmiş, buna görə də həmin səsgücləndiriciləri polisə təhvil vermişdir. Polis bölməsində olarkən Leylanın evində olan bir sıra əşyaların da Nigarın yeni köçdüyü evə gedəndə götürəcəyini deyib saxlaması üçün Leylaya verdiyini bilmişdir. Nigar ona başqa heç bir əşya verməmişdir. Həmin 03 ədəd səsgücləndiricini hədiyyə kimi qəbul edəndə bunların əslində Nigara məxsus olmadığını bilməmişdir. Polis bölməsində olarkən Nigar səsgücləndiriciləri ona özünün verdiyini desə də, məsuliyyətini boynundan atmaq üçün qalan əşyaları götürdüyünü etiraf etməmiş, guya bütün əşyaları Leylanın götürdüyünü demişdir. Aylin və ya Ayşən adlı heç kimi tanımamışdır. Nigar, Leyla, onların qohumları arasında heç bir düşmənçilik, ədavəti olmamışdır. Yalnız bir dəfə səsgücləndiriciləri götürmək üçün 19 fevral 2023-cü il tarixdə olmuşdur. Başqa heç vaxt Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə olmamış, həmin mənzilin açarları nə onda, nə də Leylada olmamışdır. Təqsirləndirilən şəxs həmin mənzildə bir nəfər qızla yaşadığını özündən eşitmiş, amma həmin qızın kim olmasını bilməmiş, tanımamışdır və adını bilməmişdir. Şahid1 Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda heç vaxt yaşamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayından taksi sürücüsü işləyir, etibarnamə əsasında istifadəsində olan “Toyota Prius” markalı, **-TS-*** nömrə nişanlı avtomobil ilə sərnişinləri sifariş əsasında daşıyıb qazanc əldə edir. “Uber” taksi xidməti mobil tətbiqinə qoşulub sifarişləri buradan qəbul edir. Həmin avtomobil də “Uber” şirkəti tərəfindən ona etibarnamə əsasında verilmişdir. Sumqayıt şəhərində yaşayan qohumu, tanışı yoxdur. 09 mart 2023-cü il tarixdə saat 08:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Uber" mobil tətbiqini aktivləşdirərək sifarişləri qəbul edib “Toyota Prius" markalı, **-TS-*** nömrə nişanlı avtomobil ilə daşıyaraq qazanc əldə etmişdir. Saat 20:00 radələrində Bakı şəhərində hazırda xatırlamadığı yerdə tanımadığı sərnişini götürərək Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisinə gətirmişdir. Saat təxminən 21:00 radələrində hazırda xatırlamadığı mobil nömrədən onun telefonunda quraşdırılmış “Uber” mobil tətbiqi vasitəsilə Sumqayıt şəhəri, 5-ci mikrorayon “Mirvari City” yaşayış kompleksinə sifariş gəlmiş, həmin sifariş qəbul edərək zəng edərək mobil nömrə ilə əlaqə saxlamış, lakin həmin mobil nömrənin təyin edilmədiyi bildirilmişdir. Sifarişə əsasən təyinat məntəqəsi Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi seçilmişdir. Sifariş verilən yerə avtomobil ilə gəlmiş, onun kompleksin girişində iki nəfər qadın qarşılamışdır. Onlardan biri 1,54 metr boylarında, arıq bədən quruluşlu, 17-18 yaşlı qız idi, digəri isə nisbətən yaşca böyük idi. Həmin şəxslərin adlarını bilməmiş, mobil nömrələrini, əlaqə vasitələrini bilməmiş, əvvəllər görməmiş, tanımamış, heç bir münasibəti olmamış, düşmənçiliyi, ədavəti, qohumluğu yoxdur. Bundan sonra da heç vaxt onları görməmiş və əlaqəsi olmamışdır. Həmin qadınlar ona iki ədəd çamadan verərək avtomobilin baqajına qoymuşdurlar. O, çamadanları açmamış, içərisində nə olduğunu bilməmişdir, çamadanı verən xanımlardan birindən içərisində nə olmasını soruşduqda, ona çamadanların boş olduğunu, içərisində heç bir əşyanın olmadığını, yükü çatdırmalı olduğunu demişdir. Bu qadınlar əlavə olaraq sifarişin təyinatında polis bölməsi seçilsə də, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığına bu çamadanları aparmağı demiş və malları təhvil alacaq şəxsin əlaqə nömrəsini vermişlər. Çamadanların çəkisi yüngül olduğuna görə içərisinin boş olduğunu hesab edərək əlavə sual verməmişdir. Eyni zamanda, gediş haqqı kimi ona 04 manat pul vermişlər. Bundan başqa aralarında heç bir söhbət olmamışdır. O, təxminin 7-8 dəqiqə avtomobili idarə edərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yanına gəlib verilən mobil nömrə ilə əlaqə saxlamışdır. Onun zəngi əsasında qarşılayan xidməti avtomobil ilə oraya gələn mülki geyimli bir nəfər şəxs özünü təqdim etmiş, polis əməkdaşı olduğunu deyib vəsiqəsini göstərmiş və polis bölməsinə dəvət etmişdir. O, bölməyə avtomobili ilə birlikdə gəlmiş, polis bölməsində əvvəlcə izahat vermiş, qəbul etdiyi iki çamadanı könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Onun yanında polis təhqiqatçısı Pərviz adlı şəxs çamadanlara videoçəkiliş apararaq baxış keçirmişdir. Çamadanlardan biri tamamilə qara rəngli, digəri isə üzərində qırmızı xətt olan qara rəngdə olmuşdur. Çamadanlar açıldıqda içərisində onlardan biri, yəni qırmızı xətti olan qara rəngli çamadan boş olmuşdur. Digər çamadanın içərisində isə 01 ədəd “Stili” markalı asılqan, boş sellofan və kağız torbalar, 03 ədəd yastıq üzü, 01 ədəd ağ-qara panda oyuncaq ayısı, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 70sm X 130sm ölçülərdə 6smX6sm ölçülərdə narıncı və ağ damaları olan pambıq materialdan hamam dəsmalı, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 150smX90sm mavi, ağ, boz zolaqlı pambıq materialdan hamam dəsmalı, 01 ədəd ağ rəngli yataq üzlüyü, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX205sm ölçülərdə boz-bənövşəyi rəngli pambıq materialdan mələfə, 01 ədəd ağ-bənövşəyi rəngli mələfə aşkar edilmişdir. Daha sonra buna dair təhqiqatçı protokol tərtib etmişdir. İzahat verdikdən, çamadanlara baxış keçirildikdən sonra polis bölməsindən çıxıb öz taksi fəaliyyətini davam etdirmişdir. Bölmədə ona məlum olmuşdur ki, taksi kimi gətirdiyi əşyalar Sumqayıt şəhərində yaşayan Lada adlı bir xanımın kirayəyə verdiyi mənzildən orada kirayədə qalan qadınlar tərəfindən özbaşına götürülmüşdür. Çamadanları təhvil alanda hava qaranlıq olmuş, təhvil verən qadınların üzünü görməmişdir. Təhvil verən şəxslərdən biri Ayşən, yaxud da Aylin olmuşdur. Digər şəxsin adını bilmir. Çamadanları Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində “Mirvari City” yaşayış kompleksində təhvil almışdır. Həmin şəxslərin üzlərini görmədiyinə görə hazırda görsə tanıya bilməyəcəkdir. “Uber” mobil tətbiqində sifarişlər 10 gündən bir yenilənir, yəni əvvəlki 10 günün sifarişləri silinir. Ona görə də verilən sifarişi və sifariş verən mobil nömrəni təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Rafiqə Alacovanın qızıdır. Bacısı Rəfiqə və Lada hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayırlar. Bacısı qızı Zərərçəkmiş şəxs Azərbaycanda yaşadığı müddətdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzildə qalmışdır. 10 dekabr 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng vuraraq Tərlanın iki nəfər qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzildə kirayə qalmaq üçün gətirəcəyini demişdir. Bir qədər sonra Tərlan ona zəng etmiş, onun yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayona Tərlan öz avtomobili ilə gəlmişdir. Tərlan ilə birlikdə özünü “Aylin” kimi təqdim edən, sonradan həqiqi adının Şahid7 olduğunu bildiyi qız və Təqsirləndirilən şəxs adlı qadın gəlmişdilər. O, həmin şəxslər ilə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ilə danışdıqda Lada ondan mənzili onun adından aylıq 350 manata bu şəxslərə kirayə verməyi xahiş etmişdir. Onlar birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzilə getmişlər. Nigar və Ayşən mənzilə baxıb bəyənmişlər, Ayşən 350 manat pulu əlbəəl birinci ayın kirayə haqqı kimi ona vermişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti onda qalmışdır. Tərlan mənzilin videoçəkilişini aparıb bacısı qızı Zərərçəkmiş şəxs göndərmişdir. Mənzil əşyaları ilə birlikdə kirayə verilmiş, əşyalar Zərərçəkmiş şəxs məxsus olmuşdur. Mənzilin onda iki açarı olmuş, açarlardan birini Təqsirləndirilən şəxs vermiş, digəri isə özündə qalmışdır. Açarı verəndə də Nigara izah etmişdir ki, Nigarın şəxsiyyət vəsiqəsini götürür, cavabdehliyi də özü daşıyacaqdır. Nigar da heç bir etiraz etməyərək cavabdehliyin öz üzərində olduğunu demişdir. Növbəti ayın kirayə haqqını Tərlan alıb Zərərçəkmiş şəxs göndərmişdir. Bunu Zərərçəkmiş şəxs özündən xəbər tutmuşdur. 18 fevral 2023-cü il tarixdə Tərlan ona zəng vuraraq Zərərçəkmiş şəxs xahişi ilə mənzildən çıxmaq barədə xəbərdarlıq etmək üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, 20 nömrəli mənzilə getdiyini, Nigarın isə mənzildən çıxmayaraq problem yaratdığını demişdir. O da Tərlanın zəngindən sonra mənzilə gəlmişdir, mənzildə Nigar və Leyla adlı qız var idi. O, vəziyyəti Nigara izah edərək 3 gün 1 həftə arası müddətdə mənzildən çıxmağa vaxt vermişdir. 24 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 47 nömrəli binanın qarşısına Tərlan ilə birlikdə gəlmişdir. Nigar həmin gün mənzili onlara təhvil verməli idi. Nigar oraya avtomobil ilə gəlmiş, avtomobili Leyla sürmüşdür. Nigar avtomobildən düşüb ona yaxınlaşmış, mənzilin açarını verərək bankomatdan mənzildə qaldığı artıq günün kirayə punu çıxarıb vermək üçün qısa vaxt istəmiş və bankomatdan pul çəkməyə getmişdir. Onlar bir saata yaxın gözləmiş, lakin, Nigar gəlməmiş, zəngləri açmamışdır. O və Tərlan mənzilə qalxmışdır. Mənzilə ötəri nəzər yetirdikdə televizor və bir sıra başqa əşyaların yerində olmadığını görmüşdür. Tərlan zəng edərək Zərərçəkmiş şəxs xəbər vermiş, daha sonra Tərlan Zərərçəkmiş şəxs xahişi ilə DİN-nin 102 xidmətinə zəng etmişdir. Onun artıq əsəbləri korlandığından Tərlana polislər gələnədək gözləməsini və daha sonra açarları gətirib verməsini deyərək evinə getmişdir. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən gələn polisləri qarşıladıqdan sonra mənzilin açarını gətirib ona vermişdir. Həmin mənzildən heç bir əşya götürməmişdir. Mənzili Təqsirləndirilən şəxs əşyaları ilə birlikdə təhvil vermişdir. Buna görə də. Nigardan şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Nigara da mənzilin açarını verəndə demişdir ki, mənzili məhz Nigara verir və cavabdehliyi də Nigar daşıyacaqdır. Nigar da bunu başa düşdüyünü və özünün cavabdehlik daşıdığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 2022-ci ilin oktyabr ayından tanımış, onunla qeyri-rəsmi ər-arvad münasibəti olmuşdur. Təqsirləndirilən şəxs da həmin ərəfələrdə Leylanın tanışı kimi tanımışdır. Nigar ilə Leyla rəfiqə olmuşlar. 2023-cü ilin fevral ayının 20-də Leyla ona zəng edərək rəfiqəsi Nigarla birlikdə onları Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzinin yanındakı bazara aparmağı xahiş etmişdir. O, özünə məxsus “Opel” markalı avtomobil ilə gəlmiş, Leyla və Nigarı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən binaların birinin qarşısından götürmüşdür. Avtomobildə olanda Nigar ona bəzi əşyaları kirayə qaldığı evdən yeni evə köçdüyünə görə satmaq istədiyini demiş, bu səbəbdən də ev əşyalarını sata biləcəyi bir yerə aparmasını xahiş etmiş, hətta ondan belə əşyaları ala biləcək tanışı olub-olmadığını soruşmuşdur. O isə belə bir tanışı olmadığını demiş, lakin bazara avtomobilini sürmüşdür. Bazarın yaxınlığında Nigar avtomobildən düşüb bir neçə mağazaya girib çıxmışdır. Lakin heç bir əşya özü ilə gətirməmiş, buna görə də heç nə satmamışdır. Nigarla birlikdə Leyla da mağazalara girmişdir. Ancaq Leyla heç nə satmırdı, sadəcə Nigar tək getməsin deyə onunla birlikdə getmişdir. Hadisə ilə əlaqədar başqa heç bir məlumatı yoxdur. Həmin vaxt Şahid1 Sumqayıt şəhəri, 14-cü məhəllədə yaşayırdı. O, heç vaxt həmin mənzildə olmamışdır. Yalnız bir dəfə binanın qarşısından onu götürmüşdür. O, Leyla ilə Nigarın ünsiyyətini dəstəkləməmişdir. Şahid1 heç vaxt Nigar ilə birlikdə yaşamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 9/2383 nömrəli, xx.xx.2023-cü saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, qərarda göstərilən 59 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin dekabr – 2023-cü ilin fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3404,00 manat müəyyən edilir. Digər 03 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, təyinatı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etmişdir. İş materiallarında olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etmişdir. İş materiallarında olan Şahid7 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, Şahid7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etmişdir. Təqsirləndirilən şəxs üzləşdirmə zamanı öz cinayət əməlini etiraf edərək göstərmişdir ki, bu günə qədər ümumiyyətlə əşyaları götürdüyünü boynuna almamışdır, artıq Ayşən də gəlib öz ifadəsini verib və özünün götürdüyü malların nədən ibarət olduğunu etiraf etmişdir. Buna görə də, etiraf edərək Şahid7 kirayə yaşadığı mənzildən çıxmazdan bir gün əvvəl 23 fevral 2023-cü il tarixdə saat 19:00 radələrində 02 ədəd komplektdən ibarət yataq dəsti, 08 ədəd 60x80 sm ölçülü hamam dəsmalları, göy rəngli hamam xalatı, 20 sm dikdabanlı Türkiyə istehsalı dəri ayaqqabı, qızılı rəngli dikdaban dəri ayaqqabı, “Leao Kenzo” markalı ətir, ev heyvanı üçün fırça, pişik üçün nəzərdə tutulan boğaza bağlanan ip, pişik üçün tutlum boğazlıq, pişik üçün tualet qabı, palaz, “Mango” qadın çantası, 03 ədəd Jenqins markalı şalvarı götürmüşdür. Həmin əşyaların hazırda harada olmasını bilmir, təqdim edə bilməyəcəkdir. İş mateiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Pərviz Babayevin vətəndaş Şahid2 iştirakı ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əşya və sənədlərin təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid2 tərəfindən təqdim edilmiş 03 ədəd qara rəngli “Panasonic” markalı səsgücləndiriciləri təqdim etmiş və həmin 02 ədəd kiçik və 01 ədəd böyük səsgücləndiricilər (rəydəki bənd: 1) götürülmüşdür. İş mateiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Pərviz Babayevin vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əşya və sənədlərin təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd ağ rəngli “Scarlet” markalı ütünü (rəydəki bənd: 15) və 01 ədəd yay donu (rəydəki bənd: 17) təhqiqata təqdim etmiş və həmin əşyalar götürülmüşdür. İş mateiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Pərviz Babayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsin dəvəti ilə mənzilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 mart 2023-cü il tarixdə saat 20:40 radələrində Şahid1 yazılı razılığı və dəvəti ilə yaşadığı ünvan 8 ünvana baxış keçirilməsi nəticəsində həmin mənzildən 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220-240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “Ander products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz) (rəydəki bənd: 6), 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə (rəydəki bənd: 20), 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850- 2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı (rəydəki bənd: 16), 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it (rəydəki bənd: 9), 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili (rəydəki bənd: 27), 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə sarı rəngli polister içliyi olan pambıq ədyal (rəydəki bənd: 24), 01 ədəd “LG” markalı “V-C3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz) (rəydəki bənd: 4), 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 100-242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kalininqrad vilayətində “TV-Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz) (rəydəki bənd: 5), 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x1 Osm ölçülərdə dəmir metalından qurbağa suveniri (rəydəki bənd: 28), 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhvəyi rəgli şir şəkli olan pambıq materialdan ədyal (rəydəki bənd: 25), 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 6 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı (rəydəki bənd: 7), 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir) (rəydəki bənd: 14), 01 ədəd 21 sm hündürlükdə dəmir materialından qara rəngli budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb) (rəydəki bənd: 12), 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə (rəydəki bənd: 13), 01 ədəd 9,5 sm hündürlüyü və 11 sm diametri olan sütun və üzərində 6,5 sm hündürlüyü, alt hissəsi 7 sm, ağzı 6 sm diametrdə dəm çayniki, (lüləyi və qulpu sınmış halda) (rəydəki bənd: 11), 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı asılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir (rəydəki bənd: 10), 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 02 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it (rəydəki bənd: 8), 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal (rəydəki bənd: 26), 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyal (rəydəki bənd: 23) aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Şahid1 23 fevral 2023-cü il tarixdə dostu Nigar Əsədovun yaşadığı evə qonaq olan zaman Nigar ona əşyalar verərək saxlamağı xahiş etmiş və başqa evə köçərkən götürəcəyini demiş, o da Təqsirləndirilən şəxs xahişi əsasında avtomobilində bu əşyalar gətirib qaldığı mənzilin qonaq otağında saxlamışdır İş mateiallarında olan Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yeri olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 47, 20 nömrəli mənzilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mənzil binanın üçüncü mərtəbəsində yerləşir, mənzilin giriş qapısı dəmir materialdandır. Qapının kilidində zorla açılmağa xarakterik heç bir iz aşkar edilməmişdir. Mənzil iki otaqlıdır, otaqların qapısında sındırma əlaməti və ya kilidinə müdaxiləni göstərən iz aşkar edilməmişdir. Mənzilin faktiki olaraq Zərərçəkmiş şəxs istifadəsində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 14 nömrəli reyestrdə 7789 inventar işi əsasında qeydiyyat vəsiqəsinə görə mənzil X1 mülkiyyətindədir. Zərərçəkmiş şəxs həmin şəxsin anası olmaqla Rusiya Federasiyasında yaşadığını bildirmişdir. İş mateiallarında olan Zərərçəkmiş şəxs iştirakı ilə əşyalara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Sumqayıt şəhər prokurorluğunda aparılan baxış istintaq hərəkəzi zamanı 01 ədəd “Panasonic” markalı SB- HW465 modelli Malaziyada istehsal edilmiş (impedance 3 Q maksimal daxil olan güc isə 125W) dəstəkləyən 41 smx23smX11 sm ölçülərdə taxta materialdan səsgücləndirici qurğu və 02 ədəd eyni xüsusiyyətlərə malik SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti (qutusuz), 1 ədəd “LG” markalı “V-C3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz), 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 100-242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kalininqrad vilayətində “TV-Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz), 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220-240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “An-der products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz), 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 06 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı, 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 02 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it, 01 ədəd etiketində “X5" sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it, 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı aılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir, 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb), 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir), 01 ədəd “Scarlett” markalı SC-132S modelli 230V-50Hz 2000W elektrik enerjisi ilə işləyən, üzərində “Scarlett England 17 Paul” sözləri yazılmış 30 sm uzunluqda dəmir ütü, 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850-2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı, 01 ədəd “OGGİ R” markalı 67 sm uzunluqda 40 sm qollarası məsafəsi olan çiyindən aşırmalı qara rəngli yay donu, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyal, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150smölçülərdə pollster içliyi olan pambıq ədyal, 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhməyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili, 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x1 Osm ölçülərdə dəmir metalından qurbağa suvenirinin Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. İş mateiallarında olan əşyanın maddi sübut qismində tanınması və qanuni sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziyada istehsal edilmiş (impedance 3 Q maksimal daxil olan güc isə 125W) dəstəkləyən 41 smx23smX11 sm ölçülərdə taxta materialdan səsgücləndirici qurğu və 02 ədəd eyni xüsusiyyətlərə malik SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti (qutusuz), 01 ədəd “LG” markalı “V-C3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz), 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 100- 242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kalininqrad vilayətində “TV-Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz), 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220-240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “An-der products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz) 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 06 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı, 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 02 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it, 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it, 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı asılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir, 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb), 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir), 01 ədəd “Scarlett” markalı SC-132S modelli 230V-50Hz 2000W elektrik enerjisi ilə işləyən, üzərində “X9” sözləri yazılmış 30 sm uzunluqda dəmir ütü, 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850-2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı, 01 ədəd “OGGİ R” markalı 67 sm uzunluqda 40 sm qollarası məsafəsi olan çiyindən aşırmalı qara rəngli yay donu, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə, 01 ədəd üzərində heç bir etiket 20 göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyal, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə polister içliyi olan pambıq ədyal, 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhməyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili, 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x10sm ölçülərdə dəmir metalından qurbağa suvenirinin maddi sübut kimi tanınmış və gündəlik tələbat əşyasına aid olduğundan qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə və təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs qızn Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qızn Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-524/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzası 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli və maddi sübut olan 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziyada istehsal edilmiş (impedance 3 Q maksimal daxil olan güc isə 125W) dəstəkləyən 41 smx23smX11 sm ölçülərdə taxta materialdan səsgücləndirici qurğu və 02 ədəd eyni xüsusiyyətlərə malik SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti (qutusuz), 01 ədəd “LG” markalı “V-C3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz), 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 100-242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kalininqrad vilayətində “TV-Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz), 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220- 240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “An-der products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz) 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 06 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı, 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 02 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it, 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it, 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı asılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir, 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb), 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir), 01 ədəd “Scarlett” markalı SC- 132S modelli 230V-50Hz 2000W elektrik enerjisi ilə işləyən, üzərində “X9” sözləri yazılmış 30 sm uzunluqda dəmir ütü, 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850-2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı, 01 ədəd “OGGİ R” markalı 67 sm uzunluqda 40 sm qollarası məsafəsi olan çiyindən aşırmalı qara rəngli yay donu, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə, 01 ədəd üzərində heç bir etiket 20 göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyal, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə polister içliyi olan pambıq ədyal, 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhməyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili, 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x10sm ölçülərdə dəmir metalından qurbağa suvenirinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut olan 01 ədəd “Panasonic” markalı SB-HW465 modelli Malaziyada istehsal edilmiş (impedance 3 Q maksimal daxil olan güc isə 125W) dəstəkləyən 41 smx23smX11 sm ölçülərdə taxta materialdan səsgücləndirici qurğu və 02 ədəd eyni xüsusiyyətlərə malik SB-HS465 modelli dinamiklərdən ibarət səsgücləndirici dəsti (qutusuz), 01 ədəd “LG” markalı “V-C3G42ND” modelli 230V-50hz elektrik enerjisi ilə işləyən 1200W 1400W gücdə işləyən göy rəngli tozsoran (qutusuz), 01 ədəd “Rolsen” markalı RL-22L 1003UF modelli 22 düyümlük 100-242V, 50/60Hz elektrik enerjisi ilə işləyən Rusiya Federasiyasının Kalininqrad vilayətində “TV-Altas” şirkətinin istehsalı televizor (pultu ilə birlikdə, lakin qutusuz), 01 ədəd “Vitak” markalı VT-1558 modelli 220- 240V, 50Hz elektrik enerjisi ilə işləyən Avstriyaya aid “An-der products” şirkəti tərəfindən Çin Xalq Respublikasında istehsal edilmiş 75C temperaturadək bişirmə xüsusiyyətinə malik elektrik buxar sobası (03 ədəd plastik qazanı ilə birlikdə 26smX30 sm ölçülərdə qutusuz) 01 ədəd “Velform” markalı WB/91/E237/2004 modelli Çin Xalq Respublikasında istehsal edilmiş DC6V 1000mA elektrik enerjisi ilə həm batareya, həm də cərəyana qoşulmaqla işləyə bilən 230V dəyişən cərəyanı 6V sabit cərəyana çevirən bilən adapter, 06 sm diametri 11,5 sm uzunluğu, 1,5 sm diametri 13 sm uzunluğu olan ədəd şotkalı darağı və 01 ədəd dayağı ilə birlikdə qutuda dəst elektrik darağı, 01 ədəd üzərindəki etiketi cırılmış boynunada 55 sm 02 sm ikiqat qalınlığı olan bənövşəyi, qəhvəyi, süd rəngli, tünd qırmızı (şərab rəngi) rənglərinin təkrarlayan süjeti olan iki tərəfi bənövşəyi saçaqlı şərf bağlanmış 30 sm hündürlükdə narıncı rəngli oyuncaq it, 01 ədəd etiketində “X5” sözləri yazılmış Çin Xalq Respublikası istehsalı WD24 6SH model nömrəsi qeyd edilmiş 36 sm hündürlüyündə pambıq materialdan süd rəngli oyuncaq it, 01 ədəd 12smX17,5sm ölçülü üzərində Antalya sözü yazılmış arxasındakı yazıya görə Türkiyə Respublikasına aid “Kutlu İmpex” şirkətinin istehsalı Türkiyə bayrağı asılmış qala, minarə, məhəllə, dəniz, meşə, tramvay təsvirləri olan suvenir, 01 ədəd 21 sm hündürlükdə dəmir materialından budaq üzərində yarpaqlar formasında bir ədəd şam tutumu olan şamdan (üzərində açıq sarı parçadan gül bağlanıb), 01 ədəd diametri 25 sm olan, 15smX10sm ölçülü fotoşəkil üçün fotoçərçivə, 01 ədəd “Jinshilai” markalı üzərində “Loveliness” sözləri yazılmış qızılı çaynik şəklində divar saatı (batareya ilə sadə qurğuda işləyir), 01 ədəd “Scarlett” markalı SC- 132S modelli 230V-50Hz 2000W elektrik enerjisi ilə işləyən, üzərində “X9” sözləri yazılmış 30 sm uzunluqda dəmir ütü, 01 ədəd “Starwind” markalı SKG 4710 modelli 1,8 litr tutumlu 202-240V 50/60Hz 1850-2200 Vt elektrik enerjisi ilə işləyən Çin Xalq Respublikasında istehsal edilmiş şüşədən elektrik çaydanı, 01 ədəd “OGGİ R” markalı 67 sm uzunluqda 40 sm qollarası məsafəsi olan çiyindən aşırmalı qara rəngli yay donu, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 215xmX165sm ölçülərdə üzərində “Versace” sözləri yazılmış qara rəngli qızılı fiqurları olan atlas materialdan süfrə, 01 ədəd üzərində heç bir etiket 20 göstəricisi olmayan 210smX135sm ölçülərdə qəhvəyimtil-qırmızı damalı pambıq materialdan ədyal, 01 ədəd üzərində heç bir etiket göstəricisi olmayan 200smx150sm ölçülərdə polister içliyi olan pambıq ədyal, 01 ədəd “Solaron” markalı Koreya istehsalı olan 235X150sm ölçülü qəhməyi rəgli şir şəkli olan pambıq materialdan ədyal, 01 ədəd heç bir etiket göstəricisi olmayan 170smX140sm ölçülü qəhvəyi, boz, narıncı damalı pambıq materialdan sintetik qarışıq ədyal, 01 ədəd Rusiya Federasiyası istehsalı 100smx60sm ölçülərdə elektrik qızdırıcı ilə təchiz olunan çərçivədə soba şəkili, 01 ədəd üzərində qiymətsiz daşlar olan 9x10sm ölçülərdə dəmir metalından qurbağa suvenirinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-61/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-61/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver