Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-610/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində birgə yaşadıqları, Sumqayıt şəhəri, 11-ci mikroraypnun arxasında yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sağ gözündən xiyarla vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sağ göz qapaqlarının və gözaltı nahiyyənin qançırı-şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2005-ci ildə Lalə ilə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 4 övladları var. Lakin xasiyyələri uyğun gəlmədiyi üçün 2023-cü ilin yanvar ayında məhkəmə qaydasında rəsmi olaraq Lalə ilə boşanmışlar. Buna baxmayaraq onlar eyni ünvanda yaşayırlar və o Lalə ilə barışaraq yenidən bir ailə kimi yaşamağa çalışır. Lalə isə hər dəfə onunla barışmaq istədikdə onunla münaqişə edir. O fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur və gündəlik qazanclarını övladlarına xərcləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:30 radələrində o yaşadığı evə gəlmiş və mətbəxə keçərək özünə yemək hazırlamağa başlamışdır. Təxminən 15 dəqiqə sonra Lalənin oyaq olduğunu görüb, əlində xiyar yeyəyeyə onun yataq otağına keçmiş və xərclik üçün ona 20 manat pul vermişdir. Lalə də nə üçün onun otağına gəldiyini soruşub, onunla mübahisə edərək valideynlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. O da bundan əsəbiləşərək əlində olan xiyarı Lalənin sifətinə atmış və xiyar zərbə ilə onun sağ gözünə dəyərək xəsarət almışdır. O dərhal Laləyə yardım göstərmiş və səsə oraya gələn oğlu Rəsul polisə və həkimə zəng vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, 2005-ci ildə o Təqsirləndirilən şəxs ilə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 4 övladları var. Lakin xasiyyətləri uyğun gəlmədiyi üçün 2023-cü ilin yanvar ayında məhkəmə qaydasında rəsmi olaraq Şahinlə boşanmışdır. Buna baxmayaraq onlar eyni ünvanda yaşayırlar və Şahin onunla barışmaq istədiyini deyib mütəmadi olaraq onu narahat edir. O onunla barışmaq istəmədiyini dedikdə isə onunla münaqişələr edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02:45 radələrində o öz otağında yatan zaman Şahin otağına gəlib, yenə onunla barışmaq istədiyini bildirmişdir. O onunla barışmaq istəmədiyini dedikdə, Şahin onunla mübahisə etməyə başlamış və əlində olan xiyarla onun sağ gözünə bərk bir zərbə vurmuşdur. Zərbədən sağ gözündən xəsarət almış və səsə oraya gələn oğlu Rəsul bunu görərək DİN-nin 102 xidmətinə müraciət etmişdir. Şahin də otaqdan çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2083 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyyatda yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 825 saylı,xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində əşağıdakı xəsarətlər vardır:sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sağ göz qapaqlarının və gözaltı nahiyyəninn qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən ayaranmışdır, müayinədən bir gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yni xx.xx.2023-cü il tarixdə xiyarla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vətəndaş Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4 oğlu, xx.xx.2008-ci il təvəllüdlü X5 oğlu, xx.xx.2006-cı il təvəllüdlü X2 adlı 3 yetkinlik yaşına çatmayan və xx.xx.2019-cu il təvəllüdlü Hüseynov Əlirza Şahin oğlu adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin 170 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməyib. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-610/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-610/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver