Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-610/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər, eyni zamanda mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət əməli Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilərək üzərində 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, yəni cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, “Qurd dərəsi” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə qanunsuz daxil olaraq həyətdəki toyuq hininin taxta qapısını sıxıb açaraq oradan ümumi dəyəri 200 manat təşkil edən 5-6 aylıq 16 ədəd toyuğu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 11:17 radələrində Sumqayıt şəhəri, “Qurd dərəsi” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin hasarına söykənmiş sonuncuya məxsus uzunluğu 2 metr, eni 2.20 metr, qalınlığı 4-lük materialdan olan 01 ədəd 200 manat dəyərində olan dəmir darvazanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 11:50 radələrində X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi evin həyətinə qanunsuz daxil olaraq orada işləyən Zərərçəkmiş şəxs1 evin birinci mərtəbəsində sellofan torbaya qoyduğu şalvarının cibindən 202,80 manat pulu, gödəkçənin cibindən isə üzərində “Emporio Armani” yazıları olan istifadədə olmuş 01 ədəd 3 (üç) manat dəyərində qol satını, qızılı rəngli, uzun müddət istifadədə olmuş 01 ədəd 1 (bir) manat dəyərində qolbağını, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan 01 ədəd 10 (on) manat dəyərində simsiz qulaqlığı gizli yalla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 216 (iki yüz on altı) manat 80 (səksən) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasına müştəri qismində daxil olaraq oradan 08 ədəd ümumilikdə 26,40 (iyirmi altı manat qırx qəpik) manat dəyərində, 0,33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23.50 (iyirmi üç manat əlli qəpik) manat dəyərində, 1 kq çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 12,80 (on iki manat səksən qəpik) manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10,70 (on manat yetmiş qəpik) manat dəyərində 1 lt “Black Jack” markalı viskini, 01 ədəd 20,60 (iyirmi manat altmış qəpik) manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 (səkkiz manat iyirmi qəpik) manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22,50 (iyirmi iki manat əlli) manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 (otuz manat səksən qəpik) manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5,80 (beş manat səksən qəpik) manat dəyərində 250 ml “Black Jack” markalı viskini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,029 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 04 noyabr 2024-cü il tarixdə saat 12:00 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “İnşaatçılar” stadionunun yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd təmiz çəkisi 1,029 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,016 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 13 noyabr 2024-cü il tarixdə saat 16:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Emin” şadlıq sarayının qarşısındakı parkda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,016 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasına müştəri qismində daxil olaraq oradan 08 ədəd ümumilikdə 26,40 (iyirmi altı manat qırx qəpik) manat dəyərində 0,33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23,50 (iyirmi üç manat əlli qəpik) manat dəyərində, 1 kq çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 12.80 (on iki manat səksən qəpik) manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10,70 (on manat yetmiş qəpik) manat dəyərində 1 lt “Black Jack” markalı viskini, 01 ədəd 20,60 (iyirmi manat altmış qəpik) manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 (səkkiz manat iyirmi qəpik) manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22,50 (iyirmi iki manat əlli) manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 (otuz manat səksən qəpik) manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5,80 (beş manat səksən qəpik) manat dəyərində 250 ml “Black Jack” markalı viskini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin payız aylarında Sumqayıt şəhəri, “Qurd Dərəsi” yaşayış massivində həyət evlərinin birinin yanında olan açıq torpaq sahəsində bir neçə toyuq olmasını görmüş, orada heç kim olmadığını görüb həmin toyuqları oğurlayaraq torbaya yığmış və taksi ilə “Daş bazarı” adlanan əraziyə getmiş, orada toyuqları ümumilikdə 90 manata tanımadığı şəxsə satıb pulları öz ehtiyacı üçün xərcləmişdir. O toyuqları kiminsə həyətinə girib oğurlamamış, açıq torpaq sahəsindən oğurlamışdır. Bundan başqa həmin vaxtlarda Sumqayıt şəhəri, “Qurd dərəsi” yaşayış massivində piyada gəzərkən küçələrdən birində hasara söykənmiş, evin darvazasının köhnə olduğunu görmüş və həmin darvazanı oğurlayıb satmaq qərarına gəlmişdir. O, darvazanın olduğu evdə heç kimin yaşamadığını müəyyən etmişdir. O, “Daş bazarı”da olan metal qəbulu məntəqəsinə gəlmiş və oradakı fəhlələrdən birinə metal olduğunu və onu satmaq istədiyini bildirmişdir. Həmin adını bilmədiyi fəhlə isə ona sürücü nömrəsi vermişdir. Sürücü ünvanı soruşduqdan sonra həmin metalı 10 manata gətirə biləcəyini demişdir. Bundan sonra sürücü ilə görüşmüş və orada olan fəhlələrin biri ilə darvazanın olduğu ünvana getmişdir. Fəhləyə və sürücüyə darvazanın ona məxsus olduğunu bildirmişdir. Daha sonra fəhlənin köməkliyi ilə darvazanı maşına yükləmiş və metal qəbulu məntəqəsinə aparmışdır. Orada darvazanın kütləsini çəkmiş və həmin darvazanı 92 manata satmışdır. O, darvazanı maşına yükləyib aparanda küçədə heç kim olmamışdır. Bundan başqa yenə həmin vaxtlarda Corat qəsəbəsində olan küçələrin birində piyada gəzərkən iki mərtəbəli bir ev görmüş, həmin evin həyətinə keçmiş və 1-ci mərtəbədə asılqanda içərisində paltar olan torbanı görmüşdür. O, torbadakı paltarlarda pul və ya qiymətli əşya olacağını fikirləşdiyi üçün torbadakı paltarları yerə töküb baxmağa başlamış, torbadakı şalvarın cibində 202,80 manat pulu götürmüş və cibinə qoymuşdur. Daha sonra gödəkçənin ciblərinə baxmışdır. Gödəkçənin cibində bir ədəd qol saatı, bir ədəd qolbaq, bir ədəd üzük və 01 ədəd qulaqcıq olduğunu görmüş və onları da götürüb cibinə qoymuşdur. O, tez evdən çıxıb oradan uzaqlaşmışdır. Evdən təxminən 300-400 metr uzaqlaşdıqdan sonra dayanıb oğurladığı əşyalara baxmağa başlamışdır. Əşyalara baxarkən bir nəfər şəxs ona yaxınlaşmış və oğurluq edən zaman kameraya düşdüyünü demişdir. Bu vaxt ora PPX avtomobili yaxınlaşmış və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Bölmədə oğurluq etdiyini etiraf etmiş və üzərində olan oğurladığı əşyaları və 29 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Oğurladığı pulun 173 manatını yolda salıb itirdiyi üçün təqdim edə bilməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə bir müddət qeyrirəsmi bir yerdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Pərvanə ilə yaşadıqları ünvandan çıxaraq Sumqayıt şəhərinə gəlmək üçün taksiyə minmişlər. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs4in qarşısında onlar taksini saxlatdırmışlar. Taksidən düşüb mağazaya daxil olmuşlar və hər ikisi oradan enerji içkiləri, spirtli içkilər və digər ərzaq məhsulları oğurlamışlar. Həmin əşyaların dəqiq siyahısını xatırlamır, lakin bununla bağlı istintaqda verdiyi ifadəsini təsdiq edir. Oğurladıqları malları götürdükdən sonra onlar şübhə yaratmadan mağazadan çıxmışlar və gəldikləri taksiyə minərək uzaqlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 özünü təqsili bilməsini, əməlindən peşman olmasını və vurulmuş zərəri ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 04 noyabr 2024-cü il tarixdə üzərində narkotik vasitə olan heroin və 13 noyabr 2025-ci il tarixdə isə psixotrop maddə olan metamfetamin olmuşdur. Həmin tarixlərdə polis əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirərkən həmin maddələri özü könüllü təqdim etmişdir. Hər dəfə aşkar edilmiş maddələr polis əməkdaşları tərəfindən çəkilərək xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra 1-ci dəfə Sumqayıt ŞPİ-yə, ikinci dəfə isə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə aparmışlar. Orada ona vəkil təqdim etmişlər və vəkilin iştirakı ilə aşkar edilmiş maddələrə təhqiqatçı yenidən baxış keçirərək qablaşdırmışdır. Saxlanılarkən və ya daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Narkotik vasitə və psixotrop maddə metamfetamini tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin bildirmişdir ki, azadlıqda olarkən Təqsirləndirilən şəxs1 ilə qeyri-rəsmi bir yerdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Elşadla birlikdə yaşadıqları evdən Sumqayıt şəhərinə getmək üçün taksiyə minmişlər və yolda marketdən oğurluq etmək qərarına gəlmişlər. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba” marketin qarşısında taksini saxladaraq taksidən düşüb mağazaya daxil olmuşlar və hər ikisi oradan enerji içkiləri, spirtli içkilər və digər ərzaq məhsulları oğurlamışlar. Həmin əşyaların dəqiq siyahısını xatırlamır, lakin bununla bağlı istintaqda verdiyi ifadəsini təsdiq edir. Oğurladıqları malları götürdükdən sonra onlar şübhə yaratmadan mağazadan çıxmışlar və gəldikləri taksiyə minərək uzaqlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs2 özünü təqsili bilməsini, əməlindən peşman olmasını və vurulmuş zərəri ödədiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlər ifadələri, ekspert rəyləri, video görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdır ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən X5 məxsus həyət evinin tikintisində işləmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gəlmiş, evin birinci mərtəbəsində paltarını dəyişmış, daha sonra iş paltarlarını geyinmiş və evin ikinci mərtəbəsinə çıxıb işləməyə başlamışdır. Özünə məxsus 01 ədəd bujiteriya saatı, 01 ədəd bijuteriya qolbağını, 01 ədəd bujiteriya üzüyü və 01 ədəd qulaqcığı gödəkçənin cibinə, 202,80 manat pulu isə dəsmala büküm şalvarının cibinə qoymuş, paltarlarını sellofan torbaya yığıb otaqda divara vurulmuş mismardan asmışdır. Həmin gün təxminən saat 11:50 radələrində bir nəfər şəxsin evin birinci mərtəbəsindən çıxaraq qaçdığını görmüş, lakin həmin şəxs onu görməmişdir. Birinci mərtəbəyə düşüb paltarlarını dəyişdiyi otağa girmiş və paltarlarının yerə töküldüyünü görmüş, paltarlarının ciblərinə baxdıqda pulunun və əşyalarının cibində olmadığını aşkar etmiş, həmin şəxsin otağa daxil olaraq paltarlarının cibindən ona məxsus pulu və əşyaları oğurladığını başa düşmüşdür. O, Əyyuba zəng edib oğurluq hadisəsi barədə məlumat vermişdir. Əyyub bu barədə ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verəcəyini demişdir. Bundan sonra küçəyə çıxıb işlədiyi küçə ilə paralel digər küçəyə keçib həmin şəxsi axtarmağa başlamışdır. Bir neçə dəqiqədən sonra evdən çıxan şəxsin irəlidə oturduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşmış və ona oğurluq etdiyini bildirmiş, sonuncu da oğurluq etdiyini etiraf etmişdir. Bu vaxt PPX əməkdaşları yaxınlaşmış və onlar birlikdə 1-ci PB-nə getmişlər. Orada oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs1 olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdır ki, o, yaşadığı evin həyətində sağ tərəfdə kiçik hin tikmiş və orada toyuq saxlamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o və ailə üzvləri işə getdikləri üçün evdə heç kim olmamışdır. O, həmin gün saat 19:30 radələrində evə gələn zaman anası həyətlərindəki hindən 16 ədəd toyuğun oğurlandığını bildirmişdir. Hinə baxan zaman həqiqətən də hinin taxta qapısının yuxarı hissəsinin sındırıldığını və toyuqların oğurlandığını müəyyən etmişdir. İşi ilə əlaqədar oğurluq hadisəsi barədə polisə məlumat verə bilməmişdir. Lakin, sonradan onların qonşuluğunda da oğurluq hadisəsi baş verdiyi üçün dayısı Şükür Əsgərov DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra özü 1-ci PB-nə yaxınlaşaraq bu barədə ərizə və izahat yazmışdır. Sonradan həyətlərindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs1 olması barədə məlumatlı olmuşdur. Həyətlərindən 16 ədəd toyuq oğurlanmış, nəticədə ona təxminən 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında mülki iddiaçı, eyni zamanda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Müzəffərli ElmanTelman oğlu ifadəsində göstərmişdır ki, o, 2020-ci ildən Zərərçəkmiş şəxs4 MMC-də müxtəlif vəzifələrdə işləyir. Şahid12 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən «Oba Nasosnu 6» mağazasının müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs4 MMC-nin filiallarında baş vermiş oğurluq və digər hadisələr barədə filial müdirləri rəhbərliyə məlumat verirlər. Şahid12 də MMC-nin rəhbərliyinə məlumat verərək xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasına naməlum iki nəfər şəxsin müştəri qismində daxil olaraq oradan 08 ədəd ümumilikdə 26,40 manat dəyərində, 0,33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23,50 manat dəyərində, 1 kq çəkidə “Anchor, markalı kərə yağını, 01 ədəd 12.80 manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10,70 manat dəyərində 1 lt “Black Jack” markalı viskini, 01 ədəd 20,60 manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22,50 manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5,80 manat dəyərində 250 ml “Black Jack” markalı viskini oğurladıqlarını bildirmişdir. Eyni zamanda Şahid12 bu barədə Sumqayıt ŞPİ-nin 2ci PB-nə ərizə ilə müraciət etmişdir. Qeyd edilən oğurluq faktı ilə bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanmış və istintaqla Zərərçəkmiş şəxs4dən oğurluq etmiş şəxslərin Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Baş vermiş oğurluq faktı nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 161,30 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə mülki iddiaçı, eyni zamanda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Müzəffərli ElmanTelman oğlu məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı şikayət, tələb və mülki iddialarının olmamasını bildirmiş, tərəflərindən verilmiş mülki iddiaya xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, o, yaşadığı həyət evinin darvazasını dəyişdiyi üçün köhnə darvazanı çıxarıb yaşadığı küçədə evin hasarına söykəmişdir. xx.xx.2024-cü il tarixdə saat 10:45 radələrində o, evdən çıxan zaman darvazanın yerində olmadığını görmüşdür. O, qonşunun müşahidə kamerasına baxmış və xx.xx.2024-cü il tarixdə saat 11:17 radələrində ağ rəngli avtomobillə naməlum şəxs darvazanı oğurlayıb apardığını müəyyən etmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonradan ona darvazanı oğurlamış şəxsin Təqsirləndirilən şəxs1 olması və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məlum olmuşdur. Həmin darvazanın uzunluğu 2 metr, eni 2.20 metr, qalınlığı 4-lük materialdan olmuş və qiyməti isə 1000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Mayis oğlu ifadəsində göstərmişdir ki, 13 noyabr 2025-ci ildə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə 16:25 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindəki “Emin” şadlıq sarayı ilə üzbə-üz yerləşən parkda saxlamışlar, özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi və daşınması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 02 ədəd büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi sitifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə baxış keçirilmiş, ancaq əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin büküm müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. Daha sonra şübhəli şəxs və aşkar edilmiş maddə qablaşdırılmış formada Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə aparılmış, idarədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə qablaşdırılmış maddələr olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Aşkar edilmiş maddələr ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, müvafiq qaydada yenidən qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya yayınmaya cəhd etməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid2 Mayis oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibində saxladığı iki ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Sumqayıt ŞPİ-nin ƏRQ-nin operatoru Şahid4 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 Mayis oğlunun və Şahid3 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibində saxladığı iki ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 04 noyabr 2024-cü ildə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “İnşaatçılar” stadionunun yaxınlığında saxlamışlar, özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi və daşınması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y yaşayış massivində tanımadığı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə qadın polis əməkdaşı tərəfindən baxış keçirilmiş, ancaq əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. Daha sonra şübhəli şəxs və aşkar edilmiş maddə qablaşdırılmış formada Sumqayıt Şəhər Polis İdarəsinə aparılmış, idarədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə qablaşdırılmış maddələr olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Daha sonra bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs2 saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya yayınmaya cəhd etməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid6 və Şahid7 digər Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin X3 YYÇPİTB-nin inspektoru Şahid8 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid5, Şahid6 və Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onun “Vaz 27175” markalı avtomobili var. xx.xx.2024-cü il tarixdə Daş bazarı deyilən ərazidə dayanaraq müştəri gözləyən zaman metal qəbulu məntəqəsində fəhlə işləyən Vüsal onu çağırmış, Elşad adlı şəxsi göstərərək sonuncunun metallarını gətirib-gətirə bilməyəcəyini soruşmuşdur. O, Elşaddan gedəcəkləri ünvanı soruşmuş, Elşad ona Sumqayıt şəhəri, Qurd Dərəsi yaşayış massivində “Marlboro market”in yaxınlığına gedəcəklərini bildirmişdir. Həmin ünvana 10 manata gedəcəyini bildirmiş, Elşad isə onunla razılaşmışdır. Elşad gəldiyi taksini yola salmaq üçün ondan üç manat alıb həmin taksi sücürüsünə vermişdir. Elşad həmin sürücüyə metalı gətirib təhvil verdikdən sonra onun 13 manat pulunu verəcəyini bildirmişdir. Onlar Elşadın dediyi əraziyə gedəndə yolüstü tanımadığı bir nəfər fəhlə də götürmüşlər. Onlar getdikləri ünvanda küçədə divara söykənmiş bir darvaza olmuşdur. Elşad ona darvazanın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Elşad onlarla gələn fəhlə ilə birlikdə həmin darvazanı onun maşınına yükləmişlər. Sonra onlar metal qəbulu məntəqəsinə gəlmişlər. Avtomobillə tərəziyə çıxmış və darvazanın kütləsini çəkmişlər. Darvazanı maşından düşürdükdən sonra Elşad darvazanın pulunu almış, o isə maşınını həmişə saxladığı yerə aparmışdır. O, pulunu almaq üçün qayıdan zaman Elşadın çıxıb getdiyini görmüşdür. Bundan bir müddət sonra darvazanın oğurluq olması ilə bağlı məlumat əldə etmiş və polis əməkdaşlarının tələbi ilə həmin darvazanı yenidən əvvəlki yerinə qaytararaq sahibinə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, “Daş bazarı” ərazisində yerləşən metal qəbulu məntəqəsində fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə metal qəbulu məntəqəsində olan zaman sonradan adının Elşad olduğunu bildiyi şəxs məntəqəyə yaxınlaşmış, özünəməxsus metallar olduğunu və onu gətirib təhvil vermək istədiyini, lakin maşınının olmadığını bildirmişdir. O, həmin vaxt onların iş yerinin yanında dayanmış sürücü Şahid11 səslənib onu çağırmışdır. Elnur onun yanına gəlmişdir. O, Elnura Elşadı göstərmiş, onun metallarını buraya gətirib-gətirə bilməyəcəyini soruşmuşdur. Elnur hazırda işinin olmadığını və Elşadın metallarını gətirə biləcəyini bildirmişdir. Bundan sonra Elşad Elnurla maşına əyləşib getmişdir. Təxminən yarım saatdan sonra Elşad və Elnur məntəqəyə qayıtmışlar. Avtomobilin yük yerində dəmir darvaza olmuşdur. Elşad darvazanın ona məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, darvazanı tərəzidə çəkib həmin darvazaya görə 92 manat verə biləcəyini demişdir. Elşaddan şəxsiyyət vəsiqəsini istəmiş, lakin elşad şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmin vaxt orada fəhlə işləyən Məzahir adlı şəxs Elşadı tanıdığını və sonuncunun əvvəllər də metal gətirib satdığını bildirmişdir. Bundan sonra dəftərdə Elşadın şəxsiyyət vəsiqəsinin məlumatlarını tapmışdır. Onun vəsiqəsinin seriya nömrəsini dəftərə qeyd eldikdən sonra 92 manat pulu ona vermişdir. Sonradan onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər və həmin darvazanın oğurluq olduğunu bildirmişlər. O, bu barədə izahat yazaraq darvazanın oğurluq olmasından xəbərinin olmadığını bildirmişdir. Polis əməkdaşlarının tələbi ilə həmin darvazanı yenidən əvvəlki yerinə qaytararaq sahibinə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü ildən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasının müdiri vəzifəsində işləyir. Mağazada hər hansı hal baş verdikdə rəhbərliyə məlumat verir. xx.xx.2024-cü il tarixdə mağazanın müşahidə kameralarına baxarkən həmin gün saat 22:35 radələrində naməlum bir qadın və bir kişinin 08 ədəd ümumilikdə 26,40 manat dəyərində, 0,33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23,50 manat dəyərində, 1 kq çəkidə “Anchor, markalı kərə yağını, 01 ədəd 12.80 manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10,70 manat dəyərində 1 lt “Black Jack” markalı viskini, 01 ədəd 20,60 manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22,50 manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5,80 manat dəyərində 250 ml “Black Jack” markalı viskini oğurladıqlarını aşkar etmişdir. Bu barədə rəhbərliyə məlumat vermiş, həmçinin şikayətlə daxili işlər orqanlarına məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq etmiş şəxslər Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Baş vermiş oğurluq faktı nəticəsində Zərərçəkmiş şəxs4 MMC-yə ümumilikdə 161,30 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid13 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, “Daewoo Nexia” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə edir və bəzən əmin avtomobillə qəsəbə daxilində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Qurd dərəsi ərazisində olarkən tanımadığı, təxminən 40 yaşlarında olan bir nəfər ona yaxınlaşmış və onu “Marlboro” adlanan mağazanın yaxınlığına aparmasını xahiş etmişdir. O, həmin şəxslə razılaşmışdır. Onlar ünvana çatdıqdan sonra həmin şəxs ciblərini yoxlamış və üzərində pulunun olmadığını bildirmişdir. Həmin şəxs orada bir torpaq sahəsi göstərərək həmin yeri aldığını, orada ustalarla görüşəcəyini və bir müddətdən sonra gəlib onu həmin ünvandan götürməsini xahiş etmişdir. Eyni zamanda həmin şəxs ona 01 ədəd bank kartı da vermiş, həmin kartdan 100 manat pul çıxarmasını və həmin puldan da yol pulunu çıxmağını xahiş etmişdir. O, həmin şəxsə inanmış və kartı götürüb getmişdir. O, qəsəbədə kartın içərisində pul olub-olmadığını yoxlamaq üçün xatırlamadığı mağazaya girib kartı yoxlatmışdır. Ona kartın içərisində pul olduğunu bildirmişlər. O, bankomatdan pul çıxarmağı bacarmadığı, eyni zamanda həmin şəxsdən şübhələndiyi üçün kartdan pul çıxarmamışdır. Sonra həmin şəxsi düşürdüyü yerə qayıtmış, lakin həmin şəxsin orada olmadığını görmüşdür. O, həmin ərazidə həmin şəxsi axtarsa da, tapa bilməmişdir. Bir neçə gündən sonra qəsəbədə xatırlamadığı polis əməkdaşı ona müştəri apardığı ünvandan toyuq oğurlandığını bildirmişdir. O, isə polis əməkdaşına bu işdən xəbərinin olmadığını bildirmişdir. Sonradan ona həmin naməlum şəxsin adının Elşad olduğu və getdikləri ünvanda olan toyuqları oğurladığı məlum olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin PPXT0nin 2-ci bölüyünün polis nəfəri Şahid9 və Sumqayıt Şəhər Polis İdarəsi TTXT-nun polis nəfəri Şahid10 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar ifadələrində göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 12:30 radələrində “9185” çağırışlı avtopatrulda Sumqayıt şəhəri, Sahil küçəsində birlikdə xidmətdə olarkən vətəndaş X7 mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ona məxsus evdə işləyən ustanın paltarlarının cibindən pul və ona məxsus əşyaların oğurlandığını bildirmiş, həmin şəxsin əlamətlərini və həyətdəki kamera görüntülərini onlara göndərmişdir. Onlar videoyaya baxdıqdan sonra oğurluq hadisəsi baş verdiyini müəyyən etmişlər. Buna görə də ərazidə həmin şəxsi axtarmağa başlamışlar. Küçələrin birində həmin şəxsin əlamətlərinə uyğun olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. Həmin şəxs oğurluq etdiyini etiraf etmişdir. Həmin vaxt zərərçəkmiş şəxs də orada olmuşdur. Onlar həmin şəxsi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmişdir. Onlar birlikdə bölməyə gəlmişlər. Bölmədə həmin şəxsin əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 161-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 251-257-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 127-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 174-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cild 51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 98-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzrəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 32-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 280-285-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən oğurluq hadisəsi baş vermiş küçədə quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmış görüntülər olan 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirdilərkən müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd video görüntü var, görüntülər 16 saniyyə davam edir. Video mobil telefonun ekranından çəkilmişdir. Videonun ilk saniyyələrində tikinti işləri aparılan həyət müşahidə olunur. Videonun 12-ci saniyyəsində ağ saçlı, ağ köynək, qara şalvarə və açıq rəngli gödəkçə geyinmiş şəxsin tikinti işlərinin aparıldığı evin həyətindən küçəyə doğru hərəkət etdiyi müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs1 videodakı görüntünün ona məxsus olduğunu bildirmişdir Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasının müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülər olan 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirdilərkən müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd video görüntü var, video görüntü 3 dəqiqə 7 saniyyə davam edir. Videonun ilk saniyyələrində qırmızı gödəkçəli və qara şalvarlı qadın vitrindən 01 ədəd yağ götürüb oradan uzaqlaşır. Sonra həmin qadının içkilər olan vitrinlərə yaxınlaşdığı müşahidə olunur. Qadın vitrindən uzaqlaşdıqdan sonra bir nəfər kişi həmin vitrinlərə yaxınlaşır. O, vitrinə baxdıqdan sonra əlini uzadıb 02 ədəd viskini götürüb gödəkçənin qolunda gizlədib ətrafı müşahidə edir. Bu vaxt həmin qadın yenidən onun yanma gəlib vitrinə baxır. Sonra həmin qadının vitrinlərin arasında gəzdiyi müşahidə olunur. Videonun 1-ci dəqiqə 56-cı saniyyəsində görüntüdə olan qadın əlindəki əşyanı əl çantasına qoyur. Sonra həmin qadının mağazadan çıxdığı və küçədə dayanmış ağ rəngli VAZ2107 markalı taksi avtomobilinə əyləşdiyi müşahidə olunur. Sonra digər şəxsin də mağazadan çıxariq iti addımlarla həmin taksiyə tərəf getdiyi müşahidə olunur. Həmin şəxs də taksiyə mindikdən sonra taksi hərəkət edib gedir. Bundan sonra video bitir. Cinayət işinin 2-ci cild 38-39-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2024-cü il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Emin” şadlıq sarayı ilə üzbəüz yerləşən parkda saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzəri yoxlanılan zaman narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin maddələr xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 2-ci cild 60-61-cu vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 daha öncədən təqdim etdiyi və qablaşdırılmış maddələrə baxış keçirilərək elektron tərəzidə çəkilmişdir. Həmin maddələrin birinin 1,32 qram və digərinin çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Həmin maddələr yenidən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını və onun üzərindən aşkar edildiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/5201 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,016 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qram rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi – 1,016 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,966 qram. Metamfetaminin təmiz çəkisi – 0,234 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,184 qram. Cinayət işinin 2-ci cild 73-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 114-115-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2024-cü il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “İnşaatçılar” stadionun yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarın sağ cibindən 01 ədəd bükümdə olan maddəni təqdim edərək narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 1,48 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 2-ci cild 137-138-ci vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaların götürülməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 daha öncədən təqdim etdiyi maddənin olduğu zərf təhqiqatçıya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin zərfdə olan maddənin narkotik vasitə olan heroin olmasını və onun üzərindən aşkar edildiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/51309 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 1.029 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, Qeyd: Heroinin təmiz çəkisi – 1,029 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq – 0,929 qram. Cinayət işinin 2-ci cild 152-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səkkiz bir) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 56-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/9566 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd qızılı rəngli, uzun müddət istifadədə olmuş qolbağın qiyməti 01 manat, 01 ədəd üzərində “Emporio Armani” yazıları olan, istifadədə olmuş kişi qol saatının qiyməti 03 manat, 01 ədəd üzərində markalanma göstəricilərinə dair məlumat olmayan simsiz qulaqlığın qiyməti 10 manat, 01 ədəd bujiteriya üzüyün qiyməti 01 manat, uzunluğu 2 metr, eni 2,20 metr, qalınlığı 4-lük materialdan olan dəmir darvazanın qiyməti 200 manat təşkil etmişdir. Cinayət işinin 3-cü cild 55-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/885 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyindən görünür ki, 08 ədəd 0,33 ml «Redbull» markalı enerji içkisinin ümumi qiyməti 26,40 manat, 01 ədəd 1 kq çəkidə «Anchor» markalı kərə yağının qiyməti 23,50 manat, 01 ədəd 500 qı- çəkidə “Anchor” markalı kərə yağının qiyməti 12,80 manat, 01 ədəd 10,70 manat dəyərində 1 lt “Black Jack” markalı viskinin qiyməti 10,70 manat, 01 ədəd 190 qr “Nescafe gold” markalı qəhvənin qiyməti 20,60 manat, 01 ədəd 95 qr “Jacobs” markalı qəhvənin qiyməti 8,20 manat, 15 ədəd “Premium” markalı corabların ümumi qiyməti 22,50 manat. 04 ədəd 150 ml “Mannan” markalı spreyin ümumi qiyməti 30,80 manat və 01 ədəd 250 ml “Black Jack” markalı viskinin qiyməti isə 5,80 manat təşkil etmişdir. Beləliklə, ekspertiza təyini haqqında qərarda qeyd olunan 09 adda malların 2024-cü ilin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 161,30 manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul etməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 4-cü cild 105-129-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış müvafiq olaraq qalıq çəkiləri 0,966 qram və 929 qram çəkidə narkotik vasitə olan heroin, 0,184 qram çəkidə psixotrop maddə olan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi və üzərinin yoxlanması, həmçinin şəxsi axtarış və təqdim edilən əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs4 MMC və digər zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş video görüntülərin olduğu 03 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd darvazanın, digər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qolbağı, 01 ədəd qol saatı, 01 ədəd qulaqlıq və 29 manat pul maddi sübut kimi tanınmış və onların məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 2-ci cild 201-202-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cild 165-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilərək üzərində 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, yəni cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətlərini törətməsi, digər Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə və təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyaların götrülməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara təqsirli bilndikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, dörd zərərçəkmiş şəxsdən üçünə vurulmuş zərəri tam aradan qaldırmasını, zərərçəkmiş şəxslərdən üçünün ona qarşı tələb və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 181.3.4-cü maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilərək üzərində 12 (on iki) il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, yəni cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra şərti cəza çəkmə dövründə xx.xx.2024-cü il tarixlərdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il 02 (iki) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdən 18 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbsə alındığı 07 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kmi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən digər Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödənəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş vəxx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 04 noyabr 2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplanmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2024-cü il tarixdən 06 noyabr 2024-ci il tarixədək 02 (iki) gün, həmçinin 13 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 08 yanvar 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kmi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7256 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 mıcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış müvafiq olaraq 0,966 qram və 0,926 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin 0,184 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübutlar Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd darvazanın, digər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qolbağı, 01 ədəd qol saatı, 01 ədəd qulaqlıq və 29 manat pulun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, məhkəmə kimyəvi-ekspertiza məhkəmə-kimyəvi ekspertizası tədqiqatının xərci 195 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs2, xx.xx.2025-ci il tarixli, 9/885 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, xx.xx.2025-ci il tarixli, 9/9566 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsinin mülki iddiadan imtinası qəbul edilməli və iş üzrə mülki iddiaya xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 25 saata görə 275 (iki yüz yetmiş beş) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPMin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 oktyabr 2024-cü il tarixdən 18 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2024-cü il tarixdən 06 noyabr 2024-ci il tarixədək 02 (iki) gün, həmçinin 13 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış müvafiq olaraq 0,966 qram və 0,926 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin 0,184 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd darvazanın, digər Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qolbağı, 01 ədəd qol saatı, 01 ədəd qulaqlıq və 29 manat pulun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə iş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının xərci 195 (bir yüz doxsan beş) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə iş üzrə xx.xx.2025-ci il tarixli, 9/885 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə iş üzrə xx.xx.2025-ci il tarixli, 9/9566 saylı məhkəmə-əmtəəşunaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC-nin mülki iddiadan imtinası qəbul edilsin və iş üzrə mülki iddiaya xitam verilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 25 saata görə 275 (iki yüz yetmiş beş) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-610/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-610/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver