Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-611/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci ildə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olunmayan, işsiz, Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12, mənzil 119-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Sumqayıt Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası çəkilməmiş, hazırda məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 1,635 qram kustar üsulla hazırlanmış xarici görünüş ələmatlərinə və kimyəvi komponent tərkibinə görə eynitərkibli narkotik vasitə olan heroini əldə edib həmin narkotik vasitə olan heroindən 06 aprel 2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər sakinləri 1 ədəd bükümdə təmiz çəkisi 0,576 qram Təqsirləndirilən şəxs2, 1 ədəd bükümdə təmiz çəkisi 0,474 qram Təqsirləndirilən şəxs3 vermiş, 1 ədəd bükümdə təmiz çəkisi 0,585 qram qram heroini isə daşıyaraq üzərində saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 17:00-da Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən “OBA” marketin yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,585 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,576 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq onu üzərində saxlamış, 06 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən «Oba market»in yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisindən 0,576 qram çəkidə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş, içərisində 0.474 qram qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “OBA” marketin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin TŞ-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində 0.474 qram qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Tutulmamışdan təxminən bir neçə saat əvvəl təxminən günorta saatlarında, tanışları Fuad və Faillə birlikdə olmuş, sonuncular da narkotik vasitə istifadəçisidirlər. Bədənlərində ağrı olduğu üçün narkotik vasitə almaq qərarına gəlmişlər. Onun Sumqayıt şəhəri Şirvan qəsəbəsində yaşayan Hacı adlı tanışı olmuş, əvvəl də 1-2 dəfə narkotik vasitə olan kakos alıb istifadə etmişdir. Bu səbəbdən üçü birlikdə təxminən saat 14-15 radələrində Sumqayıt şəhəri Şirvan qəsəbəsinə tanımdağı taksiylə getmişlər. O, Hacını təsadüfən Şirvan qəsəbəsində görmüş və tək yaxınlaşıb 3 büküm kakos istəyərək ona 30 manat pul verib 3 büküm narkotik vasitə olan kakos almışdır. Daha sonra Sumqayıt şəhəri Corat qəsəbəsinə qayıtmışlar. O, Hacıdan aldığı 3 büküm narkotik vasitə olan kakosdan 1 bükümün Failə bir bükümünü də Fuada vermiş, təxminən saat 17 radələrində Corat qəsəbəsində yerləşən Oba marketin qarşısında olarkən polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmiş, təqdim edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızın bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuş, sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni Şirvan qəsəbəsi ərazisində Haci adlı şəxsdən 30 manat aldığını, ümumilikdə 3 büküm narkotik vasitə aldığını, həmin narkotik vasitələrdən 2 bükümünü tanışları Fail və Fuada verdiyini bildirmişdir. Aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilib xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən «OBA» marketin yaxınlığında qardaşı Fail və tanışı Xəyyam ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Polis İdarəsində olan zaman hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirdikdən sonra özü əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmiş, təqdim edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızın bükümün içərisində “heroin” olduğunu bildirmişdir. Aşkar olunmuş maddənin narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni Təqsirləndirilən şəxs1 ona istifadə etmək üçün verdiyini qeyd etmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 17:00 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən «Oba market»in yaxınlığında dostu Xəyyam və qardaşı Fuad ilə dayanıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onlara narkotik vasitələrin qəbulunda və qanunsuz gəzdirilməsində şübhəli olduğunu bildirərək üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunmuş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmiş, polis əməkdaşlarının suallarına cavab olaraq bükümün içərisindəki narkotik vasitə olan heroin olduğunu və dostu Xəyyamın istifadə etmək üçün alıb gətirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,71 qram olduğu müəyyən olunmuş, sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Atası və 2 qardaşı da həbsdədir. Himayəsində azyaşlı uşağı vardır. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 06 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin tədbirdə Şahid1, CAŞ-ın kiçik inspektorları Şahid3, Şahid4, TŞ-nin baş təhqiqatçısı Elsəvər Quliyev, təhqiqatçı Səadət Qənbərov və KTB-nin kriminalisti Fərid Nəsimiyev iştirak etmiş və xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “OBA” markerin yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə heroinə bənzər maddə aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs3 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə heroinə bənzər maddə aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə heroinə bənzər maddə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində 03 ədəd bükümdə narkotik vasitə heroin olduğunu, 02 ədəd bükümü Fail və Fuada təmənnasız verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qsimində ifadə vermiş Şahid3 da Şahid2 ilə oxşar məmunlu ifadə verərək, onunla eyni xüsusatları qeyd etmişdirlər. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclas zalında elan edilmiş Şahid1 və Şahid4 da digər şahidlərlə eyni məzmunlu ifadə verərək onlarla eyni xüsusatları qeyd etmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 06 aprel 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamas, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Təqdim edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızın bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni Şirvan qəsəbəsi ərazisində Həci adlı şəxsdən 30 manata aldığını, ümumilikdə 3 büküm narkotik vasitə aldığını, həmin narkotik vaistələrdən 2 bükümü tanışları Fail və Fuada verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,72 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1911 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1” Sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,585 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,585 qram heroin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,526 qram heroin və Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,424 qram heroin ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materaillarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, heroinin təmiz çəkisi 0,585 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,535 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsatətə əsasən Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən .istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilməsi müəyyən edilir. Şübhəli şəxsə hüquq və vəzifələri elan ediləndən sonra şübhəli şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd kağız bükümü çıxararaq təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, ancaq qeyri qanuni əşya və ya predmet aşkar olunmur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda qəhvəyi rəngli spesifik iyə malik maddə olması müəyyən edilir. Sorğu zamanı şübhəli şəxs həmin narkotik vaistəni Şirvan qəsəbəsində Hacı adlı şəxsdən aldığını bildirdi. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,72 qram olması müəyyən edilir. Bundan sonra aşkar edilmiş 01 ədəd büküm müvafiq qaydada qablaşdırılır. Şübhəli şəxs sonda təhqiqatçmm suallarına cavab olaraq Hacı adlı şəxsdin 3 büküm narkotik vasitə aldığını, 2 bükümünü Fail və Fuad adlı qardaşlara verdiyini bildirdi. Bundan sonra müvafıq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Baxış zamanı qeyd edilən diskin məzmunu «X13» proqramı vasitəsilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin «arayışlar üçün» möhürü ilə möhürlənərək protokola əlavə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd bükümdə ekspertiza tədqiqatından sonrakı qalığı 0,585 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı 0,535 qram qalığı saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Sumqayıt şəhər Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 256 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədov Xəyyam Xanoğlan oğlu Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatdadır və Sumqayıt şəhəri, 12-ci mikrorayon, X11-1005, bina 738, mənzil 119 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi həyat yoldaşı-X4 və oğlu- 2018-ci il təvəllüdlü X12 oğlundan ibarətdir. İş materiallarında olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Sumqayıt şəhər Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 257 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, onun haqqında MKİS-ə heç bir xoşagəlməz söz və ya şikayət daxil olmamışdır. Yaşadığı ərazidə sakinlər və qonşular tərəfindən onun haqqında heç bir mənfi xüsusiyyət qeyd olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 21 gün islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 il 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzası 05 il 06 ay 10 günə endirilmiş, Amnistiya qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 19 aprel 2022-ci il tarixli 1925 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorun birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməsi və cinayət işi üzrə ibtidai istintaqın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanaraq ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 06 aprel 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamas, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin büküm açıldı , bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni dostu Xəyyamın alıb gətirdiyini, istifadə etmək üçün ona verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,71 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1907 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N124” dairəvi möhür əksləri “Təqsirləndirilən şəxs2 üzərindən...” yazılar, imzalar və soyadlar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,576 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materaillarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, heroinin təmiz çəkisi 0,576 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,526 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbyacan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Failin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini o Failə istifadə etmək üçün vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:00-da polis əməkdaşları onları Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən “Oba market”in yaxınlığında saxlayarkən həmin narkotik vasitə Failin üzərində olmuşdur. Həmin narkotik vasitəni Failə pulsuz vermişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. xx.xx.2022-ci il tarixdə, saat 17:00-da polis əməkdaşları tərəfindən Corat qəsəbəsi ərazisində saxlanılarkən üzərində olan narkotik vasitə heroini ona Xəyyam istifadə etməsi üçün vermişdir. Xəyyam həmin narkotik vasitəni pulsuz olaraq Failə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsatətə əsasən Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə, yəni 06 iyul 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsi müəyyən edilir. Şübhəli şəxsə hüquq və vəzifələri elan ediləndən sonra şübhəli şəxs əynində olan şalvarının sağl yan cibindən 01 ədəd kağız bükümü çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin maddəni dostu Xəyyamın gətirdiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, ancaq qeyri qanuni əşya və ya predmet aşkar olunmur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,71 qram olması müəyyən edilir. Bundan sonra aşkar edilmiş 01 ədəd büküm müvafiq qaydada qablaşdırılır. Baxış zamanı qeyd edilən diskin məzmunu «X13» proqramı vasitəsilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin «arayışlar üçün» möhürü ilə möhürlənərək protokola əlavə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd bükümdə ekspertiza tədqiqatından sonrakı qalığı 0,576 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı 0,526 qram qalığı saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-in xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq edilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Hal-hazırda ********* nömrəli cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun icraatındadır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 02 iyun 2022-ci il tarixli 2902 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorun birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-nin 2244 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 K.Kotec qəsəbəsi, M.Axundov küçəsi, ev 2 ünvanında yaşamır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək icraata qəbul edilməsi və cinayət işi üzrə ibtidai istintaq Azərybaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərybaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 06 aprel 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmamas, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs3 özü əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Təqdim edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızın bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “heroin” olduğunu, həmin maddəni Xəyyam adlı dostunun ona istifadə etmək üçün verdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,60 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1906 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs (imza Təqsirləndirilən şəxs3...” yazıları və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,474 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materaillarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, heroinin təmiz çəkisi 0,474 qram olmuş, 0,05 qram tədqiqata sərf edilmiş, 0,424 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Xəyyam Məmmədovu tanıyır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini Xəyyam ona xx.xx.2022-ci il tarixdə 16:00-da Corat qəsəbəsi ərazisində pulsuz vermişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 tanıyır. Onun üzərindən aşkar olunmuş heroini Xəyyam ona əvəzsiz olaraq vermişdir. Fuadla xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər, Corat qəsəbəsi “Oba market” tərəfdə görüşmüşlər. Təxminən saat 16:00 radələrində Xəyyam üzərində gətirdiyi bir büküm heroini ona vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vəsatətə əsasən Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 423 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərində axtarış keçirilməsi müəyyən edilir. Şübhəli şəxsə hüquq və vəzifələri elan ediləndən sonra şübhəli şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd kağız bükümü çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin maddəni dostu Xəyyamın gətirdiyini bildirir. Bunun qarşılığında Xəyyama pul vermədiyini bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, ancaq qeyri qanuni əşya və ya predmet aşkar olunmur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,60 qram olması müəyyən edilir. Bundan sonra aşkar edilmiş 01 ədəd büküm müvafiq qaydada qablaşdırılır. Baxış zamanı qeyd edilən diskin məzmunu «X13» proqramı vasitəsilə dinlənildikdən və protokola qeyd edildikdən sonra həmin disk zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin «arayışlar üçün» möhürü ilə möhürlənərək protokola əlavə edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş bir ədəd bükümdə ekspertiza tədqiqatından sonrakı qalığı 0,474 qram narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı 0,424 qram qalığı saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-94101 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs3 barədə hökmün surəti və onun icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən həbsdə olduğundan ona elektron qolbaq tətbiq olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 01 iyun 2022-ci il tarixli 2874 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixostimulyatorun birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-nin 2244 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 6 saylı məhəllə, ünvan 4 ünvanında yaşamır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd olunması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hər birinin əməlinin Azərbaycan Respublikası CM-nin 18-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs1 üzərindən 06 aprel 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən 0,585 qram heroinin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən 0,474 qram heroinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə hesab edilən 0,576 qram heroinin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt şəhər Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, şəxsi axtarışların əks olunduğu 03 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi onların etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi vardır, onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdikləri cinayətə görə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs3 əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cinayətin törədilmə şəraitini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir və o məhkəmə zalından dərhal həbs edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və yenidən cinayət törədilməsinə meyilli olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, məhkəmə hökmü ilə eyni maddə ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq, hökm qanuni qüvvəsini alanadək yenidən cinayət törətməsini və bununla da islah olunmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin ediləcək cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,585 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,535 qramı, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,526 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,476 qramı, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,424 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,374 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs1, 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs2, 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Mamudov Xəyyam Xanoğlan oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-611/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 984 saylı orderə əsasən vəkil Müdafiəçi2 Mamudov Xəyyam Xanoğlan oğlunun vəkili, xx.xx.2022-ci il tarixli 985 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2022-ci il tarixli, 986 saylı orderə əsasən Müdafiəçi3 Təqsirləndirilən şəxs3 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 10 (on) saat, Müdafiəçi1 10 (on) saat, Müdafiəçi3 10 (on) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardımlara görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir günə bərabər tutulmaqla, cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,585 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,535 qramı, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,526 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,476 qramı, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 0,424 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,374 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs1, 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs2, 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi2 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi3 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-611/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-611/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver