Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-612/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadanolmuş, AzərbaycanRespublikasıvətəndaşı, evli, orta təhsilli, "X2" MMC-də icraçı direktor işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 20 yanvar küçəsi, 29-cu məhəllə, ev 19/14, mənzil 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32a/78, mənzil 50-də kirayə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan tanışları Zakir və Nahid adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən Nəriman Nərimanov adına mədəniyyət evinin yaxınlığında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun tanışına baxması səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruqla vurub yerəyıxmış və yerdə olarkən təpiklə sol qoluna vurub ona sol bazü sümüyünün boynunun qapalı yer dəyişməyən sınığından ibarət xəsarət yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31.12.2020-ci il tarixdə saat 17 radələrində özünə məxsus olan “Changan” markalı, “Benny” modelli, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, 34-cü məhəllə, Nərimanov klubunun qarşısında saxlamış, həmin vaxt avtomobildə qabaq sağ oturacaqda tanışı Zakir, arxa sağ tərəfdə isə Nahid əyləşmişdir. Zakir avtomobildən düşüb siqaret almaq üçün köşkə getmiş, həmin vaxt köşkün yanında dayanan 2 nəfərdən biri, adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin Zakirə diqqətlə, gözünü çəkmədən baxdığını görərək Nahidə bu barədə bildirdikdə Nahid də buna fikir verdiyini bildirmişdir. Qapını açıb Zərərçəkmiş şəxs Zakirə diqqətlə baxmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs sərt şəkildə “bəlkə tanışdı deyə baxıram” demişdir. Sonra Nahid avtomobildən düşərək Hidayətin yanına getmişdir. O isə avtomobilin içərisində olmuşdur. Avtomobilin içərisindən Nahid və Zərərçəkmiş şəxs bir-birinin yaxasından tutduğunu görüb avtomobildən düşüb onların yanına getmişdir. O Nahid və Zərərçəkmiş şəxs yanında olan adının sonradan Şahid olduğunu bildiyi şəxslə Nahid və Zərərçəkmiş şəxs aralaşdırmışdır. Sonra o yenidən avtomobildə sürücü oturacağında, Zakir qabaq sağ oturacaqda, Nahid isə arxa sağ oturacaqda əyləşmişdir. O avtomobili sürüb 5-10 metr irəliləyərkən avtomobilin sol yan güzgüsündən Zərərçəkmiş şəxs avtomobilin arxasınca qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs təkrar-təkrar “nömrənizi verin” deyib nalayiq söyüşlər söymüşdür. O Zərərçəkmiş şəxs söyüş söyməsinə görə əsəbiləşib avtomobili saxlayıb hər üçü avtomobildən düşdükdə Zərərçəkmiş şəxs əks istiqamətdə qaçmağa başlamışdır. O isə əsəbiləşdiyi üçün Zərərçəkmiş şəxs arxasınca qaçaraq ona yetişib ona bir neçə yumruq zərbələri endirmişdir. Sonra Zərərçəkmiş şəxs yerə yıxılmış, təpiklə yerdə yıxılı vəziyyətdə olan Zərərçəkmiş şəxs bir neçə zərbə vurmuşdur. Zərbələrin bir neçəsi Zərərçəkmiş şəxs sol quluna dəymişdir. Həmçinin Zakir və Nahid də Zərərçəkmiş şəxs təpiklə zərbələr vurmuşdur. Zahid və Nahid təpiklə Hidayətin sağ bilək nahiyəsinə vurmuş, Zakir eləcə də təpiklə onun başına və ayaq nahiyəsinə bir neçə zərbə vurmuşdur. Sonra Zərərçəkmiş şəxs yanından kənarlaşıb avtomobilə əyləşib çıxıb getmişlər. Zərərçəkmiş şəxs və Şahid əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik ədavəti yoxdur. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş “sol bazü sümüyünün boynunun qapalı yerdəyişməyən sınığı” xəsarətini o təpiklə vurub yetirmiş, həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs sol qolunu tutmuşdur. "Sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi” xəsarətini Nahid və Zakir təpiklə vuraraq yetirmiş, Zakir eləcə də təpiklə baş və ayaq nahiyəsinə zərbələr vurmuşdur.Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı səsə-küyə ətrafdakı adamlar toplaşmış, insanların hərəkətinə maneə törədilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində 3 azyaşlı uşağı vardır. Bu səbəbdən də Məhkəmədən ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 31.12.2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Nərimanov klubunun qarşısında yerləşən köşkdən yanında olan dostu Şahid siqaret alarkən bir nəfər təxminən 175 sm boyu olan, təxminən 27-30 yaşlarında olan qara rəngli gödəkçə geyinən qarabəniz şəxsin ona tanış gəldiyi üçün ona baxaraq haradan tanıdığını fikirləşmiş, həmin şəxs isə köşkün yanında dayanmış “Changan” markalı, **-AB-*** markalı göy rəngli avtomobilin qabaq sağ tərəfində, yəni sürücünün yanında əyləşmişdir. Həmin vaxt avtomobilin sükanı arxasında əyləşmiş təxminən 170 sm boyu olan, qara rəngli köynək, qara rəngli şalvar və pencək geyinmiş adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona nə üçün onun dostuna baxdığını bildirmiş, sonra Təqsirləndirilən şəxs, baxdığı şəxs və avtomobilin arxa sağ tərəfindən əyləşmiş, təxminən 170 sm boyu olan, göy rəngli köynək geyinmiş, təxminən 27-30 yaşı olan şəxs də avtomobildən düşüb onun yanına gələrək baxmağının səbəbini soruşduqda onlara həmin şəxsin ona tanış gəldiyi üçün baxdığını bildirmişdir. Həmin vaxt göy rəngli köynək geyinmiş şəxs onun ünvanına nalayiq söyüş söymüş, o isə onun söyüşünü özünə qaytarmışdır. Bu zaman hər üçü ona əl-qol ataraq ona yumruq zərbələri endirmiş, hər üçü təpiklə vuraraq onu yerə yıxmışdır. Yerdə yıxılı vəziyyətdə olarkən təpiklə qarın nahiyəsinə zərbələr endirmişlər. Sonra orada olan Şahid və tanımadığı 5-6 nəfər şəxs onları aralaşdırmışdır. O, ayağa durduqda sol qolunda ağrılar hiss etmişdir. Sonra sürücü Təqsirləndirilən şəxs onun nömrəsini götürməyini, lazım olsa yenidən “söhbət” etməklərini bildirmiş və onlar yuxarıda qeyd etdiyi avtomobilə əyləşmişlər. O isə sürücü Təqsirləndirilən şəxs səslənib nömrəsini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini demiş, o Təqsirləndirilən şəxs nömrəsini öz telefonunda qeyd etmişdir. Sonra avtomobilin arxa sol tərəfində əyləşmiş göy rəngli köynək geyinmiş şəxs avtomobildən düşüb onun ünvanına nalayiq söyüşlər söyərək onun üzərinə gəlmiş, onun arxasınca isə sürücü Təqsirləndirilən şəxs və qabaq sağ oturacaqda əyləşmiş, ona tanış gələn şəxs də avtomobildən düşüb onun üzərinə gəlmişdir. Onlar hər üçü ona yumruq zərbələri endirmiş, o yerə yıxıldıqdan sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Sonra Şahid və orada olan təxminən 10 nəfər şəxs həmin şəxsləri aralaşdırmış və onlar çıxıb getmişlər. Sonra o da yaşadığı ünvana getmişdir. O, həmin şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik ədavəti yoxdur. Təqsirləndirilən şəxs və yanında olan digər iki nəfər şəxs o yerdə yıxılı vəziyyətdə olarkən onu vurarkən onu konkret olaraq kimin vurmasını bilmək üçün başını qaldırıb baxdıqda Təqsirləndirilən şəxs təpiklə sol qol nahiyəsinə bir zərbə vurmuş, həmin vaxt sol qolunda kəskin ağrılar olmuşdur. “Sol bazü sümüyünün boynunun qapalı yerdəyişməyən sınığı" xəsarətini ona Təqsirləndirilən şəxs yetirməsini hesab edir. Avtomobilin arxa oturacağından düşən isə təpiklə sağ bilək nahiyəsinə vurmuşdur. “Sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi” xəsarətini həmin zərbənin təsirindən almışdır. Yuxarıda qeyd etdiyi ona tanış gələn şəxs təpiklə başına və ayaq nahiyələrinə zərbələr vurmuşdur. O, tibbi ekspertizaya gec getdiyi üçün həmin şəxsin vurduğu zərbələr nəticəsində bədənində olan xəsarətlər aşkar edilməmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı kənardan təxminən 10 nəfər tanımadığı şəxs dayanıb tamaşa etmişdir. Hadisə zamanı o və Şahid həmin şəxslərə heç bir xəsarət yetirməmişdir. Mübahisənin səbəbi onun həmin 3 nəfər şəxsdən birinə baxmağı olmuşdur. Lakin bu dava-dalaş etmək üçün səbəb ola bilməz. Həmin şəxslər onun zənnincə xuliqanlıq etmək, kimisə döymək fikrində olmuşdur. Çünki ondan baxmağının səbəbini soruşduqda o tanış gəldiyi üçün baxdığını bildirmişdir. Lakin həmin şəxslər məsələni böyüdərək onun ünvanına nalayiq söyüşlər söyüb ona xəsarət yetirmişdir. Hadisə zamanı səsə-küyə ətrafdakı adamlar toplaşmış, insanların və nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayətçi deyildir. Məhkəmədən cəza təyin edərkən nəzərə almmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, 31.12.2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Nərimanov klubunun qarşısında yerləşən köşkdən siqaret alarkən köşkün yanında dayanmış “Changan” markalı, **-AB-*** markalı göy rəngli avtomobilin sükanı arxasında əyləşmiş təxminən 170 sm boyu olan, qara rəngli köynək, qara rəngli şalvar və pencək geyinmiş adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs dostu Zərərçəkmiş şəxs nə üçün onun dostuna baxdığını bildirmiş, sonra Təqsirləndirilən şəxs, sürücünün yanında əyləşmiş şəxs və avtomobilin arxa sağ tərəfindən əyləşmiş, təxminən 170 sm boyu olan, göy rəngli köynək geyinmiş, təxminən 27-30 yaşı olan şəxs də avtomobildən düşüb Zərərçəkmiş şəxs yanına gələrək baxmağının səbəbini soruşduqda Zərərçəkmiş şəxs onlara həmin şəxsin ona tanış gəldiyi üçün baxdığını bildirmişdir. Həmin vaxt göy rəngli köynək geyinmiş şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüş söymüş, Zərərçəkmiş şəxs isə onun söyüşünü özünə qaytarmışdır. Bu zaman hər üçü yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. O isə onları aralaşdırmışdır. Sonra sürücü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nömrəsini götürməyini, lazım olsa yenidən “söhbət” etməklərini bildirmiş və onlar yuxarıda qeyd etdiyi avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs isə sürücü Təqsirləndirilən şəxs səslənib nömrəsini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsini demiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nömrəsini öz telefonunda qeyd etmişdir. Sonra avtomobilin arxa sol tərəfində əyləşmiş göy rəngli köynək geyinmiş şəxs avtomobildən düşüb Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək Hidayətin üzərinə getmişdir. Həmin şəxsin arxasınca isə sürücü Təqsirləndirilən şəxs avtomobildən düşüb Zərərçəkmiş şəxs üzərinə getmişdir. Avtomobilin qabaq sağ oturacaqda əyləşmiş şəxs də avtomobildən düşüb Zərərçəkmiş şəxs üzərinə getmək istədikdə onu tutmuş, sonra Zərərçəkmiş şəxs yerdə olduğunu, göy köynək geyinmiş şəxs və qara rəngli kostyum geyinmiş şəxsin Zərərçəkmiş şəxs yumruq zərbələri vurduğunu, Hidayətin isə özünü müdafiə etmək üçün əllərini üzünə tutduğunu görmüşdür. Buna görə də tutduğu şəxsi buraxıb qara rəngli geyinmiş şəxsi tutub aralaşdırmağa çalışmışdır. Lakin onlar hər üçü yerdə olan Zərərçəkmiş şəxs yumruq zərbələri endirmişdir. Buna baxmayaraq onları aralaşdırmış, həmçinin, kənardan tamaşa edən təxminən 10 nəfər şəxslərin təkidi ilə onlar uzaqlaşıb getmişdir. Zərərçəkmiş şəxs ayağa durduqda sol qolunu hərəkət etdirə bilməmişdir. Sağ bilək nahiyəsindən isə xəsarət almışdır. Sonra isə yaşadıqları ünvana getmişlər. O, həmin şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik ədavətləri yoxdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş, Hadisə zamanı kənardan təxminən 10 nəfər tanımadığı şəxs dayanıb tamaşa etmişdir. Mübahisənin səbəbi Zərərçəkmiş şəxs həmin 3 nəfər şəxsdən birinə baxmağı olmuşdur. Lakin bu dava-dalaş etmək üçün səbəb ola bilməz. Həmin şəxslər onun zənnincə xuliqanlıq etmək, kimisə döymək fikrində olmuşdur. Çünki Zərərçəkmiş şəxs baxmağının səbəbini soruşduqda Hidayət tanış gəldiyi üçün baxdığını bildirmişdir. Lakin onlar məsələni böyüdərək Hidayətin ünvanına nalayiq söyüşlər söyüb ona xəsarət yetirmişdir. Hadisə zamanı səsə-küyə ətrafdakı adamlar toplaşmış, insanların və nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirməyə dair protokoldan görünür ki, zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbiekspertizasının28.01.2021-ci iltarixli, 110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində "sol bazü sümüyünün boynunun qapalı yerdəyişməyən sınığı, sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi" xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxslər tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti 31.12.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarında olan əlavəməhkəmə-tibbiekspertizasının 20.04.2021ci iltarixli, 09/110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində "sol bazü sümüyünün boynunun qapalı yerdəyişməyən sınığı, sağ mil-bilək oynağının yumşaq toxumalarının əziyi" xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol bazü sümüyünün boynunun qapalı yerdəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Sağ milbilək oynağının yumşaq toxumalarının əziyi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 08 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayətçi deyildir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 01 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Azərbaycan Respblikası CM-nin 127.1-cü maddəsi üzrə başlanmışdır. Cinayət işinin materiallarında olan 27 yanvar 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs döyüldüyü yeri göstərmişdir. 20 may 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış və istintaqdan yayındığı üçün barəsində həmin tarixdə axtarış elan olunaraq iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan təqsirləndirilən şəxsin tutulmasına dair porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixində 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 04 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, 09 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən ittiham aktı təsdiq edilmədən cinayət işi əlavə istintaqa qaytarılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif olunmuşdur.14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə yeni ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işindənZakir və Nahid adlı şəxslər arəsində CM-nin 221.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş AZE No18473940 və AZE No11807187 seriyalı şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Sumqayıt şəhəri 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən göürünr ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. AzərbaycanRespublikası CPM-nin8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirininəzərəalır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, məhkumluğunun olmaması və əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxs X1 cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən MSY-də qaldığı iki gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. Hökmün icrası Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhəri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01sentyabr 2021-ci il tarixli (iş № 1(060)- 612/2021) qərarını icra edərək, 07 sentyabr 2021-ci il tarixli 1033 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN **********. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN **********. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-612/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-612/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver