Məhkəmə qərarları › İş №1(060)-612/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-612/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-612/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Yardımlı şəhəri, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Sumqayıt şəh., 15-ci məh., ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., H.Tağıyev qəs., J/70 yaşayış massivi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,228 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 03 may 2022-ci il tarixdə, saat 19:40-da, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 yaşayış massivi, “Azərsun” sənaye parkının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan “Winston” markah siqaret qutusunun içərisində saxlamış olduğu 01 ədəd sellofana bükülmüş vəziyyətdə 0,228 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19:40-da Sumqayıt şəhəri, X5 qəsəbəsində yerləşən “Azərsun” sənaye parkının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmişdir. Polis Bölməsinə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı, hüquq və vəzifələri ona izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X2 ona təqdim olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Taleh Abdullayev özünü təqdim etdikdən sonra ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “J70” adlanan ərazidə yaşadığını bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edildiyini, onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirib, onu saxlayıb polis bölməsinə gətirən və hal hazırda onun yanında dayanmış polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş etmişdir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ- nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, sahə rəisi, polis leytenantı Cahid İsgəndərov və digəri isə sahə rəisi, polis baş leytenantı Şahid2 olduğunu bildirmişlər. Sonra təhqiqatçı, hüquq və vəzifələri barədə bildirişi ona təqdim edib tanış olmasını xahiş etmişdir. O, bildirişlə tanış olub imza etdikdən sonra, təhqiqatçı, onun hüquqlarını müdafiə etməsi məqsədi ilə ona təqdim edilmiş Sumqayıt şəhər Regional vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan seçdiyi vəkil X1 ona təqdim etmişdir. Ardınca o, vəkil Sədirxan Sədirxanovun suallarını cavablandıraraq, saat 19:30 radələrində saxlanıldığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq və ya təsirə məruz qalmadığını, üzərində narkotik vasitə olduğu üçün saxlanıldığını bildirmişdir. Sonra təhqiqatçı, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib, axtarış keçirilməzdən öncə, ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, pridmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu çıxardıb təhqiqatçıya təqdim edərək, siqaret qutusunun içərisində “falqa”, “trubuçka” və 1 (bir) ədəd narkotik vasitə bükümü olduğunu bildirmişdir. Eyni zamanda, təhqiqatçı həmin siqaret qutusunu açdıqda qutunun içərisində, siqaret dənəsinə bənzər kiçik ölçülü, borucuq, gümüşü rəngli kağız parçası və bir ədəd polietilen sellofana bükülmüş kütlə aşkar olunmuşdur. O, sellefona bükülmüş kütləni göstərərək “heroin” olduğunu bildirmiş və təhqiqatçının suallarını cavablandıraraq, təqdim etdiyi həmin 1 büküm “heroin” kütləsini, xx.xx.2022-ci il tarixdə səhər saatlarında, Xızı rayonu, Giləzi kəndində, tanımadığı şəxsdən 20 manat ödəyərək aldığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin sellofan büküm açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, narkotik vasitəyə bənzər həmin kütlə, büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkildikdə çəkisinin 1,65 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilmiş, ancaq üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. Həmçinin o, vəkilin suallarını cavablandıraraq, aldığı narkotik vasitənin çəkisinin “yarım qıram” (0,5 qram) olduğunu, həmin narkotik vasitəni 20 manata öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsirə məruz qalmadığını bildirmişdir. Sonra, təhqiqatçı, onun üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmaq istədikdə, o, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin az olduğunu, çəkisi ölçülərkən tərəzidə çəkisinin çox göstərdiyini bildirdiyi üçün, onun üzərindən əşkar olunmuş həmin narkotik vasitə bükümü yenidən elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə, çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Bundan sonra o, heç bir etirazı olmadığını bildirmişdir. Təhqiqatçı onun üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, qablaşdırılmış zərf təhqiqatçı tərəfindən, onun tərəfindən və onun hüquqlarını müdafiə edən vəkil tərəfindən imzalanmışdır. O, hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Ailəlidir, 3 azyaşlı uşağı vardır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, da əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 yaşayış massivi ərazisində pusqu qurulmuşdur. Bir qədər sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, J70 yaşayış massivi, “Azərsun” sənaye parkının yaxınlığında, saat 19:40-da, Təqsirləndirilən şəxs saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə 2-ci PB-nə getmişdir. Bölmədə xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Taleh Abdullayev özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs də, özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “J70” adlanan ərazidə yaşadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edildiyini, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O və digər polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı, hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edib tanış olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olub imza etdikdən sonra, təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi məqsədi ilə sonuncuya təqdim edilmiş Sumqayıt şəhər Regional vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan seçdiyi vəkil X1 təqdim etmişdir. Ardınca Təqsirləndirilən şəxs, vəkil Sədirxan Sədirxanovun suallarını cavablandıraraq, saat 19:30 radələrində saxlanıldığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq və ya təsirə məruz qalmadığını, üzərində narkotik vasitə olduğu üçün saxlanıldığını bildirmişdir. Sonra təhqiqatçı, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edib, axtarış keçirilməzdən öncə, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Winston” markalı siqaret qutusunu çıxardıb təhqiqatçıya təqdim edərək, siqaret qutusunun içərisində “falqa”, “trubuçka”, bir ədəd narkotik vasitə bükümü olduğunu bildirmişdir. Eyni zamanda, təhqiqatçı həmin siqaret qutusunu açdıqda qutunun içərisində, siqaret dənəsinə bənzər kiçik ölçülü, borucuq, gümüşü rəngli kağız parçası və bir ədəd polietilen sellofana bükülmüş kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sellefona bükülmüş kütləni göstərərək “heroin” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, təqdim etdiyi həmin 1 büküm “heroin” kütləsini, bu gün səhər saatlarında, Xızı rayonu, Giləzi kəndində, tanımadığı şəxsdən 20 manat ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin sellofan büküm açıldıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə büküldüyü sellofanla birlikdə tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü selofanla birlikdə çəkisi 1,65 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə axtarış keçirilmiş, ancaq Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq, aldığı narkotik vasitənin çəkisinin “yarım qıram” (0,5 qram) olduğunu, həmin narkotik vasitəni 20 manata öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya təsirə məruz qalmadığını bildirmişdir. Sonra, təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmaq istədikdə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin az olduğunu, çəkisi ölçülərkən tərəzidə çəkisinin çox göstərdiyini bildirdiyi üçün, Təqsirləndirilən şəxs üzərindən əşkar olunmuş həmin narkotik vasitə bükümü yenidən elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə, çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, qablaşdırmış zərf təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkil Sədirxanov Sədirxan tərəfindən imzalanmışdır. Vəkil, Təqsirləndirilən şəxs konvidensial görüş istəyib-istəmədiyini soruşduqda, Təqsirləndirilən şəxs xeyr deyə cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 18) İşdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə də, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 49, 61) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi, J/70 yaşayış massivi ərazisində, “Azərsun” Sənaye parkının yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 19:40-da saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 20:30-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusu açılmış, siqaret qutusunun içərisindən 01 ədəd göy rəngli sellofan bükümün və boş qızılı faliqaların, həmçinin 1 ədəd narkotik çəkmək üçün istifadə edilən alət (turbuçka) olduğu müəyyən edilmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qəhvəyi rəngli, spesifik iyə malik maddənin «Kakos» olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Xızı rayon, Giləzi qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 1,65 qram olduğu müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs vəkili vəkili Təqsirləndirilən şəxs aldığı narkotik maddənin çəkisinin nə qədər olduğunu soruşan zaman Təqsirləndirilən şəxsn yarım qram narkotik maddə aldığını bildirmiş və bundan sonra tərəzi yenidən işə salınmış, hamar yerə qoyulmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə əlavə kağıza bükülərək yenidən çəkisinin müəyyən edilməsi üçün tərəziyə qoyulub çəkilən zaman, bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 0,42 qram olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 20:30-dan-20:39-dək davam etmişdir. (i.v 25-26) Şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(i.v 70) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2554 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” dairəvi möhür əksi “....imza Təqsirləndirilən şəxs ” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,228 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə (heroindir).Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir.(i.v 33-37) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 77-78) Komisiyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1392 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “EMOSİONAL DAVAMSİZ TİP ŞƏXSİYYƏT POZUNTUSU” (F.60.3) aşkar olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, münaqişəyə meyilli olması, xarici qıcıqların təsirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə və ətrafdakılara xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasında müayinədə olması və onda “Şəxsiyyətin emosional tip şəxsiyyət pozğunluğu özünü kəsmələrlə” diaqnozunun müəyyən edilməsi, Azərbaycan Respublikası “TƏBİB” “Sumqayıt Tibb Mərkəzi” 4 nömrəli xəstəxananın poliklinika şöbəsində “Şəxsiyyətin emosional tip şəxsiyyət pozğunluğu özünü kəsmələrlə” diaqnozu ilə qeydiyyatda olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intelektual imkanlarmmnormaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq aşkar olunur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əlamətlər varsa onun cinayət əməlini törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir.Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. R.Ş. Nəcizadə hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 1-ci sual: Təqsirləndirilən şəxs hansı fərdi-psixi xüsusiyyətlərə malikdir? Cavab: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, impulsivlik, emosional dayanıqsızlıq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. 2-ci sual: Emosional halından aslı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. 3-cü sual: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi emosional halda olmuşdur? 4-cü sual: Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarətdir? 3-cü və 4-cü suallara cavab: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər-hansı dəyişiklik yaranmamışdır. 5-ci sual: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmuşdurmu? Cavab:Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmamışdır. 6-cı sual: Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri vardırmı? Cavab: Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı.(iş.v 107-109) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli ekspertiza təqdiqatından sonra qalıq qalmış 0,178 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanmasından ötrü saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxsn şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,228 qram olan narkotik vasitə olan heroini əldə edərək daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır.(i.v 67-70) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 76) İş materiallarında olan 9 saylı MKS-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 83) İş materiallarında olan şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2015-ci il təvəllüdlü X7 oğlu, xx.xx.2017-ci il təvəllüdlü X6 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X8 oğlu adlı 3 azyaşlı uşağı vardır. (i.v 84-87) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 3 azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.178 qram narkotik vasitə olan heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı cəmi 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 qəs., J/70 yaşayış massivi fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.178 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar