Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-613/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı ildə İmişli rayonu, Şahverdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Göbəktala ərazi dairəsi, Şahverdili kəndində qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,029 qram, 0,025 qram, 0,045 qram, 0,024 qram, 0,021 qram, 0,036 qram, 0,021 qram, 0,023 qram, ümumi təmiz çəkisi 0,343 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən Mübariz adlı şəxsə məxsus mağazanın yanında saxlanılıb 2-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 12 (on iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,343 qram çəkidə narkotik vasitə olan heroin əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən bir ildir narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. 30 mart 2023-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhərində təsadüfən tanış olduğu şəxsdən 25 manat pul verərək bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və həmin heroini 14 ədəd bükümə bölmüşdür ki, həm istəyəndə istifadə etsin, həm də istəyən olsa satsın. Belə ki, bir nəfər tanımadığı şəxs ondan 2 bükümdə heroin istəmiş və həmin şəxsdən 10 manat pul alaraq 2 büküm heroin satmışdır. 12 ədəd bükümdə heroini isə üzərində gəzdirməyə başlamışdır. 30 mart 2023-cü il tarixdə, axşam saatlarında H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində marketin yanında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və bu səbəbdən onu Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmiş və ona könüllü olaraq üzərində hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. O, etiraz etməmiş və şalvarının cibindən özünə məxsus mobil telefonu, sağ yan cibindən iki ədəd 10 manatlıq 5 ədəd 1 manatlıq olmaqla 25 manata pulu, gödəkçəsinin sol yan cibindən içərisində 12 ədəd bükümdə narkotik vasitə olan plastik qutunu çıxarıb polis əməkdaşına təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş və narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu və yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşqul olması, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar raport ilə bölmə rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün axşam saatlarında onun H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində marketin yanında küçədə piyada hərəkətdə olduğunu görüb bir neçə dəqiqə müşahidə apardıqdan sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və bu səbəbdən birlikdə polis bölməsinə getməyi təklif etmişlər. Bölmə də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və çəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apaılacağı bildirilmiş və ona qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, şalvarının cibindən 2 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla 25 manat pul əskinazını və əynində olan gödəkçəsinin cibindən isə yumru formalı plastik qutunu çıxaraq içərisindəki 12 ədəd bükülünü təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və içərisində tozşəkilli, qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki maddələrin “kakos” kimi tanınan narkotik vasitə olan heroin olduğunu, həmin maddələri tanımadığı şəxsdən 25 manat pul verərək əldə etdiyini, daha sonra istifadə etmək məqsədi ilə bükümlərə böldüyünü, 2 bükümünü tanımadığı şəxsə 10 manata satdığını, üzərindəki 25 manat pulun 10 manatı həmin şəxsə satmış olduğu narkotik vasitənin pulu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və məhkəməyəqədər icraat zamanı şahid qismində ifadə vermiş Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ilə oxşar məzmunlu ifadə vermişlər. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli, 6/1876 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün 126” dairəvi möhür əksi olan, “Ş/Ş (imza) Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,029 qram, 0,025 qram, 0,045 qram, 0,024 qram, 0,021 qram, 0,036 qram, 0,021 qram, 0,023 qram ümumi təmiz çəkisi 0,343 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 03 may 2023-cü il tarixli, 2604 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə arayışından və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 67.1, 49.3 və 68.1-ci maddələri ilə təqsirli bilinib barəsində 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 19 iyul 2023-cü il tarixli 21-2/3-3903 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2021-ci ildə çəkib qurtarmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Nur Əliyeva adlı bir uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 12 (on iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,029 qram, 0,025 qram, 0,045 qram, 0,024 qram, 0,021 qram, 0,036 qram, 0,021 qram, 0,023 qram, ümumi təmiz çəkisi 0,343 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30 mart 2023cü il tarixdə, saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən Mübariz adlı şəxsə məxsus mağazanın yanında saxlanılıb 2-ci polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 12 (on iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,343 qram çəkidə narkotik vasitə olan heroin əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,223 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 80 (səksən) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına, həmçinin 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar olunmuş 10 (on) manat pul əskinazı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən götürülmüş 10 (on) manat pul əskinazı cinayət yolu ilə əldə olunduğundan həmin məbləğ xüsusi müsadirə olunmalı və dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun həbsə alındığı 30 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,223 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 80 (səksən) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar olunmuş və maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlama kamerasına təhvil verilmiş 10 (on) manat pul əskinazı dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri Sumqayıt Regional Vəkil Bürosunun hesabına, həmçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-613/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-613/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver