Məhkəmə qərarları › İş №1(060)-614/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-614/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-614/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 (bir) ədəd qızılı rəngli kağız bükümündə, kustar üsulla hazırlanmış, 0.290 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı 11 iyun 2025-ci il tarixdə, saat 16:48-də, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın kiçik sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,290 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilmiş və göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 15 nömrəli məktəbin ərazisində saxlanılmış, üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və üzərindən metamfetamin aşkar olunmuşdur. Üzərindən aşkar olunan metamfetamini (şüşə) şəxsi istifadəsi üçün əldə etmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onun usta işlədiyi sexə gələrək onu saxlamış, lakin Sumqayıt şəhəri 15 nömrəli məktəbin yaxınlığına apararaq üzərinə çəkilişlə yoxlama keçirmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadə ziddiyyətli olduğu üçün ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, özünü təqsirli bilərək qeyd etmişdir ki. o xx.xx.2025-ci il tarixdə, təxminən saat 16:48 radələrində, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını, videoçəkilişlə üzərinə baxış keçiriləciyini bildirmişlər. Bundan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet vardırsa, təqdim etməyi təklif olunmuşdur. Bu zaman o. əynində olan cins şalvarın kiçik sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan qızılı rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Əməkdaşların suallarına cavab olaraq, bükümün içərisindəki maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə, səhər saatlarında. Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,37 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin büküm zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 127 saylı möhürü ilə möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. Ardınca polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet aşkar olunmamışdır. Bundan sonra müvafiq sənədləşmə işlərinin aparılması üçün onu Sumqayıt ŞPİ- nin 3-cü PB-nə dəvət elmişlər. O. etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə getmişdir. Polis Bölməsində olan zaman ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 təqdim olunmuşdur. Daha sonra isə, videoçəkilişlə üzərindən aşkar edilərək götürülmüş əşyaların təqdim ediləcəyi bildirilmişdir. Bundan sonra, əməliyyat müvəkkili Şahid1 içərisində psixotrop maddə bükümü olan 01 (bir) ədəd zərfi və “baxış və götürmə” barəsindəki videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD diski təhqiqatçıya təqdim elmişdir. Təhqiqatçı zərfi açmışdır. Zərfin içərisindəki bükümdə nə olduğunu soruşmuş, o onun sualına cavab olaraq, bükümün içərisindəki maddənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra büküm təhqiqatçı tərfindən yenidən qablaşdırılmış. AR DİN-in möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq, bükümün özünə məxsus olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 10 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonda isə, müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması ibtidai istintaq müddətində verdiyi ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında müşahidəyə götürmüşlər, bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş, özlərini təqdim edərək onu saxlamışlar. Saxladıqdan sonra Təqsirləndirilən şəxs kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin elektron tərəzidə çəkilərək möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bundan sonra saxlanılan şəxsə müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparılmışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi sexdə saxlamamışlar. Sumqayıt şəhər 15 saylı məktəbin yaxınlığında onun hərəkətdə olduğunu görüb videoçəkilişlə ona yaxınlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili X3 ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da. əlavə edilmişdir. Odur ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə, günorta saatlarında. Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında “pusqu" qurmuşlar. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və həmin ərazinin yaxınlığında saat 16:48-də onu saxlamışlar. Özlərini təqdim edərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində onlar tərəfindən saxlanıldığını bildirmiş, ondan da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar onun üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bundan öncə, Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa, təqdim etməsini xahiş elmişlər. Təqsirləndirilən şəxs əynindəki şalvarın kiçik sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,37 qram olduğu müəyyən edilmişdir. Daha sonra büküm zərfə qoyularaq AR DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Ardınca, şəxsin üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet aşkar edilməmişdir. Bundan sonra saxlanılan şəxsə müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirib, ondan etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getdik. Bölmədə xidməti otaqlardan birində Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X12 Abbasova şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi, eləcə də, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısım təqdim edərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi seçməsini xahiş etdi. Təqsirləndirilən şəxs siyahıda adı olan vəkil X4 adım göstərərək, həmin vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədi. Vəkil təmin olunduqdan sonra, Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsin üzərindən aşkar olunmuş əşyaların təqdim edilməsi istintaq hərəkəti başlandı. Öncə, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Şahbazov özünü təqdim etdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə, istifadə elməkdə və saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirildiyini bildirdi. Ardınca, təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim etdi. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X5 təqdim etdi. Bundan sonra təhqiqatçıya şəxs saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddə bükümü olan 01 (bir) ədəd zərf təqdim olundu. Təhqiqatçı zərfi açdı. Təhqiqatçının suallarına cavab olaraq. Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümün özünə məxsus olduğunu, bükümü saxlanıldığı gün. səhər saatlarında, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 10 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən hər hansı təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirdi. Bundan sonra videoçəkiliş dayandırıldı. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.48-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan 11 iyun 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy cins şalvarının kiçik sağ yan cibindən 01 ədəd qızılı rəngli bükümü çıxararaq təqdim edib, həmin bükümün daxilindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün xx.xx.2025-ci il taridə səhər saatlarında Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qızılı rəngli büküm açıldı. Bükümün daxilində narkotik maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Qeyd olunan büküm elektron tərəzidə çəkildikdə, həmin kütıənin çəkisinin 0.37 qram olması müəyyən edildi. Səhər saatlarında tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindn ona zor tətbiq edilmədiyini bildirdi. Cinayət işinin 28-29-cu və 76-cı vərəqələrində olan 11 iyun 2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə olunmuş 1 (bir) ədəd DVD diskdən görünür ki, 1,06.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli tam orta məktəbin yaxınlığında olarkən Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edir və Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş edirlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdiriİməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirirlər. Həmin vaxtı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur və onun icazəsi ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməzdən əvvəl üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyaların olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarının kiçik sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək bükümün ona məxsus olduğunu söyləyir. Bükümün içərisində nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümün içərisindəki kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.37 qram olduğu müəyyən edilir. Daha sonra həmin psixotrop maddə bükümü polis əməkdaşları tərəfindən AR DİN-in 127 saylı möhürü ilə möhürlənərək qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilir, lakin qanunla qadağan olunmuş hər hansı əşya, yaxud predmet aşkarlanmır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü saxlanıldığı gün. səhər saatlarında. Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Daha sonra sənədləşmə işlərinin aparılması üçün şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunur. Sonda polis əməkdaşı çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Şahbazov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir, Təhqiqatçı. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi X5 təqdim edir. Təqsirləndirilən şəxs vəkilə heç bir etirazının olmadığını bildirir. Ardınca, əməliyyat müvəkkili Şahid1 psixotrop maddə bükümü olan zərfi və “baxış və götürmə” barədə videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diski təqdim edir. Bundan sonra təhqiqatçı Taleh Şahbazov zərfi açır. Təhqiqatçının sualına cavab olaraq. Təqsirləndirilən şəxs bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin ö/.ünə məxsus olduğunu, həmin bükümü saxlanıldığı gün, səhər saatlarında. Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində, tanımadığı şəxsdən 10 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən heç bir təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 41-42-ci vərəqələrində olan 12 iyun 2025-ci il tarixli 20/463 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təq.şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm...” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,290qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,240qram qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.290 qram (qalıq 0,240 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasının və üzərindən aşkar olunmuş bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilmişdir. Cinayət işinin 101-106-cı vərəqələrində olan 06 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.290 qram (qalıq 0,240 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasının və üzərindən aşkar olunmuş bükümə polis bölməsində baxış keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülər maddi sübut növü kimi tanınmağı nəzərə alınmışdır. Həmçinin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/463 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3812 saylı rəyi, şahid ifadələri sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan 25 iyun 2025-ci il tarixli 3812 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən xx.xx.2020-ci il tarixdən ND-də (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5 və 69.3-cü maddələri ilə təqsirili bilinərək, 02 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 7 ay 21 gün azaldılıb, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 87-91-ci vərəqələrində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(0030-1381/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının cəzasının çəkilməmiş hissəsi 7 ay 21 gününü şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan olmaqla iki övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətindəki ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5 və 69.3-cü maddələri ilə təqsirili bilinərək, 02 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 7 ay 21 gün azaldılıb, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 25 iyun 2025-ci il tarixli 3812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Sumqayıt şəhər ND-də xx.xx.2020-ci il tarixdən ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,240 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və məhkəmə iclasından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,240 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar