Məhkəmə qərarları › İş №1(060)-615/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-615/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-615/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 2,630 qram çəkidə psixotrop maddə olan metamfetamini və 1,895 qram çəkidə narkotik vasitə olan heroini əldə edib yaşadığı ünvanında saxlamış, 28.05.2021-ci il tarixdə saat 17:32-də Sumqayıt şəhəri, Nizami parkı “Markova” geyim mağazasının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilərkən yaşadığı ünvanında narkotik vasitələri saxladığını bildirmiş və əməliyyat tədbirin davamı olaraq həmin gün saat 17:51-də sonuncunun yaşadığı ünvan 5 ünvanında aparılmış baxış zamanı mənzilin yataq otağındakı çarpayının sağ tərəfində yerləşdirilmiş dolabın alt hissəsində olan tünd rəngli əl çantasının içərisində 01 (bir) ədəd sellofan bükümdə 1,725 qram, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə 0,040 qram, 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə 0,130 qram çəkidə, ümumi təmiz çəkisi 1,895 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin və 01 (bir) ədəd sellofan bükümdə 1,990 qram 01 (bir) ədəd sellofan bükümdə 0,640 qram, ümumi təmiz çəkisi 2,630 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddətdir səhhətində ağrıları olduğundan narkotik tərkibli maddələr qəbul edir. 28 may 2021-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri, Nizami parkı Markova mağazasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Pb-də üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona vəkil təqdim olunmuş, daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni yaşadığı ünvanda saxladığını bildirmiş və yaşadığı ünvana ona təqdim edilmiş vəkilinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları vəkilinin iştirakı ilə yaşadığı ünvana baxış keçirmiş, baxış zamanı yaşadığı evin otağına daxil olaraq yataq otağındakı çarpayının sağ tərəfində yerləşdirilmiş dolabın alt hissəsində saxlamış olduğu qaraqəhvəyi-rəngli əl çantasını təqdim edərək həmin çantanı açmışdır. Çantanı açaraq ilk öncə çantadakı 1 ədəd ağ rəngli kağız bükümü təqdim edərək açmışdır. Həmin kağız bükümdə 3 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən olunmuşdur. Həmin kağız bükümlər polis əməkdaşı tərəfindən açılmış, 2 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddənin, 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik toz halında olan maddənin olduğu görülmüşdür. Sorğu zamanı o, aşkar olunan qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin isə “şüşə”olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd gümüşü rəngli kağızın, 1 ədəd ağ rəngli kağız bükümün, 1 ədəd gümüşü rəngli kağız bükümün, 1 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən olunmuşdur. Həmin sellofan bükümlər açılan zaman içərilərində toz halında narkotik vasitə heroin olduğu görülmüşdür. Sorğu zamanı o, aşkar olunan qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirmişdir. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş maddələr elektron tərəziyə qoyularaq çəkilmiş, aşkar edilmiş şəffaf rəngli sellofan bükümlərdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin 1,95 qram, 0,04 qram, gümüşü rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin 0,31 qram, ağ rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin 0,07 qram olduğu, həmin qəhvəyi rəngli maddələrin ümumi çəkisinin isə 2,34 qram olduğu, şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin 2,28 qram və 0,83 qram, ümumi çəkisinin isə 3,11 qram olduğu müəyyən olunmuşdur. Həmçinin təqdim etdiyi əl çantasında 1 ədəd boru formasında hazırlanan kağız aşkar olunmuş, həmin boru formalı hazırlanmış kağız ilə narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. O, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakları ilə ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 28 may 2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Nizami Parkı, “Markova” geyim mağazasanın qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Polis bölməsində gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuş, daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirib üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni yaşadığı ünvanda saxladığını demişdir. Təqsirləndirilən şəxs onların və vəkilinin iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman o, evin otağına daxil olaraq yataq otağındakı çarpayının sağ tərəfində yerləşdirilmiş dolabın alt hissəsində saxlamış olduğu qara-qəhvəyi rəngli əl çantasını təqdim edərək həmin çantanı açmışdır. Çantanı açaraq ilk öncə çantadakı 1 ədəd ağ rəngli kağız bükümü təqdim edərək açdı. Həmin kağız bükümdə 3 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən olundu.Həmin kağız bükümlər tərəfimizdən açıldı, 2 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddənin, 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik toz halında olan maddənin olduğu görüldü.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin isə “şüşə”olduğunu həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd gümüşü rəngli kağızın,1 ədəd ağ rəngli kağız bükümün,1 ədəd gümüşü rəngli kağız bükümün,1 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən olunmuşdur.Həmin sellofan bükümlər açılan zaman içərilərində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu görülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələr elektron tərəziyə qoyularaq çəkilmiş,aşkar edilmiş şəffaf rəngli sellofan bükümlərdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,95 qram,0,04 qram, gümüşü rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin gümüşü rəngli kağız ilə birlikdə 0,31 qram, ağ rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin ağ rəngli kağız ilə birlikdə çəkisinin 0,07 qram olduğu,həmin qəhvəyi rəngli maddələrin ümumi çəkisinin isə 2,34 qram olduğu, şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr elektron tərəziyə qoyulub şəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 2,28 qram və 0,83 qram ümumi çəkisinin isə 3,11 qram olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasında 1 ədəd boru formasında hazırlanan kağız aşkar olunmuş, o, həmin boru formalı hazırlanmış kağız ilə narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş həmin maddələr, boru formalı hazırlanmış kağız,gümüşü kağız Azərbaycan Respublikasın ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokollar tərtib olunmuş, protokollar Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. O, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakları ilə ünvan 6-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 28 may 2021-ci il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Nizami Parkı, “Markova” geyim mağazasanın qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Polis bölməsində gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuş, daha sonra isə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirib üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni yaşadığı ünvanda saxladığını demişdir. Təqsirləndirilən şəxs onların və vəkilinin iştirakı ilə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş, videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman o, evin otağına daxil olaraq yataq otağındakı çarpayının sağ tərəfində yerləşdirilmiş dolabın alt hissəsində saxlamış olduğu qara-qəhvəyi rəngli əl çantasını təqdim edərək həmin çantanı açmışdır. Çantanı açaraq ilk öncə çantadakı 1 ədəd ağ rəngli kağız bükümü təqdim edərək açdı. Həmin kağız bükümdə 3 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən olundu.Həmin kağız bükümlər tərəfimizdən açıldı, 2 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddənin, 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik toz halında olan maddənin olduğu görüldü.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin “kakos”, ağ rəngli kristal şəkilli maddənin isə “şüşə”olduğunu həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış zamanı çantanın içərisində 1 ədəd gümüşü rəngli kağızın,1 ədəd ağ rəngli kağız bükümün,1 ədəd gümüşü rəngli kağız bükümün,1 ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən olunmuşdur.Həmin sellofan bükümlər açılan zaman içərilərində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu görülmüşdür.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin “kakos” olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələr elektron tərəziyə qoyularaq çəkilmiş,aşkar edilmiş şəffaf rəngli sellofan bükümlərdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,95 qram,0,04 qram, gümüşü rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin gümüşü rəngli kağız ilə birlikdə 0,31 qram, ağ rəngli kağız bükümdəki spesifik iyə malik qəhvəyi rəngli maddələrin çəkisinin ağ rəngli kağız ilə birlikdə çəkisinin 0,07 qram olduğu, həmin qəhvəyi rəngli maddələrin ümumi çəkisinin isə 2,34 qram olduğu, şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr elektron tərəziyə qoyulub şəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 2,28 qram və 0,83 qram ümumi çəkisinin isə 3,11 qram olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasında 1 ədəd boru formasında hazırlanan kağız aşkar olunmuş, o, həmin boru formalı hazırlanmış kağız ilə narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş həmin maddələr, boru formalı hazırlanmış kağız,gümüşü kağız Azərbaycan Respublikasın ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokollar tərtib olunmuş, protokollar Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsindən görünür ki, o da şahidlər Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 29 may 2021-ci il tarixli 6/2150 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs ...” sözləri olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,990 qr, 0,640 qr, ümumi təmiz çəkisi 2,630 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, üç ədəd bükümdə (1 ədəd sellofan büküm + 1 ədəd ağ rəngli kağız büküm + 1 ədəd gümüşü rəngli kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 1,725 qr, 0,040 qr, 0,130 qr, ümumi təmiz çəkisi 1,895 qram olan qəhvəyi rəngli toz şəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Bir ədəd kağız borucuq və içərisində qəhvəyi rəngli maddə izləri olan bir ədəd sellofan kəsiiyndə narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı, bir ədəd gümüşü rəngli folqa kəsiyinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 01.06.2021-ci il tarixli 1674 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürülmə haqqında 28.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu yaşadığı ünvanda şəxsi istifadəsi üçün təxminən 2 gün əvvəl Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata almış olduğu narkotik vasitəni saxladığını, həmin narkotik vasitəni təqdim edəcəyini, polis əməkdaşlarının müdafiəçinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanınına baxış keçirilmiş, baxış zamanı şəxs özü yataq otağına daxil olaraq oradakı çarpayının sağ tərəfində yerləşdirilmiş dolabın alt hissəsində saxlamış olduğu qara-qəhvəyi rəngli əl çantasını açaraq təqdim etmiş, Həmin çantada 01 ədəd ağ rəngli kağız büküm və həmin kağız bükümdə 03 ədəd şəffaf rəngli sellofan bükümlərin olduğu müəyyən olunmuşdur. 02 ədəd bükümdə ağ rəngli kristalşəkilli maddə, 01 ədəd qəhvəyi rəngli spesifik iyə malik toz halında olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan qəhvəyi rəngli maddənin “kokos”, ağ rəngli kristalşəkilli maddənin isə “şüşə” olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış zamanı çantanın içərisində 01 ədəd gümüşü rəngli kağızın, 01 ədəd ağ rəngli kağız bükümün, 01 ədəd gümüşü rəngli kağız bükümün, 01 ədəd şəffaf rəngli sellofan bükümünün olduğu müəyyən olunmuşdur. Həmin sellofan bükümlər açılan zaman içərilərində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan həmin maddənin “kokos” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasında 01 ədəd boru formasında hazırlanmış kağız aşkar olunmuş, sonuncu həmin boru formalı kağız ilə narkotik vasitəni istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Əli Məmmədov tərəfindən 29 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 28 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixində saat 17:00-da Sumqayıt şəhəri Nizami parkında “Markova” mağazasının qarşısında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru X1 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 30 may 2021-ci il tarixində Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 1,895 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 1,805 qramı və 2,630 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 2,530 qramı maddi sübut qismində tanınmış və saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 18.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə baxış keçirilməsi ilə bağlı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 412/2021 saylı, 18.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində 16.08.2021-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 05 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-432/2021 saylı 27.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə, yəni 20 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 07.10.2021-ci il tarixli 1 (060)-615/2021 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, axtarış və götürmə protokolu, məhkəmə ekspertizalarının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroinin miqdarının 1,895 qram çəkidə və psixotrop maddə metamfetaminin 2,630 qram çəkidə olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinəyət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 16.08.2021-ci il tarixindən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 1,895 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 1,805 qramı və 2,630 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 2,530 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.09.2021-ci il tarixli (iş № 1(060)-615/2021) qərarını icra edərək, 07 sentyabr 2021-ci il tarixli 1034 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16.08.2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 1,895 qram çəkidə narkotik vasitə olan heroindən yerdə qalan 1,805 qramı və 2,630 qram çəkidə psixotrop maddə olan metamfetamindən yerdə qalan 2,530 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi nın göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar