Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-615/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 416/2022 saylı, xx.xx.2022-ci il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, işləməyən, Suqmayıl şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda təmiz çəkisi 0,307 qram çəkidə narkotik vasitə olan heroin və 0,218 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 04 may 2022-ci ıl tarixdə saat 15:00 radələrində Sumqayıt Məhkəmə Kompleksinin inzibatı binasında Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmiş və PB-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan «Vest» markalı siqaret qutusunun içərisində bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 0,307 qram çəkidə qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroın və bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 0,218 qram çəkidə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatında Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə cinayət işi olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin cinayət işinin məhkəmə baxış iclasına gələn zaman taksidə ayaqaltıda bir qutu “Vest” markalı siqaret tapmışdır. Sumqayıt Məhkəmə Kompleksinə daxil olan zaman Kompleksin qapısında olan polis əməkdaşları ona cibində kəsici və ya hər hansı bir əşyanın olması ilə əlaqədar cibində olan əşyaları təqdim etməsini bildirmişlər. O cibində olan əşyaları və siqaret qutusunu təqdim etmiş və məhkəmənin içərisinə daxil olmuşdur. Bir neçə addım getdikdən sonra polis əməkdaşları onu geri çağıraraq siqaret qutusunun içərisində narkotik maddə olduğunu bildirmişlər. Sonra polis əməkdaşları bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə xəbər vermişlər və polis əməkdaşları gələrək onu PB-nə aparmışlar. Siqaret qutusunu taksidən tapdığını, onun içərisində narkotik vasitə olduğunu bilmədiyini, narkotik vasitə istifadə etdiyini, lakin siqaret qutusunun içərisində olan narkotik maddənin onun olmadığını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və hazırda Suqmayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 22 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qutarmışdır. Evlidir. Təxminən 2 ildir narkotik vasitələrdən istifadə edir. Belə ki, hər növ narkotik vasitələrdən arabir istifadə edir. 04 may 2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatında olan barəsindəki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işi ilə bağlı Sumqayıt Şəhər Məhkəmə Kompleksinə getmişdir. O gəldiyi tanımadığı bir taksidən Məhkəmə Kompleksinin qarşısında düşmüş və məhkəmənin qarşısında avtomobil yolunun kənarında yerdə otluq olan sahədə bir qutu açıq vəziyyətdə olan «Vest» markalı siqaret olduğunu görmüş, həmin siqaret qutusunu götürmüş və içərisindən bir ədəd siqaret götürüb çəkmişdir. Sonra o Məhkəmə Kompleksinə girmiş və girişdə qoyulan yoxlama aparatından keçən zaman əlində olan həmin siqaret qutusunu açıq vəziyyətdə stolun üzərinə qoymuş, polis əməkdaşları siqaret qutusunun içərisində iki bükümdə kütlə olduğunu görüb, ondan nə olduğunu soruşmuşlar. O da həmin bükümlərdə narkotik vasitə olan «kakos» və «şüşə» olduğunu görüb, polis əməkdaşlarına həmin bükümlərdə narkotik vasitələr olduğunu demişdir. Buna görə də, polis əməkdaşları onu dəvət edərək yaxınlıqdakı Sumqayıt ŞPİ-nin 5-cı Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkilin iştirakı ilə onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o sağ əlində tutduğu «Vest» markalı siqaret qutusunun içərisində olan bır ədəd bükümdəki narkotik vasitə olan «kakos» və digər bir ədəd bükümdəki narkotik vasitə olan «şüşəni» polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə olan narkotik vasitələr onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin, polis nəfəri kimi polis baş serjantı rütbəsində xidmət etdiyini, Sumqayıt Məhkəmə Kompleksində girişdə həm mühafizəni, həm də məhkəmənin inzibati binasına daxil olan şəxslərin yoxlanılmaqla inzibati binaya girişini təmin etdiklərini, 04 may 2022-ci il tarixdə saat 15:00 radələrində xidmət yoldaşı olan Şahid1 ilə birlikdə xidmətdə olarkən sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs Məhkəmənin inzibati binasına daxıl olub onlara yaxınlaşdığını, vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansısa kəsici və ya deşici alət olub olmadığını sual etdiyini, bu zaman Təqsirləndirilən şəxs cibindən özünə məxsus əşyaları çıxarıb təqdim etdiyini, sağ əlində saxladığı “Vest” markalı siqaret qutusunun açıq olduğunu və həmin qutunun içərisində gümüşü rəngli siqaret kağızına bükülü büküm görüb diqqətini cəlb etdiyindən Mehmandan həmin bükümün nə olduğunu soruşduğunu, Mehman da ona cavab verib həmin 02 (iki) ədəd bükümün narkotik vasitə olduğunu, onu tapdığını, narkotik vasitə istifadəçisi olduğu üçün öz istifadəsi məqsədilə üzərində gəzdirdiyini dediyini demişdir. Bu zaman xidmət yoldaşı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs saxlayıb təqdim etdiyi həmin bükümlərlə birlikdə Məhkəmə Kompleksinin yanında yerləşən Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar. Sumqayıt ŞPİ-nin 5-ci PB-də raportla rəisə məruzə etmişlər, Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs sağ əlində tutduğu “Vest” markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusunun içərisində siqaretlər və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlə aşakar olunmuş, həmin büküm açıldıqda içərisində 02 (iki) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütlələr aşkar edilmişdir. Mehmandan həmin bükümlərin nə olduğunu soruşduqda birinin narkotik vasitə olam “kokos”, digərinin isə “şüşə” olduğunu bildirmişdir. Mehmandan həmin kütlələləri haradan əldə etdiyini soruşduqda isə həmin narkotik vasitələri məhkəmənin qarşısında küçədən tapdığını demiş, həmin bükümlər sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə heroinə və psixatrop maddə metamfetaminə bənzər kütlələr ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Mehman adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 15:00 radələrində Sumqayıt Məhkəmə Kompleksində saxlanılarq Sumqayıt ŞPİnin 5-ci PB-ə gətirilmiş və Bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Ağayev özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Zaur Ağayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Səadət Vəliyeva təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. X5 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub- olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əlində tutduğu bir qutu “Vest” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisində siqaretlər və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlə aşkar olundu. Həmin bükülü açıldıqda içərisində iki ədəd şəffaf sellofan kəsiyinə bükülmüş kütlələr aşkar olundu. Həmin bükülünün birini açdıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə, digər bükülünü açdıqda isə içərisində şəffaf rəngli, kristallar halında, spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlələrin birinin narkotik vasitə olan «kakos», digərinin isə narkotik vasitə olan «şüşə» olduğunu bildirir. Ondan həmin kütlələri haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Sumqayıt Məhkəmə Kompleksinə girən zaman məhkəmənin qarşısından küçədən «Vest» siqaretinin içərisində tapdığını bildirir. Həmin vaxt Mehman Cəıfərovun üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli 6/2577 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş.... " yazılar və imzalar olan zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.307 qram qəhvəyi rəngli tozşəkillı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.218 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixatrop maddəmetamfetamindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,307 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,257 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 0,218 qram, tədqiqata sərf eilən miqdar – 0,05 qram, qalıq – 0,168 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 2480 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,307 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,257 qram heroin və 0,218 qram psixotrop maddə olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,168 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 599 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022-ci il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O məkmumluğu olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,307 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,257 qram narkotik vasitə olan heroin və 0,218 qram psixotrop maddə olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,168 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 88.00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilən 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-416/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,257 narkotik vasitə olan heroin və 0,168 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-615/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-615/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver