Məhkəmə qərarları › İş №1(060)-615/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-615/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-615/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1983-cü İldə Zəngilan rayonu, Vənətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, Zəngilan rayonu, Gilətağ ərazi dairəsi, Vənətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,237 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18.15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospekti, ev 25/7 nömrəli binanın arxasında saxlanılmış, narkotik vasitələrin istifadəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilmiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızından olan bükümdə təmiz çəkisi 0,237 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18:15 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospekti, ev 25/7 saylı binanın arxasında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu PB-nə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkilış vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağız bükümü təqdim etmiş, büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindir, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən bu gün səhər saatlarında 20 (iyirmi) manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağız bükümü elektron tərəziyə qoyulub çəkilmiş və həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. O, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları üzərinə baxış keçirməmişdirlər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 1-ci PB-nin əməliyyat müvəkkili Nihad Rəhimov ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18:00 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 18:15 radələrində onu Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospekti, ev 25/7 saylı binanın arxasında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə mindikdən sonra 1-ci PB-na gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ayxan İsgəndərli əvvəlcə özünü təqdim etmiş, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 1-ci PB -nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmüş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmiş, büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda o, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmin məlumatın düzgün olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir. Onun əvvəllər və ya saxlanıldığı ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı bizdə əməliyyat məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl onun üzərinə baxış keçirilməmiş, təhqiqatçı tərəfindən şəxsi axtarış keçiriimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X6 da Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ayxan İsgəndərli əvvəlcə özünü təqdim edir, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 1-ci PB -nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim edir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,28 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1924 nömrəli rəyində göstərilmişdir ki, üzərində AR DİN “Zərflər üçün №-125“ möhür əksi “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər kütlə: Təqsirləndirilən şəxs-imza, tərtib etdi: A.İsgəndərli-imza..” və s. sözləri imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.237 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Qeyd: heroinin ümumi təmiz çəkisi – 0,237 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,187 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 19,04.2023-cü il tarixli, 2319 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-128/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,237 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,187 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan 17 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat tapşırığına cavab verilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olsa da, onun hər hansısa narkotik vasitə satması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məkmumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,237 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,187 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 92.00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-486/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 0,187 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar