Məhkəmə qərarları › İş №1(060)-617/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-617/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-617/2023 07.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 01:30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əlləri ilə həyat yoldaşı Zərərçəkmiş şəxs başına və sifətinə vurmaqla sol gözaltı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, alnın, burnun, sol əlin qançjn, əli ilə boğazından sıxma nəticəsində boynun sağ yan səthinin sıyrıqları xəsarəti ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2004-cu il tarixdə Fidan Hüseynova adlı qadınla ailə həyatı qurmuş, nikahlarından 2005-ci il təvəllüdlü 01 (bir) qız övladının olduğunu, sonradan aralarında baş verən mübahisələrə görə boşandığını bildirmişdir. 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahları dövründə 03 (üç) övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqları vaxtdan sözlə münaqişələri olduğunu, bir dəfə də şillə ilə vurduğunu, lakin Günelin bu barədə şikayət etmədiyini, xx.xx.2023-ci il tarixdə saat 00:15 radələrində işdən evə gəldiyini, sonra otağına keçərək yatdığını demişdir. Təxminən 01 (bir) saat sonra həyat yoldaşı Zərərçəkmiş şəxs onu yuxudan qaldıraraq telefonuna keçmiş həyat yoldaşı Fidanla aralarında olan xöş səmimi mesajlaşmanın nə olduğunu soruşduqda ona “əcəb edirəm” deyə cavab verdiyi zaman ona nalayiq sözlər işlətdiyi üçün aralarında mübahsil baş vermiş, münaqişə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla 2-3 dəfə vurmuş, sonra boğazından tutub divara tərəf sıxmış, həmin vaxt Günelin onun əlindən qaçıb qonaq otağına çıxan zaman səs-küy saldığına görə atası Namiq və anası Fəridə digər otaqdan çıxıb gəlmiş, sonradan atasının onu danladığını, sonradan yoldaşı Günelin evdən çıxıb atası gilə getdiyini, münaqişə zamanı hadisəyə şahidlik edən heç bir şəxs olmamış və münaqişə təxminən 5-10 dəqiqə davam etdiyini bildirmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur və birgə nikahlarından 2019-cu ildə təvəllüdlü Mələk Qasımova, 2020-ci il təvəllüdlü Fəridə Qasımova və 2021-ci il təvəllüdlü İbrahim Qasımov adlı övladları olmuşdur. Ailə həyatı qurduqları ilk vaxtlarda həyat yoldaşı Nadirin onunla normal rəftar etdiyini, son vaxtlar isə aralarında münaqişə və mübahisələr yarandığını, hətta bir neçə dəfə onu döydüyünü, lakin bu barədə polisə şikayət etmədiyini bildirmişdir. Sonuncu dəfə isə xx.xx.2023-ci il tarixdə saat 00:15 radələrində yoldaşı Nadirin işdən evə gəlmiş və sonra isə keçib otaqda yatmışdır. Təxminən 01 radələrində Nadirin telefonuna bir necə dəfə mesaj gəldiyini görüb vacib nəsə olduğunu düşünərək telefona baxdıqda Nadirin keçmiş həyat yoldaşı Fidan adlı qadınla aralarında mesajlaşma olduğunu, mesajda Fidana "can” sözü yazdığını görüb əsəbləşərək Nadiri yuxudan oyadaraq bunun nə olduğunu soruşduqda aralarında münaqişə baş vermiş, münaqişə zəmində sonuncu tərəfindən yumruqla onun başına, sifətinə, gözünə və bədənin müxtəlif yerlərinə vuraraq xəsarət yetirdiyini, onu döydüyü üçün əlindən qaçaraq qonaq otağına qaçdığını, səs-küyə digər otaqda olan qaynatası Namiq və qaynanası Fəridə gəldiyini və Nadirin onu döydüyünü öyrəndiklərini demişdir. Sonradan həyətə çıxaraq atasigilin yaşadığı ünvana getmək adı ilə çıxdığını, lakin getməyərək geri qayıdaraq həyətdən yorğan götürərək küçədə evin pəncərəsinin altında yatdığını, səhər açıldıqda saat 06:00 radələrində atasıgilin yaşadığı Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən ünvana gedərək oradan 102 xidmətinə zəng etdiyini, münaqişə zamanı hadisəyə şahidlik edən olmadığını, münaqişənin bitdikdən sonra qaynanası və qaynatasının gəldiyini, münaqişənin təxminən 5-10 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-ci il tarixli, 861 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə tibbi ekspertizası müayinəsi zamanı sol gözaltı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, alnın, burnun, sol əlin qançırı, boynun sağ yan səthinin sıyrıqları, olan xəsarətləri vardır. Həmin xəsarətlər 01 (bir) gün əvvəl olmaqla küt əşyanın təsirindən kənar şəxs tərəfindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni əl ilə yumruq zərbəsi təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Saray və Novxanı Bağları massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 170 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2158 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi X2 2 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 168 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar