Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-618/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şahid1 İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Qubadlı rayonu, Ulaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" adına İstehsalat Şirkətində sürücü işləyən, əvəllər məhkum olunmamış, Qubadlı rayonu, Əbilcə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:50 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “İsuzu MP-37” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində Koroğlu küçəsi ilə Sülh küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi seçməmiş, nəticədə eyni zolaqda özündən qabaqda hərəkət edərək işıqforun qırmızı işığında dayanan “Vaz 21124” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə avtobusda sərnişin olan X3 körpücük sümüyünün cisminin natamam yerdəyişməyən sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, sərnişin Zərərçəkmiş şəxs əvvəllər tanımamış, ona qarşı düşmənçilik və ya ədavət münasibəti olmamışdır. "xxxx" İstehsalat müəssisəsində avtobus sürücüsü vəzifəsində işləyir. Müəssisəyə məxsus “İsuzi” markalı, ** AE *** d.q.n-lı avtobus həmin müəssisə tərəfindən ona həvalə edilmişdir. Həmin avtobusda Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzinin yaxınlığından Saray qəsəbəsi ərazisinə 522 saylı marşrut xətti üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. 16 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Saray qəsəbəsi ərazisindən “Karvan” ticarət mərkəzi istiqamətinə hərəkətdə olduğu zaman Sumqayıt şəhəri, Koroğlu küçəsində işıqforu keçdikdən təxminən 150-200 metr sonra qarşıda gedən avtobus qəflətən saxlamış və həmin avtobusun arxasında olan, yəni onun qarşısında hərəkətdə olan “VAZ 21124” markalı, ** BU *** d.q.n-lı minik avtomobili də qəflətən dayanmışdır. Bu zaman o minik avtomobili ilə ara məsafəsini düzgün seçmədiyindən qarşısında dayanmış olan “VAZ 21124” markalı, ** BU *** d.q.n-lı minik avtomobili ilə toqquşmuş, yəni həmin avtomobili arxa hissəsindən vurmuşdur. Hadisədən sonra o, aşağı düşmüş sürücünün vəziyyəti ilə maraqlanmış və həmin sürücünün xəsarəti olmadığını görmüşdür. Bundan sonra o hadisə barədə həm sığorta şirkətinə həm də öz rəhbərliyinə məlumat vermişdir. O, avtobusdan çöldə olduğu zaman avtobusda sərnişin olan, sonradan adının Rövşən olduğunu bildiyi şəxsin nalayiq ifadələr işlədərək avtobusun şüşəsini təpiklədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşmamış, çünki telefonla danışırmış. Həmin şəxs avtobusun 03 ədəd yan şüşəsini yerindən çıxartmış, lakin həmin şüşələr rezinləri saxladığından düşüb sınmamışlar. O, Rövşən adlı şəxsin xəsarət aldığını sonradan öyrənmişdir. O, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 16 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Koroğlu küçəsində marketə getmək üçün 522 saylı “İsuzi” markalı, ** AE *** d.q.n-lı sərnişin avtobusuna minmişdir. O, avtobusda olan zaman gediş haqqını ödəmək üçün avtobus sürücüsünə yaxınlaşdığı vaxt avtobus sürücüsü qarşıda hərəkət edən “VAZ 21124” markalı, ** BU *** d.q.n-lı avtomobillə toqquşmuş, yəni həmin avtomobili vurmuş və o toqquşma nəticəsində sağ tərəfi üstdə avtobusun şit panelinə çırpılmışdır. Nəticədə sağ qabırğa nahiyəsi əzilmişdir. Ani toqquşma və aldığı xəsarətlə bağlı avtobusun giriş-çıxış qapısının qarşısında yerə uzanmışdır. Toqquşmadan dərhal sonra avtobus sürücüsü ona əhəmiyyət vermədən yerə enmişdir. Hadisə ilə bağlı Etibar və “VAZ 21124” markalı, ** BU *** d.q.n-lı avtomobilin sürücüsü arasında yol nəqliyyat hadisəsində bir-birlərini günahlandırmaqla bağlı sözlü mübahisə yaranmışdır. Həmin vaxt o avtobusun içərisində qışqıraraq tibbi yardım istəmişdir. Lakin ona əhəmiyyət verən olmamışdır. Təxminən 20 dəqiqə keçdikdən sonra tanımadığı bir nəfər cavan oğlan avtobusa daxil olub onu yerdən qaldırıb oturacağa uzatmışdır. O yenidən qışqırarq sürücünü çağırmışdır. Bu vaxt Etibar ona yaxınlaşmışdır. O Etibara TTY avtomobilini çağırmasını bildirmişdir. Etibar isə ona TTY-a məlumat verdiklərini, az sonra tibbi yardım briqadasının hadisə yerinə gələcəyini demişdir. Təxminən 20 dəqiqə də keçməsinə baxmayaraq, TTYX avtomobili hadisə yerinə gəlməmişdir. O aldığı xəsarətlər dözülməz olduğu üçün ağrıdan uzandığı vəziyyətdə ayaqları ilə avtobusun hazırda sağ və ya sol olduğunu xatırlmadığı iki şüşəsinə zərbə vurmuşdur. Zərbənin nəticəsində avtobusun şüşələri yerindən çıxıb yerə düşmüşdür. Ona əhəmiyyət vermədiklərini gördüyü üçün məcbur yerə enib səkidə əyləşmişdir. Sürücü Etibara qışqıraraq niyə TTY avtomobilini çağırmadığını demişdir. Etibar isə ona avtomobili çağırdığını az sonra gələcəyini demişdir. Həmin vaxt hadisə yerinə YPX avtomobili yaxınlaşmışdır. Tanımadığı iki nəfər YPX əməkdaşından TTY avtomobili çağırmalarını xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v. 101- 102, 112-115) İşə əlavə edilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan və xx.xx.2022-ci il tarixli fotoşəkillərin təqdim edilməsi haqqında protokola əlavə edilmiş 02 ədəd fotoşəkildə “Vaz 21124” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində və arxa sağ qapı üzərində əziklərin, 03 ədəd fotoşəkildə isə “"xxxx" MMC-yə məxsus “İsuzu MP-37” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön buferində əziklərin, sağ yan şüşələrin isə yerindən çıxılmış vəziyyətdə olduğu müşahidə edilir. (i.v 8-20) İş materiallarında olan və xx.xx.2031-cü ilədək etibarlı olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BCDE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (i.v. 22) İş materiallarında olan AC № 612819 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İSUZU SAZNP37 AVTOBUS” markalı, **-AE-*** qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. (i.v. 23) İş əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 16 yanvar 2022-ci il tarixli, 160 saylı aktdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmamışdır. (i.v. 6) İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübə və Tədris birliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 88 saylı rəydə göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs Əli oğlunun bədəni üzərində sağ körpücük sümüyünün cisminin natamam yerdəyişməyən sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətləri aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v. 35-38) İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2022-ci il tarixli, 8/754 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İsuzu” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21124” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.(i.v. 82-84) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 119) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 85-86) İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt X4 və X6 alınmış xx.xx.2022-ci il tarixli 302-4280-1222 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-cü il tarixdə “BCDE” kateqoriyalı BD020316 saylı, 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. “İsuzu” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"MMC-yə məxsus olmuş, Təqsirləndirilən şəxs həmin avtomobili "xxxx" İstehsalat Müəssisəsi tərəfindən verilmiş yol vərəqəsi əsasında idarə etmişdir.(i.v. 120-121, 24) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək xx.xx.2022-ci il tarixdə, saat 20:50 radələrində etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “İsuzu MP-37” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində Koroğlu küçəsi ilə Sülh küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi seçməmiş, nəticədə eyni zolaqda özündən qabaqda hərəkət edərək işıqforun qırmızı işığında dayanan “Vaz 21124” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə avtobusda sərnişin olan X2 körpücük sümüyünün cisminin natamam yerdəyişməyən sınığı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs həmin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin araşdırılması məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər prokuroruna göndərilməlidir. Cinayət işi üzrə yol nəqliyyat ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi subut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin araşdırılması məsələsinə baxılması üçün Sumqayıt şəhər prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat məbləğində pul vəsaiti Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Şahid1
Məhkəmə qərarları › İş №1(060)-618/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-618/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver