Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-62/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65, mənzil 80-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 08:10 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt şəhəri, Sülh küçəsində 50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarında “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun dayanmasını nəzərə alaraq həmin avtobusdan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onun yanından keçib getməli, lazım gəldikdə isə yol şəraitini nəzərə alaraq vaxtında tormozlama aparmaqla həmin avtobusa çatmadan dayandırmalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etmədiyindən idarə etməni itirərək onunla eyni istiqamətdə hərəkət hissəsinin sağ kənarında dayanmış “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişin Zərərçəkmiş şəxs “Sağ qamış sümüyünün orta 1/3-nin, sol qamış sümüyünün orta 1/3-nin və lateral kondilusunun və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qamış sümüyünün döyənəkləşmə əlamətləri olmayan bitişməmiş sınığı” kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) uzun müddətə daimi itirilməsinə səbəb olan həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Nəqliyyat MMC-də sürücü işləyir, əvvəllər 9 saylı xətt üzrə fəaliyyət göstərən marşurut avtobusunda sürücü kimi işləmişdir. xx.xx.2020-ci il tarixdən 3 saylı marşurut xətti üzrə fəaliyyət göstərən avtobusda sürücü kimi işləmiş, ona “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun təhkim olunmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saat 06:20 radələrində onun Sumqayıt şəhəri ticarət mərkəzindən Sülh küçəsi ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində marşurutdan çıxış vaxtı müəyyən edilmişdir. Həmin gün saat 08:05 radələrində o, idarə etdiyi avtobusla Sumqayıt şəhəri, Sülh küçəsi ilə Sumqayıt şəhərinin çıxışı istiqamətində saatda 50 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanmış 9 saylı xətt marşurutu üzrə işləyən “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, sol tərəfdən avtomobillərin hərəkət etdiyini görüb qarşıda dayanmış 9 saylı marşurutun hərəkətə başlayacağını fikirləşmişdir. Ona görə də idarə etdiyi avtobusun əyləcini astaca basmışdır. Həmin vaxtı yağış yağdığı üçün yer yaş olmuşdur. Ona görə də idarə etdiyi avtobus sürüşməyə başlamışdır. Həmin vaxtı avtobus sürüşdüyü üçün o, hadisənin qarşısıını ala bilməyib arxadan 9 saylı avtobusla toqquşmuşdur. Həmin vaxtı onun idarə etdiyi avtobusda olan bir neçə sərnişin xəsarət almışdır. Eləcədə o, təxminən 40 metr məsafədən “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusu görçüş, həmin avtobusa təxminən 15 metr məsafə qalmış əyləci basıb dayandırmaq istəmiş, lakin asfalt yaş olduğu üçün idarə etdiyi avtobusun sürüşmüş, ona görə də qarşıda dayanmış “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusu arxa tərəfdən vurmuşdur. “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək hüququ verən bütün sənədləri olmuş, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı maddi imkanı olmadığından ödəyə bilməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, saat xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində o, Sumqayıt şəhərindəki mərkəzi bazarın yaxınlığında Sülh küçəsində avtobus dayanacağında 3 saylı marşurut üzrə avtobus gözləmişdir ki, həmin avtobusla Sumqayıt şəhərindəki maşın bazarına getsin. O, bir qədər gözlədikdən sonra “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobus dayanacağa gəlmiş və o, da həmin avtobusa minmişdir. Həmin gün yağış yağmış və yer nəm olmuşdur. Avtobus hərəkət edərkən o, həmin avtobusun orta hissəsində sol sol tərəfdəki oturacaqda əyləşmişdir. Həmin vaxtı avtobus yolun hərəkət hissəsinin sağ birinci zolaq hissəsində hərəkət etmişdir. Həmin vaxtı qarşı tərəfdə 9 saylı ** AE *** dövlət qeydiyyat nişanlı avtobus dayandığından o, əyləşdiyi avtobusun sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs əyləci basmışdır. Lakin yer nəm olduğu üçün avtobus sürüşmüş və qarşıda dayanmış 9 saylı marşurut avtobusunun arxa tərəfi ilə toqquşmuşdur. O, qarşı tərəfdəki oturacağa çırpılmış və ayaqları qarşı tərəfdəki oturacağa dəyib sıxılmışdır. Həmin vaxtı o, hər iki ayaqlarından xəsarət almışdır. Az sonra oraya X1 Xidmətinin maşını gəlmişdir. Gələn həkimlər onu və digər xəsarət alanları Sumqayıt şəhər X2 Xəstəxanasına aparmışdır. Orada o, bilmişdir ki, hər iki ayağı hadisə nəticəsində sınmışdır. Eləcə də o, ifadəsində hadisə vaxtı “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun təxminən 50 km/saat sürətlə hərəkət etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməmiş, ona hər-hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 564 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs Nəsrullah oğlunun məhkəmə tibbi müayinəsinə, TTYX-nın tərtib etdiyi xəstəlik tarixinə və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs Nəsrullah oğlunun bədəni üzərindəki aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ qamış sümüyünün orta 1/3-nin və lateral kondilusunun və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər. Xəsarətlərin dərəcəsi Bakı şəhəri Travmatologiya İnstitutunun tərtib etdiyi xəstəlik tarixi təqdim olunduqdan, müalicə tam qurtardıqdan sonra təyin ediləcəkdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 42/564 №-li rəyindən görünür ki, 1958-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs Nəsrullah oğlunun məhkəmə tibbi müayinəsinə, TTYX-nın tərtib etdiyi xəstəlik tarixinə, tibbi sənədlərinə, rentgen müayinənin cavabına və əlavə qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs Nəsrullah oğlunun bədəni üzərindəki aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ qamış sümüyünün orta 1/3-nin, sol qamış sümüyünün orta 1/3-nin və lateral kondilusunun və sol incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları, sol qamış sümüyünün döyənəkləşmə əlamətləri olmayan bitişməmiş sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (35%) uzun müddətə daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/908 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “İsuzu” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 2333 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan Sumqayıt regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2020-ci il tarixli, 302-1998-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülükdən məhrum edilənlər siyahısında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus AC 233587 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BCD kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evildir və himayəsində 02 azyaşlı uşağı vardır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddələsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün səmimi etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Salehova Könül Dəmirçi qızı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini, ekspertiza xərcinin ondan tutulub dövlət büdcəsinə ödənilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Salehova Könül Dəmirçi qızı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-62/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-62/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver