Məhkəmə qərarları › İş №1(060)-62/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-62/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-62/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 2da qeydiyyatda olan və yaşayan barəsində bşaqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən fərdi həyət evini ona satmaq adı ilə yalan vəd etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında 2016-cı ilin dekabr ayından 2017-ci ilin mart ayınadək 5500 manat, 2017-ci ilin iyul ayında ünvan 2 ünvanında 3350 (üç min üç yüz əlli) manat dəyərində qızl zinət əşyalarını alıb ələ keçirərək zərərçəkmiş şəxs Mahirə Hüseynovaya ümumilikdə 8850 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Amma verilən ittihama görə Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən fərdi həyət evini ona satmaq adı ilə yalan vəd etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında 2016-cı ilin dekabr ayında 5000 (beş min) manat, 2017-ci ilin mart ayında 3000 (üç min) manat, 2017-ci ilin iyul ayında ünvan 2 ünvanında 3350 (üç min üç yüz əlli) manat dəyərində qızl zinət əşyaları, ünvan 1 ünvanında 2017-ci ilin dekabr ayında 2000 (iki min) manat, 2018-ci ilin fevral ayında 3000 (üç min) manat nağd pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Mahirə Hüseynovaya ümumilikdə 16350 (on altı min üç yüz əlli) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 20 ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır və əvvələr Mahirədən məişət avadanlıqları almışdır. Təxminən 2016-cı ildən 2017-ci il tarixədək olan müddət ərzində o, Zərərçəkmiş şəxs ümumilikdə 5500 (beş min beş yüz) manat nəğd pulu faizi ilə qaytarmaq şərti ilə borc kimi almışdır. Belə ki, 2016-cı ildə ona təcili pul lazım olduğu üçün o, Zərərçəkmiş şəxs borc pul istəmiş, Mahirə isə pulu olmadığından özünə məxsus ümumi dəyəri təxminən 2000 (iki min) manat olan üç ədəd qadın üçün qızıl üzükləri, bir ədəd qızıl boyunbağını və rəfiqəsi Səidəyə məxsus qızıl sırğanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində ona faizsiz borc kimi vermişdir. Daha sonra Mahirədən aldığı pulların 2000 min manatını hissə-hissə qaytarmışdır. Hal-hazırda onun Mahirəyə 3500 manat borcu qalmış, əlavə olaraq Mahirənin qızıllarını almışdır, qaytaracaqdır. O, yaşadığı evin qarşısında olan özünə məxsus, qızı X4 adına rəsmiləşdirdiyi evi Mahirəyə satmağa söz verməmiş və bu barədə aralarında heç bir razılıq olmamışdır. Həmin ev təxminən 5 ildir ki, qızı Xəyalənin adındadır. Həmçinin Mahirə yalandan onun 18000 manat borcu qaldığını bildirsə də, əslində isə onun Mahirəyə 3500 manat borcu var və təxminən 2000 manat dəyərində olan qızıl-zinət əşyalarını geri qaytarmalıdır. Həmin qızılları Rəsul adlı tanışına 2000 min manat müqabilində girov kimi vermişdir. Rəsul adlı tanışının pulunu qaytardıqdan sonra qızılları götürüb Mahirəyə qaytaracaqdır. Mahirəylə aralarında ev razılaşması olmamışdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsinin etirafedici hissəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, İsayeva Güləndam Firdovsi qızını 20 ildən çoxdur ki, tanıyır. Belə ki, o, əvvələr alver ilə məşğul olurmuş və Türkiyə Respublikasından paltarlar gətirib satırmış, həmin vaxtlar Güləndam da ondan paltarlar götürüb satmışdır. 2016-cı ildə Güləndam ona Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində yaşadığı evin qarşısında tikdirdiyi iki otaqlı evi münasib qiymətə sata biləcəyini söyləmiş, o, Güləndama əlində o qədər pul olmadığını demiş, Güləndam ona pulu hissə-hissə verə biləcəyini bildirdiyi üçün onlar razılaşmışlar. 2016-cı ilin dekabr ayında ünvan 3 ünvanında 5000 (beş min) manat, 2017-ci ilin mart ayında 3000 (üç min) manat, 2017-ci ilin iyul ayında Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində Gülandamın yaşadığı evdə 5000 (beş min) manat dəyərində qızıl zinət əşyaları, 2017-ci ilin dekabr ayında özünün yaşadığı ünvan 3 ünvanında 2000 (iki min) manat, 2018-ci ilin fevral ayında isə 3000 (üç min) manat Güləndama pul vermişdir. Lakin Güləndam ona verilən 18000 (on səkkiz) manat pul müqabilində iki otaqlı evi ona satacağını razılaşmaqlarına baxmayaraq vədinə əməl etməmiş, müxtəlif bənahələr gətirərək həmin evi onun adına keçirtməmişdir. Sonradan Güləndamın ona ev satmaq fikiri olmadığını, ondan pul almaq üçün evi satacağını bildirməsi ona məlum olmuş, o da Güləndamdan pulunu tələb etmiş, lakin halhazıradək Güləndam nə onun pulunu qaytarmış, nə də ki, evi ona satmamışdır. Güləndama evi almaq üçün ümumilikdə 18000 manat vermişdir. Ortaq tanışları Səidə və digər qonşular da bunu təsdiq edə bilələr, Gülandama verdiyi qızıllardan bir cüt təxminən 10 qram çəkidə qızıl sırğanı Səidədən almış, sonradan həmin sırğanın pulunu Səidəyə ödəmişdir, Gülandama pul verən zaman pulu düzəlmədiyi üçün 700 manatını qonşusu Nəzakətdən borca alaraq Gülandama verdiyini bildirmişdir. Qanuni qərar verilməsin və ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, təxminən 7 ilə yaxın müddətdir ki, İsayeva Güləndam Firdovsi qızını tanıyır. Güləndamı onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə gəlib-gedən zaman onu dəfələrlə görmüş və onu oradan tanımışdır. İsayeva Güləndam qonşusu Mahirəyə ev satmaq adı ilə Mahirədən hissə-hissə olmaqla təxminən 2016-cı ildən 2018-ci illər ərzində müxtəlif vaxtlarda 18000 (on səkkiz min) manat pul və qızıl almışdır. Həmçinin bir dəfə də Mahirə ev üçün ondan 700 (yeddi yüz) manat borc alıb Güləndama vermişdir. Güləndamın Mahirəyə yaşadığı evin qarşısındakı evi verməyi söz verərək Mahirədən müəyyən məbləğlərdə pul almasının bir neçə dəfə şahidi olmuşdur. Lakin bu söhbətlərdən uzun müddət keçsə də Güləndam Mahirəyə nə evi, nə aldığı pulları, nə də qızılları qaytarmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, təxminən 2017-ci ildə İsayeva Güləndam Firdovsi qızını onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinə gəlibgedən zaman tanımışdır. İsayeva Güləndam onun yanında dəfələrlə Mahirəyə 18000 manata satdığı evin sənədlərini düzəldən kimi adına keçirəcəyinə söz verməsinin şahidi olmuş, lakin Gülandam hər dəfə söz verməsinə baxmayaraq Mahirəni aldadıb evini onun adına keçirməmiş və hal-hazıradək pulunu qaytarmamışdır. Həmçinin, Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Mahirənin ona pulu faizlə verməsini bildirməsinin yalan olduğunu, Mahirəni uzun müddətdir ki, tanıdığını, onun heç vaxt heç kimə sələmlə (faizlə) pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təxminən 10 ildən artıq olar ki, İsayeva Güləndam Firdovsi qızını tanıyır. Eyni zamanda 15 il olar ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Güləndamı Mahirənin vasitəsilə tanımışdır. İsayeva Güləndam tanışı Mahirəyə ev satmaq adı ilə Mahirədən hissə-hissə olmaqla təxminən 2016-cı ildən 2018-ci ilə qədər olan müddət ərzində 18000 (on səkkiz min) manat pul almışdır. Bundan əlavə 2017-cı ilin yay aylarında Mahirə yaşadığı evə gələrək Güləndamdan aldığı evin ödənişini etmək üçün borca ondan 1000 manat pul istəmiş, lakin onun pulu olmadığı üçün Mahirəyə 10 qram çəkidə qızıl sırğası olduğunu həmin qızılı ona verə biləcəyini bildirmişdir. Mahirə onunla razılaşmış o, həmim qızıl sırğasını Mahirəyə vermişdi. Mahirə öz qızıllarını da onun qızlının üstünə qoyaraq 5000 manat pul əvəzinə həmin qızılları Güləndama vermişdir. Lakin bu söhbətlərdən uzun müddət keçsə də Güləndam Mahirəyə nə evi, nə aldığı borcları, nə də qızılları qaytarmamışdır. Əlavə şahid kimi dindirilmiş X6 göstərdi ki, Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllə 60 ünvanda yerləşən fərdi həyət evini oğlu Sərxan Abdullayev 2016-cı ilin dekabr ayında beh müqaviləsi bağlamaqla almışdır. 25000 manata razılaşmışlar, 10000 manat borc qalmışdır, pulun qalan hissəsini hələ də vermədiklərinə görə alqı-satqı başa çatmamışdır, amma təxminən həmin vaxtdan həmin evdə yaşayır. İsayeva Güləndam Firdovsi qızı özü həmin evin həyətində tikilmiş başqa evdə yaşayır. Zərərçəkmiş şəxs həmin həyətə gəlmiş, İsayeva Güləndam Firdovsi qızı ilə mübahisələri olmuşdur, ancaq mübahisənin evə görə olduğunu bilməmiş, eşitdiyinə görə mübahisə faizlə bağlı olmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 73-74, 84-86) İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir.(i.v 40-43) Məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2021-ci il tarixli, 9/4384 saylı rəyindən görünür ki, bir ədəd 05 qram 585 əyarlı Rusiya istehsalı, (fantaziya) sadə qaşlı qızıl üzüyün bir qramının qiyməti 50 manat olmaqla 250 manat, üç ədəd hər biri 06 qram 585 əyarlı Rusiya istehsalı qaşsız qızıl üzüyün bir qramının qiyməti 50 manat olmaqla 900 manat, üç cüt 24 qram 583 əyarlı Rusiya istehsalı qızıl sırqanın bir qramının qiyməti 50 manat olmaqla 1200 manat, bir ədəd 20 qram 583 əyarlı Rusiya istehsalı qızıl boyunbağının bir qramının qiyməti 50 manat olmaqla 1000 manat, ümumilikdə qeyd olunan qızıl-zinət əşyalarının 2017-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3350,00 manat müəyyən edilir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4384 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.(i.v 59-62) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, əvvələr məhkum olunmamışdır.(i.v 55) Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2273 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İsayeva Güləndam Firdovsi qızı Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 54) İş materiallarında olan xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, İsayeva Güləndam Firdovsi qızı yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır(i.v 58) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı ayrılmış material Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir.(i.v 106-111) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin hərəkətlərini həm cinayət qanunvericiliyində, həm Ali Məhkəmənin qeyd edilən qərarında göstərilən, dələduzluq cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yalan vəd verərək aldatmış, onun xeyli miqdarda əmlakını ələ keçirmişdir. İşdəki sübutlarla təsdiq edilir ki, onların arasında evin satılması ilə bağlı danışıqlar getmiş, bununla bağlı müəyyən məbləğdə vəsait alınmış, sonradan isə məlum olmuşdur ki, mübahisəli ev başqa adama satılmış, orada ayrı şəxslər yaşayır, tərəflə arasında sövdələşmə gedən ərəfədə də həmin evlə bağlı başqa adamla sövdələşmələr olmuş, hətta beh müqaviləsi bağlanmışdır. Yalnız evin başqa adama satıldığını biləndən sonra aldadıldığını anlayan Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında uzun müddət bununla bağlı mübahisələrin getdiyi iş materialları ilə təsdiq edilir. Təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllə 60 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsini almışdır. Həmin evin ½ hissəsi xx.xx.2012-ci ldə onun adına qeydə alınmışdır. xx.xx.2016-cı il tarixdə notarial qaydada təsdiq olunmuş beh müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllə 60 ünvanda yerləşən fərdi yaşayış evini 22000 manata X1 üçün razılığa gələrək ondan 15000 manat beh almışdır. Müqavilənin şərtinə əsasən alqı satqı 2 ay müddətindən gec olmayaraq rəsmiləşdirilməlidir. DƏDRX-nin RX seriyalı, ******* №-li şıxarışından görünür ki, Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllə 60 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi xx.xx.2018-ci ildə X4 adına qeydə alınmışdır. Satılması vəd edilib əvəzində pul alınan evlə bağlı göstərilən əməliyyatların aparılması zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi halları bir daha təsdiq edir. Əlavə şahid kimi dindirilmiş X3 ifadəsinin tərəflər arasındakı mübahisənin faizlə bağlı olduğunu eşitməsi barədə hissəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsinin bu hissəsi həqiqəti əks etdirmir, onun bu evlə bağlı maraqları Mahirə Hüseynovanın maraqları ilə toqquşur. Məhkəmə iclasında aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayından 2017-ci ilin mart ayınadək zərərçəkmiş şəxs Mahirə Hüseynovadan 5500 (beş min beş yüz) manat almışdır. Bunu təqsirləndirilən şəxs özü də qəbul edir, ancaq həmin pulun 2000 manatını qaytardığını, 3500 manat borcu qaldığını bildirir. Təqsirləndirilən şəxs 2000 manat pul qaytarması təsdiq edilmir, bununla bağlı sübut yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 2017-ci ilin iyul ayında ünvan 2 ünvanında 3350 (üç min üç yüz əlli) manat dəyərində qızl zinət əşyalarının da Təqsirləndirilən şəxs verilməsi təsdiq edilir, Təqsirləndirilən şəxs özü də bunu qəbul edir, həmin qızılları 2000 manat əvəzinə götürdüyünü bildirir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasın qızılların qiyməti 3350 manat müəyyən olunmuşdur, məhkəmə bu qiyməti düzgün hesab edir və qəbul edir. Amma Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs digər məbləğləri verməsi barədə birbaşa sübut yoxdur, işdəki sübutlar isə mötəbər və inandırıcı deyildir, bu səbəbdən də məhkəmə bunu qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləği sübutlarla təsdiq olunan miqdarda, yəni ümumilikdə 8850 (5500 + 3350) manat məbləğində müəyyən edilməlidir. Bu verilən ittihamın həcmini azaltsa da tövsifin dəyişdirilməsinə səbəb olmur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmuu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi, yəni özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən fərdi həyət evini ona satmaq adı ilə yalan vəd etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Mahirə Hüseynovaya ümumilikdə 8850 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxsnun törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsnun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinna 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ümumilikdə 8850 manatdır. Dəymiş ziyanın qalan hisəsi təsdiq edilmir. Ona görə də mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 8850 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxsnun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs 8850 manat pul alınaraq Zərərçəkmiş şəxs verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar