Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-62/2023 16.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında 28 dekabr 2021-ci il tarixli əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən hakimiyyət nümayandələri; Daxili İşlər Nazirliyi, Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs1 başına və qollarına, Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis kiçik serjantı Zərərçəkmiş şəxs2 sol gözünün altına yumruqla zərbələr vurmaqla zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o əvvəllər müxtəlif yerlərdə işləsə də son zamanlar taksi kimi fəaliyyət göstərmişdir. Ağa Əzimovu təxminən 3-4 il əvvəl qəlyançı kimi tanımışdır. Həmin vaxtlar o da kafedə işləmişdir. 28 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Ağa Əzimov nootbuku vermək üçün onun yaşadığı ünvana gəlmiş, o, yuxudan təzə oyandığından avtomobili qızdırmaq üçün açarları Ağaya verərək əl-üzünü yuyub gələcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Ağaya zəng edib harada olduğunu soruşduqda Ağa 28 may tərəfdə olduğunu demiş, Ağaya telefonda əsəbləşərək işinin olduğunu demişdir. Təxminən yarım saat sonra anası Səmayə evə gələrək onu çörək almaq üçün yaşadıqları evin yaxınlığında yerləşən mağazaya göndərmişdir. Yolda piyada hərəkətdə olan zaman yolun kənarında saxladığı avtomobilinin sol qabaq qapısının açıq olduğunu görərək qapısını bağlamaq üçün avtomobilə yaxınlaşmışdır. Qapını örtən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis olduqlarını bildirib onlarla polis idarəsinə getməli olduğunu demişdirlər. Polis əməkdaşları onu ağ rəngli “Kia Sportage” markalı avtomobilin arxa oturacağına əyləşdirmişdirlər. O, avtomobilə əyləşən zaman Ağa və Mirinin (Əbülfəz) də avtomobildə olduğunu görmüşdür. Ağa, Əbülfəz və ondan başqa avtomobildə üç nəfər mülki geyimli polis əməkdaşları da olmuşdur. Onlar birlikdə avtomobillə hərəkətdə olan zaman pul kartı ilə əlaqədar söhbətlərin getdiyini eşitmişdir. Yolda hərəkətdə olan zaman Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə çatanda Əbülfəz böyrəklərində problem olduğunu və bu səbəbdən sanitar qovşağa getmək istədiyini dediyindən polis əməkdaşları avtomobili yanacaq doldurma məntəqəsinin yanında saxlamışdırlar. Əbülfəz və sonradan adının Rüfət olduğunu bildiyi polis əməkdaşı avtomobildən düşərək sanitar qovşağa tərəf yollanmış, həmin vaxt avtomobilin sürücüsü sonradan adının Orxan olduğunu bildiyi polis əməkdaşı arxa oturacağa keçərək ona qarşı nalayiq ifadələr işlətmiş, sonra isə onun başından tutaraq oturacağın altına doğru sıxaraq, yumruq zərbələri ilə onun başına və bədəninin müxtəlif nahiyyələrinə vurmağa başamış, o, asma xəstəsi olduğu üçün nəfəs almaqda çətinlik çəkmiş, həmin vaxt o, əl qol atmağa başlamış, ola bilsin ki, həmin vaxt onun əli Orxana dəymiş, lakin bunu qəsdən etməmişdir. Belə ki, həmin vaxt Orxan onun başını oturacağın altına tərəf sıxıb saxlamışdır. Lakin, o, Xəqani adlı polis əməkdaşına heç bir xəsarət yetirməmişdir. Bundan başqa onlar polis maşını ilə Sumqayıt şəhəri istiqamətində gələrkən o, 20 Yanvar ərazisini keçərkən polis əməkdaşlarından hara getdiklərini soruşduğu zaman Orxan və Rüfət adlı polis əməkdaşları onun ünvanına nalayiq söyüşlər söyərək başına bir neçə yumruq zərbələri vurmuşdurlar. Onlar “Azpetrol” yanacaq doldurma məntəqəsində olduqları zaman Orxan onu avtomobildə döydüyü vaxt Zərərçəkmiş şəxs1 da qabaq oturacaqdan düşərək Orxana köməyə gələrək onu avtomobildən çıxartmaq istəyən zaman kiminsə başının üstündən tullandığını görmüş, bir neçə saniyə sonra Orxan və Xəqani vurulduğunu demişdir. O, həmin vaxt başa düşmüşdür ki, Ağa bıçaqla polis əməkdaşlarını vurub qaçmışdır. Daha sonra polis əməkdaşları onu avtomobilə əyləşdirərək Sumqayıt şəhər polis idarəsinə aparmışdırlar. Onu polis idarəsində 3 gün saxlamışlar, lakin onu hansı səbəbə Sumqayıt şəhər polis idarəsinə gətirilməsi barədə ona bildirilməmiş və bu barədə ondan hər hansı bir izahat alınmamışdır. O heç bir polis əməkdaşını vurmamış, heç kimə narkotik maddə verməmiş və narkotik maddə istifadə etmir. Təqsirləndirilən şəxs polis əməkdaşını qəsdən vurmadığı, hadisənin bu cür baş verməsinə görə peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsili Bakı şəhərində yerləşən 151 və 159 saylı orta məktəblərdə almış, məktəbi bitirdikdən sonra 2008-2020-ci illərdə Bakı şəhərində yerləşən “Old City” gecə klubunda “Dj” işləmişdir. Daha sonra taksi kimi fəaliyyət göstərmişdir. Ağa Əzimovu təxminən 3-4 il bundan öncə “Old City” gecə klubunda tanımış, sonuncu həmin vaxt orada qəlyançı işləmişdir. Ağa ona yaxınlaşaraq “dj-lik” öyrənmək istədiyini bildirmiş, o, isə sonuncuya təmannasız dj- lik öyrətmişdir. 28 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Ağa notbuku ona vermək üçün yaşadığı ünvana gəlmiş, o, yuxudan təzə oyandığından avtomobili qızdırmaq üçün açarları sonuncuya verərək əl-üzünü yuyub gələcəyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Ağaya zəng edib harada olduğunu soruşduqda sonuncu 28 may tərəfdə olduğunu demiş, Ağaya telefonda əsəbləşərək işinin olduğunu demişdir. Təxminən yarım saat sonra anası Səmayə evə gələrək onu çörək almaq üçün yaşadıqları evin yaxınlığında yerləşən mağazaya göndərmişdir. Yolda piyada hərəkətdə olan zaman yolun kənarında saxladığı avtomobilinin sol qabaq qapısının açıq olduğunu görərək qapısını bağlamaq üçün avtomobilə yaxınlaşmışdır. Qapını örtən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis olduqlarını bildirib onlarla polis idarəsinə getməli olduğunu demişdirlər. Polis əməkdaşları onu ağ rəngli “Kia Sportage” markalı avtomobilin arxa oturacağına əyləşdirmişdirlər. O, avtomobilə əyləşən zaman Ağa və Mirinin (Əbülfəz) də avtomobildə olduğunu görmüşdür. O, Ağa, Əbülfəz ilə birlikdə avtomobildə üç nəfər mülki geyimli polis əməkdaşları da olmuşdur. Avtomobillə hərəkətdə olan zaman pul kartı ilə əlaqədar söhbətlərin getdiyini eşitmişdir. Yolda hərəkətdə olan zaman Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə çatanda Əbülfəz böyrəklərində problem olduğunu və bu səbəbdən sanitar qovşağa getmək istədiyini dediyindən polis əməkdaşları avtomobili yanacaq doldurma məntəqəsində yanında saxlamışdırlar. Əbülfəz və sonradan adının Rüfət olduğunu bildiyi polis əməkdaşı avtomobildən düşərək sanitar qovşağa tərəf yollanmış, həmin vaxt avtomobilin sürücüsü sonradan adının Orxan olduğunu bildiyi polis əmədaşı arxa oturacağa keçərək ona qarşı nalayiq ifadələr işlətmişdir. O, Orxana əsəbləşərək sonuncuya yumruq atan zaman kiminsə onu sıxdığını görmüşdür. Həmin polis əməkdaşının bir ayağı avtomobilin içərəsində digər ayağı isə yerdə olmuş, ön sağ oturacağda oturan sonradan adının Xəqani olduğunu bildiyi polis əmədaşı Orxana köməyə gəlmişdir. Orxan və Xəqani onu avtomobildən çıxartmaq istəyən zaman kiminsə başının üstündən tullandığını görmüş, bir neçə saniyə Orxan və Xəqani vurulduğunu demişdir. O, həmin vaxt başa düşmüşdür ki, Ağa bıçaqla polis əməkdaşlarını vurub qaçmışdır. Daha sonra polis əməkdaşları onu avtomobilə əyləşdirərək Sumqayıt şəhər polis idarəsinə aparmışdırlar. Orxan adlı polis əməkdaşının dediyi nalayiq sözlər onu qıcıqlandırdığı üçün sonuncunu sol gözünün altına yumruqla vurmuş, Xəqani adlı polis əməkdaşına hər hansı xəsarət yetirməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o 2009-cu ildən DİO-da, 2019-cu ildən isə Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifəsi hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan və törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itgin düşən şəxslərin axtarılmasından ibarətdir. Sumqayıt şəhər polis idarəsinin müstəntiqi, polis mayoru Bəhruz X1 narkotik vasitələrin satışı ilə məğul olub-olmaması, həmçinin narkotik vasitələri kim və ya kimlərdən əldə etməsi ilə bağlı əməliyyat tapşırığı vermişdir. X6 üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni ünvan 2 ünvanında qeydiyyatda olan X7, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Elüseyn oğlundan və Şahid1 əldə etməsi ilə bağlı şübhələr olduğundan qeyd olunan şəxslərin olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilmələrindən ötrü əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat axtarış tədbirinin icra edilməsi ona və Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru Zərərçəkmiş şəxs2 həvalə edilmişdir. 28 dekabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində əməliyyat tapşırığının icrası ilə əlaqədar **-AP-*** dövlət qeydiyyat nişanlı Kia Sportage markalı xidməti avtomobillə Bakı şəhərinə getmişdirlər. Həmin avtomobili Orxan idarə etmiş, o da qabaqda əyləşmişdir. O, Sumqayıt şəhər polis idarəsinin, xüsusi təyinatlı bölüyünün polis nəfəri, polis serjantı Şahid2 kömək məqsədi ilə dəvət etmiş və sonuncunu Bakı şəhəri, Nərimanov rayonunda avtomobilə mindirmişdir. Təxminən saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində X10 yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini sonuncuya göstərib narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə əlaqədar polis idarəsinə getməli olduğunu bildirərək xidməti avtomobilə əyləşdirmişdirlər. Daha sonra Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Balıq Əkmək restoranına gedərək Şahid1 yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini sonuncuya göstərib narkotik vasitələrin satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə əlaqədar polis idarəsinə getməli olduğunu bildirərək xidməti avtomobilə əyləşdirmişdirlər. Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini sonuncuya göstərib narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə əlaqədar polis idarəsinə getməli olduğunu bildirərək xidməti avtomobilə əyləşdirmişdirlər. Bundan sonra Sumqayıt şəhərinə getmək üçün yola düşmüşdürlər. Avtomobili Orxan idarə etmiş, o, sonuncunun sağında əyləşmişdir. Orxanın arxasında arxa oturacaqda polis əməkdaşı Rüfət, sonuncunun sağında Mirəbülfəz, Mirəbülfəzin sağında Murad, sonuncunun sağında Ağa əyləşmişdir. Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında olarkən Mirəbülfəz sanitar qovşağa getmək istədiyini bildirdiyindən Orxan avtomobili yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Mirəbülfəz Rüfətin müşayəti altında sanitar qovşağa getmişdir. Bu zaman Orxan avtomobilin arxa oturacağına keçərək Ağa və Muradın yanında əyləşmişdir. Avtomobilin arxa qapısı yarımaçıq vəziyyətdə olmuş, o, avtomobildə anidən səs-küy yarandığını görüb üzünü arxa oturacağa tərəf çevirmişdir. O, Muradın əvvəlcə yumruqla Orxanın sol gözünün altına vurduğunu daha sonra isə sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq atdığını görümüşdür. O, Murad və Ağanın qaçmağa cəhd göstərdiyini görüb hər ikisinin ayağından tutmuş, bundan sonra sonuncular yumruqla başına və qollarına vurmağa başlamışdırlar. Ağa anidən bıçaqla onun sol kürək nahiyyəsinə iki dəfə vurmuş, həmin vaxt Murad Orxanı itələyərək avtomobildən yerə salmışdır. Həmin ərəfədə Ağa avtomobildən düşərək üzərində olan bıçaqla Orxanın sol kürək nahiyyəsinə bir dəfə bıçaqla vurub hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra Mirəbülfəz Rüfətin müşayəti ilə sanitar qovşaqdan çıxmışdır. O, və Orxan dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. Hadisə baş verən gün nə o, nə də digər polis əməkdaşları tərəfindən Murada və digərlərinə qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ildən hazırkı vaxtadək Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Vəzifəsi hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan və törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itgin düşən şəxslərin axtarılmasından ibarətdir. Sumqayıt şəhər polis idarəsinin müstəntiqi, polis mayoru Bəhruz Qulamov icraatında olan Elbrus Məmmədovun cinayət işi üzrə əməliyyat tapşırığı vermişdir. Elbrus Məmmədovdan aşkar edilərək götürülmüş narkotik vasitəni ünvan 2 ünvanında qeydiyyatda olan X7, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və Şahid1 əldə etməsi ilə bağlı şübhələr olduğundan qeyd olunan şəxslərin olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilmələrindən ötrü əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat axtarış tədbirinin icra edilməsi ona və Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs1 həvalə edilmişdir. 28 dekabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində əməliyyat tapşırığının icrası ilə əlaqədar **-AP-*** dövlət qeydiyyat nişanlı Kia Sportage markalı xidməti avtomobillə Bakı şəhərinə getmişdirlər. Həmin avtomobili o, idarə etmiş, Xəqani isə onun sağında əyləşmişdir. Xəqani Sumqayıt şəhər polis idarəsinin, xüsusi təyinatlı bölüyünün polis nəfəri, polis serjantı Şahid2 kömək məqsədi ilə dəvət etmiş və Rüfəti Bakı şəhəri Nərimanov rayonunda avtomobilə mindirmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində X10, Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Balıq Əkmək" restoranında gedərək Şahid1 və Bakı şəhəri Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini sonunculara göstərib narkotik vasitələrin satışı ilə məşğul olub-olmamalarının müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə əlaqədar polis idarəsinə getməli olduqlarını bildirərək xidməti avtomobilə əyləşdirmişdirlər. Bundan sonra Sumqayıt şəhərinə getmək üçün yola düşmüşdürlər. Avtomobili o, idarə etmiş Xəqani onun sağında əyləşmişdir. Onun arxasında arxa oturacaqda polis əməkdaşı Rüfət, sonuncunun sağında Mirəbülfəz, Mirəbülfəzin sağında Murad, sonuncunun sağında Ağa əyləşmişdir. Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında olarkən Mirəbülfəz sanitar qovşağa getmək istədiyini bildirdiyindən avtomobili yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Mirəbülfəz Rüfətin müşayəti altında sanitar qovşağa getmiş, o, isə avtomobilin arxa oturacağına keçərək Ağa və Muradın yanında əyləşmişdir. Avtomobilin arxa qapısı yarımaçıq vəziyyətdə olmuş, Ağa və Murad qaçmağa cəhd edərək ona müqavimət göstərmişdirlər. Murad yumruqla sol gözünün altına vurmuş, daha sonra sonuncu onun bədəninin müxtəlif nahiyələrinə yumruq atmağa başlamışdır. Xəqani Murad və Ağanın qaçmağa cəhd göstərdiyini görüb hər ikisinin ayağından tutmuş, bundan sonra sonuncular yumruqla Xəqaninin başına və qollarına vurmuşdurlar. Ağa üzərində gəzdirdiyi bıçaqla Xəqaninin sol kürək nahiyyəsinə iki dəfə vurmuş, həmin vaxt Murad onu itələyərək avtomobildən yerə salmışdır. O, Muradın qaçmağının qarşısın almaq istəyərkən sol kürək nahiyyəsində ağrı hiss etmiş geri dönüb baxdıqda Ağanın əlində olan bıçaqla onu vurduğunu başa düşmüşdür. Ağa hadisə yerindən uzaqlaşmış, hadisədən sonra Mirəbülfəz Rüfətin müşayəti ilə sanitar qovşaqdan çıxmışdır. O və Xəqani dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. O, eləcə də onunla birlikdə olan polis əməkdaşları Murada qarşı hər hansı nalayiq ifadə işlətməmiş, ona qarşı qanuna zidd hərəkətlər etməmişlər. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində cəza təyini məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2006-ci ildən DİO-da, 2021-ci ildən isə Sumqayıt şəhər polis idarəsinin Xüsusi təyinatlı bölüyündə işləyir. Vəzifəsi hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin aşkar edilməsi və açılması, cinayətləri hazırlayan və törətmiş şəxslərin müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itgin düşən şəxslərin axtarılması aiddir. Sumqayıt şəhər polis idarəsinin müstəntiqi, polis mayoru X17 Məmmədovun narkotik vasitələrin satışı ilə məşğul olub- olmaması, həmçinin narkotik vasitələri kim və ya kimlərdən əldə etməsi ilə bağlı əməliyyat tapşırığı vermişdir. Elbrus Məmmədovun üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni ünvan 2 ünvanında qeydiyyatda olan X7, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və Şahid1 əldə etməsi ilə bağlı şübhələr olduğundan qeyd olunan şəxslərin olduqları yerin müəyyən edilərək istintaqa təqdim edilmələrindən ötrü əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin əməliyyat axtarış tədbirinin icra edilməsi Sumqayıt şəhər polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs1 və kiçik inspektor Zərərçəkmiş şəxs2 həvalə edilmişdir. 28 dekabr 2021-ci il tarixdə o, Sumqayıt şəhərinə gəlməli olmuş, lakin həmin vaxt avtomobili olmadığı üçün Zərərçəkmiş şəxs1 zəng vurmuş, sonuncu da ona Bakı şəhərində olduqlarını bildirmiş və o, bundan sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisinə gələrək orada onlarıa görüşərək **-AP-*** dövlət qeydiyyat nişanlı Kia Sportage markalı xidməti avtomobilə əyləşmişdir. Həmin avtomobili Orxan idarə etmiş, Xəqani isə onun sağında əyləşmişdir. İlk öncə Orxan və Xəqani təxminən saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Əzimov Ağanı, sonra Bakı şəhəri Nəsimi rayonunda yerləşən Balıq Əkmək restoranına gedərək Şahid1, daha sonra isə Bakı şəhəri Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini sonunculara göstərib narkotik vasitələrin satışı ilə məğul olub-olmadıqlarının müəyyən edilməsi ilə bağlı əməliyyat tapşırığının icrası ilə əlaqədar polis idarəsinə getməli olduqlarını deyərək xidməti avtomobilə əyləşdirmişdirlər. Bundan sonra Sumqayıt şəhərinə getmək üçün yola düşmüşdürlər. Avtomobili Orxan idarə etmiş, Xəqani sonuncunun sağında əyləşmişdir. Orxanın arxasında arxa oturacaqda o, onun sağ tərəfində Mirəbülfəz, Mirəbülfəzin sağ tərəfində Murad, Muradın sağ tərəfində isə Ağa əyləşmişdir. Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 27-ci kilometrliyində Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında olarkən Mirəbülfəz sanitar qovşağa getmək istədiyini bildirdiyindən Orxan avtomobili yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Mirəbülfəz onun müşayəti altında sanitar qovşağa getmişdir. Bu zaman Orxan avtomobilin arxa oturacağına keçərək Ağa və Muradın yanında əyləşmişdir. Təxminən bir neçə dəqiqə sonra səs-küy gəldiyini eşidib çölə çıxmış, Muradın polis əməkdaşlarının yanında olduğunu Ağanın isə orada olmadığını görmüşdür. Orxan və Xəqaninin paltarları qanlı olmuş, hər ikisi yerdə qan içində uzanmışdırlar. Sonradan ona məlum olmuşdur ki, sanitar qovşaqda olan zaman Murad Orxanın bədəninin müxtəlif nahiyələrinə yumruq atmış, Xəqani Murad və Ağanın qaçmağa cəhd göstərdiyini görüb hər ikisinin ayağından tutmuş, bundan sonra sonuncular yumruqla Orxan və Xəqaninin başına və qollarına vurmuşdurlar. Həmin ərəfədə Ağa avtomobildən düşərək üzərində olan bıçaqla Orxana və Xəqaniyə xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Orxan və Xəqani Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. O, ibtidai istintaq zamanı ifadə verərkən Xəqaninin ona zəng vurub onu əməliyyat tapşırığına köməyə çağırması barədə ifadəsində bildirməmiş, çünki bunun əhəmiyyətli olub olmamasını düşünməmişdir. O, həmin şəxslərin hər hansı birini yumruq və ya başqa şeylə vurmamış, onlara qarşı heç bir qanunsuzluq etməmişdir. Müdafiəçinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X11 ifadəsində göstərdi ki, icraatında X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş, həmin cinayət işi üzrə X6 narkotik vasitələrin satışı ilə məğul olub-olmaması, həmçinin narkotik vasitələri kim və ya kimlərdən əldə etməsi ilə bağlı birinci dəfə xx.xx.2021-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə əməliyyat tapşırıqları vermişdir. Birinci dəfə verilmiş əməliyyat tapşırığına cavabda istintaqa məlumat veriləcəyi qeyd olunsa da, cavab verilmədiyi üçün ikinci dəfə əməliyyat tapşırığı verilmiş və həmin tapşırığa cavabda üç nəfər şəxsin şübhəli bilindiyini və həmin şəxslərin istintaqa təqdim olunacağı qeyd olunmuşdur. Lakin, sonradan hazırki cinayət hadisəsi baş verdiyindən və həmin məsələ öz aktuallığını itirdiyindən o, həmin şəxslərin izahatlarını almamışdır. Belə ki, tapşırığa cavabda şübhələr olduğu qeyd olunmuş, konkiret olaraq əlbir olmaları qeyd olunmamışdır. Bu səbəbdən də həmin şəxslərin izahatlarını almamışdır. İş materiallarına əlavə olunmuş üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X8 təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Sorğu Sistemindən çıxarışdan görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-152/2023 saylı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi və Zərərçəkmiş şəxs1 isə xəsarət yetirməməsi barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Səbail Rayon Məhkəməsinin 1(009)-57/2014 saylı 17 mart 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-57/2014 saylı 17 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Səbail Rayon Məhkəməsinin 1(009)-57/2014 saylı 17 mart 2014-cü il tarixli hökmü dəyişdirilərək CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancının 20 % dövlət nəfinə tutulmaqla 15 gün müddətə islah işləri cəzası ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Bəhruz qulamov tərəfindən verilmiş əməliyyat tapşırığından görünür ki, X3 narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, həmçinin narkotik vasitələri kim və ya kimlərdən əldə etməsi əməliyyat yolu ilə müəyyən edilməsi, tapşırıqda göstərilənlərdən başqa qarşıya çıxan bütün şübhəli halların yoxlanılması və nəticəsi barədə istintaqa mütəmadi məlumat verilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin rəisi Yelmar Mehtiyevin Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin rəisi Cavidan Əlizadəyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X4 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da həmin məlumat təsdiqini tapmamış, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində X4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni ünvan 2 ünvanında qeydiyyatda olan 1997-ci il təvəllüdlü X7, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və Şabran rayonunda qeydiyyatda olan Şahid1 əldə etməsi şübhəsi olduğu və adları qeyd olunan şəxslərin olduqları yer müəyyən edilərək istintaqa təqdim edilmələrindən ötrü əməliyyat-axtarış tədbirləri davam etdirilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin baş direktoru C.Ə.Məmmədov tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, yanacaqdoldurma məntəqələrində quraşdırılmış videomüşahidə sistemləri çəkilmiş videogörüntüləri təqribən 15-17 gün müddətində yaddaşda saxlamaq qabiliyətinə malikdirlər. Bundan sonra həmin görüntülər avtomatik olaraq yeniləri ilə əvəzlənirlər. Məhkəmənin sorğusunda qeyd olunmuş videogörüntülər xx.xx.2021-ci il tarixinə aid olduğundan müvafiq videogörüntüləri məhkəməyə təqdim etmək mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmaması, hadisənin törənmə şəraiti, yəni hadisənin törənməsinin təşəbbüskarının Təqsirləndirilən şəxs omaması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 06 (altı) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-62/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-62/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver