Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-62/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X3 və onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxslər və mülki iddia üzrə iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçiləri - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 qızma özünə aid lombardın olmasını bildirməklə ucuz qiymətə qızıl satacağına dair yalan vəd verib, sonuncunun etibarından sui-istifadə etməklə, 2019-cu ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən lombardın qarşısında görüşərək, Zərərçəkmiş şəxs1 1000 (bir min) manat pul alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X4 Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 2 otaqlı mənzili hissə-hissə ödəniş etmək şərti ilə sonuncunun adma keçirəcəyinə dair vəd verib aldadaraq, Mehman Adıgözəlovun etibarından sui-istifadə etməklə, Mehman Adıgözəlovdan 2019-cu ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "Evdə fərdi təhsil məktəbi"ndə, sonuncu dəfə 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Elmar market” adlı mağazanın qarşısında 2000 (iki min) manat olmaqla ümumilikdə 15000 (on beş min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş Mehman Adıgözəlova ümumilikdə xeyli miqdar təşkil edən 15000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul müqabilində ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu məqsədlə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanında 1000 (bir min) manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 3060 (üç min altmış) manat təşkil edən 1800 (bir min səkkiz yüz) X7 dollar pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4060 (dörd min altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs3 ilə aralarında qohumluq münasibətləri vardır, əvvəllər aralarında düşmənçilik və ya ədavət olmamış, Zərərçəkmiş şəxs3 2012-ci ildə 800 (səkkiz yüz) manat borc pul almış, həmin puluda aldığı müddətdən 03 (üç) ay sonra 100 (bir yüz) manat əlavə olaraq qaytarmışdır. O, Afətdən onu hansısa işə düzəldəcəyi vədi ilə pul almamış, Suraxanı rayon Başçısı onun qohumu olmamış, Afətə onu icra mühasibatlığına işə düzəldə biləcəyini deməmişdir. Afətin ondan verdiyi borc pulun əlavə də faizini istəməsi səbəbindən sonuncunun mobil nömrəsini bloka atmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər «Evdə fərdi təhsil» məktəbində iş yoldaşı olmuş, belə ki, o, həmin məktəbdə musiqi müəlliməsi işləmişdir. O, Təranədən lom qiymətinə qızıl verəcəyi adı ilə pul almamış, Təranənin dediyi fikirlər tamamilə yalandır. Təranə işlədiyi məktəbin direktoru olan Mehman Adıgözəlovun qızıdır, Mehmanı 2015-ci ildən tanıyır, Mehman işlədiyi məktəbin direktoru olmuşdur. 2015-ci ildə qızının xəstəliyi ilə əlaqədar qızıllarını lombarda qoyub 8000 (səkkiz min) manat pul götürmüş, sonradan faizləri ödəyə bilmədiyindən Mehmandan kömək etmək məqsədi ilə xahiş etmişdir ki, qızılları satır, Mehmanda onunla razılaşmış və 2018-ci ildə ona Nərimanov klubunun yaxınlığında 4000 (dörd min) manat pul vermişdir. O, həmin pulu aparıb qızılı çıxartmış və Mehmana 4000 (dörd min) manat dəyərində qızıllarını vermişdir. O, Mehmana ünvan 4 ünvanında evi adına keçirəcəyi adı ilə 11000 (on bir min) manat pul almamış, heç elə ünvan da tanımır. Mehman Adıgözəlov və digər şəxsləri aldatmaqla pullarını ələ keçirməmişdir. Mehmanla aralarında pul məsələsi olsa da, dələduzluq etmək niyyəti olmamışdır. Ona qarşı deyilənlər tamamilə şər böhtan xarakterlidir. O, əlavə ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanındakı mənzilin kimə məxsus olmasını bilmir, həmin ünvanın nə ona, nə də hər hansı bir qohumuna məxsus olmamasını dəqiq bilir. Həmin mənzildə heç vaxt yaşamamış, orada nə o, nə də başqa ailə üzvləri və ya qohumları qeydiyyatda olmamışdır. Həmin ünvanda nə o, nədə ki onun hər hansı bir qohumu kirayədə yaşamamışlar. Özünü təqsirli bilmir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X6 ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2020-ci ilin yanvar ayınadək Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "Evdə fərdi təhsil məktəbində" direktor vəzifəsində işləmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da həmin məktəbə müəllimə kimi 2015-ci ildə o, işə götürmüşdür. Rübabə həmin məktəbdə musiqi müəllimi kimi işləmiş və hazırda da həmin məktəbdə çalışır. Təqsirləndirilən şəxs 2016-cı ilin sentyabr ayında qızıllarının lombarddan çıxarılması ondan 4000 (dörd min) manat, 2016-cı ilin oktyabrnoyabr aylarında isə qızının müalicəsi üçün 6000 (altı min) manat borc istəmiş, o da 4000 (dörd min) manatı “Nərimanov” klubunun qarşısında, 6000 (altı min) manatı isə Rübabənin qonşusu Həcər Mahmudovanın yanında ona vermişdir. Təqsirləndirilən şəxs 2018-ci ildə pulları qaytara bilmədiyi üçün verdiyi 10000 (on min) manat əvəzinə qardaşının adına ünvan 4 ünvanında ümumi dəyəri 32000 (otuz iki min) manat olan bir otaqlı mənzili olduğunu, əlavə olaraq 22000 (iyirmi iki min) manat pulu ona hissə-hissə ödəməyini və pulun qurtarmasına az qalmış həmin mənzili onun adına keçirəcəyini vəd etmişdir. O, həmin mənzili və mənzilin sənədlərini görməmişdir, yalnız bir dəfə binanın blokuna daxil olmuşlar və açar olmadığı üçün mənzilə baxa bilməmişlər. O, Təqsirləndirilən şəxs 2019cu ilin əvvəllərində kabinetdə 3000 (üç min) manat, 2021-ci ilin mart ayında isə 2000 (iki min) manat pulu marketin qarşısında borc vermişdir, lakin həmin vaxt onların yanında heç kim olmamışdır. Əlavə olaraq bildirmişdir ki, 2018-ci ildə götürdüyü pulun əvəzinə qızıl vermiş, lakin həmin əşyalar qızıl deyil büjuteriya çıxmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, ona qanuna müvafiq cəza verilməsini və mülki iddia ərizəsinin təmin olunaraq 15000 (on beş min) manat maddi ziyan və ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 15135 (on beş min yüz otuz beş) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Mehman Adıgözəlov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2020-ci ilin yanvar ayınadək Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "Evdə fərdi təhsil məktəbində" direktor vəzifəsində işləmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs da həmin məktəbə müəllimə kimi 2015-ci ildə o, işə götürmüşdür. Rübabə həmin məktəbdə musiqi müəllimi kimi işləmiş və hazırda da həmin məktəbdə çalışır. 2019-cu ildə Rübabə ondan oğlunun hansısa problemlərinin olduğunu deyərək ondan 4000 (dörd min) manat 06 (altı) aya qaytarmaq şərti ilə borca pul almışdır. O da öz işçisi kimi Rübabəyə inanaraq həmin pulu “Nərimanov” klubunun yanında Rübabəyə əlbəəl vermişdir. Lakin 06 (altı) ay müddət keçməsinə baxmayaraq Rübabə ondan borc aldığı 4000 (dörd min) manat pulu geri qaytara bilməmişdir. Əvəzində ona pulu qaytara bilmədiyini, ünvan 4 ünvanında ümumi dəyəri 32.000 (otuz iki min) manat olan bir otaqlı mənzili olduğunu, həmin mənzilin pulunu hissə-hissə ödəməyini və pulun qurtarmasına az qalmış mənzili onun adına keçirməyini təklif etmişdir. O, bilmişdir ki, həqiqətən də Rübabənin həmin ünvanda bir otaqlı mənzili vardır və özü də gedib görmüşdür. Mənzil Rübabənin öz adına olmuşdur. Ümumilikdə o, Rübabəyə 28000 (iyirmi səkkiz min) manat ödəyəcəyi zaman Rübabə mənzili onun adına keçirəcəyini bildirmişdir. Bu minvalla 2019cu ilin yanvar ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 13000 (on üç min) manatı işlədikləri yerdə o, Rübabəyə mənzilin pulu olaraq ödəmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında Rübabəyə 2000 (iki min) manat olmaqla 6-cı mikrorayonda “Elmar” marketin qarşısında vermişdir. Rübabəyə 4000 (dörd min) manat pulla birlikdə ümumilikdə 15000 (on beş min) manat pul vermişdir. Verdiyi pul 15000 (on beş min) manat olanda Rübabəyə evə görə ona mülki etibarnamə verməsini və qalan 17000 (on yeddi min) manat pulu ödədikdən sonra mənzili alqı-satqı ilə onun adına keçirməsini təklif etmişdir. Lakin bu təklifi bildirdikdə Rübabə ev artıq satılmışdır demişdir. Nə danışdığını Rübabədən soruşduqda Rübabə qudası Rəhmanın təklifi ilə kürəkənin azadlığa çıxmasına görə evi satdığını bildirmiş, lakin evi kimə satmasını bildirməmişdir. O, Rübabəyə etdiyi hərəkətin düzgün olmadığını, verdiyi vədə əməl etmədiyini demişdir. Belə olan halda Rübabə Özbəkistan Respublikasında yaşayan qardaşının orada şirkətləri və evləri vardır, həmin mülkləri Özbəksitanda satandan sonra ondan aldığı ümumilikdə 15000 (on beş min) manat pulu geri qaytaracağını bildirmişdir. Sonra guya Bakı şəhərində yerləşən Özbək bankında qardaşının adına olan kart hesabının açılmasında problem yarandığını, bankdan pulun çıxarılması üçün müəyyən sənədlərin Özbəkistanda təsdiq olunub qayıtmalı olduğunu demişdir. Bu minvalla uzun müddət vaxt keçməsinə baxmayaraq Rübabə onun 15000 (on beş min) manat pulunu geri qaytarmamışdır. Hər dəfə bir bəhanə uyduraraq onu aldatmaqda davam edir. Sonuncu dəfə o, keçən həftənin ikinci günü Rübabə ilə istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng vurub onlara pulun gəlib-gəlməməsi ilə maraqlanmışdır. Rübabə sənədlər təsdiq olunduğunu və 5-ci gün təyyarə ilə gələcəyini bildirmişdir. Ondan gözləməyini məsləhət görmüşdür. Lakin 6-cı gün o, Rübabəyə zəng vursa da, telefon zənglərinə cavab verməmişdir. Buna görə də, bu barədə polisə müraciət etmək qərara gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır, onunla aralarında heç vaxt ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. 2019-cu ilin aprel ayında iş yoldaşı Təqsirləndirilən şəxs ona Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən lombardın onun özünün olduğunu bildirərək ona lom qiymətinə qızıl verə biləcəyini demiş, o da razılaşmış və elə həmin vaxt lombardın qarşısında Rübabəyə 1000 (bir min) manat pul vermişdir. Rübabə tezliklə qızılları ona verəcəyini desə də, sonradan hər dəfə bir bəhanə uydurub, qızılları verməmiş, həmçinin ondan aldığı 1000 (bir min) manat pulu da qaytarmamışdır. Sonradan o, Rübabənin həmin lombardın sahibi olmadığını öyrənmiş və aldadıldığını başa düşmüşdür. Onların iş saatlarına görə o, Rübabə ilə hər gün görüşə bilməmiş və buna görə mobil telefonla əlaqə saxlayıb danışmış, sonradan isə Rübabə zənglərini açmamışdır. O, iş yoldaşı olduqları üçün bu barədə polisə müraciət etmək istəməsə də, sonradan məcbur olub polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs 1000 (bir min) manat pulu verən zaman yanında rəfiqəsi Şahid4 olmuş, həmçinin aralıda əri də maşında olmuşdur. Təqsirləndirilən şəxs atası X4 pul borcu olduğundan məlumatı olmamışdır. Ona görə də, ona qanuna müvafiq cəza verilməsini və mülki iddia ərizəsinin təmin olunaraq 1000 (bir min) manat manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1030 (bir min otuz) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında qohumluq əlaqələri vardır, belə ki, Rübabə ərinin əmisi gəlinidir. Rübabə ilə 2021-ci ilin sentyabr ayında təsadüfi görüşləri zamanı bildirmişdir ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı qohumudur, onu Suraxanı rayon İcra Hakimiyyətində mühasibatlıq işinə düzəldə bilər. O da Rübabəyə inanıb həmin işi həll etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin işin görülməsi üçün müəyyən məbləğdə pul lazım olacağını bildirmişdir. 2021-ci ilin sentyabr sonlarında dəqiq gününü xatırlamadığı tarixdə Rübabəyə yaşadığı evdə 1000 (bir min) manat pul vermişdir. Bir neçə gün sonra Rübabə yenə də, yaşadığı ünvana gəlmiş və ondan əlavə olaraq 1800 (bir min səkkiz yüz) ABŞ dolları da almışdır ki, iş yekunlaşır və yaxın günlərdə onun əmri veriləcəkdir. Bundan sonra Rübabənin işi düzəltmədiyini, onu aldatdığını başa düşüb sonuncudan verdiyi pulları geri tələb etmişdir. Bir neçə aydan sonra Rübabə ondan aldığı puldan 900 (doqquz yüz) manatını geri qaytarmışdır. Qalan pulu isə hər səfərindən müxtəlif bəhanələr gətirməklə verməmişdir. Rübabəyə həmin pulları verərkən oğlu Şahid1 evdə olsa da, söhbətdə iştirak etməmişdir. Rübabə həmin puldan 900 (doqquz yüz) manatını ona yaşadığı ünvanda geri qaytarmışdır. Qalan 3160 (üç nmin yüz altmış) manat məbləğində pulu qaytarmır. Ona görə də, ona qanuna müvafiq cəza verilməsini və mülki iddia ərizəsinin təmin olunaraq 3060 manat (üç min altmış) manat maddi ziyan və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3111 (üç min yüz on bir) manat pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mərhum atasının əmisi gəlinidir. Rübabə qohumları olduğundan ara-sıra onlara gəlib-getmişdir. 2021-ci ilin payız aylarında Təqsirləndirilən şəxs onların yaşadıqları ünvana gəlmiş, anasını işə düzəlmək adı ilə əvvəlcə anasından 1000 manat, bir neçə gün sonra isə 1800 (bir min səkkiz yüz) ABŞ dollar pul almışdır. O, həmin vaxt evdə olsa da, pulun verilməsini görməmişdir. Rübabə vermiş olduğu vədə əməl etməyərək anasını işə düzəltməmiş, hər dəfə bir bəhanə gətirməklə işi uzatmağa başlamışdır. Sonda Rübabədən pullarını tələb etdikdə Rübabə pullarını qaytarmamış, bir çox təkidlərindən və bir müddət keçdikdən sonra Rübabə almış olduğu pulun 900 (doqquz yüz) manatını qaytarmış, lakin qalan pulu indiyə kimi qaytarmamışdır. Anasının Suraxanı Rayon İcra Hakimiyyətinə işə düzəlmək istəməsinin səbəbi babasının, nənəsinin və digər qohumlarının Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşadığı olmuşdur. Onlar evi satıb Suraxanıdan ev almaq niyyətində olmuşlar. Dəfələrlə Rübabə ilə əlaqə saxlamaqlarına baxmayaraq, nömrələrini bloka atmış və cavab verməmişdir. Anası da məcbur qalıb polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun rəfiqəsidir, 15 ildir ailəvi dostluq edirlər, münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2019cu ilin aprel ayında Təranə ona iş yoldaşı Təqsirləndirilən şəxs lom qiymətinə qızıl satdığını, Rübabədən lom qiymətinə qızıl almaq istədiyini bildirmişdir. Elə həmin gün Təranə ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən Lombardın qarşısına gəlmişdir. Həmin vaxt Təranənin əri avtomobildə gözləmiş, onlar isə avtomobildən düşüb lombardın qarşısına gəlmişlər və orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt Təranə onun yanında lom qızıl almaq üçün Təqsirləndirilən şəxs 1000 (bir min) manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu götürüb sayaraq tezliklə lom qızılları verəcəyini demişdir. Bundan sonra Təranə ilə oradan uzaqlaşmışlar. Bu məsələdən bir xeyli vaxt keçdikdən sonra isə Təranə Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini bildirmiş və heç bir lom qızıl vermədiyini demişdir. Qeyd etmişdir ki, o, özü də lom qiymətinə qızıl almaq istəmiş, lakin Təranənin aldadıldığını bildikdən sonra Təqsirləndirilən şəxs dələduz olduğunu başa düşmüşdür. Məhkəmədə şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən “Evdə fərdi Təhsil” məktəbində Biologiya fənni üzrə müəllimə işləyir. Onunla eyni müddətdən həmin məktəbdə Təqsirləndirilən şəxs musiqi müəllimi işləyir. X6 2011-ci il tarixdən 2020-ci il tarixədək işlədiyi məktəbin direktoru olmuşdur. Rübabə və Mehman ilə aralarında normal münasibətlər olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs X4 borcu olduğunu eşitmiş, 2019-cu ilin yaz-payız aylarında pulun əvəzinə M.Adıgözəlova qızıl vermiş, həmin qızıllar bujiteriya çıxmış və M.Adıgözəlovla Rübabə arasında mübahisə yaranmışdır. Rübabənin Afətə də pul borcu olduğunu və Rübabə borcun əvəzinə evini verəcəyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən “Evdə fərdi Təhsil” məktəbində əvvəlcə katibə, sonradan təsərrüfat işləri üzrə direktor müavini işləyir. X6 2011-ci il tarixdən 2020-ci il tarixədək işlədiyi məktəbin direktoru olmuşdur. Rübabə və Mehman ilə aralarında normal münasibətlər olmuş, heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Rübabənin M.Adıgözəlova 15000 (on beş min) manat borcu olduğunu bildiyini, 2019-cu ildə Rübabə borcun əvəzinə M.Adıgözəlova qızıl verdiyini, lakin qızılların bujiteriya çıxdığını, Rübabə ilə M.Adıgözəlov arasında mübahisə düşdüyünü, Rübabənin Afətə də borlu olduğunu, lakin Afət tərəfindən həmin pulun nə məqsədlə Rübabəyə verildiyi barədə məlumatı olmadığını bildirmişdir. Həmçinin Rübabə borcların əvəzinə evi satıb qaytaracağını eşitmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 atasının əmisinin gəlinidir. 2012-ci ildə anası Zərərçəkmiş şəxs3 800 (səkkiz yüz) manat faizə pul götürmüş, hər ay 80 (səksən) manat faiz ödəmişlər, 3-4 ay sonra borcu qaytarmışlar. O, anası ilə birlikdə yaşadıqlarını, Zərərçəkmiş şəxs3 başqa pul almadıqlarını, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının onların qohumları olmadıqlarını, ünvan 4 ünvanında heç vaxt evlərinin olmadığını bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilən şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi lombard işlədir. Təqsirləndirilən şəxs 2013-2014cü ildən tanıyır. Mehman Adıgözəlovu da Rübabəyə görə tanımışdır. Bir neçə dəfə Rübabə lombarda gələrək qızıl qoyub pul götürmüş, sonra pulu ödəyərək qızıllarını götürmüşdür. Həmçinin lom qiymətinə qızıl da almışdır. 2016-2017-ci illərdə Rübabə lombarda gələrək M.Adıgözəlov qızına qızıl almaq istədiyini bildirərək ondan qızıl komplekt götürmüşdür. 2019-cu ildə Rübabəyə lom qiymətinə qızıl satmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. 2016-cı ildə onun yanında qızının müalicəsi üçün Mehman Adığözəlovdan 6000 (altı min) manat borc almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ona da 1600 (bir min altı yüz) manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Yaqub qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından barəsində axtarış elan edilmiş və saxlanıldıqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 4cü PB-nə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan ”Mirvari city kommunal” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xeyrinə 15000 (on beş min) manat ziyanın və iddia ərizəsi verilməsi üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumunun tutularaq ona verilməsi xahiş edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Mehma qızının xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xeyrinə 1000 (bir min) manat ziyanın və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona verilməsi xahiş edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun xeyrinə 3060 (üç min altmış) manat ziyanın və iddia ərizəsi verilməsi üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutularaq ona verilməsi xahiş edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1800 (bir min səkkiz yüz) ABŞ dolları tələb etdiyini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 310-cu maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, ilk dəfə cinayət törətməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Buna əsas kimi istintaq orqanı hesab etmişdir ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 qızma özünə aid lombardın olmasını bildirməklə ucuz qiymətə qızıl satacağına dair yalan vəd verib, sonuncunun etibarından sui-istifadə etməklə, 2019-cu ilin aprel ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən lombardın qarşısında görüşərək, Zərərçəkmiş şəxs1 1000 (bir min) manat pul alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X4 Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 2 otaqlı mənzili hissə-hissə ödəniş etmək şərti ilə sonuncunun adma keçirəcəyinə dair vəd verib aldadaraq, Mehman Adıgözəlovun etibarından sui-istifadə etməklə, Mehman Adıgözəlovdan 2019-cu ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "Evdə fərdi təhsil məktəbi"ndə, sonuncu dəfə 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Elmar market” adlı mağazanın qarşısında 2000 (iki min) manat olmaqla ümumilikdə 15000 (on beş min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərərçəkmiş Mehman Adıgözəlova ümumilikdə xeyli miqdar təşkil edən 15000 (on beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul müqabilində ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu məqsədlə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 ünvan 3 ünvanında 1000 (bir min) manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 3060 manat təşkil edən 1800 (bir min səkkiz yüz) X7 dollar pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 4060 (dörd min altmış) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X6 ibtidai istintaq zamanı 2019-cu ildə Rübabə ondan oğlunun hansısa problemlərinin olduğunu deyərək ondan 4000 (dörd min) manat 06 (altı) aya qaytarmaq şərti ilə borca pul almışdır. O da öz işçisi kimi Rübabəyə inanaraq həmin pulu “Nərimanov” klubunun yanında Rübabəyə əlbəəl vermişdir. Lakin 06 (altı) ay müddət keçməsinə baxmayaraq Rübabə ondan borc aldığı 4000 (dörd min) manat pulu geri qaytara bilməmişdir. Əvəzində ona pulu qaytara bilmədiyini, ünvan 4 ünvanında ümumi dəyəri 32.000 (otuz iki min) manat olan bir otaqlı mənzili olduğunu, həmin mənzilin pulunu hissəhissə ödəməyini və pulun qurtarmasına az qalmış mənzili onun adına keçirməyini təklif etmişdir. O, bilmişdir ki, həqiqətən də Rübabənin həmin ünvanda bir otaqlı mənzili vardır və özü də gedib görmüşdür. Mənzil Rübabənin öz adına olmuşdur. Ümumilikdə o, Rübabəyə 28000 (iyirmi səkkiz min) manat ödəyəcəyi zaman Rübabə mənzili onun adına keçirəcəyini bildirmişdir. Bu minvalla 2019-cu ilin yanvar ayından 2020-ci ilin aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 13000 (on üç min) manatı işlədikləri yerdə o, Rübabəyə mənzilin pulu olaraq ödəmişdir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında Rübabəyə 2000 (iki min) manat olmaqla 6-cı mikrorayonda “Elmar” marketin qarşısında vermişdir. Rübabəyə 4000 (dörd min) manat pulla birlikdə ümumilikdə 15000 (on beş min) manat pul vermişdir. Verdiyi pul 15000 (on beş min) manat olanda Rübabəyə evə görə ona mülki etibarnamə verməsini və qalan 17000 (on yeddi min) manat pulu ödədikdən sonra mənzili alqı-satqı ilə onun adına keçirməsini təklif etmişdir. Lakin bu təklifi bildirdikdə Rübabə evin artıq satıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə X1 Rübabə Rəsul qızına 2016-cı ilin sentyabr ayında qızıllarının lombarddan çıxarılması ondan 4000 (dörd min) manat, 2016-cı ilin oktyabr-noyabr aylarında isə qızının müalicəsi üçün 6000 (altı min) manat borc istəmiş, o da 4000 (dörd min) manatı “Nərimanov” klubunun qarşısında, 6000 (altı min) manatı isə Rübabənin qonşusu Həcər Mahmudovanın yanında ona vermişdir. Təqsirləndirilən şəxs 2018-ci ildə pulları qaytara bilmədiyi üçün verdiyi 10000 (on min) manat əvəzinə qardaşının adına ünvan 4 ünvanında ümumi dəyəri 32000 (otuz iki min) manat olan bir otaqlı mənzili olduğunu, əlavə olaraq 22000 (iyirmi iki min) manat pulu ona hissə-hissə ödəməyini və pulun qurtarmasına az qalmış həmin mənzili onun adına keçirəcəyini vəd etmişdir. O, həmin mənzili və mənzilin sənədlərini görməmişdir, yalnız bir dəfə binanın blokuna daxil olmuşlar və açar olmadığı üçün mənzilə baxa bilməmişlər. O, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərində kabinetdə 3000 (üç min) manat, 2021-ci ilin mart ayında isə 2000 (iki min) manat pulu marketin qarşısında borc vermişdir, lakin həmin vaxt onların yanında heç kim olmamışdır. Həmin 5000 (beş min) manatın əvəzinə Təqsirləndirilən şəxs ona qızıllar vermiş, lakin həmin əşyalar qızıl deyil büjuteriya çıxmışdır kimi ifadə vermişdir. Bununla da zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı X3 ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyət yaranmışdır. M.Adıgözəlovun evin mülkiyyət sənədini görmədən, evin mülkiyyətçisinin kim olduğunu araşdırmadan, evə baxış keçirmədən, təqsirləndirilən şəxsin ona və digər şəxslərə borcu ola-ola ayrı-ayrı vaxtlarda hissə-hissə 15000 (on beş min) manata yaxın pul verməsini məhkəmə inandırıcı hesab etmir və qərəzli verilmiş ifadə kimi qəbul edir. Qanunvericiliyin tələbinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun atası Mehman Adıgözəlova borcu olduğunu bilmədiyini və Təqsirləndirilən şəxs ilə uzun müddət bir yerdə işləmələrinə baxmayaraq onun Lombardın sahibi olduğunu, həmçinin təqsirləndirilən şəxsin ondan aldatma yolu ilə pul alması barədə verdiyi ifadələri Təqsirləndirilən şəxs atası Mehman Adıgözəlov ilə aralarında yaranmış pul mübahisəsi ilə əlaqədar olduğundan, məhkəmə hesab edir ki, onun və rəfiqəsi Şahid4 ifadələrini qərəzli olaraq verilmişdir və həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs3 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul müqabilində ayrıayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, sonuncunu Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu məqsədlə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında 1000 (bir min) manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 3060 (üç min altmış) manat təşkil edən 1800 (bir min səkkiz yüz) X7 dollar pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməsi ittihamını qəbul etməsə də, onun həmin hissədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs3 və oğlu Şahid1 ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında onların yaşadığı ünvanda olmuş, Zərərçəkmiş şəxs3 ifadəsi ilə də Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətində işə düzəldəcəyinə dair yalan vəd verməsi öz təsdiqini tapmışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Məhkəmə, ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yox, daha yüngül yəni Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmadığına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici əsaslar olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, mülki iddia ərizəsinin təmin olunaraq 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə maddi ziyan və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 verilməli, X6 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 44, 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Mülki iddia ərizəsi təmin olunaraq 1800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə maddi ziyan və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 verilsin. X6 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizələri baxılmamış saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-62/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-62/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver