Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-62/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X9, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu, Xanlıq ərazi dairəsi, Xanlıq kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14 inşa edilmiş Y/K, ev 1, mənzil 106 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs və yaxın qohumlarına X14 dövlət tərəfindən X15 binalarının birində mənzil verilməsini təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, 2020-ci ilin iyul ayında hissə-hissə olmaqla, yəni, 2020-ci ilin iyul ayının əvvəlləri, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, X14 inşa X6 yaxınlığında 6000 manat və bir gün sonra yenə həmin ünvanda 2750 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 8750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, Sumqayıt şəhəri 12-ci mikrorayon, X14 X15 kopleksində yerləşən, QMKİDK-nin Sumqayıt şəhər şöbəsində xadimə işlədiyi ərəfədə, onunla birlikdə işləyən Feyruz adlı iş yoldaşı 2020-ci ilin iyun ayının sonları ona yaxınlaşaraq Feyruzun qohumu Zərərçəkmiş şəxs və Humayın digər 2 qohumuna məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil verilməsində köməklik etməsini, yəni bu barədə öz adından QMKİDK-nin Sumqayıt şəhər şöbəsinin müdiri X3 deməsini xahiş etmişdir. O, köməklik edəcəyini və bu barədə Elvindən xahiş edəcəyini, hər mənzilə görə 1300 manat “şirinlik” vermək lazım olduğunu bildirmişdir. Feyruz onunla razılaşmış və bu barədə Humaya bildirəcəyini demişdir. Bir neçə gün sonra o, Humayla görüşmüş və həmin mövzuda danışıb razılığa gəlmişlər. 2020-ci ilin iyul ayının əvvəlləri o, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X14 inşa X6 yaxınlığında yenidən Humayla görüşmüş, Humay özünə, bacısına və atasına məxsus məcburi köçkünlük vəsiqələrinin və şəxsiyyət vəsiqələrinin sürətlərini ona vermişdir. Həmçinin razılaşmalarına uyğun olaraq ona 3900 manat pul verilməli olduğu halda, ona 3600 manat pul verilmişdir. O, pulu və sənədləri Humaydan götürüb, elə həmin gün QMKİDK-nin Sumqayıt şəhər şöbəsinin müdiri Elvin Mikayılova vermiş, sonuncu qısa müddət ərzində məsələni həll edəcəyini, Humay və qohumlarına mənzil verilməsini təşkil edəcəyini bildirmiş, lakin 2021-ci ilin yay aylarında Elvin Mikayılov vəfat etmişdir. Bundan sonra Humay onunla əlaqə saxladıqda o, Humaydan aldığı 3600 manat pulu Elvinə verdiyini, Elvin rəhmətə getdiyi üçün Humaya və qohumlarına mənzil verilməsi məsələsinin nə yerdə qaldığını bilmədiyini demişdir. Təqsirləndirilən şəxs ifadəsində Humayı əvvəlcədən tanıdığını, Feyruz adının hallanmasını istəmədiyi üçün Humaya və qohumlarına mənzil verilməsini təşkil etməyi Elvin Mikayılovdan onun xahiş etməsini istədiyini, Humay həmin iş üçün ona cəmi 3600 manat pul verdiyini, həmin pulu Elvin Mikayılova verdiyini, Humaya və qohumlarına mənzil verilməsinə köməklik etməkdə heç bir təmənnası olmadığını, bu işi Feyruzun xahişinə görə və insanlıq naminə etdiyini bildirmişdir. Humayın mənzil alması üçün verdiyi pulu yəni 3600 manat pulu Elvin Mikayılova verdiyini, sonuncunun isə dünyasını dəyişdiyini qeyd etmişdir. Hazırda vurulmuş ziyandan 2850 manatını ödəmişdir. Zərərçəkmiş şəxsə əslində kömək etmək istədiyi üçün, lakin sonradan belə bir hadisə baş verdiyi üçün peşman olduğunu bildirir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 1993-cü il tarixdə Zəngilan rayonu işğal olunduğu üçün məcburi köçkün olaraq Sumqayıt şəhərində yaşamış, məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil almaq məqsədi ilə bir neçə dəfə Qaçqın və X8 üzrə Dövlət Komitəsinə müraciət etsə də, mənzil ala bilmədiyi üçün 2020-ci ilin iyun ayının sonları mənzil almaq üçün müraciət etmək məqsədi ilə Sumqayıt şəhəri 12-ci mikrorayon, X14 X15 kopleksində yerləşən, Sumqayıt şəhər, QMKİDK-nin inzibati binasına getmiş, həmin vaxt orada komitənin əməkdaşlarından birinə, yəni adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi qadına yaxınlaşıb ona köməklik etməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs komitədə məsul vəzifədə işlədiyini, X14 inşa edilmiş binaların birində ona mənzil verilməsini təşkil edəcəyini, axşam saatlarında ona zəng edib məlumat verəcəyini bildirmiş və onun mobil telefon nömrəsini götürmüşdür. Bundan sonra o, çıxıb getmişdir. Həmin gün axşam saatlarında Xalidə ona zəng edərək, mənzil verilməsi üçün tələb edilən sənədləri məcburi köçkünlük haqqında vəsiqənin surətini və şəxsiyyət vəsiqəsinin surətini Xalidəyə çatdırmasını istəmişdir. Səhəri gün o, sənədləri aparıb Sumqayıt şəhər, QMKİDK-nin inzibati binasının yaxınlığında Xalidəyə vermiş, Xalidə ona mənzil verilməsi üçün 4000- 5000 manat verməli olduğunu, ancaq mümkün olduğu təqdirdə ona güzəşt edəcəyini bildirmişdir. O, razılaşmış və Xalidə ona məlumat verəcəyini bildirdikdən sonra o, çıxıb getmişdir. Səhəri gün Xalidə ona zəng edərək QMKİDK-nin rəhbərliyi ilə onun işini danışdığını, ona mənzil verilməsini təşkil edəcəyini bildirmişdir. Belə olan halda o, digər qohumlarına da mənzil verilməsini təşkil etmək imkanı olub-olmamasını soruşduqda Xalidə “heç bir problem olmadığını” onun qohumlarına, yəni onun bacısının ailəsinə və atasına da mənzil verilməsini təşkil edə biləcəyini bildirib, onun atası Xasayla, bacısının ailə üzvlərinin sənədlərini də Xalidəyə çatdırmasını istəmişdir. Xalidə ilə danışıqlarının səhəri günü o, bacısının həyat yoldaşı Şahid3la birlikdə Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gedib QMKİDK-nin yaxınlığında Xalidə ilə görüşüb sözügedən sənədləri ona vermişlər. Xalidə yaxın vaxtlarda sənədləri aidiyyəti üzrə verəcəyini və onunla əlaqə saxlayacağını bildirmişdir. Səhəri gün Xalidə ona zəng edərək, sənədləri QMKİDK-dən qeydiyyatdan keçirdiyini tələb olunan pulu Xalidəyə verməsi üçün görüşmək istəmiş, o, Qurbanla birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq evinin yaxınlığında Xalidə ilə görüşmüş, Xalidə hər mənzilə görə onun 4000-5000 manat verməli olduğunu bildirmişdir. O, həmin məbləği ödəməyə imkanı çatmadığını bildirdikdə Xalidə ona güzəşt edəcəyini, hər mənzilə görə ondan 3000 manat, ümumilkdə 9000 manat alıb ona, onun atası və bacısının ailəsinə məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil verilməsini təşkil edəcəyini bildirmişdir. O, Xalidə ilə razılaşmış və qısa müddət ərzində pulu Xalidəyə çatdıracağını bildirmişdir. Hətda Xalidə pulu tez bir zamanda çatdırmasını deyib, pulun gecikdirildiyi halda onun və qohumlarının adlarının “siyahı”dan çıxarılacağının mümkünlüyünü bildirmişdir. Həmin gün axşam saatlarında Xalidəyə zəng edib pulun çox hissəsini əldə etdiyini və pulu ona vermək üçün onunla görüşməyi təklif etmiş, 2020-ci ilin iyul ayının əvvəlləri Xalidənin istəyi ilə o, Qurbanla birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X14 inşa X6 yaxınlığına gedib orada Xalidəylə görüşmüş, Xalidəyə 6000 manat verib, bir neçə gün ərzindədə 3000 manatı da verəcəyini bildirmişdir. 1 gün sonra o, yenidən Xalidəyə zəng edərək 3000 manatı da, əldə etdiyini və Xalidəyə çatdıra biləcəyini bildirmiş, sonuncu onu həmin yaşayış kompleksinin yaxınlığına çağırmış, o, Qurbanla birlikdə həmin yerə getmiş və 3000 manatı Xalidəyə verərək, maddi vəziyətinin çox pis olduğunu, kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini bildirib, ona və qohumlarına mənzil verilməsini tezləşdirməsini xahiş etmişdir. Xalidə ondan aldığı 3000 manat puldan 250 manatını geri qaytararaq “bu işi” gördüyü üçün onsuzda Xalidəyə pul çatdığını, özünə çatan puldan 250 manatını ona qaytardığını demişdir. Xalidə 1 ay müddət ərzində onun və qohumlarının çağrılacağını, Abşeron rayonu ərazisində, Stansiya Sumqayıta yaxın yerdə yerləşən ərazidə X14 X15 kompleksində onlara mənzil veriləcəyini bildirmişdir. Qeyd edir ki, 1 ay müddət keçməsinə baxmayaraq onlara mənzil verilmədiyi üçün o, Xalidə ilə əlaqə saxlayıb nə üçün mənzil verilmədiyini soruşduqda Xalidə, sözügedən ünvanda məcburi köçkünlərə mənzil paylanıldığını bildirib, ona və qohumlarına ayrılan mənzilləri təhvil almaq üçün həmin yerə getməsini, orada mənzillərin açarlarının onlara təhvil veriləcəyini bildirsə də, o, mənzillə təmin edilməmişdir. Bundan sonra o, Xalidənin onu aldadaraq pulunu alıb ələ keçirməsindən şübhələnmiş, lakin ümidini üzməyərək Xalidə ilə əlaqə saxlayıb ona nə vaxt mənzil veriləcəyini soruşduqda Xalidə hər dəfə bəhanə gətirərək tələsməməsini, ona mütləq mənzil veriləcəyini bildirmişdir. Hətda 2020-ci il “44 günlük” vətən müharibəsindən sonra işğal olunmuş ərazilər işğaldan azad olunduqdan sonra da, o Xalidə ilə əlaqə saxlayıb, ərazilərinin işğaldan azad olunduğunu, məcburi köçkünlərə mənzil verilməyəcəyini bildirib Xalidəyə verdiyi pulu qaytarmasını tələb etsə də, Xalidə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsinin uzun müddət çəkəcəyini, ona və qohumlarına sözügedən kompleksdən mənzil veriləcəyini, ondan aldığı 8750 manat pulu “lazımı şəxslərə” verdiyini, səbirli olmasını bildirmişdir. Vaxt keçdikcə və məcburi köçkünlər öz rayonlarına köçürüldüyü üçün onlara mənzil veriləcəyinə ümüdləri azalmış və Xalidənin onu aldadıb pulunu ələ keçirdiyini düşünmüş, bu səbəbdən o, Xalidədən pulunu qaytarmasını tələb etmişdir. Xalidə ondan aldığı 8750 manat pulu QMKİDK-nin yüksək vəzifəli şəxslərindən birinə verdiyini, pulunu alıb qaytaracağını bildirmişdir. O, 2023-cü ilin yay aylarında Xalidənin qardaşı Zamiqlə görüşüb, bacısı Xalidənin ona və onun qohumlarına mənzil verilməsini təşkil edəcəyi barədə onu aldadıb 8750 manat pulunu alıb ələ keçirdiyini bildirmiş və Xalidənin pulunu qaytarması üçün ona köməklik etməsini xahiş etmişdir. Zamiq bu barədə bacısı ilə danışacağını və onun pulunu qaytarması üçün Xalidəyə təsir edəcəyini bildirmiş, ancaq bir neçə gündən sonra o, Zamiqlə görüşdükdə Zamiq, Xalidənin çox adama borcu olduğunu, qardaş kimi Xalidədən imtina etdiyini, Xalidəyə görə Zamiqi narahat etməməsini xahiş etmişdir. Bir neçə gün sonra Xalidə ona zəng edərək Zamiqlə görüşüb olanları sonuncuya danışdığı üçün onun ünvanına nalayiq ifadələr işlədib, pulu ona verdiyini və ondan da tələb edə biləcəyini, Zamiqi narahat etmək ixtiyarı olmadığını bildirmişdir. Bundan sonra o, pulunu qaytarmasını Xalidədən tələb etməyə davam etdikdə Xalidə onun pulunu qaytaracağına söz vermişdir Qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırda ona dəymiş ziyan məbləğindən cəmi 2850 manat ödənilmiş, 5900 manat ödənilməmiş pul qalmışdır. Vurulmuş ziyan məbləğinin ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin həbs edilməməsini, ona həbslə bağlı olmayan digər cəza növü təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Xalidə ilə Humayın arasında pulun alınıb verilməsində şəxsən iştirak etməmiş, hadisədən sonradan məlumatı olmuşdur. Belə ki, Humayla məhəllədə təsadüfən rastlaşdığı vaxt xatırladığı qədərilə sonuncu ev alınmasında köməklik göstərməsi üçün Xalidəyə təxminən 10000 (on min) manat pul verdiyini ona dediyini bildirmişdir. X12 dəqiq nə qədər məbləğdə pul verməsini bilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 329-cu maddəsinə əsasən şahid sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs əvvəllər onun iş yoldaşı olduğunu, Zərərçəkmiş şəxs isə onun uzaq qohumu, yəni həyat yoldaşının qardaşı Qurbanın həyat yoldaşının qardaşı olduğunu qeyd edərək bildirmişdir ki, 2020-ci ilin sonları Zərərçəkmiş şəxsla görüşlərin birində Humay, Xalidənin Humaya və Humayın digər 2 qohumuna, yəni Humayın atasına və bacısı Sərmayə Məmişovaya məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil verilməsində köməklik edəcəyi adı ilə Humayın 8750 manat pulunu aldığını, ancaq işğal olunmuş ərazilər işğaldan azad olunduğuna və məcburi köçkünlərə mənzil verilməsi prosesinin ləğv edildiyinə görə, Xalidədən pulunu qaytarmasını tələb etsə də, Xalidənin məcburu köçkünlərə mənzil verilməsi prosesinin davam edəcəyini deyərək Humayın pulunu qaytarmamasım bildirmişdir. O, Humayın çox səhv edərək, mənzil alması üçün Xalidəyə pul verməsini bildirmiş, məcburi köçkünlərə mənzil verilməsi üçün hansısa ödəniş etməyə ehtiyac olmadığını, bu prosesin dövlət proqramı olduğunu demişdir. Həmçinin o, ifadəsində heç vaxt Xalidədən, Zərərçəkmiş şəxs və Humayın digər 2 qohumuna məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil verilməsində köməklik etməsini, yəni bu barədə Xalidənin öz adından QMKİDK-nin Sumqayıt şəhər şöbəsinin müdiri X3 deməsini xahiş etmədiyini, Xalidənin, Humaydan mənzil verilməsini təşkil edəcəyi adı ilə aldadıb pulunu almasını sonradan öyrəndiyini qeyd etmişdir. İfadəsi elan edildikdən sonra Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, pulun Humay tərəfindən Xalidəyə verilməsində iştirak etməməsinə baxmayaraq Zərərçəkmiş şəxs Xalidəyə 10000 manat pul verdiyini dediyini eşitmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid3 Əkbər oğlu ifadəsində Zərərçəkmiş şəxs onun qohumum olduğunu, o, özü məcburi köçkün olmasa da, həyat yoldaşı X4 Zəngilan rayonundan məcburi köçkün olduğunu, bu səbəbdən də, məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil almaq niyyəti olduğunu qeyd edərək bildirmişdir ki, 2020-ci ilin iyun ayının sonları onun həyat yoldaşının qardaşı Humay onunla əlaqə saxlayaraq mənzil almaq üçün müraciət etmək məqsədi ilə Sumqayıt şəhəri 12-ci mikrorayon, X14 X15 kopleksində yerləşən Sumqayıt şəhər QMKİDK-nin inzibati binasına getdiyini, orada komitənin əməkdaşlarından biri olan Təqsirləndirilən şəxs adlı qadınla tanış olduğunu, Xalidənin, məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil almaqda onlara köməklik edəcəyini və müvafiq sənədləri Xalidəyə vermək lazım olduğunu bildirmişdir. Həmçinin mənzil verilməsi üçün Xalidənin istədiyi pulu da Humay özü verəcəyini bildirmişdir. O, həyat yoldaşının və övladlarının məcburi köçkünlük haqqında vəsiqələrinin surətini və şəxsiyyət vəsiqələrinin surətini götürüb, 2020-ci ilin iyun ayının sonları o və Humay Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisinə gedib QMKİDK-nin yaxınlığında Xalidə ilə görüşmüş, Humay sözügedən sənədləri Xalidəyə vermişdir. Bundan sonra Xalidə yaxın vaxtlarda sənədləri aidiyyəti üzrə verəcəyini və Humayla əlaqə saxlayacağını bildirmiş, səhəri gün Humay onunla əlaqə saxlayaraq Xalidə ilə danışdığını, Xalidənin, sənədləri QMKİDK-dən qeydiyyatdan keçirdiyini, tələb olunan pulu Xalidəyə verməsi üçün Xalidə ilə görüşmək istədiyini bildirib, Humayla birlikdə Xalidə ilə görüşə getməyi xahiş etmişdir. O, Humayla birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində “Arzu” şadlıq evinin yaxınlığına getmişdir. Orada Xalidə ilə görüşdükdə Xalidə hər mənzilə görə 4000-5000 manat verməli olduqlarını bildirmiş, lakin Humay həmin məbləği ödəməyə imkanı çatmadığını bildirmişdir. Bu zaman Xalidə Humaya güzəşt edəcəyini, hər mənzilə görə Humaydan 3000 manat, ümumilkdə 9000 manat alıb Humaya, Humayın atasına və onların ailəsinə məcburi köçkün ailələrinin mənzillə təmin edilməsi üçün həyata keçirilən dövlət proqramı çərçivəsində mənzil verilməsini təşkil edəcəyini bildirmişdir. Humay Xalidə ilə razılaşmış və qısa müddət ərzində pulu Xalidəyə çatdıracağını bildirmişdir. Xalidə pulun gecikdiriləcəyi halda Humayın və qohumlarının adının “siyahı”dan çıxarılacağını bildirmişdir. Sonra onlar ayrılmışlar. Həmin gün axşam saatlarında Humay Xalidəyə zəng edib pulun çox hissəsini əldə etdiyini və Xalidəyə vermək üçün görüşməyi təklif etmiş, 2020-ci ilin iyul ayının əvvəlləri Xalidənin istəyi ilə Humay onunla birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X14İnşa X6 yaxınlığına gedib orada Xalidə ilə görüşmüşdür. Humay onun yanında Xalidəyə 6000 manat verib, bir neçə gün ərzindədə 3000 manatı da verəcəyini bildirmiş, 1 gün sonra Humay yenidən Xalidəyə zəng edərək 3000 manatı da, əldə etdiyini və Xalidəyə çatdıra biləcəyini bildirmişdir. Xalidə, Humayı Sumqayıt şəhəri 12ci mikrorayon ərazisinə X14 İnşa X6 yaxınlığına çağırmış, onlar birlikdə həmin yerə getmiş və Humay onun yanında 3000 manatı Xalidəyə verərək, maddi vəziyətinin çox pis olduğunu, kirayə pulunu ödəməkdə çətinlik çəkdiyini bildirib, mənzil verilməsini tezləşdirməsini xahiş etmişdir. Xalidə Humayın verdiyi 3000 manat puldan 250 manatını Humaya qaytararaq, “bu işi” gördüyü üçün onsuzda Xalidəyə pul çatacağını, özünə çatan puldan 250 manatını Humaya qaytardığını demişdir. Xalidə 1 ay müddət ərzində onların çağrılacağını, Abşeron rayonu ərazisində, stansiya Sumqayıt deyilən yerin yaxınlığında yerləşən ərazidə X14 X15 kompleksində onlara mənzil veriləcəyini bildirmişdir. Ancaq 1 ay müddət keçməsinə baxmayaraq onlara mənzil verilmədiyi üçün Humay Xalidə ilə əlaqə saxlayıb nə üçün mənzil verilmədiyini soruşduqda Xalidə, sözügedən ünvanda məcburi köçkünlərə mənzil paylanıldığını bildirib, onlara ayrılan mənzilləri təhvil almaq üçün həmin yerə getmələrini, orada mənzillərin açarlarının onlara təhvil veriləcəyini bildirmişdir. Onlar Xalidənin sözlərinə inanıb, dəfələrlə həmin ünvanda yerləşən ərazidə X14 X15 kompleksinə getsələr də, orada heç bir tədbir keçirilmədiyini, mənzil verilmiş şəxslərin öz mənzillərində yaşadıqlarının şahidi olmuşlar. Bundan sonra Humay eləcə də, o Xalidənin onları aldadaraq Humaydan aldığı pulu alıb ələ keçirməsindən şübhələnməyə başlamış, lakin Humay ümidini üzmədiyi üçün Xalidə ilə əlaqə saxlayıb nə vaxt mənzil veriləcəyini soruşduqda Xalidə hər dəfə bir bəhanə gətirərək Humayı aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. (i.v.1); “Zərərçəkmiş şəxs kimi tanınma barədə” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.17-18); Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.31); “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittihamın elan olunması məqsədi ilə barəsində axtarış elan edilmiş, tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara aınmışdır. (i.v.33); “Axtarışda olan şəxsin tutulması barədə” 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. (i.v. 40); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.57-59); “Qətimkan tədbiri seçmə haqqında” 12 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.60); “Üzləşdirmə keçirilməsi barədə” 12 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs üzləşdirilmişdir.(i.v. 62-66); “Üzləşdirmə keçirilməsi barədə” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid2lə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (i.v.77-78); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.81-82); “Ölüm haqqında akt qeydi”-nin xx.xx.2024-cü il tarixdə verilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X7 vəfat etmişdir. (i.v. 84); “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxsnın əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, sonuncunun Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etməsi heç bir istintaq sənədləri ilə təsdiq edilmədiyindən həmin xüsusat üzrə CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v.85-92); Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli ərizəyə əsasən sonuncu vurulmuş ziyandan cəmi 2850 manat pulu zərərçəkmiş şəxsə ödəmiş, 5900 manat ödənilməmiş ziyan məbləği qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin məhz ittiham aktından qeyd olunan qaydada törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ümumilikdə 3600 manat məbləğində pul aldığını bildirməsi, qalan pulun onun tərəfindən alınmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədilməni nəzərdə tutur. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli” miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarda əqeyd edilir ki, dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halarından müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs və yaxın qohumlarına X14 dövlət tərəfindən X15 binalarının birində mənzil verilməsini təşkil edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq sonuncunun ümumlikdə 8750 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə həmin məbləğdə yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı qismən ödəməsini, əməlindən peşman olmasını, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları – xüsusən vurulmuş ziyanı qsimən ödəməsini, qadın olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, məsuliyyəti ağırlaşdıran halın olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 25 noyabr 2024-cü il tarixdən 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14 inşa edilmiş Y/K, ev 1, mənzil 106 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 44 (qırx dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 01 saat üçün 6 manat nəzərdə tutulduğu nəzərə alsaq 40 saat üçün 240 (iki yüz qırx manat) manat, həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişiklyiə əsasən 01 saat üçün 11 manat müəyyən edildiyini nəzərə alsaq 04 iş saatı üçün 44 (qırx dörd) manat, cəmi 284 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs zurulmuş ziyanın qalıq hissənin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, X14 inşa edilmiş Y/K, ev 1, mənzil 106 ünvanını tərk etməmək, Sumqayıt şəhəri, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs zurulmuş ziyanın qalıq hissənin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 284 (iki yüz səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-62/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-62/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver