Məhkəmə qərarları › İş №1(060)-620/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-620/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-620/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 04.07.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri ərazisindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kibrit qutusunun içərisində olan 2 ədəd şəffaf rəngli sellofona bükülmüş, 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,660 qram, 0,613 qram, 0,013 qram, ümumi təmiz çəkisi 1,286 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 iyul 2021-ci il tarixdə saat 18:45 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və polis idarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qarışıq rəngli qısa ətəkli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində olan 2 ədəd şəffaf rəngli sellofona bükülmüş, 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,660 qram, 0,613 qram, 0,013 qram, ümumi təmiz çəkisi 1,286 qram çəkidə kustar üulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 1-də ailəsi ilə birlikdə yaşayır. O, əvvəllər Azərbaycan Respubliası CM-nin 234-cü maddələri ilə məhkumluğu olduğunu və heç bir psixi xəstəliyinin olmadığını qeyd edib. O, təxminən 10 ildən çoxdur ki, narkotik vasitə qəbul edirmiş və bu onda asılılıq yaradıb. O, hazırda da narkotik vasitə qəbul etdiyi üçün 04.07.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında olduqda tanımadığı şəxslə söhbət zamanı onda narkotik vasitə olan heroin olduğunu bilmiş və ağrıları olduğu üçün ona 45 manat verərək iki ədəd şəffav sellofona bükülmüş, 1 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini almışdır. O, həmin bükümləri kibrit qutusuna qoyaraq üzərindəgəzdirərək ağrıları olduqda istifadə edəcəyini düşünmüş, onları evdə heçkəs görməsin deyə daimi üzərində gəzdirmişdir. O, 05.07.2021-ci il tarixində saat 18:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduqda ona 2 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq onu saxlamış və özlərinin Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində video çəkiliş ilə polis əməkdaşı özünü təqdim edərək təhqiqatçı olduğunu bildirərək ona özünü təqdim etməyini demiş, Təqsirləndirilən şəxs ona özünü təqdim edərək ad və soyadını, yaşadığı yeri və təvəllüdünü demişdir. Təhqiqatçı sonra ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, ona görə də polis əməkdaşları tərəfindən saxlanıldığını deyərək onu hüquq və vəzifələri ilə tanış edib. Daha sonra Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili Fərhad Məmmədovu təqdim edərək hüquqlarını onun müdafiə edəcəyini demiş və ona etirazı olub-olmadığını soruşmuş, o da etirazı olmadığını bildirmişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuş, o da onsuzda şəxsi axtarış zamanı cibində olan narkotik vasitənin tapılacağını fikirləşib, əynində olan qarışıq rəngli qısa ətəkli şalvarının sağ yan cibində olan kibrit qutusunu çıxartmış və onun da içərisində olan iki ədəd şəffav rəngli, bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq onlara təqdim etmişdir. Təhqiqatçı ondan onun nə olduğunu soruşduqa o, onun narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Təhqiqatçı ondan nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nə vaxt, neçiyə aldığını soruşduqda Təqsirləndirilən şəxs ona həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 45 manata aldığını, özü istifadə etdiyini söyləmişdir. Sonra üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş, ayrıayrılıqda çəkiləri 0,73, 0,68, 0,5 olması müəyyən edilmiş, sonra isə həmin kütlə müvafiq qaydada qablaşdırılmış və o və digər iştirakçılar imza çəkmişlər. Müdafiəçi ona narkotik vasitənin özünün olub-olmadığını, ona zor, təzyiq göstərilib-göstərilmədiyini soruşmuş və o da müdafiəçiyə narkotik vasitənin özünün olduğunu, ona hər hansı zor, təzyiq göstərilmədiyini demişdir. O, polis əməkdaşlarının onu Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlayan zaman ona hər hansı zor tətbiq olunmadığını demişdir. Ona verilmiş əlavə suallara cavab olaraq narkotik vasitə olan heroini 04.07.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 45(qırx beş) manata aldığını, həmin şəxsi tanımadığını, onu gördükdə təsadüfən söhbət əsnasında onun da narkoman olduğunu bildiyini və ondan özü istifadə etmək üçün narkotik vasitə olan heroin aldığını, narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 05.07.2021- ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə özündən, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 18:45 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişlər. Sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər, həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən saxlanıldığını, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ona görə də onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlməyini deyərək etirazının olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirmişdir. Ondan sonra onunla birlikdə Sumqayıt şəhər Polis idarəsinə gəlmişlər, orada xidməti otaqların birində kriminalist Şahid3 kameranı işə salmış, təhqiqatçı Elsever Quliyev ona özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşmuş, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləmiş, təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanıldığını deyərək onlara da özlərini təqdim etməklərini bildirmiş və onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı ona hüquqlarını Sumqayıt şəhəri regional Vəkil Bürosunun vəkili Fərhad Məmmədovun müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmiş, daha sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını demiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olumuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qarışıq rəngli qısa ətəkli şalvarının sağ yan cibində olan kibrit qutusunu çıxartmış və onun da içərisində olan iki ədəd şəffav rəngli, bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs onun nə olduğu, kimdən, nə vaxt aldığı, nə məqsədlə üzərində saxladığı soruşulduqda o, həmin narkotik vasitənin heroin olduğunu, özü istifadə etmək üçün Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 45 manata aldığını söyləmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkildi, ayrı-ayrılıqda çəkiləri 0,73, 0,68, 0,5 olması müəyyən edilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona verilmiş əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, onun həmin narkotik maddəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 45 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini dediyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olduğunu, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını bildirmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və Sumqayıt ŞPİ- nin KTB-nin inspektorkriminalisti, polis kapitanı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06.07.2021-ci il tarixli, 6/2690 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs.sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,660 qr, 0,613. qr, 0,013 qr, ümumi təmiz çəkisi 1,286 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,166 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.08.2021-ci il tarixli, 2704 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sumqayıt şəhər Narkoloji Dispanserin 28.07.2021-ci il tarixli 2627 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2009-cü ilin noyabr ayından «narkomaniya» diaqnozu ilə Dispanserdə qeydiyyatdadır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdə tutulmuş, 07.07.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş şateriallarından görünür ki Təqsirləndirilən şəxs evlidir və himayəsində 01 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayandır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 27 (iyirmi yeddi) saat sərf etmişdir. Ona görə də, 162 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 05.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 1,166 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxso ğlunun məhkəməyədək icraat zamanı 05.07.2021-ci il tarixdən 07.07.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,166 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81.82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 162 (bir yüz altmış iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar