Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-620/2023 19.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş hüquqi şəxs – "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Moskva şəhəri Çeremuşkinsk rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Vladimirsk vilayəti Kovrovsk şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul olmaqla əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəzası çəkilməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 01 aprel 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus aptekdən soyğunçuluq etmək üçün Təqsirləndirilən şəxs1 aptekə birinci daxil olaraq böyrək çayı almaq istədiyini bildirib Zərərçəkmiş şəxs diqqətini yayındırmağa çalışdığı zaman Təqsirləndirilən şəxs2 aptekə daxil olub, aptekin giriş qapısından sağ tərəfdə yerləşən vitrin rəfindən Zərərçəkmiş şəxs gözü qarşısında və etirazına məhəl qoymadan hər birinin qiyməti 6 manat, cəmi 42 manat olan 150 ml həcmli 07 ədəd “Rexona” markalı dezodorant-antiperspirantı və hər birinin qiyməti 6 manat, cəmi 36 manat olan 150 ml həcmli “Garnier” markalı 06 ədəd dezodorant-antiperspirantı götürüb açıq talayaraq aptekdən qaçıb uzaqlaşdıqdan sonra dezodorant-antiperspirantları öz aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 90 (doxsan) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 03 aprel 2023-cü il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında yerləşən "MADAD” MMC-yə məxsus “1001 dərman” aptekindən soyğunçuluq etmək üçün Təqsirləndirilən şəxs1 aptekə birinci daxil olaraq dərman almaq istədiyini bildirib Pəri Məmmədovanın diqqətini yayındırmağa çalışdığı zaman Təqsirləndirilən şəxs2 aptekə daxil olub, aptekin giriş qapısının yaxınlığında, sağ tərəfdə yerləşən reklam stendindən Pəri Məmmədovanın gözü qarşısında və etirazına məhəl qoymadan Təqsirləndirilən şəxs2 ilə birlikdə hər birinin qiyməti 6,70 manat, cəmi 187,60 manat olan 150 ml həcmli "Nivea” markalı 28 ədəd dezodorant-antiperspirantın bir hissəsini Təqsirləndirilən şəxs2 özü ilə daşıdığı torbaya yığmaqla, bir hissəsini isə özünün götürməsi ilə açıq talayaraq aptekdən qaçıb uzaqlaşdıqdan sonra öz aralarında bölüşdürməklə zərərçəkmiş hüquqi şəxs "MADAD” MMC-yə ümumilikdə 187,60 (bir yüz səksən yeddi manat, altmış qəpik) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 aprel 2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs1 ilə qarşılaşmış, söhbətləşdikləri zaman Təqsirləndirilən şəxs1 də heç bir yerdə işləmədiyini və qazancının olmadığı demişdir. Hər ikisinin iş yeri olmadığından dolanışıqlarım təmin etmək üçün birlikdə haradansa oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Ü. Hacıbəyov küçəsində, Şərq bazarının yaxınlığında yerləşən aptekin fəaliyyət göstərdiyini görmüşlər. Aralarında razılaşmışdılar ki, Təqsirləndirilən şəxs1 ilk əvvəl aptekə daxil olacaq, o, əczaçıya özü üçün böyrək çayı almaq istədiyini deyib əczaçının başını qatdığı zaman o, içəri daxil olaraq oradan qazanc əldə edə biləcəkləri əşyaları götürəcəkdir. Bir neçə dəqiqə küçədə qalıb müştərilərin içəridə olmadığına əmin olduqdan sonra ilk əvvəl Təqsirləndirilən şəxs1 sözügedən aptekə daxil olduqdan təxminən 9-10 saniyə sonra o da aptekə daxil olmuş və giriş qapısının sağ tərəfdə yerləşən vitrinin rəfindən “Rexona” və “Garnier” markalı, 150 ml həcmli dezodorant-antiperspirantları yığmağa başlamış, əczaçının qışqıraraq dayanmağını deməsinə məhəl qoymamış və ona doğru piştaxtanın arxasından gəldiyini görmüş, ümumilikdə 15 ədəd dezodorant-antiperspirantı götürmüş, qaçaraq aptekdən çıxmışdır. Arxasınca da Təqsirləndirilən şəxs1 gəlmişdir. Birlikdə oradan uzaqlaşdıqdan sonra götürdükləri dezodorant-antiperspirantları aralarında bölüşüdürmüşlər. O, öz payına düşən dezodorant-antiperspirantları Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında tanımadığı şəxslərə hər birini 2 manatdan satıb, əldə etdiyi pulu şəxsi tələbatna xərcləmişdir. Bundan başqa təkrarən 03 aprel 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində olarkən, Tarix muzeyinin yaxınlığında yerləşən “1001 dərman” aptekin fəaliyyət göstərdiyini görmüş və oradan oğurluq etmək qərarına gəlmişlər. Onlar aptekə daxil olmazdan əvvəl, küçədə, aptekdən bir qədər aralıda gözləyib içəridə əczaçıdan başqa heç kimin olmadığına əmin olduqdan sonra ilk əvvəl Təqsirləndirilən şəxs1 sözügedən aptek istiqamətində irəliləmiş, ondan aralandıqdan sonra isə arxası ilə aptek istiqamətində o da hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 aptekə daxil olduqdan təxminən 8-9 saniyə sonra o da aptekə daxil olmuş və giriş qapısının yaxınlığında, sağ tərəfdə yerləşən reklam stendindən “Nivea” markalı, 150 ml həcmli dezodorant-antiperspirantları yığmağa başlamış, əczaçının qışqıraraq dayanmağını deməsinə məhəl qoymadan dezodorant-antiperspirantları özü ilə daşıdığı torbaya yığmağa davam etmiş, əczaçının piştaxtanın arxasından ona tərəf gəldiyini gördükdə isə Təqsirləndirilən şəxs1 də ona yaxınlaşıb o da bir neçə “Nivea”markalı dezodorant-antiperspirantlardan götürdükdən sonra birlikdə aptekdən çıxıb oradan uzaqlaşmışdırlar. Aptekə daxil olub oradan əczaçının gözü qarşısında dezodorantantiperspirantları götürməkləri təxminən 20 saniyə ərzində baş tutmuşdur. “1001 dərman” aptekindən taladıqları ümumilikdə 28 ədəd “Nivea” markalı, 150 ml həcmli dezodorantantiperspirantları aralarında bölüşmüşlər. O, həmin aptekdən birlikdə taladıqları və bölüşdükdən sonra özünə götürmüş olduğu dezodorant-antiperspirantları ilk əvvəl olduğu kimi, yenidən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında tanımadığı şəxslərə hər birini 2 manatdan satmış, əldə etdiyi pulu şəxsi təlabatına xərcləmişdir. Hər iki əməl aptekdə olan şəxslərin gözü qarşısında olmuş, lakin həmin şəxslərlə aralarında hər hansı bir fiziki müdaxilə, kobud hərəkət olmamış, hədələyərək nəsə tələb etməmişlər. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 aprel 2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Söhbət zaman Təqsirləndirilən şəxs2 da heç bir yerdə işləmədiyini və qazancının olmadığını bildirmişdir. Onlar oğurluq edərək qazanc əldə etmək qərarına gəlmişdirlər. Bu səbəblə də, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində saat 23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində, Şərq bazarının yaxınlığında yerləşən aptekin fəaliyyət göstərdiyini görüb aralarında razılaşmışdırlar ki, o ilk əvvəl aptekə daxil olaraq əczaçıya özü üçün böyrək çayı almaq istədiyini deyib əczaçının başını qatdığı zaman Təqsirləndirilən şəxs2 içəri daxil olaraq oradan əşyaları götürsün. Müştərilərin içəridə olmadığına əmin olduqdan sonra ilk əvvəl o, aptekə daxil olmuş, əczaçıya özü üçün böyrək çayı almaq istədiyini demiş, sonra isə Təqsirləndirilən şəxs2 aptekə daxil olmuş və giriş qapısının sağ tərəfdə yerləşən vitrin rəfindən “Rexona” və “Garnier” markalı, 150 ml həcmli dezodorant-antiperspirantları götürməyə başlamış, əczaçı Təqsirləndirilən şəxs2 əməlini görmüş, qışqıraraq dayanmağını istəsə də, Təqsirləndirilən şəxs2 götürdüyü dezodorant-antiperspirantlar ilə birlikdə aptekdən qaçaraq çıxmışdır. O da onun arxası ilə çıxmaq istədikdə isə əczaçı qarşısını kəsmiş, əli ilə onu saxlamaq istədikdə isə o, əczaçıya heç bir fiziki təsir göstərmədən əllərini üzərindən çəkib qaçaraq aptekdən çıxmış və onu gözləyən Təqsirləndirilən şəxs2 yanına getmişdir. Arxalarınca heç kimin gəlmədiyinə əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 aptekdən götürdüyü ümumilikdə 15 ədəd dezodorant-antiperspirantı aralarında bölüşdürmüşlər. O, öz payına düşən dezodorant-antiperspirantları Sumqayıt şəhəri, Karvan ticarət mərkəzi yaxınlığında 2-3 manat qarşılığında tanımadığı şəxslərə satıb, əldə etdikləri pulu şəxsi tələbatına xərcləmişdir. Bundan başqa təkrarən 03 aprel 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində olarkən, Tarix muzeyinin yaxınlığında yerləşən “1001 dərman” aptekin fəaliyyət göstərdiyini görmüşlər və oradan qazanc əldə edə biləcəkləri nələrsə talayıb götürmək qərarına gəlmişlər. Həmin zaman küçədən götürəcəkləri əşyaları yığa biləcəkləri torba da tapmışdırlar və torbanı Təqsirləndirilən şəxs2 özündə saxlamışdır. Onlar aptekə daxil olmazdan əvvəl küçədə, aptekdən bir qədər aralıda gözləmiş, içəridə əczaçıdan başqa heç kimin olmadığına əmin olduqdan sonra ilk əvvəl o, aptekə daxil olmuş əczaçıya “Esensial forte” dərmanının olub-olmadığını soruşmuş, sonra Təqsirləndirilən şəxs2 aptekə daxil olmuş və giriş qapısının yaxınlığında, sağ tərəfdə yerləşən reklam stendindən “Nivea” markalı, 150 ml həcmli dezodorant-antiperspirantları yığmağa başlamış, bu zaman əczaçı Təqsirləndirilən şəxs2 qışqıraraq əşyaları götürməməyini tələb etsə də Təqsirləndirilən şəxs2 məhəl qoymadan dezodorant-antiperspirantları özü ilə götürdüyü torbaya yığıb əczaçının piştaxtanın arxasından çıxmağa çalışdığını gördükdə isə o da Təqsirləndirilən şəxs2 yaxınlaşmış, həmin reklam stendindən bir neçə “Nivea” markalı dezodorant-antiperspirantlardan götürdükdən sonra birlikdə aptekdən çıxıb oradan uzaqlaşmışdırlar. “1001 dərman” aptekindən taladıqları ümumilikdə 28 ədəd “Nivea” markalı, 150 ml həcmli dezodorant-antiperspirantları aralarında bölüşüb ayrılmışlar. O, özünə götürmüş olduğu dezodorant-antiperspirantları Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanımadığı şəxslərə 2-3 manat qarşılığında satmış, əldə etdiy pulu şəxsi tələbatına xərcləmişdir. Hər iki əməl aptekdə olan şəxslərin gözü qarşısında olmuş, əməlləri törədərkən aptekdə olan şəxslərlə aralarında hər hansı bir fiziki müdaxilə, kobud hərəkət olmamış, hədələyərək nəsə tələb etməmişdirlər. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yerləşən aptek ona məxsusdur. 01 aprel 2023cü il tarixdə, saat 23 radələrində sözügedən aptekdə olarkən bir nəfər şəxs içəri daxil olaraq piştaxtaya yaxınlaşıb özü üçün böyrək çayı almaq istədiyini demişdir. O, piştaxtanın arxa tərəfindən həmin şəxsə verməyindən ötrü böyrək çayı axtararkən, digər şəxsin içəri daxil olduğunu görmüşdür. Həmin şəxs hər hansı bir şey demədən cəld şəkildə giriş qapısından sağ tərəfə yönəlib oradakı vitrin rəfındəkiləri götürməyə başlamışdır. O, həmin şəxsə səsləndikdə heç bir cavab vermədiyindən həmin əşyaları taladığını başa düşüb qışqıraraq əməli sonlandırmasını istəmiş, lakin həmin şəxs əməlinə davam etdiyindən qarşısını almaq üçün piştaxtanın arxasından çıxıb ona tərəf gəlməyə çalışmışdır. Buna baxmayaraq artıq həmin şəxs vitrin rəfindəkiləri götürüb aptekdən qaçaraq çıxmışdır. Aptekə daxil olmuş şəxslər, demək olar ki, bir neçə saniyə fasilə ilə gəldiklərindən və vitrindəki əşyaları biri götürərkən digərinin hər hansı bir müdaxilə etmədiyini və heç ona səslənərək əməli sonlandırmasını tələb etmədiyini müşahidə etdiyindən, vitrindəki əşyaları götürən şəxs aptekdən uzaqlaşdıqdan sonra o, aptekə daxil olan birinci şəxsin onunla əlbir olduğunu başa düşüb həmin şəxsin aptekdən çıxmasının qarşısını almağa çalışmış və əli ilə həmin şəxsin aptekdən uzaqlaşmasının qabağını alıb aptekin içinə doğru itələmiş, lakin həmin şəxs, yəni aptekə birinci daxil olmuş şəxs ondan yayınaraq aptekdən çıxmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra hansı əşyaların talandığını dəqiqləşdirdik də ona məlum olmuşdur ki, sözügedən hadisə nəticəsində aptekdən ona məxsus hər birinin qiyməti 6 manat, cəmi 42 manat olan 150 ml həcmli 07 ədəd “Rexona” markalı dezodorant-antiperspirantı və hər birinin qiyməti 6 manat, cəmi 48 manat olan 150 ml həcmli “Garnier” markalı 08 ədəd dezodorant- antiperspirantı talanmış, ümumilikdə ona 90 manat maddi ziyan dəymişdir. Həmin şəxslər tərəfindən ona hər hansı bir fiziki təsir-təzyiq edilməmiş, hədə-qorxu gəlinməmişdir, o, həmin şəxsləri yaxalayıb, saxlamağa çalışdıqda onlar aptekdən qaçıb getmişdirlər. Hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 03 oktyabr 2022-ci il tarixdən "xxxx" MMC-də direktor vəzifəsində işləyir. ”1001 dərman” apteki də "MADAD” MMC-yə məxsus olmaqla ünvan 5 ünvanında fəaliyyət göstərir. “1001 dərman” aptekin sadəcə ticari adıdır. O, həftənin müəyyən günləri saat 10:00-18:00 aralığında həmin aptekdə olur. 03 aprel 2023-cü il tarixdə axşam saatlarında əczaçı kimi aptekdə işləyən X5 olmuşdur. Həmin tarixdə, saat 21 radələrində Pəri Məmmədova tərəfindən ona zəng edilərək ona şəxsiyyətləri məlum olan 2 nəfər şəxsin aptekə daxil olaraq gözü qarşısında aptekin giriş qapısının yanında yerləşən reklam stendindən dezodorant-antiperspirantları götürdüklərini, qışqıraraq həmin şəxslərin hərəkətlərini sonlandırmalarını istəsə də, ona məhəl qoyulmadığını, piştaxtanın arxasından həmin şəxslərə doğru getmək istədikdə isə aptekdən qaçaraq uzaqlaşdıqlarını bildirmişdir. O, baş vermiş hadisəni dəqiqləşdirmək üçün növbəti gün aptekə gəldikdə aptekdən çoxsaylı dezodorant-antiperspirantların talandığını bilmişdir. Bundan sonra hadisə zamanı aptekdə Pəri Məmmədova olduğu üçün onun tərəfindən DİN-nin 102 xidmətinə zəng edilərək sözügedən hadisə ilə bağlı məlumat verilmiş və ümumi şəkildə 200 manatlıq əşyaların talandığı bildirilmişdir. Daha sonra onlar dəqiqliklə talanan əşyaları müəyyənləşdirdikdə, onlara məlum olmuşdur ki, hər biri 150 ml həcmli “Nivea” markalı olmaqla ümumilikdə 28 ədəd dezodorant-antiperspirant hadisə nəticəsində talanmışdır. Hər bir dezodorant-antiperspirantın qiyməti 6,70 manat olmaqla hadisə nəticəsində "xxxx" MMC-yə ümumilikdə 187,60 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən onlara dəymiş ziyanın ödənilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, aptek Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşir, aptekin giriş qapısına hər hansı bir müdaxil olunmamışdır, 03 aprel 2023-cü il tarixdə, saat 21 radələrində iki nəfər şəxs əlbir olub aptekə daxil olaraq əczaçının gözü qarşısında giriş qapısının yanındakı reklam stendindən ümumilikdə 28 ədəd dezodorantantiperspirantı talamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər ərazisində xx.xx.2023-cü il tarixdə saat 21:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər ərazisində xx.xx.2023-cü il tarixdə saat 11:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi ünvanı AZ6200, Zaqatala rayonu, Zaqatala şəhəri, A.Həmidov, ev 33 olan, ********** VÖEN-ə malik, "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığı əsasında aparılan əməliyyat tədbirləri çərçivəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev prospekti, Tarix muzeyinin yaxınlığında yerləşən “1001” dərman aptekindən dezodorant-antiperspirantların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfnidən soyğunçuluq yolu ilə talanması, soyğunçuluq əməlinin törədilməsində onlara köməklik edən və ya onlarla birgə iştirak edən şəxsin olmaması barədə əməliyyat məlumatları daxil olmuş, lakin dezodorantantiperspirantları satdıqları şəxslərin dairəsinin müəyyən edilməsi hal-hazırki müddət ərzində mümkün olmamış, bölmə ərazisində tərəflərindən başqa bir cinayət əməlinin törədilməsi ilə bağlı məlumat əldə olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus aptekdən 01 aprel 2023-cü il tarixdə 15 ədəd dezodorant-antiperspirantların Əbdilovun gözü qarşısında talanaraq soyğunçuluq edilməsi ilə bağlı məlumatlar əldə olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən sözügedən əməl törədilərkən onlarla birgə iştirak edən və ya onlara kömək edən şəxslərin olması barədə məlumat daxil olmamışdır. Həmçinin sözügedən faktla bağlı 1-ci PB-nin icraatında HK-1/714 saylı araşdırma materialı vardır. İş materiallarında olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə VİD-20230609-WA0080» adlı, «VİD-20230609- WA0081» adlı olmaqla 02 ədəd fayhn olduğu müəyyən edilir. «VİD-20230609- WA0080» adlı fayda 20 saniyədən və «VİD-20230609-WA0081» adlı faylda 51 saniyədən ibarət olmaqla video görüntülər vardır. 1-ci videogörüntüdə tarix xx.xx.2023-cü il, saat 22:48 qeyd olunur. Belə ki, aptekdə yalnız əczaçı vardır və piştaxtanın arxasındadır. Aptekə ilk əvvəl əynində tünd-göy rəngli gödəkçə, göy rəngli şalvar olan, sol əli ilə qulağına telefon tutmuş, üzü tüklü şəxs daxil olur, həmin şəxs aptekə daxil olduqdan sonra hərəkətini giriş qapısından sol tərəfdəki piştaxtaya doğru hərəkət etdirir və əczaçı da piştaxtanın arxası ilə paralel şəkildə eyni istiqamətdə hərəkət edir, birinci şəxsin aptekə daxil olduğu 8-ci saniyədə digər şəxs, yəni əynində boz rəngli papaq, açıq-qəhvəyi rəngli gödəkçə, qara rəngli şalvar, üzü tüklü, əlində ağ rəngli torba olan şəxs aptekin giriş qapısını açaraq, giriş qapısının yanında, girişdən sağ tərəfdə yerləşən reklam stendindən əlində saxladığı torbaya əşyaları yığmağa başladığı, həmin zaman aptekə birinci girən tünd-göy rəngli gödəkçəli şəxsin aptekə ikinci daxil olan və əşyaları yığmağa başlayan şəxsə tərəf dönərək ona yaxınlaşdığı və hər iki şəxsin birlikdə həmin yerdən əşyaları götürdükləri, əczaçının piştaxtanın arxasında hərəkət etməyə başladığı, piştaxtanın arxasından həmin tərəfə gəlməyə çalışdığı və bu zaman hər iki şəxsin aptektən çıxdığı görünür. 2-ci videogörüntüdə tarix xx.xx.2023-cü il, saat 21:31 və 21:37 qeyd olunur. Videoda kəsinti olmaqla iki hissəlidir. Belə ki, saat 21:31 göstərdikdə ilk əvvəl əynində tünd-göy rəngli gödəkçə, göy rəngli şalvar, üzü tüklü və sol əlində telefon olan şəxs və əynində boz rəngli papaq, açıq-qəhvəyi rəngli gödəkçə, qara rəngli şalvar olan şəxsin birlikdə, yan-yana piyada hərəkət etdikləri, hər iki şəxs hərəkəti dayandırdıqdan sonra tünd-göy rəngli gödəkçəni geyinən şəxsin hərəkətə başlayıb, eyni istiqamətdə irəliləyərək görüntüdən çıxdığı, bundan sonra digər şəxsin, yəni əynində açıq-qəhvəyi rəngli gödəkçə olan şəxsin arxası ilə hərəkət edərək görüntüdən çıxdığı, saat 21:37 göstərdikdə isə açıq-qəhvəyi rəngli gödəkçəni geyinən şəxsin həmin yerə geri qayıtdığı, əlindəki torbanı yerə qoyaraq əynindəki paltarları düzəltdiyi görünür, həmçinin torbanı yerə qoyarkən həmin torbanın ağırlıq qazandığı müşahidə olunur. Diskə baxış keçirilməsində iştirak etmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 videogörüntülərdə tərəflərindən birlikdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, H. Əliyev prospekti, Tarix muzeyinin yaxınlığında yerləşən "1001 dərman” aptekinə daxil olub oradan 28 ədəd “Nivea” markalı dezodorant- antiperspirantlann götürülüb talanmasının əks olunduğunu bildirmişdirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, aptek Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşir, aptekin giriş qapısına hər hansı bir müdaxil olunmamışdır, 01 aprel 2023-cü il tarixdə, saat 23 radələrində iki nəfər şəxs əlbir olub aptekə daxil olaraq əczaçının gözü qarşısında giriş qapısından sağ tərəfdə yerləşən vitrin rəfindən ümumilikdə 15 ədəd dezodorantantiperspirantı talamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədildiyi müəyyən edilmiş əməl Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin məcəllənin 180.2.1 və 180.2.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yasamal rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə CMnin 76-cı maddəsinə əsasən 05 ay 06 gün vaxtından əvvəl azad olunmuşdur. Bundan başqa Moskva şəhəri Çeremuşkinsk rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Vladimirsk vilayəti Kovrovsk şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul olmaqla əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-29/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-636/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-636/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş hissəsi 02 il 05 ay 26 gün təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «VİD-20230712- WA0042» adlı 01 ədəd faylın olduğu müəyyən edilir. Faylda 36 saniyədən ibarət olmaqla videogörüntü vardır. Videogörüntüdə tarix xx.xx.2022-ci il, saat 00:16 qeyd olunur. Belə ki, aptekdə yalnız əczaçı vardır və piştaxtanın arxasındadır. Videogörüntü başladıqda artıq əynində tünd-göy rəngli gödəkçə, göy rəngli şalvar olan, sağ əli ilə qulağına telefon tutmuş, üzü tüklü şəxsin aptekə olduğu və aptekin daxilində hərəkət etdiyi, daha sonra digər şəxs, yəni əynində boz rəngli papaq, qara rəngli gödəkçə, qara rəngli şalvar olan şəxsin aptekin giriş qapısını açaraq, giriş qapısından sağ tərəfindəki vitrinə doğru hərəkət etdiyi, bit- neçə saniyə orada qaldıqdan sonra əlində nələrinsə olduğu müşahidə olunan və aptekə ikinci daxil olan şəxsin cəld apteki tərk etdiyi, satıcının arxası ilə hərəkət etdiyi, daha sonra satıcının geri dönüb aptekdə birinci olan, yəni əynində tünd-göy rəngli gödəkçə olan şəxsi əli ilə aptekin içərisinə doğru itələdiyi və saxlamağa çalışdığı, lakin həmin şəxsin satıcıdan yayınıb aptekdən çıxdığı görünür. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntüdə özü və Təqsirləndirilən şəxs2 tərəfindən birlikdə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Ü. Hacıbəyov küçəsi. Şərq Bazarının yaxınlığında şerlə.şən aptekinə daxil olub oradan 15 ədəd ‘’Rexona və Garnier” markalı dezodorant-antiperspiranllarm götürülüb talanmasının əks olunduğunu, videogörüntüdəki əynində tünd-göy rəngli gödəkçə, göy rəngli şalvar, üzü tüklü və əlində telefon olan şəxsin özü olduğunu, əynində qara rəngli gödəkçə, boz rəngli papaq, qara rəngli şalvar olan şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu, aptekdən götürülənlərin 15 ədəd həmin sözügedən markalı dezodorantantiperspirant olduğunu, əməli törətməzdən əvvəl aralarında ilk əvvəl onun aptekə daxil olub, əczaçının başını qarışdırarkən Təqsirləndirilən şəxs2 daha sonra aptekə daxil olaraq əşyaları götürməsi barədə razılaşdıqlarını, buna müvafiq olaraq özünün aptekə birinci daxil olduğunu, daha sonra Gündüzün içəri daxil olduğunu, videogörüntünün aptekə daxil olmaqlarını və oradan əczaçının gözü qarşısında dezodorant- antiperspirantları götürülməsini əks etdirdiyini, hadisəni 01 aprel 2023-cü il tarixdə, saat 23 radələrində törətdiklərini, videogörüntüdəki tarix və saatın səhv göstərildiyini bildirdi. İş materiallarında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Giləzi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 54 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq qəsəbə ərazisində yaşamır və onun barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı MKS tərəfindən verilmiş 623 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında qeydiyyatsız yaşamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş 677,678 saylı, xx.xx.2023cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 33 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası- 1963-cü il təvəllüdlü X6, atası-1959-cu il təvəlüldlü Əhədov Kamilağa Vəkilağa oğlu, qardaşı-1988-ci il təvəllüdlü X7, bacısı-1989-cu il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4 və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş DVD disklərdəki videogörüntülərdə tarixin xx.xx.2023-cü il, saat 22:48 və xx.xx.2022-ci il, saat 00:16 kimi qeyd olunmasının texniki səhv olduğu nəzərə alınmış, "xxxx" MMC-yə məxsus aptekdən soyğunçuluq edilməsini əks etdirən 01 ədəd DVD diskdə videogüörüntülər və Zərərçəkmiş şəxs məxsus aptekdən soyğunçuluq edilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işinin materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, təqdim edilmiş videogörüntülər və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Moskva şəhəri Çeremuşkinsk rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CMnin 105-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Vladimirsk vilayəti Kovrovsk şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rusiya Federasiyasının hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul olmaqla əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-620/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 976 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2023-cü il tarixli 975 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 10 saat, Müdafiəçi1 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsi ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ““həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-620/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-620/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver