Məhkəmə qərarları › İş №1(060)-620/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-620/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-620/2024 30.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün azadlığın məhdudlaşdırılması cəzası olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,558 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 18 may 2024-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində yerləşən TTYS-nin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ildə də eyni hadisə başına gəlmişdir, işinə məhkəmədə baxılmışdır. Hazırki iş üzrə bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində evdən çıxan zaman dörd nəfər ona yaxınlaşmış, polis idarəsinə aparmış, orada ona narkotik vasitə vermiş və götürməsini bildirmişlər, götürmədiyi halda külli miqdarla sənədləşdirəcəklərini bildirmişlər. İzahat yazdırmış, sənədlərə imza etdirmişlər. Bundan əvvəlki hadisədə də belə olmuşdur, o iş üzrə təcridxanada saxlanılmış, məhkəmənin hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzası verilərək həbsdən azad olunmuşdur. Sənədlərdə narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar ərazisindən aldığı qeyd olunmuşdur, lakin onun ayağında elektron qolbaq olduğu halda Bakı şəhəri ərazisinə gedə bilməzdi. Onun üzərində narkotik vasitə olmamış, ümumiyyətlə narkotik vasitə istifadə etməmiş, müayinə zamanı da onda narkotik vasitə istifadə etməsi aşkar olunmamışdır. Ona qarşı fiziki təzyiq olmamış, sadəcə hədə-qorxu gəlmişlər. Bu barədə heç bir yerə şikayət etməmişdir. Onu 13-cü mikrorayon ərazisində saxlamışlar. Polis idarəsində 4-5 saat qalmışdır, oraya gələn zaman üzərinə axtarış keçirilmiş, heç bir şey aşkar edilməmişdir. 5 ildən çoxdur ki, narkotik vasitə istifadə etmir. İ dərəcə əlilliyi vardır. 4-cü dəfədir ki, məhkum olunur. CM-nin 177,180 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur, CM-nin 234.1-ci maddəsi ilə olan əməlləri törətməmiş, üzərinə qoyulmuşdur. Himayəsində xəstə anası vardır, ona baxır, hər bir işini o görür. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki,o, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddədi ilə təqsirləndirilərək 02 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzasını çəkib qurtarmamışdır. Əvvəllər narkotik vasitə istifadə etsə də, son bir neçə aydır narkotik vasitə istifadə etmir. 17 may 2024-cü il tarixdə səhər radələrində şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Həmin gün “20 yanvar” metrosunun yaxınlığında olarkən avtobus dayanacağının kənarında yerdə kiçik bir büküm olduğunu görmüş, əyilərək həmin bükümü yerdən götürmüş və açdıqda içində “patı” olduğunu görmüşdür. Özü istifadə etmək üçün həmin bükümü əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün evə qayıtmış və tapdığı bükümü cibində saxlamışdır. Növbəti gün səhər saatlarında evdən çıxan zaman həmin büküm əynidəki şalvarın sağ yan cibində olmuşdur. Saat təxminən 10:30 radələrində o Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində “X9 Stansiyası” nın yanında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdı. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun qanunsuz olaraq narkotik vasitə istifadəsində və daşınmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılması üçün polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. İdarənin inzibati binasında otaqlardan birində ona təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, sonra üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa könüllü təqdim etməsi ona təklif olunmuşdur. Bu zaman o əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan bükümü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükülünün “patı” olduğunu, tutulmamışdan bir gün öncə Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında avtobus dayanacağının kənarında tapdığını bildirmişdir. Onun təhqiqata təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. Həmçinin o, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmadığını və narkotik vasitələrin alqı satqısı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində onlar tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayonda TTYS-nin yaxınlığında saxlanılmış və hansı səbəbdən saxlanılması izah edilərək Sumqayıt ŞPİ-nə gətirmişlər. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd kağız bükümü təqdim etmişdir. Kağız bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristallardan ibarət metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin”patı" olduğunu, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin metamfetaminə bənzər maddə kağız bükümlə birikdə tərəziyə qoyulub çəkilmiş və çəkisi təxminən 0.5-0.6 qram olmuş, sonra büküm ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki zorakılıq və ya psixoloji təsir onlar tərəfindən olmamış, o, özü könülü olaraq üzərindən olan psixotrop maddəni təqdim etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdə, saat 10:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYS-nin yaxınlığında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim etdi. Həmin büküm tərəfimdən açıldı, bükümün içərisində spesifik iyə malik ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş maddə patı olduğunu, həmin maddəni tutulmamışdan bir gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tapdığını və saxlayaraq üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kağıza bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə metamfetaminə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin sellofanla birlikdə çəkisinin “0,87” qram olduğu müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunu üzərindən narkotik vasitəyə bənzər heroindən başqa heç bir qanunsuz əşya və predmet aşkaı edilməmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2813 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN ’’Zərflər üçün N 124” möhür əksi, “Vət:Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...................................................................................................................................... ” və s. Soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,558 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,508 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 00045 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 09 dəqiqə 11 saniyədən ibarətdir. Görüntünün 00:01-ci təhqiqatçı Səadət Qənbərov şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X4 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd kağız bükümü və “Samsung” markalı telefonu təqdim etdi. Həmin kağız büküm açılan zaman, bükümün içərisində ağ rəngli kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,87 qram olması müəyyən olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni saxlanıldığından bir gün öncə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tapdığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. Həmçinin “Samsung” markalı telefon iş üçün əhəmiyyət kəsb etdiyində qablaşdırılaraq götürüldü. X3 yekun məruzəsi ilə bitir. İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi X10 Ambulator X1 Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3587 saylı rəyindən görünür ki. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,558 qram olmuş psixotrop maddə “Metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təhqiqatdan sonrakı qalıq qalmış 0,508 qram çəkidə psixotrop maddə “Metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlancı anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində “şəxsi axtarış və götürmə” haqqında 18 may 2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-dən daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki. keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-612/2023 saylı, xx.xx.2023-cu il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay 18 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə ona təyin olunmuş cəzadan 01 il 15 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 04 ay 03 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 16 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 481 saylı arayış və xasiyyətnamədən görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş psixotrop maddə “Metamfetamin”i sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0,558 qram olan psixotrop maddə “Metamfetamin” maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,508 qram psixotrop maddə “Metamfetamin” iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,508 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-620/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1073/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 04 (dörd) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,508 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar