Məhkəmə qərarları › İş №1(060)-621/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-621/2021

18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-621/2021 18.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd gümüşü rəngli polietilen bağlamada təmiz çəkisi 415,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, 10.06.2021-ci il tarixdə saat 18:10da Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Sumqayit ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01(bir) ədəd gümüşü rəngli polietilen bağlamada təmiz çəkisi 415,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 08.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində zibilliyin yanından keçərkən yerdə sellofan torba olduğunu, içərisində qurudulmuş marixuana bənzər maddənin olduğunu görüb torbaya baxdıqda içərisindəkinin qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin marixuananı istifadə etmək üçün götürərək yaşadığı ünvana aparmışdır. 10.06.2021-ci il tarixdə həmin marixuananı gümüşü rəngli paketə qoyub gizlətmək üçün özü ilə götürüb evdən çıxmışdır. Saat 18:10 radələrində 4-cü mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və müdafiəçisi X3 təqdim olunmuşdur. Sonra isə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərinə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O özü sağ əlində saxladığı gümüşü rəngli sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılıb içərisinə baxış keçirilərkən paketin içərisindəbn qurudulmuş marixuana aşkar edilmişdir. Sonra həmin marixuana elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 422,0 qram olması müəyyən olunmuşdur. Daha sonra içərisində marixuana olan polietilen bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq, möhürlənmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da növbəsində həmin protokolu imzalamışdır. Narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır.Törətdiyi əməldən peşmandır və Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 10 iyun 2021-ci il tarixdə saat 18:10-da Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində o Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik inspektoru, polis baş serjantı Şahid2 iştirakı ilə Sumqayıt şəhəri 6-cı məhəllə, Nizami Küçəsi 19də qeydiyyatda olan, Sumqayıt şəhəri 4-cü mikrorayon, 7-saylı yataqxanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özünü təqdim edib saxlayaraq onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və o, onlarla polis idarəsinə gəlmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib ona hüquq və vəzifələrinə dair bildiriş və müdafiəçisini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuş və o, sağ əlində saxlamış olduğu gümüşü rəngli sollafan torbanı təqdim etmiş, həmin torbanın içərisindən spesifik iyə malkin yaşıl rəngli qurudulmuş halda olan marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlənin nə olduğu soruşulan zaman o, həmin kütlənin marixuana olduğunu Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində zibbilikdən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm tərəziyə qoyularaq ölçülmüş və həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün imzalanmışdır. Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitələrdən aslılığı vardır və bu məqsədlə o, narkotik vasitəni əldə edib özü qəbul etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 10 iyun 2021-ci il tarixdə saat 18:10-da Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində o Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə Sumqayıt şəhəri 6-cı məhəllə, Nizami Küçəsi 19 da qeydiyyatda olan, Sumqayıt şəhəri 4-cü mikrorayon, 7-saylı yataqxanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özünü təqdim edib saxlayaraq onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və o, onlarla polis idarəsinə gəlmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib ona hüquq və vəzifələrinə dair bildiriş və müdafiəçisini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olubolmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuş və o, sağ əlində saxlamış olduğu gümüşü rəngli sollafan torbanı təqdim etmiş, həmin torbanın içərisindən spesifik iyə malkin yaşıl rəngli qurudulmuş halda olan marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin kütlənin nə olduğu soruşulan zaman o, həmin kütlənin marixuana olduğunu Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində zibbilikdən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm tərəziyə qoyularaq ölçülmüş və həmin kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün imzalanmışdır. Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitələrdən aslılığı vardır və bu məqsədlə o, narkotik vasitəni əldə edib özü qəbul etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid3 Tahir oğlunun ifadəsindən görünür ki, o,Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, 10 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və elə həmin tarixdə də Sumqayıt ŞPİnin rəisi tərəfindən əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 11 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 11.06.2021-ci il tarixli, 7/543 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” yazı və imzalar olan paketdə təmiz çəkisi 415,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli, 2306 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 10.06.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntünün ilk saniyələrində əynində polis geyim forması olan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X4 olduğunu bildirib saxlanılan şəxsdən özünü təqdim etməsini və harada yaşamasını tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu və Sumqayıt şəhəri, 4-cü mikrorayon 7 saylı yataqxana otaq 127 yaşadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxsa hüquq və vəzifələri haqqında bildirişi təqdim edib narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını deyib Təqsirləndirilən şəxs saxlayan şəxslərə özlərini təqdim etmələrini tapşırır. Polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun üzvi vəkil X1 təqdim edir. Zaur Cəfərov saxlanılan şəxsdən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsini tələb edir. Təqsirləndirilən şəxsa olmadığını bildirir. Görüntünün 01:37 saniyəsində təhqiqatçı bəs əlindəki sellofan nədi sualını verdikdə Təqsirləndirilən şəxs marixuana olduğunu bildirir. Görüntünün 02:05 saniyəsində təhqiqatçı həmən sellofanı açaraq baxır. Həmin sellofan paketin içərisinə baxarkən sellofan paketdə spesifik iyə malik yaşıl rəngli qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan qurudulmuş spesifik iyə malik yaşıl rəngli bitki kütləsi vasitə olan marixuanadır, aşkar olunmuş həmin marixuananı təxminən 2 gün bundan əvvəl Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisindəki zibilikdən tapmış və şəxsi istifadəsi üçün özündə saxladığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir. Görüntünün 04:23 saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütləsi sellofan ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin gümüşü rəngli sellofan ilə birlikdə çəkisinin 422,0 qram olduğu müəyyən edildi. Aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin saylı möhürü möhürləndi. Təhqiqatçı Təqsirləndirilən şəxs və Tahir Abbasova hər hansı bir etirazlarının və suallarının olmasını soruşur. Heç bir etiraz və suallarının olmadıqlarını bildirirlər. Görüntünün 08:05 saniyəsində videoçəkiliş təhqiqatçının göstərişi ilə dayandırılır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 414,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixində saat 18:10-da Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı Xankişiyev Zaur tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanserdən verilmiş verilmiş 2207 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. Sumqayıt şəhər 3 saylı poliklinikasında daxil olmuş 30 iyun 2021-ci il tarixli arayışdan görünür ki, poliklinikanın psixiatr kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 20.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal əvvəllər ümumiyyətlə məhkumluğunun olmaması və törətdiyi əməldən səmimi peşman olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10-12 iyun 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulmuş, 12 iyun 2021-ci il tarixində isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək tutulma müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 414,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata aldınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli (iş № 1(060)- 621/2021) qərarını icra edərək, müvafiq orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı, ünvan 2anını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 414,95 qram çəkidə narkotik vasitə olan marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manar 70 yetmiş qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar