Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-622/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1969-cu ildə İmişli rayonu Hacımuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, Sumqayıt şəhəri,36-cı məhəllə ev 11\22A mənzil 40-da qeydiyyatda olmaqla yaşamış, barəsində 18 avqust 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllədə yerləşən Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısına gələrək orada Zərərçəkmiş şəxs qızı Ləbiyyə Eldarovanı oğlu Şahid7la münasibət qurmasından narazlığını bildirərək yenidən oğlu Şahid7 onun qızı ilə qoşulub getdiyini söyləyən zaman sonuncu ilə sözlə mübahisə etmiş, bu səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun üz nahiyyəsinə yumruqla qəsdən bir dəfə zərbə vurub onu yerə yıxmaqla ona hər iki gözaltı nahiyyənin, alının orta hissəsinin qançırları kimi dərəcəsinə görə təyin olunmayan, ənsə nahiyyəsinin orta hissəsinin dərialtı hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1969-cu il tarixdə İmişli rayonu, Hacıalımuradlı kəndində anadan olmuş və hal hazırda Sumqayıt şəhəri,36-ci məhəllə 11\22A mənzil 40-da ailəsi ilə birlikdə yaşayır. Xəyal onun doğma oğludur. O,2018-ci il tarixdə ailə həyatı qurmuşdur və hal hazırda 2 övladı vardır.Tənziləni əvvələr tanımır və görməmişdir. Onunla heç bir ədavəti də olmamışdır. 2021-ci ilin may ayında oğlu Xəyalın yoldaşı ilə ayrılmaq istədiyini və Ləbiyə adlı qızı sevdiyini söylədiyini qeyd etmişdir. Daha sonra soraqlanıb Ləbiyənin yaşadığı evi öyrənmiş və yoldaşı Zeynəblə birlikdə 10 may 2021-ci il tarixdə saat 12 radələrində Ləbiyənin yaşadığı evə getmiş, orada Ləbiyənin atası Mübariz, nənəsi, bibisi ilə söhbət etdiyini və Ləbiyənin onun oğlu Xəyaldan uzaq durmasını, Ləbiyyə ilə Xəyalı ayrımağa onun ailə üzvlərindən xahiş etdiyini bildirmişdir. Bu zaman qızın atası Mübariz ona qızına gücü çatmadığını söyləməsini, orada olan Ləbiyyənin isə ona Xəyalın ailəsini dağıtmağa əhd etdiyini söyləmişdir. Bu sözdən sonra oradan getmiş,onlarla söhbət etməyin xeyri olmadığını görmüş və qızın oğlanla yenə danışdığını eşitmişdir. 17.05.2021-ci il tarixdə saat 23 radələrində oğlum Xəyalın evə gəlmədiyini görüb yoldaşı ilə birlikdə Ləbiyyənin yaşadığı evə tərəf getmiş.Orada ətrafa boylanıb oğlunu axtarmağa başlayan zaman həmin vaxtı Ləbiyənin atası Mübariz anası Tənzilənin qəfildən binaya düşdüklərinin şahidi olmüş, Həmin vaxtı orada mübahisə baş vermişdir. O, Tənziləni vurmamışdır. Ola bilər ki, həmin mübahisə və qarışıqlıqla Tənziləni itələmiş və sonuncu yıxılmışdır. Ümumiyyətlə oğlunu axtarmaq üçün Zərərçəkmiş şəxsgilə getdiyindən peşmandır. Sadəcə bir atadır. Oğlunun ailəsinin dağılmasını istəmədiyindən bir az emosionallıq göstərmişdir. Hazırda bu hərəkətlərindən peşmandır və zərərçəkmiş şəxsdən bununla bağlı üzr istəyir. Məhkəmədən bütün bunları nəzərə alaraq ona yüngül cəza təyin etməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 1976-ci il tarixdə Şabran rayonunda anadan olmuş, hal hazırda Sumqayıt şəhəri,36-cı məhəllə ev 6\11 mənzil 34-də ailəsi ilə birlikdə yaşayır.Ləbiyyə Eldarova onun qızıdır. Ləbiyyənin məktəb vaxtlarında Əlinin oğlu Xəyalla sevgili olduqlarını, Xəyalın evlənməsindən sonra onların ayrılmasına baxmayaraq qızının yenə Xəyalla danışdığını, onun qarşsını ala bilmədiyini qeyd etmişdir. Hər dəfə Xəyalın atası Əlinin onların yaşadığı evə gələrək onları narahat etdiyini, qızı Ləbiyyəyə gücünün çatmadığını Əliyə deməsinə baxmayaraq o yenə onun yaşadığı binanın qarşısna gələrərk əsasız səs küy yaratdığını bildirmişdir.Sonuncu dəfə 17.05.2021-ci il tarixdə saat 23 radələrində yoldaşı Mübarizin çörək almaq üçün aşağa düşdüyünü,həmin vaxtı isə pencərədən Əlinin onların yaşadığı binanın qabağında gəzdiyini gördüyünü, daha sonra Əlinin binanın qarşısında Mübarizlə söhbəıt etdiyini görüb aşağı düşdüyünü, bizi narahat etməməsini Əliyə söylədiyini,oğlu Xəyalın harada olmasını bilmədiyini ona söylədiklərini, həmin vaxtı isə Əlinin qəfildən onun üzərinə hücum çəkərək onun üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirdiyini, zərbənin təsirindən huşunu itirib arxası üstə yerə yıxıldığını, daha sonra olanları xatırlamadığını,ayılanda isə hər iki gözaltı nahiyyəsinin qaraldığını gördüyünü,Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində məhkəmə tərəfindən cəza tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdür və hal hazırda qızı Ləbiyə yoldaşı Tənzilə ilə birlikdə Sumqayıt şəhəri,36-cı məhəllə ev 11\6 mənzil 34-də yaşayır. Əlini Sumqayıt şəhər sakini kimi tanıyır. Onunla əvvələr heç bir ədavəti olmamışdır. Qızı Ləbiyənin onun oğlu Xəyalla da sevgili olduğunu eşitmişdir və onların işlərinə qarışmır. 2021-ci ilin may ayında Əli yoldaşı ilə birlikdə yaşadığı evə gələrək oğlu Xəyalın Ləbiyə ilə münasibətindən narazı olduğunu bildirmiş və Xəyalın Ləbiyəni narahat etməsini ona söylədiklərinə baxmayaraq Əlinin də öz övladı ilə bacara bilmədiyini ona söyləmişdir. 17.05.2021-ci il tarixdə saat 23 radələrində həyətə düşən zaman Əlinin yaşadığı binanın yanında dəhlizdə səbəsiz olaraq onun ailə üzvlərinə nalayiq küçə söyüşləri söyməyə başladığını görmüş və nə üçün ona burda söyüş söydüyünü deyən zaman yoldaşı Tənzilənin də aşağı düşdüyünü və Tənzilə Əliyə sakit durmasını söyləyən zaman Əlinin qəfildən Tənzilənin üz nahiyyəsinə yumruqla zərbə endirdiyini, zərbənin təsirindən Tənzilənin huşunu itirərək yerə yıxıldığını ətrafa qonşuların yığışdığını görüb cəld maşınına minib oradan uzaqlaşdığını qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X3 ifadəsində göstərdi ki, 2001-ci il tarixdə Sumqayıt şəhəriində anadan olmuşdur və hal hazırda anası Tənzilə və atası Mübarizlə birlikdə Sumqayıt şəhəri,36-cı məhəllə 6\11 mənil 34-də yaşayır. Əli Xəyalın atasıdır. Xəyalı 2014-cü il tarixdən tanıyır. Onunla aralarında sevgi münasibətləri olmuşdur. Belə ki, 2018-ci ildə Xəyalın ailə həyatı qurmasından sonra onunla münasibəti bitirmiş, 2020-ci ilin noyabr ayında onunla birgə yendən danışmağa başlamışdır. 17.05.2021-ci il tarixdə axşam saat 08 radələrində rəfiqəsinin yanına getmiş, axşam radələrində evə gələn zaman anasının evdə uzandığının şahidi olmüş və nə baş verdiyini soruşan zaman anası Tənzilə ona Əlinin onların yaşadığı evin həyətinə gələrək onla mübahisə etdiyini və daha sonra onun üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərdi ki, 17.05.2021-ci il tarixdə axşam radələrində həyətədə hay küy eşitmiş və pəncərədən baxan zaman Əli adlı şəxsin Tənzilə ilə mübahisə etdiyini və daha sonra onun üz nahiyyəsindən yumruq zərbəsi ilə vurduğunu gördüyünü və bunun da nəticəsində Tənzilənin yerə yıxıldığını görmüş və bu hadisədən bir neçə gün sonra Tənzilənən gözaltı nahiyyəsinin qaralmasını müşahidə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərdi ki, 17.05.2021-ci il tarixdə axşam radələrində həyətədə hay küy eşitmiş və aşağıda həyətdə Əli adlı şəxsin Tənzilə ilə mübahisə etdiyini və daha sonra onun üz nahiyyəsindən yumruq zərbəsi ilə vurduğunu gördüyünü və bunun da nəticəsində Tənzilənin yerə yıxıldığını görmüş və bu hadisədən bir neçə gün sonra Tənzilənən gözaltı nahiyyəsinin qaralmasını müşahidə etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o da istintaqda Şahid6 və Şahid5 ifadələri ilə oxşam məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 may 2021-ci il tarixli, 538 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər var – hər iki gözaltı nahiyyənin,alının orta hissəsinin qançırları,ənsə nahiyyəsinin orta hissəsinin hematoması. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir,törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 17.05.21-ci il tarixdə əmələ gələ bilər,dərəcəsinə görə-ənsə nahiyyəsinin orta hissəsinin dərialtı hematoması sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər yəni hər iki sol gözaltı nahiyyənin,alının orta hissəsinin qançırları isə sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə bir daha bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, İstintaq zamanı aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 Məsim qızı,Şahid5, Şahid2 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə bir daha bildirmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 3 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı zərərçəkmihş şəxs Zərərçəkmiş şəxs vurmamasına dair verdiyi ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiəi əməldən səmimi peşman olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməli, cəzanın icrası aidiyyəti üzrə Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən X10 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli (iş № 1(060)-622/2021) qərarını icra edərək, 07.09.2021-ci il tarixli 1037/2021 saylı orderə əsasən vəkil X8 onun vəkili təyin etmişdir. Müdafiəçi X9 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Təqsəirləndirilən şəxs Təqsirləndirilən şəxs vəkil X2 hüquqi xidmətlərindən imtina etdiyindən, Sumqayıt şəhər Məhkəməsinin təqsirləndirilən X10 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12.10.2021-ci il tarixli (iş № 1(060)-622/2021) qərarını icra edərək, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosundan 12.10.2021-ci il tarixli 1254/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. «Turanbankın» Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: "xxxx" Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-622/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-622/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver