Məhkəmə qərarları › İş №1(060)-623/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-623/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-623/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1962-ci il tarixdə Qazax rayonu, Yenikənd kəndində doğulmuş, evli, ali təhsilli, Azərsu ASC-nin Sumqayıt sukanal idarəsində mühəndis işləyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə Şahid1 özünü nüfuzlu şəxs kimi tanıtdırıb qaynı Şahid3 və sonuncunun qonşusu Zərərçəkmiş şəxs2 özünün işlədiyi Sumqayıt Sukanal idarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində təxminən 26 fevral 2022-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən ''Simurq” restoranında Şahid1 qaynatası Zərərçəkmiş şəxs1 verdiyi 500 (beş yüz) manat, təxminən 1-2 mart 2022-ci il tarixdə, saat 13-14 radələrində S.Vurğun küçəsində yerləşən “Ləman” mebel salonunun yaxınlığında 2000 (iki min) manat və 07 mart 2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən "Asan Xidmət” Mərkəzinin inzibati binasında 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, "xxxx" ASC-nin Sumqayıt sukanal idarəsində mühəndis vəzifəsində işləyir. Şahid2 10 ilə yaxındır tanıyır, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin fevral ayının axırlarında nəvəsini məktəbə apardığı zaman təsadüfən Zaurla rastlaşmışdır. Həmin vaxtlar pula ehtyacı olduğundan Zaurdan ona 2000 (iki min) manat borc pul verməsini və ya onun üçün bankdan kredit götürməkdə köməklik göstərməsini xahiş etmişdir. Çünki Zaur ona bir dəfə bankdan pul götürməkdə köməklik etmişdir. Zaur isə pulunun olmadığını, çalışıb düzəldəcəyini demişdir. Təxminən bir həftə sonra Zaur onunla əlaqə saxlayıb ona 3500 (üç min beş yüz) manat məbləğində pulu o şərtlə verə biləcəyini demişdir ki, 02 (iki) nəfər tanışını Sumqayıt sukanal idarəsində işə düzəlməkdə köməklik göstərsin. Həmin vaxtlar "xxxx" ASC-nin müdiri olmadığından və ASC-də müəyyən məsələlərlə bağlı problemlər olduğundan işə qəbul dayanmış, ona görə də o, Zaura hazırda işə qəbulun dayandığını, eləcə də işə qəbulun gələcəkdə imtahansız mümkün olmayacağmı demişdir. Zaur da onunla razılaşıb iş məsələsi nə vaxt düzəlsə həmin vaxt düzəltməsini xahiş etmiş, o, da Zaurla razılaşmışdır. 07 mart 2022-ci il tarixdə Zaur onunla əlaqə saxlayıb Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən "Simurq” restoranının yanındakı çay evində görüşərək pulu və həmin şəxslərin sənədlərini ona vermək istədiyini demişdir. Həmin gün təxminən saat 11:00 radələrində o, Zaurla həmin yerdə görüşmüş, həmin vaxt Şahid1 da Zaurla birlikdə həmin yerə gəlmişdir. Söhbət zamanı Zaur ona Şahid3 və Zərərçəkmiş şəxs2 sənədlərini təqdim edərək bildirmişdir ki, notarial qaydada ona 3500 (üç min beş yüz) manat pul verəcək və həmin pulun müqabilində də o, Rasim və Kamilin Sumqayıt sukanal idarəsində işə düzəlmələrində köməklik göstərməlidir. O da Zaurla razılaşıb işə qəbul başlayandan sonra onlara köməklik göstərəcəyini demişdir. Zaurun və Orxanın dediyi sözlərdən başa düşmüşdür ki, Zaur və Orxan həmin şəxsləri işə düzəldəcəkləri adı ilə onlardan pul almışlar, lakin düzəldə bilməmişlər, ona görə də ona müraciət etmişlər. Bundan sonra onlar birlikdə oradan çıxıb Sumqayıt şəhərində yerləşən Asan Xidmətə getmişlər, orada Zaur onunla borc müqaviləsi bağlayaraq 3500 (üç min beş yüz) manat pulu ona vermişdir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Zaur onunla Simurq restoranının qarşısındakı çayxanada görüşüb bildirmişdir ki, “heç olmasa Rasimin işini düzəltsəydik qalanlarını da inanardılar və biz vaxt udardıq”. O, Zaura hələdə yoxlamanın olduğunu, Rasimi işə düzəldə bilməyəcəyini, lakin sonuncunu yanına götürüb təcrübə yığmağına və müsabiqədən keçə bilməsi üçün lazım olacağını qeyd etmişdir. İşə düzəlməni 2023-cü ilin yanvar ayının 1-nə kimi olmayacağını da Zaura izah etmişdir. Zaurun və Orxanın ona təkid etməsindən sonra o, məcbur qalıb təxminən 2022-ci ilin aprel ayının sonları may ayının əvvəllərində Zauru götürüb Orxanın qaynı Rasimi və onun qonşusu olan Kamil adlı şəxsi götürüb Bakı şəhərinə "xxxx" ASC-nin binasına getmişlər. İçəri daxil olub 1-ci mərtəbədən işə qəbulun olub-olmamasını soruşmuşlar, lakin oradan hələdə müsabiqənin olmadığını, yoxlamanın olduğunu və işə qəbulun dayandığını bildirmişlər. Buna baxmayaraq o, orada əyləşmiş tanımadığı xanımdan ərizə blanklarını götürmüş və Rasim ilə Kamilə doldurması üçün izah etmişdir. Onlar ərizələri yazıb ərizələr qutusuna atmışlar və Sumqayıt şəhərinə qayıtmışlar. Üzərindən bir müddət sonra Zaur ondan Orxanın qaynına görə ailəsinin dağılma təhlükəsinin olduğunu bildirmiş və ondan Rasimi mütləq işə düzəldilməsini istəmişdir. O da Zaurun bu söhbətlərindən sonra pulunu geri qaytarmaq üçün Zaurun işlədiyi Sumqayıt Azerenerji ASC-dən Sumqayıt Yüksək Gərniklik, Elektrik şəbəkəsinin Göradil yarımstansiyasına taksi ilə getmiş və orada Zaurun 1000 (bir min) manat pulunu qaytarmışdır. O, Zaura qalan 2500 (iki min beş yüz) manat pulunu 01 (bir) həftəyə qaytaracağını bildirmiş və Rasimin müsabiqədən keçmək üçün təcrübəsini artırmaq məqsdəilə işə gəlməsini və təcrübəyə davam etməsini, aranı kəsməməsini Rasimə bildirmişdir. 03 (üç) gün sonra oğlu Mikayıl Rəhimov ona zəng vuraraq Zaurla birlikdə olduqlarını, onların yanına gəlməsini istəmişdir. O, işdən çıxıb Sumqayıt şəhəri Simurq restoranının qarşısındakı çayxanaya gəlmişdir. Oğlu Mikayıl onun yanında 1000 (bir min) manat pulu sayıb Zaura vermiş və Orxana zəng vuraraq ora çağırsalar da ,Orxan ora gəlib çıxmamışdır. Bundan sonra o, xəbər tutmuşdur ki, Orxan onu polisə şikayət etmişdir. O da həmin zamanlarda Ağstafa rayonunda məzuniyyətdə olmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində hətta o, Rasimi özü ilə birlikdə əraziyə aparmışdır ki, sonuncu təcrübə qazansın və işə düzələndə imtahan verməyə çətinlik çəkməsin. O, Zaurdan bir dəfə 07 mart 2022-ci il tarixdə Sumqayıt Asan Xidmətdə notarial qaydada borc müqaviləsi bağlayaraq 3500 (üç min beş yüz) manat pul almışdır. Həmin pulu Zaurdan borc olaraq istəmiş, Zaur isə pulu ona verməmişdən əvvəl demişdir ki, Rasim və Kamil adlı şəxsləri Sumqayıt sukanal idarəsinə işə düzəlməkdə köməklik göstərsin, o da Zaurla razılaşmışdır. O, Orxan və ya Zaurdan 6000 (altı min) manat məbləğində pul almamışdır. O, Rasim və Kamilin işə düzəlmələri üçün Orxandan 2000 (iki min) manat pul almamış, sonuncuya həmin pulu Sumqayıt sukanal idarəsinin rəisi Xalidə verəcəyini bildirməmişdir. Onun Rasim və Kamilin işə düzəlmələrində köməklik göstərmək istəməsinin rolu ondan ibarət olmuşdur ki, o Rasim və Kamili işə qəbul üçün imtahan vermələrindən ötrü hazırlaşdırmış, həmçinin onlara hansı sənədləri toplamalarında köməklik göstərmişdir. O, Rasim və Kamil barədə Xalidə ümumiyyətlə heç bir məlumat verməmiş, sonuncuya bununla bağlı hər hansı məbləğdə pul verməmişdir. O, zərərçəkmiş şəxslərə dəyən maddi ziyanının 5670 (beş min altı yüz yetmiş) manatını ödəmiş, 330 (üç yüz otuz) manatını isə yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid1 onun kürəkənidir, yəni qızının həyat yoldaşıdır. Şahid2 və Təqsirləndirilən şəxs tanıyır, onlarla ədavət və ya düşəmənçiliyi olmamışdır. Oğlu Rasim işsiz olduğundan onun üçün iş maraqlanmış və bu barədə də Orxana məlumat verib tanışlarından maraqlanmasını xahiş etmişdir. Təxminən 2022-ci ilin fevral ayının axırlarında Orxan ona bildirmişdir ki, iş yoldaşı Zaurun Sadiq adlı tanışı vardır və Sadiq oğlu Rasimin Sumqayıt sukanal idarəsinə işə düzəlməsində köməklik göstərəcəkdir. O, da Orxandan tanışı Zaurla və Sadiqlə danışıb iş barədə maraqlanaraq ona məlumat verməsini istəmişdir. Həmin vaxtlar qonşuları Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı oğlu Rasimin işə düzələ biləcəyi barədə demiş, Kamil isə ondan özü üçün də iş maraqlanmasını xahiş etmiş və o da bu barədə Orxana bildirmişdir. Orxan da maraqlandıqdan sonra ona Sadiqin Kamili və Rasimi işə düzəldə biləcəyini bildirdiyini demişdir. Təxminən 20-21 fevral 2022-ci il tarixdə Orxan onlara Sadiqlə görüşəcəklərini bildirib Rasimin də onunla getməsini istəmişdir. Orxan və Rasim birlikdə gedib Sadiqlə görüşmüşlər. Söhbət zamanı isə Sadiq onlara demişdir ki, Rasimi qısa müddət ərzində Sumqayıt sukanal idarəsinə işə düzəlməkdə köməklik göstərəcəkdir. Bir neçə gün sonra Orxan onunla əlaqə saxlayıb Sadiqin oğlu Rasimi və Kamili işə düzəltmək üçün hər birinə görə 3000 (üç min) manat, ümumilikdə 6000 (altı min) manat məbləğində pul lazım olduğunu dediyini bildirmişdir. O da Orxana pulu düzəltdikdən sonra xəbər verəcəyini demiş, sonra isə bu barədə Kamilə bildirmişdir. Kamil isə 3000 (üç min) manat pulunun olmadığını deyərək ondan xahiş etmişdir ki, həmin pulu sonuncunun əvəzində o versin, daha sonra ona qaytaracaqdır. O da Kamil ilə razılaşmış və təxminən 26 fevral 2022-ci il tarixdə Orxanı evinə çağırıb Sadiqə verməsi üçün ona 6000 (altı min) manat pulu vermişdir. Sonralar Orxan ona məlumat verərək təxminən 26 fevral 2022-ci il tarixdə Sadiqlə “Simurq” restoranında görüşərək sonuncuya əvvəlcə 500 (beş) manat, təxminən 02 mart 2022-ci il tarixdə 2000 (iki min) manat, sonuncu dəfə isə 07 mart 2022-ci il tarixdə 3500 (üç min beş yüz) manat pulu Sadiqə verdiyini demişdir. Həmin müddət ərzində də Sadiq, oğlu Rasimlə görüşüb sonuncuya doldurması üçün bəzi kağızlar vermiş, Rasim də həmin kağızları doldurub Sadiqə vermişdir. Onlar işin gecikdiyini görüb Sadiqdən iş barədə maraqlanmağa başlamışlar, Sadiq isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Kamil isə bunu görüb daha işə düzəlmək istəmədiyini deyərək ona Sadiqdən pulu tələb etməsini bildirmiş və həmin pulu da ona qaytaracağını demişdir. Təxminən 01 iyul 2022-ci il tarixdə Sadiq, kürəkəni Orxana oğlu Rasimin əmrinin verildiyini, qısa müddət ərzində də xidməti vəsiqəsinin və maaş kartının veriləcəyini, onunla birlikdə işə çıxmalı olduğunu dediyindən həmin tarixdən etibarən Rasim, Sadiqlə birlikdə işə çıxmağa başlamışdır. Sadiq, Rasimi Sumqayıt şəhəri, Ceyranbatan bağları ərazisində olan evlərin su sayğaclarına baxmaq, həmin ərazidə bəzi işləri görmək üçün özü ilə 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində işə aparmışdır. Lakin həmin müddət ərzində Rasimin maaş kartı və xidməti vəsiqəsinin düzəlmədiyini görüb Sadiqin onları aldatdığından şübhələnməyə başlamışlar. Ona görə də təxminən 2022-ci ilin iyul ayının sonlarında o, Orxandan Sumqayıt sukanal idarəsinin rəisi Xalid müəllimin yanına getməsini və işi dəqiqləşdirməsini istəmişdir. Orxan da oğlu Rasimlə birlikdə Xalidin yanına gedərək Rasimin işi barədə maraqlananda Xalid, Rasimin işə düzəlməsi barədə rəhbərlik etdiyi idarəyə heç bir müraciət olunmadığını, Sadiqin dələduz olduğunu, eşitdiyinə görə başqa şəxsləri də işə düzəldəcəyi adı ilə aldatdığını demişdir. Bundan sonra Sadiqin onarı aldatdığına əmin olub sonuncudan vermiş olduğu pulları tələb etməyə başlamışdır. Sadiq isə yenədə müxtəlif bəhanələr gətirib pulu qaytaracağını demişdir. Sadiqin pulu qaytarmadığını görüb Orxan sonuncudan müxtəlif dövlət qurumlarına, "xxxx" ASC-yə şikayət etməyə başlamışdır. Sadiq ondan şikayət etdiklərini biləndən sonra təxminən 2022-ci ilin avqust ayının ortalarında Zaurun vasitəsi ilə onlara 2000 (iki min) manat pul qaytarmışdır. Həmin pulun 1000 (bir min) manatı onun, 1000 (bir min) manatı isə Kamilin payına düşmüşdür. O, Sadiqə özü pul verməsə də oğlu Rasimi Sumqayıt sukanal idarəsinə işə düzəltməkdə köməklik göstərməsi üçün kürəkəni Orxanın vasitəsi ilə 3000 (üç min) manat, eləcə də Kamil də həmin işə düzəlmək üçün 3000 (üç min) manat pul vermişdir. Sonradan Sadiqin onları aldatdığını və işlərini düzəltmədiyini görüb sonuncudan mütəmadi olaraq pulu tələb etməyə, həmçinin müxtəlif dövlət qurumlarına, "xxxx" ASC-nin özünə şikayət etməyə başlamışlar və Sadiq ona verməli olduğu puldan 1000 (bir min) manat və Kamilə verməli olduğu puldan da 1000 (bir min) manat qaytarmışdır. Sadiqin dələduzluq əməlləri nəticəsində ona 3000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Orxan, oğlu Rasimi işə düzəltmək üçün ondan hər hansı məbləğdə pul istəməmişdir. O, sonralar özü də Sadiqlə əlaqə saxlayanda sonuncu 6000 (altı min) manat pulun ona çatdığını, tezliklə oğlu Rasimi və Kamili işə düzəldəcəyini demişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən onlara dəyən maddi ziyandan 5670 (beş min altı yüz yetmiş) manatını ödəmiş, 330 (üç yüz otuz) manatını isə yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır, onlarla ədavət və ya düşəmənçiliyi olmamışdır. Əvvəllər müxtəlif obyektlərdə fəhlə işləyərək dolanışığını təmin etmişdir. Həmin iş müvəqqəti olduğundan rəsmi qaydada işləyə biləcəyi iş axtarmış, bu barədə Orxanın qaynatası, qonşusu Ramizə də demişdir. Təxminən 2022-ci ilin fevral ayının axırlarında Ramiz ona bildirmişdir ki, kürəkəni Orxan tanışının vasitəsi ilə Sadiq adlı şəxslə tanış olmuş və sonuncu onunla birlikdə oğlu Rasimi də Sumqayıt sukanal idarəsinə işə düzəldə bilər, bunun üçün isə hər birinə görə 3000 (üç min) manat məbləğində pul istəmişdir. Onun həmin məbləğdə pulu olmadığından Ramizdən xahiş etmişdir ki, 3000 (üç min) manatı ona borc olaraq, yəni onun əvəzinə Sadiqə versin, daha sonra ona qaytararam. Ramiz də onunla razılaşmış və bir neçə gün sonra oğlu Rasimə və ona görə Sadiqə verməsi üçün Orxana 6000 (altı min) manat pul verdiyini bildirmişdir. Sonralar o, Orxanın özü ilə əlaqə saxlayıb iş barədə maraqlanmağa başlamışdır. Orxan ona demişdir ki, təxminən 26 fevral 2022-ci il tarixdə Sadiqlə ’‘Simurq” restoranında görüşərək sonuncuya əvvəlcə 500 (beş yüz) manat, təxminən 02 mart 2022-ci il tarixdə 2000 (iki min) manat, sonuncu dəfə isə 07 mart 2022-ci il tarixdə 3500 (üç min beş yüz) manat pulu Sadiqə verdiyini demişdir. Təxminən 2022-ci ilin aprel ayının ortalarına kimi o, Orxanla əlaqə saxlayıb Sadiqlə danışaraq işi barədə maraqlanmasını istəmişdir. Orxan da hər dəfə Sadiqlə danışandan sonra sonuncunun ona qısa müddət ərzində işin düzələcəyini dediyini bildirmişdir. O, müddətin uzandığını görüb Orxandan Sadiqin mobil telefon nömrəsini almış və özünə məxsus mobil telefon nömrəsi ilə Sadiqin hazırda xatırlamadığı nömrəsinə zəng vuraraq əlaqə saxlamağa və işi barədə maraqlanmağa başlamışdır. Sadiq isə hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə işinin düzələcəyini demişdir. Təxminən 2022-ci ilin aprel ayının ortalarında atası Sevindik ilə birlikdə işdə olduğu zaman Sadiq ona zəng vurmuş və o, telefonu açıb səsucaldana qoyaraq sonuncu ilə atasının yanında danışmağa başlamışdır. Söhbət zamanı Sadiq ona demişdir ki, başqa yerdə iş axtarmasın, tezliklə sukanal idarəsində işi düzələcəkdir. O, Sadiqin bu sözündən şübhələnmiş və sonuncu ilə söhbəti bitirdikdən sonra Rasimə zəng vurub Sadiqlə danışıb-danışmadığını maraqlanmışdır. Rasim isə Sadiqlə danışdığını və sonuncunun ona da həmin sözü dediyini bildirmişdir. O və atası Sadiqin bu sözündən şübhələnib sonuncu ilə görüşmək qərarına gəlmişlər və bu barədə də Orxana məlumat vermişdir. Həmin gün axşam saatlarında o, atası Sevindik, Orxan və Rasimlə birlikdə Sadiqlə Sumqayıt şəhərində yerləşən “Simurq” restoranının yanındakı çay evlərinin birində görüşmüşlər. Söhbət zamanı o, Sadiqə demişdir ki, "sən bizi işə düzəldəcəksənsə biz nə üçün başqa iş axtarmalıyıq, sən nə səbəbə bizə belə söz demisən”. Sadiq isə dediyi sözü boynundan alaraq elə bir söz demədiyini, qısa müddət ərzində işin düzələcəyini, ona görə də rayona getməməli olduğunu demək istədiyini bildirmişdir. Onlar daha Sadiqə heçnə deməmişlər. Təxminən 2022-ci ilin aprel ayının sonlarında Sadiq onunla əlaqə saxlayıb bildirmişdir ki, 02 (iki) gün mobil telefonunu söndürsün, işə qəbulla bağlı imtahan olacaq və onun əvəzinə başqa bir şəxs həmin imtahanda iştirak edəcəkdir. O, Sadiqə heçnə deməsə də sonuncunun bu sözündən də şübhələnməyə başlamış, çünki Sadiq pulu onlardan alandan sonra bir ay ərzində, yəni 2022-ci ilin mart ayının sonlarına kimi işin düzələcəyini demiş, lakin həmin vaxtdan artıq 02 (iki) ay keçdiyindən o, Sadiqin onları aldatmasından şübhələnməyə başlamışdır. Bundan sonra o, Sadiqlə danışıb daha işə düzəlmək İstəmədiyini demiş və ondan Ramizin onun əvəzinə vermiş olduğu 3000 (üç min) manat pulu tələb etməyə başlamışdır, çünki o, həmin pulu Ramizdən borc almış və sonuncuya qaytarmalı olmuşdur. Sadiq isə yenə də müxtəlif bəhanələr gətirib onu aldadaraq qısa müddət ərzində pulunu qaytaracağını demişdir. Sonralar ona məlum olmuşdur ki, təxminən 01 iyul 2022-ci il tarixdə Sadiq, Rasimi aldadaraq sonuncuya əmrinin verildiyini, qısa müddət ərzində də xidməti vəsiqəsinin və maaş kartının veriləcəyini, onunla birlikdə işə çıxmalı olduğunu deyib həmin tarixdən etibarən də Rasimi özü ilə birlikdə guya işə aparmağa başlamışdır. Onlar dəfələrlə Sadiqdən pulu istədikdən və Orxan müxtəlif dövlət qurumlarına, eləcə də "xxxx" ASC-nin özünə şikayətlər etdikdən sonra nəhayət təxminən 2022-ci ilin avqust ayının ortalarında Sadiq onlara 2000 (iki min) manat pul qaytarmışdır. Ramiz də həmin pulun 1000 (bir min) manatını onun hesabına hesablamış, yəni Sadiq hazırda ona 2000 (iki min) manat pul verməlidir, ümumilikdə isə Sadiq etibarından istifadə edərək ona 3000 (üç min) manat dəyərində maddi ziyan vurmuşdur. Sadiq onu Sumqayıt sukanal idarəsinə işə düzəldəcəyi adı ilə Orxanı və onu aldadaraq ona məxsus 3000 (üç min) manat məbləğində pulu ələ keçirmişdir. Sadiqin, Zaurdan və ya başqa şəxsdən borc alıb-almamasını bilməmişdir. Lakin Sadiqin özü ilə görüşüb söhbət edən zaman sonuncu özü də Orxandan ona görə sonuncunun qaynatası Ramizin vasitəsi ilə vermiş olduğu 3000 (üç min) manat pulu işə düzəldəcəyi adı ilə aldığını demişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən onlara dəyən maddi ziyandan 5670 (beş min altı yüz yetmiş) manatını ödəmiş, 330 (üç yüz otuz) manatını isə yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Onlara dəymiş maddi ziyandan 5670 (beş min altı yüz yetmiş) manatı ödənilmiş, 330 (üç yüz otuz) manatını isə yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Ona görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərenerji ASC-nin Sumqayıt şəhər filialında növbətçi mühəndis işləyir. Şahid2 işlədiyi ASC-dən tanımış, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşəmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə Zaurun vasitəsi ilə tanımış, onunla da ədavət və ya düşmənçiliyi olmamışdır. Qaynı Şahid3 ilə söhbət zamanı sonuncu ondan onun üçün iş maraqlanmasını xahiş etmişdir. 2022-ci ilin təxminən fevral ayının axırlarında iş yoldaşı Zaurla söhbət edən zaman ona qaynı Rasimin iş axtardığını demişdir. Zaur isə ona "xxxx" ASC-nin Sumqayıt şəhər filialında işləyən Sadiq adlı tanışının olduğunu, sonuncudan iş barədə maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. O, da qaynatası Ramizlə danışıb Zaurla Rasimin işə düzəlməsi məsələsi üçün söhbət etdiyini demişdir. Təxminən 1-2 gün sonra Zaur ona Sadiqlə danışdığını və görüşüb söhbət etməli olduqlarını demişdir. O da Zaurla razılaşmış və təxminən 2022-ci ilin fevral ayının axırlarında Zaurla birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən "Simurq” restoranında Sadiqlə görüşmüşdür. Söhbət zamanı o, Sadiqə qaynı Rasimin işə düzəlmək istədiyini və bu məsələdə necə köməklik göstərə biləcəyini demişdir. Sadiq isə ona xidməti sənədini göstərib "xxxx" ASC-nin Sumqayıt filialında mühəndis vəzifəsində işlədiyini və qaynı Rasimi "xxxx" ASC-yə işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. Sadiqlə onu tanışı Zaur tanış etdiyindən və Sadiq ona xidməti vəsiqəsini göstərdiyindən sonuncuya inanmışdır. Söhbət zamanı Sadiq ona "xxxx" ASC-nin rəhbərliyi ilə danışdıqdan sonra məlumat verəcəyini bildirmişdir. Onlar bir neçə dəqiqə də orada oturub söhbət etdikdən sonra oradan çıxmışlar. O, qaynatası Ramizlə yenə də əlaqə saxlayıb Sadiqlə etdiyi söhbət barədə məlumat vermişdir. Ramiz isə ona qonşuları Zərərçəkmiş şəxs2 də işə düzəlmək istədiyini, sonuncu üçün də iş maraqlanmasını xahiş etmişdir. O da səhəri gün Zaurla əlaqə saxlayıb Sadiqlə danışmasını, mümkün olduğu halda Zərərçəkmiş şəxs2 də işə düzəltməkdə köməklik göstərməsini xahiş etmişdir. Zaur isə ona Sadiqlə danışıb məlumat verəcəyini demişdir. Sonradan da Zaur onunla əlaqə saxlayıb Sadiqlə danışdığını, sonuncunun ona Kamili də "xxxx" ASC-yə işə düzəldə biləcəyini demişdir. O da Kamilin də işə düzələ biləcəyi barədə qaynatasına məlumat vermişdir. Bir neçə gün sonra Zaur onunla əlaqə saxlayıb Sadiqlə görüşməyi demişdir. Təxminən 20-21 fevral 2022-ci il tarixdə o, qaynı Rasim və Zaurla birlikdə “Simurq” restoranında Sadiqlə görüşmüşlər. Orada o Rasimi, Zaur və Sadiqlə tanış etmişdir. Söhbət zamanı Sadiq onlara bildirmişdir ki, Rasimin və Kamilin işə düzəlmələri üçün müvafiq sənədlərin toplanmasına və bəzi dövlət rüsumlarına görə hər biri üçün 3000 (üç min), cəmi 6000 (altı min) manat pul verilməlidir. O da Sadiqə qaynatası Ramizlə danışdıqdan sonra məlumat verəcəyini demişdir. O, Rasimlə birlikdə oradan çıxıb qaynatasının evinə gəlmiş və Sadiqlə olan danışıqları barədə məlumat vermişdir. Qaynatası da Kamillə də danışıb pulu düzəltdikdən sonra ona məlumat verəcəyini bildirmişdir. Təxminən 25-26 fevral 2022-ci il tarixdə qaynatası ona Kamilin və özünün pulu düzəltdiklərini demiş və 6000 (altı min) manat pulu ona vermişdir. O da Zaurla əlaqə saxlayıb bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Zaur onunla əlaqə saxlayıb Sadiqlə ’"Simurq” restoranında görüşməli olduqlarını demişdir. Həmin gün təxminən saat 13:00 radələrində o və Zaur Sadiqlə "Simurq” restoranında görüşmüşlər. Söhbət zamanı Sadiq ona Rasim və Kamilin işlərini danışdığını, lakin onların işə düzəlmələri üçün əvvəlcə əmək kitabçalarının hazırlanmalı olduğunu və buna görə də, hər biri üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat pul verilməli olduğunu bildirmişdir. O da 500 (beş yüz) manat pulu Zaura vermişdir ki, Sadiqə versin, Zaur da 500 (beş yüz) manat pulu Sadiqə vermiş və sonuncu pulu alıb cibinə qoymuşdur. Sadiq ona bildirmişdir ki, işi düzəltmək üçün ona verəcəyi 6000 (altı min) manat pulu lazım olduqca ona deyib hisə-hissə alacaqdır. O da Sadiqlə razılaşmışdır. Təxminən 1-2 mart 2022-ci il tarixdə Zaur onunla yenədə əlaqə saxlayıb Sadiqlə görüşməli olduqlarını bildirmişdir. Həmin gün təxminən saat 13-14 radələrində o və Zaur Sadiqlə “Simurq” restoranının yaxınlığında yerləşən “Ləman” mebel salonunun qarşısında görüşmüşlər. Söhbət zamanı Sadiq ona Rasim və Kamilin işlərinin demək olar hazır olduğunu, bəzi sənədlərin düzəlməsi üçün isə daha 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. O da yenədə 2000 (iki min) manat pulu Zaura vermişdir ki, Sadiqə versin, Zaur da pulu ondan alıb Sadiqə vermiş və sonuncu pulu cibinə qoymuşdur. 07 mart 2022-ci il tarixdə Zaur yenədə onunla əlaqə saxlayıb Sadiqlə görüşməli olduqlarını bildirmişdir. Həmin gün təxminən saat 12:00 radələrində o və Zaur, Sadiqlə “Simurq” restoranında görüşmüşdür. Söhbət zamanı Sadiq ona demişdir ki, qalan 3500 (üç min beş yüz) manat pulu da ona versin, həmin pulu "xxxx" ASC-nin Sumqayıt Sukanal idarəsinin rəisi Xalid Quliyevə verəcəkdir. O, Sadiqdən həmin pulu Xalid müəllimə nə üçün verəcəyini soruşanda sonuncu ona bildirmişdir ki, Rasim və Kamilin Sumqayıt sukanal idarəsində işə düzəlmələri üçün digər dövlət rüsumlarının və sənədləşmə işlərinin aparılması üçün verəcəkdir. O, da Sadiqlə razılaşıb 3500 (üç min beş yüz) manat pulu Zaura verməsi üçün Sadiqə vermişdir. Zaur pulu Sadiqə verməzdən əvvəl sonuncuya demişdir ki, “gəl birlikdə gedək notariusa, pulu sənə notarial qaydada verim ki, Orxan da narahat olmasın”. Sadiq də Zaurla razılaşmış və onlar üçü birlikdə Sumqayıt Asan xidmətə getmişlər, orada Zaur onun vermiş olduğu 3500 (üç min beş yüz) manat pulu notarial qaydada borc müqaviləsi bağlayaraq Sadiqə vermişdir. Təxminən 2-3 gün sonra Zaur onunla yenədə əlaqə saxlayıb Sadiqlə görüşməli olduqlarını bildirmişdir. Onlar yenədə üçü birlikdə görüşmüşlər və söhbət zamanı Sadiq ona "xxxx" ASC-yə məxsus blanklar vermişdir ki, Rasim və Kamilin işə düzəlmələri üçün həmin blanklar doldurulmalıdır, eləcə də Sadiq ondan işə düzələnlər barədə bəzi sənədləri istəmişdir. O da Sadiqdən həmin blankları alıb yazmaları üçün Rasimə və Kamilə vermiş, eləcə də onlara Sadiqin istədiyi sənədlər barədə məlumat vermişdir. Onlar da blankları yazıb sənədləri topladıqdan sonra ona vermişlər, o da həmin sənədləri Sadiqə vermişdir. O, tez-tez Sadiqlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşdur. Sadiq isə hər dəfə ona işin yaxşı getdiyini, tezliklə Rasim və Kamilin işə düzələcəklərini demişdir. O, artıq müddətin uzandığını görüb Sadiqi sıxışdırmağa başlamışdır. Sadiq isə ona müxtəlif bəhanələr gətirməyə, bəzən bayram olduğu üçün, bəzən də bəzi işlər getdiyindən işin ləngidiyini demişdir. Təxminən 01 iyul 2022-ci il tarixdə Sadiq ona demişdir ki, artıq Rasimin işi düzəlmiş, əmri verilmişdir, qısa müddət ərzində də xidməti vəsiqəsi və maaş kartı veriləcəkdir, Rasim onunla birlikdə işə çıxmalıdır. O da bu barədə Rasimə məlumat vermiş və Rasim 01 iyul 2022-ci il tarixdən təxminən 21 iyul 2022-ci il tarixə kimi Sadiqlə birlikdə ərazidə işləməyə başlamışdır. Lakin həmin müddət ərzində Rasimin xidməti vəsiqəsi və maaş kartı düzəlməmişdir. O, Sadiqin onları aldatdığını düşünüb Rasimlə birlikdə 2022-ci ilin iyul ayının sonlarında Sumqayıt sukanal idarəsinin rəisi Xalidin qəbuluna getmişdir. Orada Sadiqlə aralarında olan söhbət barədə Xalidə məlumat vermişlər. Xalid isə onlara Rasimin işə düzəlməsindən məlumatının olmadığını, Rasim barədə ümumiyyətlə idarəyə müraciət olunmadığını və Sadiqin dələduz olduğunu, eşitdiyinə görə bir neçə nəfər şəxsi də eyni qaydada aldatdığını demişdir. Bundan sonra Sadiqin onları aldatdığına əmin olub sonuncudan vermiş olduğu pulları tələb etməyə başlamışdır. Sadiq isə yenədə müxtəlif bəhanələr gətirib pulu qaytaracağını, həmin pulun yarısını da Zaurun götürdüyünü demişdir. O, Zaurdan bu barədə maraqlananda isə sonuncu Sadiqin yalan dediyini, sonuncudan pul almadığını bildirmişdir. O, Sadiqin pulu qaytarmadığını görüb ondan müxtəlif dövlət qurumlarına şikayət etməyə başlamışdır. Sadiq ondan şikayət etdiyini biləndən sonra təxminən 2022-ci ilin avqust ayının ortalarında Zaurun vasitəsi ilə ona 2000 (iki min) manat pul qaytarmışdır. O, Sadiqin qalan 4000 (dörd min) manat pulu qaytarmadığı görüb bu barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs verdiyi 6000 (altı min) manat pulun 3000 (üç min) manatı qaynatası Ramizə, 3000 (üç min) manatı isə Kamilə məxsus olmuşdur. O, Sadiqə ümumilikdə 6000 (altı min) manat pulu qaynı Rasimi və onun tanışı Kamili Sumqayıt sukanal idarəsində işə düzəlməkdə köməklik göstərməsi üçün vermişdir. Sadiq həmin pulu ondan alan zaman pulun az bir qismini özünün yol xərclərinə, çox hissəsini isə sənədləşmə işlərinə xərcləyəcəyini demişdir. Belə ki, təxminən 25-26 fevral 2022-ci il tarixdə təxminən saat 13:00 radələrində o, tanışı Zaurla birlikdə Sadiqlə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən "Simurq" restoranında görüşərək 500 (beş yüz) manat pulu Zaura verməsi üçün Sadiqə vermişdir. Zaur da onun yanında 500 (beş yüz) manat pulu Sadiqə vermiş və sonuncu pulu alıb cibinə qoymuşdur. Bundan sonra təxminən 1-2 mart 2022-ci il tarixdə saat 13-14 radələrində o, yenədə Zaurla birlikdə Sadiqlə "Simurq” restoranının yaxınlığında yerləşən "Ləman” mebel salonunun qarşısında görüşmüş və yenədə 2000 manat pulu Zaura vermişdir ki, Sadiqə versin, Zaur da pulu ondan alıb Sadiqə vermiş və sonuncu pulu cibinə qoymuşdur. Sonuncu dəfə isə 07 mart 2022-ci il tarixdə yenədə Zaurla birlikdə Sadiqlə görüşmüşlər, 3500 (üç min beş yüz) manat pulu Zaura vermişdir ki, Sadiqə versin, Zaur pulu Sadiqə verməzdən əvvəl sonuncuya demişdir ki, "gəl birlikdə gedək notariusa, pulu sənə notarial qaydada verim ki, Orxan da narahat olmasın”. Sadiq də Zaurla razılaşmış və onlar üçü birlikdə Sumqayıt Asan xidmətə gedərək orada Zaur onun vermiş olduğu 3500 (üç min beş yüz) manat pulu notarial qaydada borc müqaviləsi bağlayaraq Sadiqə vermişdir. X5 tanış etdiyindən o, pulu Sadiqin yanında əvvəlcə Zaura vermişdir ki, o, özü Sadiqə versin. O, Sadiqlə ilk dəfə söhbət edəndə sonuncudan qaynı Rasimi və Kamili işə düzəltməkdə köməklik göstərməsini xahiş etmiş, Sadiq də ona hər biri üçün 3000 (üç mn) manat pul lazım olduğunu demişdir. Sonradan isə Sadiq qaynı Rasim və Kamil ilə də görüşmüş və onları tanımışdır. Zaur onun iş yoldaşı olduğundan və onunla yaxşı münasibəti olduğuna görə ona təmənnasız köməklik göstərəcəyini, yəni Rasim və Kamilin işə düzəlməsində köməklik göstərə biləcək adam tapacağını demişdir. O, həmin puldan Zaura verməmiş, Zaur iş düzəlməsi üçün ondan ümumiyyətlə heç bir məbləğdə pul istəməmişdir. Həmçinin o, özü də həmin puldan götürməmiş, qaynatası Ramizdən və Kamildən əlavə də pul istəməmişdir. Sadiq qaynı Rasimi və Kamili işə düzəltməkdə köməklik göstərməsi üçün ondan ümumilikdə 6000 (altı min) manat məbləğində pul almışdır. Həmin pulun 3500 (üç min beş yüz) manatını isə Zaur notarial qaydada borc müqaviləsi bağlayaraq Sadiqə vermişdir ki, sonradan aldığı pulu boynundan ata bilməsin. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Şahid1 isə iş yoldaşı kimi tanımış, onunla da həmişə yaxşı münasibəti olmuşdur. Təxminən 2022-ci ili fevral ayının sonlarında Orxanla söhbət zamanı sonuncu ona qaynı Rasim üçün iş axtardıqlarını deyib əgər məlumatı olarsa ona məlumat verməsini xahiş etmişdir. Bundan sonra o, da bir müddət Rasim üçün iş axtarmağa başlamışdır. Həmin ərəfədə o, küçədə Sadiqlə rastlaşmışdır. Söhbət zamanı o, Rasim barədə Sadiqə danışıb iş olduğu halda ona məlumat verməsini xahiş etmişdir. Sadiq isə işlədiyi "xxxx" ASC-də tanışlarının olduğunu, Rasimi həmin yerdə nəzarətçi kimi işə düzəldə biləcəyini söyləyərək ayda 600 (altı yüz) manata yaxın maaş alacağını demişdir. O da bu barədə Orxana məlumat vermişdir. Təxminən 2022-ci ilin fevral ayının axırlarında onlar razılaşıb “Simurq” restoranın yanında Orxan, o və Sadiq görüşmüşlər. Söhbət zamanı Orxan Sadiqə qaynı Rasimin işə düzəlmək istədiyini və bu məsələdə necə köməklik göstərə biləcəyini demişdir. Sadiq isə Orxana xidməti sənədini göstərib "xxxx" ASC-nin Sumqayıt filialında mühəndis vəzifəsində işlədiyini, özünün ASC-də yaxşı tanışlarının olduğunu və Rasimi "xxxx" ASC-yə işə düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. Sonra isə Sadiq "xxxx" ASC-nin rəhbərliyi ilə danışdıqdan sonra onlara məlumat verəcəyini bildirmişdir. Onlar bir neçə dəqiqə də orada oturub söhbət etdikdən sonra oradan çıxmışlar. Sonradan Orxan onunla əlaqə saxlayıb Sadiqlə danışmasını, mümkün olduğu halda Zərərçəkmiş şəxs2 də işə düzəltməkdə köməklik göstərməsini xahiş etməsini istəmişdir. O, Sadiqlə danışıb bu barədə məlumat verəndə sonuncu Kamili də işə düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Sadiq onunla əlaqə saxlayıb Orxanla birlikdə görüşməyi istəmiş və təxminən 21 fevral 2022-ci il tarixdə o, Orxanla birlikdə “Simurq” restoranında Sadiqlə görüşmüşdür. Söhbət zamanı Sadiq onlara bildirmişdir ki, Rasimin və Kamilin işə düzəlmələri üçün müvafiq sənədlərin toplanmasına və bəzi dövlət rüsumlarına görə hər biri üçün 3000 (üç min), cəmi 6000 (altı min) manat pul lazımdır. Orxan isə bu barədə qaynatası ilə danışdıqdan sonra məlumat verəcəyini demişdir. Təxminən 26 fevral 2022-ci il tarixdə Orxan onunla əlaqə saxlayıb pulu düzəltdiklərini demiş və bu barədə Sadiqə məlumat verməsini xahiş etmişdir. O, da Sadiqlə danışıb pulu düzəltdiklərini deyəndən sonra onlar yenədə üçü ‘‘Simurq” restoranında görüşmüşlər. Söhbət zamanı Sadiq onlara Rasim və Kamilin işlərini danışdığını, lakin onların işə düzəlmələri üçün əvvəlcə əmək kitabçalarının hazırlanmalı olduğunu və buna görə də hər biri üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat pul verilməli olduğunu bildirmişdir. Orxan da 500 (beş yüz) manat pulu sayıb ona vermişdir ki, “Sadiqi sən tanıyırsan, ona görə də pulu ona sən ver". O da pulu sayıb Orxanın yanında Sadiqə vermiş, sonuncu da pulu alıb cibinə qoymuşdur. Sonra isə Sadiq bildirmişdir ki, bir ay ərzində Rasim və Kamilin işlərini düzəldəcək və onların işləmələri barədə əmr gələcəkdir. Sonra isə Sadiq bildirmişdir ki, işi düzəltmək üçün Orxanın ona verəcəyi 6000 (altı min) manat pulu lazım olduqca məlumat verib hisə-hissə alacaqdır. Təxminən 02 mart 2022-ci il tarixdə Sadiq onunla yenədə əlaqə saxlayıb sonuncu ilə görüşməyi demiş, o da bu barədə Orxana məlumat vermiş və onlar həmin gün təxminən saat 14:00 radələrində Sadiqlə “Simurq” restoranında görüşmüşlər. Onlar Orxanın avtomobilinə oturmuşlar və söhbət zamanı Sadiq onlara Rasim və Kamilin işlərinin demək olar hazır olduğunu, bəzi sənədlərin düzəlməsi üçün isə daha 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Orxan da 2000 (iki min) manat pulu yenədə ona vermişdir ki, Sadiqə versin, o da Orxandan pulu alıb sonuncunun yanında Sadiqə vermiş və sonuncu da pulu ondan alaraq cibinə qoymuşdur. 07 mart 2022-ci il tarixdə Sadiq yenədə onunla əlaqə saxlayıb görüşməli olduqlarını bildirmişdir. Həmin gün təxminən saat 12:00 radələrində o və Orxan Sadiqlə "Simurq" restoranında görüşmüşlər. Söhbət zamanı Sadiq onlara demişdir ki, qalan 3500 (üç min beş yüz) manat pulu da ona versinlər, həmin pulu "xxxx" ASC-nin Sumqayıt Sukanal idarəsinin rəisi Xalid Quliyevə verəcəkdir. Onlar Sadiqdən həmin pulu Xalid müəllimə nə üçün verəcəyini soruşanda sonuncu bildirmişdir ki, Rasim və Kamilin Sumqayıt sukanal idarəsində işə düzəlmələri üçün müvafiq sənədləşmə işlərinə görə həmin pul Xalid müəllimə çatmalıdır. O, hələ işin düzəlmədiyi halda Sadiqin tez-tez pul istədiyini görüb pulu Sadiqə verməzdən əvvəl sonuncuya na demişdir ki, birlikdə notariusa getsinlə və həmin pulu notarial qaydada versin ki, Orxan da narahat olmasın. Sadiq də onunla razılaşmış və onlar birlikdə Sumqayıt Asan xidmətə getmişlər, orada o, Orxanın verdiyi 3500 (üç min beş yüz) manat pulu notarial qaydada borc müqaviləsi bağlayaraq Sadiqə vermişdir. Təxminən 2-3 gün sonra o və Orxan Sadiqlə görüşmüşlər və söhbət zamanı Sadiq onlara "xxxx" ASC-yə məxsus blanklar vermişdir ki, Rasim və Kamilin işə düzəlmələri üçün həmin blanklar doldurulmalıdır, eləcə də Sadiq Orxandan işə düzələnlər barədə bəzi sənədləri istəmişdir. Orxan da həmin sənədləri Sadiqə vermişdir. Bundan sonra müəyyən vaxt keçməsinə baxmayaraq Sadiqin vədinə əməl etmədiyini görüb tez-tez sonuncudan iş barədə maraqlanmağa başlamışlar. Sadiq isə hər dəfə müxtəlif bəhanələr gətirib tezliklə işin düzələcəyini demişdir. Təxminən 01 iyul 2022-ci il tarixdə Sadiq onlara demişdir ki, artıq Rasimin işi düzəlib, əmri verilmişdir, qısa müddət ərzində də xidməti vəsiqəsi və maaş kartı veriləcəkdir, Rasim onunla birlikdə işə çıxmalıdır. Bundan sonra 01 iyul 2022-ci il tarixdən təxminən 21 iyul 2022-ci il tarixə kimi Rasim Sadiqlə birlikdə ərazidə işləməyə başlamışdır. Lakin həmin müddət ərzində Rasimin xidməti vəsiqəsi və maaş kartı düzəlməmişdir. Bir müddət sonra yenə Rasimin maaşından xəbər çıxmadığını görüb, Sadiqin işlədiyi idarənin onlara növbəti qurban olduqlarını söyləmişlər və Sadiqin dəfələrlə bü cür edərərk müxtəlif şəxslərə pul atdığını demişlər. Bundan sonra Sadiqin yanına gedərərk ondan pulu istməyə başlamışlar və sonuncunun barəsində müxtəlif qurumlara şikayət etdiklərini bildirmişlər. Sadiq onlara həmin puldan 1000 (bir min) manat pulu Sumqayıt şəhəri, Goradil ərazsİndə ona qaytarmış və daha sonra Sadiqin oğlu da 1000 (bir min) manat gətirib ona vermişdir. Qalan 4000 (dörd min) manat pulu da ona tez bir zamanda qaytaracağını söz versə də, indiydədək həmin pulu qaytarmamışdır. Sadiq onları aldadaraq ilk vaxtlar işlədiyi yerə aldanaraq sonuncuya 2500 (iki min beş yüz) manat pulu sənədsiz vermişlər, sonradan isə Sadiqin tez-tez pul istədiyini görüb 3500 (üç min beş yüz) manat pulu natarial qaydada vermişdir. Orxanla uzun müddətdir bir idarədə işləmişlər və yaxşı münasibətləri vardır. O, Sadiqi tanıdığına görə bütün işlərdə onun iştirak etməsini Orxan istəmişdir. O, Sadiqə pulu verən zaman Orxan yanında olmuşdur. Beləki, Orxan əvvəlcə pulu ona vermişdir ki, o da Sadiqə versin, o da Orxanın yannda pulu Sadiqə vermişdir. Sadiq Orxnadan qaynını və Kamili "xxxx" ASC-də işə düzəltmək adı altında ümumilikdə 6000 (altı min) manat pul almış və 2000 (iki min) manat qaytararaq 4000 (dörd min) manat pul isə qaytarmamışdır. O, Sadiqə hissə-hissə 2500 (iki min beş yüz) manat pulu Orxanın yanında şəxsən Sadiqin özünə vermişdir. 3500 (üç min beş yüz) manat pulu Sadiqə notarial qaydada verən zaman isə sonuncu ondan həmin pulu borc kimi istəməmişdir, əvvəlcədən razılaşdıqları kimi Rasim və Kamili işə düzəltməkdə köməklik göstərməsi üçün istəmişdir. O, həmin puldan Sadiqdən və ya Orxandan istəməmiş, Sadiqlə bu barədə də hər hansı razılaşmaları olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başq yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında kredit müaviləsi bağlanaraq 3500 (üç min beş yüz) manat məbləğində pulu Şahid2 Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə xx.xx.2022-ci il tarixdə həmin pulu borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 07/01-2/1/18156 saylı məktubdan görünür ki, "xxxx" ASC-nin "Sumqayıt Sukanal” idarəsinin abonentlərlə iş şöbəsinin Ödənişin təşkili qrupunda xx.xx.2019-cu il tarixindən mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs hər hansı bir şəxsi işə qəbul və ya işdən azad etmək səlahiyyəti yoxdur. Şahid3 və Zərərçəkmiş şəxs2 işə qəbulla bağlı "xxxx" ASC-yə və ya ’’Sumqayıt Sukanal” idarəsinə rəsmi müraciət etməmişlər. İş materiallarında olan 01 (bir) ədəd kompakt diskdə olan "Elektron məlumat daşıyıcısına” baxış keçirildi və müəyyən olundu ki, ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adma sənədləşdirildiyi müəyyən olunmuşdur. Bundan başqa "X1 **********3941 ********* NAR 4” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin Şahid1. ***-***-**-** saylı mobil nömrənin Şahid2. ***-***-**-** saylı mobil nömrənin Zərərçəkmiş şəxs1 və ***-***-**-** sayh mobil nömrənin X2 adma sənədləşdirildiyi müəyyən olunmuşdur. Baxış zamanı anten məlumatlarında əsasən Təqsirləndirilən şəxs 21 fevral 2022-cİ il tarixdə, 02 mart 2022-ci il tarixdə, 07 mart 2022-ci il tarixdə və 2022-ci ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində olması, eləcədə sonuncunun Şahid1. Şahid2, Zərərçəkmiş şəxs1 və Ramil Novruzovla aralarında telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 308.1 və 32.4,312-ci maddələrinin, Xaliq Quliyevin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinin, Şahid1 əməlində 32.4,312-ci maddəsinin, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin əlamətlərinin olmadığından onların barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadələrini dinləyərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o həmin maddə üzrə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2ı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar