Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-624/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 34-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 0,633 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 18 iyun 2021-ci il tarixdə, saat 14:30-da Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 2-ci PB-nə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd sellofan bükümdə və 07 ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,0N qram, 0,047 qram, 0,044 qram, 0,052 qram, 0,052 qram, 0,067 qram, 0,096 qram, 0,294 qram, ümumilikdə çəkisi 0,63 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər də CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur və hal-hazırda məhkumluğu ödənilməmişdir. Uzun müddətdir ki, narkotik vasitə qəbul edir. Polis əməkdaşları 18.06.2021-ci il tarixdə, saat 14:30 radələrində, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadığı evdən onu Polis Bölməsinə apararaq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və başqa şəxslərə satılmasında şübhəli olduğunu bildirmişlər. Polis bölməsində, xidməti otaqların birində video çəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı üzərindən ümumilikdə 8 büküm narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi çıxmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə bükümləri elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Amma əslində onun üzərində 04 büküm heroin olmuş, tərəzi olmamışdır. Tərəzini və digər 04 bükümü Polis Bölməsinə aparılarkən polislər üzərinə qoymuşlar. Ona qarşı zor tətbiq edilməsə də, təsirə və təzyiqə məruz qalmasa da qorxmuş və üzərindən çıxan bütün bükümlərin və tərəzinin ona aid olmasını bildirmişdir. Qorxmuşdur ki, etiraz etsə daha çox narkotik vasitə ilə yüklənəcəkdir və maddəsi daha ağır olacaqdır. O narkotik vasitə istifadəçisidir, 04 bükümü özü istifadə etmək üçün Bakı şəhəri, 20 yanvar küçəsi ərazisində, tanımadığı şəxsdən almışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda narkotok vasitə saxladığına görə peşmandır, ailə vəziyyəti ağırdır, səhhətində problemlər var. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif etməyi və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis polkovnik-leytenantıdır. 18.06.2021-ci il tarixində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 34-də qeydiyyatda olan və yaşayan, məhkumluğu ödənilməmiş, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2, kiçik inspektor, polis baş serjantı Şahid3, Sumqayıt ŞPi-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədovdan, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt 1 saylı Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişlər. Saat 14:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisinə gəlmişlər və orada olan zaman inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar 14:30-da Təqsirləndirilən şəxs görmüşlər, onu saxlamışlar və özlərini təqdim etdikdən sonra sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Sonuncu şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə, gəzdirmək və satmaqda şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan boz rəngli şalvarın sol yan cibindəki 01 ədəd elektron tərəzini, 01 ədəd polietilen sellofana bükülmüş bükülünü, 07 ədəd siqaqret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulmuşdur, sonuncu şəxs ümumilkdə 08 ədəd bükümlərinin içərisində “kakos” yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, həmin narkotik vasitəni saxlanılmamışdan 02 gün əvvəl Bakı şəhəri, 20 yanvar küçəsində tanımadığı şəxsdən 50 (əlli) manat ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmişdir, bükümlərin çəkisinin ayrı ayrılıqda 0,62 qram, 0,12 qram, 0,46 qram, 0,10 qram, 0,N qram, 0,12 qram, 0,N qram, 0,13 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdikləri ilə bağlı bildirir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində, yaşadığı evin yaxınlığında saxlanılmışdır, ona heç bir təzyiq, təsir edilməmişdir, zor tətbiq olunmamışdır. Onun üzərinə axtarış keçirilməsində vəkil də iştirak etmiş, Təqsirləndirilən şəxs heç bir şikayəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 də istintaqa verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid Şahid1 göstərdiyi xüsusatları təstiq etmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində tutulmuşdur.(i.v 18) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-288/2021 saylı, 20.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 69-70) İş materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, qəbul etməsi, alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ 2-ci PB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 tərəfindən 18.06.2021-ci il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində saxlanılmış Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ 2-ci PBnin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis mayoru X4 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 18.06.2021-ci il tarixdə saat 15:13-dən saat 15:23-dək Sumqayıt ŞPİ 2-ci PB-nin ximəti otaqlarının birinə videoçəkilişlər şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ 2-ci PB-nin xidməti otaqlarının birində 18.06.2021-ci il tarixdə saat 15:13-də KTB-nin inspektoru X4 tərəfindən rəqəmsal tipli panasonik markalı video kamera işə salınmışdır. Sumqayıt ŞPİ 2ci PB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 tərəfindən blməyə gətirilmiş şəxsə özlərini təqdim edərək onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində, digər şəxslərə verilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyi, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin şəxsi saxlayan polis əməkdaşları özlərini təqdim etdikdən sonra ondan özünü təqdim etməsi xahiş olunmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim edilərək onun hüquqlarını müdafiə edəcəyi bildirilmiş, hüquq və vəzifələri barədə bildiriş ona təqdim olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi xahiş edildikdə Təqsirləndirilən şəxs özü əynindəki açıq boz rəngli şalvarın sol yan cibindəki, 1 ədəd kiçik elektron tərəzini və 1 bükümü polietilen sellofana bükülmüş, 7 bükümü siqaret kağızına bükülmüş, ümumilikdə 8 büküm kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra isə əynindəki şalvarın sağ yan cibindəki kağıza bükülmüş siqaretləri, 1 ədəd dəsmalı, 1 ədəd təsbehi və 4 manat pulu çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 1 bükümü polietilen sellofana bükülmüş, 7 bükümü siqaret kağızına bükülmüş, ümumilikdə 8 büküm kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin 8 büküm kütlənin narkotik vasitə “Kakos” yəni heroin olduğunu, həmin narkotik vasitə bükümlərini öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə bükümlərinin çəkisini və dəqiq miqdarını bilmək üçün üzərindən aşkar edilmiş kiçik elektron tərəzidən istifadə etdiyini, başqa şəxslərə narkotik maddə satmadığını bildirmişdir. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədli baxış keçirilmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar edilməmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 bükümü polietilen sellofana bükülmüş, 7 bükümü siqaret kağızına bükülmüş, ümumilikdə 8 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə sarı rəngli siqaret kağızına bükülmüş, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər 1 büküm kütlənin çəkisi 0,62 qram, qırmızı rəngli siqaret kağızına bükülmüş, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər 1 büküm kütlənin çəkisi 0,12 qram, polietilen sellofana bükülmüş, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bnzər 1 büküm kütlənin çəkisi 0,46 qram, qara rəngli siqaret kağızlarına bükülmüş, tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər 5 büküm kütlənin ayrı-ayrılıqda çəkilərinin 0,10; 0,N; 0,12; 0,N; 0,13 qram olması müəyyən olunaraq video çəkilişlə çəkilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər kütlələri 2 gün əvvəl Bakı şəhəri, 20 Yanvar küçəsində tanımadığı şəxsdən 50 manat ödəyərək öz istifadəsi üçün aldığını, həmin bükümlərin 4 bükümü hissələrə bölünmüş halda olduğunu, digər 4 bükümün isə 1 büküm halında olduğunu və həmin 1 bükümü özü hissələrə bölərək 4 büküm etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 8 büküm tünd qhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər kütlələrin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün DİNnin 126 saylı möhürü ilə möhürlənmiş kanvertə qoyularaq qablaşdırlımışdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X3 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı bir təzyiq və ya zorakılıqla qarşılaşıbqarşılaşmadığını soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya zorakılıqla qarşılaşmadığını, polisə qarşı şikayət və tələbi olmadığını, üzərindən aşkar edilərək götürülmüş 8 büküm tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddəyə bənzər kütlələrin onun özünə məxsus olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağıza bükülmüş siqaretləri, 1 ədəd dəsmalı, 1 ədəd təsbehi və 4 manat pulu onun özünə qaytarılmış və video çəkiliş dayandırılmışdır.(i.v 25-26) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 14.07.2021-ci il tarixli protokoldan və 01 ədəd diskdən Təqsirləndirilən şəxs 8 büküm, spesifik iyə malik, narkotik maddəyə bənzər kütlə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması, 18.06.2021-ci il tarixdə, saat 14:30 radələrində saxlanılarkən həmin narkotik vasitənin və bir ədəd tərəzinin üzərindən götürülməsi, Təqsirləndirilən şəxs 08 büküm narkotik vasitənin və tərəzinin ona aid olmasını, ancaq narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bildirməsi öz təsdiqini tapır.(i.v 95-97) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19.06.2021-ci il tarixli, 6/2489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...... yazısı olan zərfdəki 8(səkkiz) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,0Nqr, 0,047qr, 0,044qr, 0,052qr, 0,052qr, 0,067qr, 0,096qr, 0,294qr, ümumi təmiz çəkisi 0,633qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisindədövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Məhkəmə-kimyəvi ekspertizasının 19.06.2021-ci il tarixli, 6/2489 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir.(i.v 36-42) İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,633 qram narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 0,583 qram hissəsi və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v 81-82) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 30.06.2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin hərbi tribunalının N.10.1988-ci il tarixli hökmü ilə CM-nin 260-cı maddəsinin “V” bəndi, 1545-ci maddənin 2ci hissəsinin 2-ci bəndi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.12.1992-ci il tarixli hökmü ilə 17,15,94-cü maddələrin 1,7-ci bəndi, 145-ci maddənin 2-ci hissəi, 1, 2, 5, 6-cı bəndləri, 185-ci maddənin 1-ci hissəsi, 215, 38, 39-cu maddələri ilə təqsirli bilinərək 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.07.1992-ci il tarixli amnistiya qərarına əsasən cəzası 1/3 qədər azaldılıb, 23.12.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisin 10.12.1999-cu il tarixli amnistiya qərarının 1.5-ci maddəsinə əsasən azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 23.10.2001-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-nin 221.2.2ci maddəsi ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.05.2005-ci ildə Qaradağ rayon Məhkəməsinin 20.05.2005-ci il tarixli qərarı ilə 01 il 02 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 21.08.2007-ci il tarixli hökmü ilə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20.N.2007-ci il tarixli Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 234.1-ci maddəsinə əsasən 03 il azadlıqdan məhrmetmə cəzası təyin edilmiş, 15.05.2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 08.06.20N-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, 234.1, 66.3-cü maddələri il 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.03.2015-ci ildə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 18.03.2015-ci il tarixli qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad olunub, 30.05.2015-ci ildə cəzasını çəkib qurtarmışdır, Sumqayıt şəhər Məhkəməsinin 04.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkmiş, Sumqayıt şəhər Məhkəməsinin 15.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.06.2020-ci ildı Xəzər rayon Məhkəməsinin qərarı ilə 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur, Sumqayıt şəhər Probarsiya şöbəsinin 14.07.2020-ci il tarixli 1944 saylı arayışına əsasən cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən məhkumluğunun ödənilmədiyi, həmin məcəllənin 18.1-ci maddəsinə əsasən isə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması müəyyən edilmişdir.(i.v 84-93) İş materiallarında olan 23.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilri və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v N1) Məhkəmə-narkoloji ekspertizasının 05.08.2021-ci il tarixli, 2685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v N2-N3) İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Pİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.(i.v 95-97) İş materiallarında olan məlumatlara əsasən 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2007-ci ilin fevral ayından Sumqayıt şəhər Narkoloji Dispanserində “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 20N-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.N-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 20N-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə və 07 ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,0N qram, 0,047 qram, 0,044 qram, 0,052 qram, 0,052 qram, 0,067 qram, 0,096 qram, 0,294 qram, ümumilikdə çəkisi 0,63 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitənin 04 bükümü ona aiddir, onları öz istifadəsi üçün almışdır, narkotik vasitənin 04 bükümü və tərəzi ona aid deyildir, polis əməkdaşları onun üzərinə qoymuşlar. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin hallarına uyğun gəlmir və inandırıcı deyildir. Məhkəmə həmin halları və Təqsirləndirilən şəxs yaşadığı evdən tutulması barədə və başqa göstərdiklərini araşdırdı. Təqsirləndirilən şəxs həmin xüsusatlarla bağlı hər hansı araşdırılmalı hala istinad etmir, yalnız onun sözünə inanılmasını istəyir. Onun göstərdikləri isə hər hansı sübutla və ya işin halları ilə təsdiq edilmir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, vərəm xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 18.06.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi N4 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,583 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs N4 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,583 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-624/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-624/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver