Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-624/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 47,343 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, 7 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 47,343 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, 7 saylı binanın qarşısında olan zaman 02 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitə saxlamaqda, istifadə etməkdə və gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 3-cü PB-nə getmişdir. PB-də olarkən üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Allahverdiyev özünü təqdim etdikdən sonra onu saxlayan polis əməkdaşları və o özlərini təqdim etmişlər. Ona saxlanılmağının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində qanunla qadağan olunmuş əşya, predmet, hər hansı bir maddə varsa təqdim etməsi təklif edildikdə üzərində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd büküm çıxararaq təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində üzdən tanıdığı “yetim” adlandırılan şəxsdən ağrıları olduğuna görə öz istifadəsi üçün 50 (əlli) manata aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi maddə kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O, saxlanılarkən, 3-cü PB-nə aparılarkən və 3-cü PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, qeyd edilən tiryəki üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 7 ünvanının qarşısında onun və 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona polis əməkdaşları olduqlarını bildirməklə saxlanılmasının səbəbini izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə 3-cü PB-nə getmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Allahverdiyev özünü təqdim etdikdən sonra o, əməliyyat müvəkkili Şahid2 və saxlanılan şəxs Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib üzərində qanunla qadağan olunmuş əşya, predmet və ya hər hansı bir maddə varsa təqdim etməyi təklif edildikdə üzərində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində üzdən tanıdığı “yetim” adlandırılan şəxsdən ağrıları olduğuna görə öz istifadəsi üçün 50 (əlli) manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryəkin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Allahverdiyev özünü təqdim edir. Daha sonra videoçəkilişdə iştirak edən polis əməkdaşları və saxlanılan şəxs Təqsirləndirilən şəxs özlərini təqdim edir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində qanunla qadağan olunmuş əşya, predmet hər hansı bir maddə varsa təqdim etməyi təklif edildikdə üzərində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd büküm çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, gödəkçəsinin sol yan cibindən qəpik pullar aşkar edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində üzdən tanıdığı “yetim” adlandırılan şəxsdən ağrıları olduğuna görə öz istifadəsi üçün 50 (əlli) manata aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin 47,37 qram olması müəyyən olunur. Aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2945 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 47,343 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 47,343 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 47,293 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 2875 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 47,343 qram narkotik vasitə tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 47,293 qram tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 47,343 qram narkotik vasitə tiryəkdən tədqiqatdan sonra qalıq qalmış 47,293 qram tiryək məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 81,0 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 47,293 qram tiryək məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,0 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-624/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-624/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver