Məhkəmə qərarları › İş №1(060)-624/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-624/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-624/2023 11.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ ağız bucağı nahiyənin selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol gicgah nahiyənin qançırı, sağ qulaqarxası nahiyənin və sağ saidin sıyrıqları xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs 5 ildir ki, tanıyır. Onunla indiyə kimi aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs məxsus evdə 5 ildir ki, kirayədə qalır. Təxminən 3-4 gün bundan öncə evdə olan soyuducunun xarab olduğunu bildirib onun təmir edilməsi üçün Zərərçəkmiş şəxs kömək etməsini istəmiş, sonuncu ona qısa müddətdə usta çağırıb soyuducunu düzəltdirəcəyinə dair söz vermişdir. Zərərçəkmiş şəxs 3-4 gün keçməsinə baxmayaraq soyuducunu düzəltdirməmiş, o bu barədə Vüqara öz narazılığını bildirmişdir. Buna görə aralarındaki narazılığa görə Zərərçəkmiş şəxs ondan kirayə qaldığı evdən çıxmağını tələb etmiş, sonuncuya evdən çıxmayacağını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, bir birilə çəkişmişlər. Belə ki göstərilən tarixdə yaranan mübahisə zamanı, əsəbiləşərək Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla vurmuşdur. Etdiyi əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs 5 ildir ki, tanıyır. Onunla indiyə kimi aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. 5 ildir ki, yaşadığı evin həyətində olan 1 otaqlı evi Təqsirləndirilən şəxs kirayə vermişdir. O, həmin evdə tək yaşayır. Təxminən 3-4 gündür ki, Təqsirləndirilən şəxs ona evdə olan özlərinə məxsus soyuducunun xarab olduğunu bildirmiş, Dünyamalıyevə usta ilə danışıb qısa müddət ərzində soyuducunu təmir etdirəcəyinə söz vermişdir. Lakin vəziyyət elə alınmışdır ki, usta tapa bilməmişdir. Dünyamalıyev bu səbəbdən onunla kobud rəftar etməyə başlamışdır. Əsəbiləşib ondan evdən çıxmasını tələb etmiş, lakin Elman evdən çıxmayacağını bildirmişdir. Elmanın evdən çıxarılması üçün dostu Şahid2 ilə birgə ərizə yazmaq üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-ə getmiş, daha sonra ərizə yazıb evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində dostu Şahid2lə birgə yaşadığı evin darvazasının qarşısına çatan zaman Təqsirləndirilən şəxs qarşısına çıxmış, sərxoş halda Şahid2 ünvanına nalayiq ifadə səsləndirmişdir. Daha sonra onun üzərinə hücum çəkmiş, aralarında münaqişə baş vermişdir. Dünyamalıyev yumruq zərbəsi ilə onun sifətinə zərbə endirmiş, öz növbəsində Elmanın cavabını qaytarmışdır. Şahid2 və evdən çıxan anası Şahid1 onları aralamağa çalışmışlar. Dünyamalıyevin onu döyməsi ilə bağlı şikayət etmək üçün yenidən Sumqayıt ŞPİnin 4-cü PB-ə gəlmişdir. Təqsirləndirilən şəxs onu döyən zaman dostu Elçin və anası Şahid1 yanında olmuş, onları aralaşdırmışdır. Dünyamalıyev onun sifət nahiyəsinə 1 dəfə yumruq zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Elmanla arasındakı münaqişə təxminən 1 dəqiqə davam etmiş, hadisə yaşadığı evin qarşısında baş vermiş, hadisə zamanı səs-küy yaranmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs 5 ildir ki tanımış, onunla indiyə kimi aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 5 ildir ki, yaşadığı evin həyətində olan 1 otaqlı evi kirayə vermişdir. O, həmin evdə tək yaşayır. Təxminən 3-4 gündür Dünyamalıyev övladı Zərərçəkmiş şəxs evdə olan onlara məxsus soyuducunun xarab olduğunu bildirmiş, oğlu Təqsirləndirilən şəxs usta ilə danışıb qısa müddət ərzində soyuducunu təmir etdirəcəyini demişdir. Lakin vəziyyət elə gətirmişdir ki, oğlu usta tapa bilməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxsla kobud rəftar etməyə başlamışdir. Bu səbəbdən oğlu Dünyamalıyev onlara məxsus mənzildən çıxmasını tələb etmişdir. Lakin o, evdən çıxmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs dostu Şahid2lə birgə ərizə yazmaq üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-ə getmiş və ərizə yazmışdır. xx.xx.2023cü il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı evdə olan zaman həyətdən səs gəldiyini eşitmiş, çölə çıxan zaman Təqsirləndirilən şəxs Vüqarı döydüyünü görmüşdür. Bu zaman Şahid2 onları aralamışdır. Özü də müdaxilə edib onları aralaşdırmağa çalışmışdır. Münaqişə təxminən 1 dəqiqə davam etmiş, hadisə yaşadığı evin qarşısında baş vermiş, hadisə zamanı səs-küy yaranmamış, oraya ətrafdan kənar şəxslər gəlməmişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanımışdır. Belə ki, onunla tələbə yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vüqar ona zəng edərək vaxtı olanda görüşmək istədiyini bildirmiş, axşam tərəfi ona zəng edərək boş olduğunu demişdir. Belə ki , o həmin gün Vüqarın yaşadığı ünvana getmiş, evə çatan zaman Fərəcovun halının yerində olmadığını görüb nə olduğunu soruşmuş, Vüqar ona evində kirayə yaşayan Təqsirləndirilən şəxs onunla acı danışdığını bildirib sonuncunu evdən çıxarmaq üçün 102 xidməti-zəng mərkəzinə zəng vuraraq məlumat verdiyini, hal-hazırda Sumqayıt ŞPİ-nin 4cü PB-ə gedib ərizə yazmaq istədiyini bildirmişdir. Onunla birgə özünə məxsus "Opel Astra" markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə getmiş və Fərəcov bölmədə evində kirayə yaşayan Təqsirləndirilən şəxs evdən çıxarılması üçün ərizə yazmışdır. Zərərçəkmiş şəxs ərizə yazıb qurtardıqdan sonra onu evinə aparmış, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində Vüqarın evinin qarşısına çatan zaman Elman darvazadan çölə çıxmış, ona yaxınlaşıb təhqir edici ifadə işlətmişdir. Avtomobilin qapısını açıb düşmək istəyən zaman Zərərçəkmiş şəxs buna imkan verməmiş, daha sonra avtomobildən düşən Vüqarla Elman arasında münaqişə baş vermişdir. Münaqişə zamanı Dünyamalıyev Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə zərbə endirmişdir. Dərhal onları aralaşdırmaq üçün avtomobildən düşmüş, bu zaman Vüqarın anası Şahid1 da evdən çölə çıxmışdır. Birlikdə onları aralaşdırmışlar. Münaqişə təxminən 1 dəqiqə davam etmiş, hadisə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısnda baş vermiş, hadisə zamanı səs-küy yaranmamış, oraya ətrafdan kənar şəxslər gəlməmişdir. Elmanın onu təhqir etməsi ilə bağlı sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 879 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ ağız bucağı nahiyyənin selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol gicgah nahiyyənin qançırı, sağ qulaqarxası nahiyyənin və sağ saidin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə tarixdə əmələ gələ bilərdi r və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, xəsarətlərin vət. Zərərçəkmiş şəxs nun özü-öznə yetiməsi az inandırıcıdır (i.v. 47-49). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 62-63). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 61). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar