Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-625/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-270/2020 saylı, xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-594/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 01 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtındab əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3an, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə, 11/1 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Birju Room” bijuteriya mağazasının girişindəki plastik materialdan olan qapını qabaqcadan üzərində gəzdirdiyi vintaçanla sıxıb açmaq yolu ilə içəri qanunsuz daxil olaraq masanın siyirməsində olan qara qutudan 400 (dörd yüz) manat pulu, masanın üzərində olan qırmızı rəngli ürəkşəkilli qutudan 30 (otuz) manat pulu, vitrində dəyəri 10 (on) manat olan 01 (bir) ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatını, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatını, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd gümüşü rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS:2923 sözləri olan elektron qol saatını, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qara rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS:2923 sözləri olan elektron qol saatını və dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus, arxasında made in P R C , K6934 sözləri olan qol saatını, ümumi dəyəri 40 (qırx) manat olan 02 (iki) ədəd gümüşü və 02 (iki) ədəd qızılı rəngli qadın bujiteriya üzüklərini gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 520 (beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 05 aprel 2022-ci il tarixdə saat 22:50 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə, 11/1 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Birju Room” bijuteriya mağazasının yaxınlığında qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə tanıdığı Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə, 11/1 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Birju Room” bijuteriya mağazasından oğurladığı dəyəri 10 (on) manat olan 01 (bir) ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatından, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatından, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd gümüşü rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS:2923 sözləri olan elektron qol saatından, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qara rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS:2923 sözləri olan elektron qol saatından və dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus arxasında made in P R C K6934 sözləri olan qol saatından dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatını özündə saxlamaqla digər 02 (iki) ədəd qol saatını yəni, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatını və dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus arxasında made in P R C, K6934 sözləri olan qol saatını Şahid2 15 (on beş) manata sataraq özü qazanc əldə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 1 saylı ÇÇMdən çəzasını çəkib bitirdikdən sonra azadlığa çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində o, məhlə uşağı və dostu Qalibi həyətdə görmüşdür. Qalib ona kirayə verdiyi evin pulun birlikdə gedib götürməyi xahiş etmiş və onlar birlikdə Sumqayıt şəhəri, bazar ərazisində yerləşən Nizami heykəlinin yanına, daha sonra isə dəniz qırağına getmişlər və onun ayağında ostaartroz xəstəliyi olduğu üçün bir qədər də oturub söhbət etmişlər. Təxminən saat 22:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisindən keçərkən o, Qalibə əmisigilə baş çəkib gəlməli olduğunu demiş və Qalibdən onu aşağıda gözləməsini xahiş etmişdir. O, geri qayıdıb Qalibə əmisinin evdə olmayacağını demişdir. Daha sonra fikrini dəyişmiş və Qalibə ola bilsin ki,“əmim evdədir” deyə bildirmiş və sonuncunun yanından aralaşmışdır. Həmin vaxt Qalib mobil telefonla kimləsə danışmağa başlamışdır. O, həmin vaxt içkili olmuş və bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Həmin məhəllədə yerləşən hündür mərtəbəli yeni tikilinin birinci mərtəbəsində olan “Biju room” adlı bijuteriya mağazasını görüb ətrafda heç kimin olmadığına nəzər salmış və oğurluq etmək qərarına gəlmişdir. Həmin mağazaya yaxınlaşmış və üzərində gəzdirdiyi vint açan vasitəsilə mağazanın plastik qapısını sıxıb açma yolu ilə açmış və mağazaya daxil olmuşdur. Mağazanın içərisindən kassa kimi istifadə olunan taxta masanın arxasına getmiş, orada birinci siyirməni açmış, qara rəngli qutunun olduğunu görmüş, həmin qapını açıb 04 (dörd) ədəd yüz manatlıq əskinası götürmüşdür. Daha sonra həmin masanın üzərində olan qırmızı rəngli ürək şəkilli qutunu açmış və içərisində olan 01 (bir) ədəd 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd 5 (beş) manatlıq və bir neçə ədəd manatlıq əskinası götürüb cibinə qoymuşdur. Daha sonra mağazanın içərisində piştaxtada olan 04 (dörd) ədəd qol saatını götürüb mağazadan çıxmışdır. Həmin vaxt yaxın tanışı Qalib onu çöldə gözləmiş və o, Qalibin yanına getmişdir. Qalib onu görən kimi əsəbləşmiş və onu da zibilə saldığını, sənin orada nə işin var? deyə bildirmişdir. O, Qalibə içkili olduğunu və 05 (beş) ədəd oğurladığı saatı göstərmişdir. Qalib ondan pul oğurlamağı barədə soruşduqda o, mağazada pulun olmadığını demişdir. Oğurladığı saatlardan 03 (üç) ədəd saatı Qalibə göstərmiş və satıb pulunu ona verməyini demişdir. Daha sonra onlar ayrılmış və o, yaşadığı ünvana getmişdir. Qeyd etmişdir ki, o, oğurladığı 430 (dörd yüz otuz) manata yaxın pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Eləcə də, ifadəsində qabaqcadan oğurluq etməyi planlaşdırmasa da, içkili olan zaman özündə olmadığını, əvvəllər də içkili olarkən oğurluq etdiyini, həmin oğurluq hadisəsini də mağazanın qabağından keçərkən içkili olduğu üçün etdiyini, vint açanı da özü ilə elə bu səbəbdən götürdüyünü, oğurluq elmək istəyərkən Qalibə bu barədə məlumat vermədiyini, oğurladığı saatı Qalibə verdikdən sonra Qalib saatın birini sata bilmədiyi üçün özündə saxladığını və onu Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçıya təqdim etdiyini, qalan 02 (iki) saata görə isə Qalibin ona 15 (on beş) manat pul verdiyini göstərmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 194.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fərid adlı şəxsi uzun illərdir tanıyır və həmin şəxslə eyni məhəllədə böyümüşlər. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvandan çıxdığı zaman Fəridi görmüşdür. O, Fəridə kirayə verdiyi evin pulunu birlikdə gedib götürməyi xahiş etmiş və onlarla birlikdə Sumqayıt şəhəri, bazar ərazisində yerləşən Nizami heykəlinin yanına getmişlər. Bundan sonra onlar birlikdə dəniz qırağı gəzmişlər və Fəridin ayağında ostaartroz xəstəliyi olduğu üçün bir qədər də olurub söhbət etmişlər. Təxminən saat 22:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisindən keçərkən Fərid ona əmisigilə baş çəkib gəlməyini demiş və ondan aşağıda gözləməyini xahiş etmişdir. Fərid ona heç nə deməmişdir. Fərid geri qayıdıb ona əmisinin evdə olmayacağını demişdir. Daha sonra fikrini dəyişmiş və ona ola bilsin ki, “əmim evdədir” deyə demiş və onun yanından aralanmışdır. Həmin vaxt onun istifadəsində olan anasına məxsus mobil telefona qardaşı zəng etdiyi üçün onun fikri yayınmışdır. Təxminən 1-2 dəqiqə telefonla danışmış, danışıb qurtardıqdan sonra isə Fəridin yeni tikili binanın birinci mərtəbəsində yerləşən bijuteriya mağazasının içərisinə daxil olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra Fərid dükandan çıxıb ona yaxınlaşmışdır. Bu zaman da əlində olan 05 (beş) ədəd saatı ona göstərmiş, mağazadan oğurluq etdiyini bildirmiş və saatlardan 03 (üç) ədədini ona verərək satıb pulu geri verməyini xahiş etmişdir. O, 02 (iki) ədəd saatı Nicat adlı tanışına 15 (on beş) manata satıb pulunu Fəridə vermişdir. Digər qırmızı rəngli saat isə onun özündə qalmış və Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçıya təqdim etmişdir. Eləcə də, ifadəsində əvvəlcədən oğurluq hadisəsini planlaşdırmadıqlarını, Fəridin oğurluq edəcəyindən məlumatı olmadığını, sonradan saatları ona verərək oğurluq etdiyini dediyini, Fəridin mağazadan 430 (dörd yüz otuz) manat pul oğurlaması barədə məlumatının olmadığını, Fəridin ona əlində 05 (beş) ədəd saatı göstərərək ancaq bunları oğurladığını dediyini və Fəriddən pul olub-olmamasını soruşduqda isə mağazada pul olmadığını bildirdiyini göstərmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 (iki) aya yaxındır Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 11/1 saylı yaşayış binasının 1-ci mərtəbəsində “Biju Room” bijuteriya mağazasını icarə müqaviləsi əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 19:45 radələrində mağazanı bağlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:15 radələrində işə gəldiyi zaman mağazanın qapısının açıq olduğunu görmüş, İçəri daxil olmuş və bu zaman masanın siyirməsinin açıq olduğunu görmüşdür. Həmin vaxt siyirmənin içərisində olan qara rəngli saat qutusunun içərisindəki 04 (dörd) ədəd 100 (bir yüz) manatlıq əskinazın, habelə masanın üzərində olan qırmızı rəngli ürək formasında olan qutunun içərisində olan 01 (bir) ədəd 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd 05 (beş) manatlıq və 05 (beş) ədəd 01 (bir) manatlıq əskinas olmaqla 30 (otuz) manat pulun olmadığını görmüşdür. Mağazanın içərisinə baxdıqda isə 05 (beş) ədəd 01 (bir) ədədi 12 (on iki) manat olan kişi qol saatının, habelə 04 (dörd) ədəd 01 (bir) ədədi 10 (on) manat olan bujiteriya qadın üzüyünün olmadığını görmüşdür. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək mağazadan oğurluq olduğunu bildirmişdir. Qeyd etmişdir ki, oğurluq zamanı ona 530 (beş yüz otuz) manat məbləğdə maddi ziyan dəymişdir. Eləcə də, ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi 04 (dörd) ədəd kişi saatı oğurladığını və bujiteriya qadın üzüyünü oğurlamadığı ilə bağlı xüsusatlara cavab olaraq mağazaya daxil olan zaman mağazadakı piştaxtanın üzərindəki ümumi dəyəri 40 (qırx) manat olan 04 (dörd) ədəd bujiteriya qadın üzüyünün və 05 (beş) ədəd kişi qol saatının olmadığını gördüyünü, ilk öncə DİN-nin 102 xidmətinə məlumat verərkən 400 (dörd yüz) manatdan çox pulun oğurlandığını, hesab apararkən isə 430 (dörd yüz otuz) manat pulun oğurlandığını müəyyən etdiyini, oğurluq hadisəsi zamanı isə 530 (beş yüz otuz) manat məbləğdə maddi ziyan dəydiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixdə saat 10:27 radələrində DİN-nin 102-xidmətinə müraciət edərək icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 11/1 saylı yaşayış binasının 1-ci mərtəbəsində “Birju Room” bijuteriya mağazasından naməlum şəxslərin oğurluq etdiyini bildirmişdir. Bununla bağlı Aygül Rzayevin təqdim etdiyi diskə baxış keçirilmiş və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, bundan sonra hadisəni törətməkdə şübhəli şəxsin xx.xx.1990cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Fərid Baxiyev və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı Kənan Osmanov ilə birlikdə saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirib raport tərtib etməklə aidiyyatı üzrə təhvil vermişlər. Fərid Baxiyev saxlanılarkən törətdiyi əməli etiraf etmiş, həqiqətən Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 11/1 saylı yaşayış binasının 1-ci mərtəbəsində “Birju Room” bijuteriya mağazasından 430 (dörd yüz otuz) manat pul, 04 (dörd) ədəd qol saatı və 04 (dörd) ədəd bujiteriya qadın üzüyü oğurladığını və 03 (üç) ədəd saatı satmaq üçün Qalibə verdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3033 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 (üç) ədəd qol saatlarının 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30,00 (otuz) manat, qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən 06 (altı) ədəd malların həmin tarixə nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,00 manat müəyyən olunur. Ekspertlərin rəyi işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti atına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 11/1 saylı yaşayış binasının 1-ci mərtəbəsində “Biju Room” bijuteriya mağazasınından oğurladığı 04 (dörd) ədəd saatdan 01 (bir) ədədini yəni, 01 (bir) ədəd qırmızı rəngli, Steel Back firmasına məxsus, arxasında Stainless, Made in China JSS:2923 sözləri olan elektron qol saatını Sumqayıt ŞPİ-in 4-cü PB-nə təqdim etmişdir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında işlətdiyi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 11/1 saylı yaşayış binasının 1-ci mərtəbəsində “Biju Room” bijuteriya mağazasınından Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış və Təqsirləndirilən şəxs2 tərəfindən ona 15 (on beş) manata satılmış 01 (bir) ədəd bənövşəyi rəngli, “Stainless” firmasına məxsus arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatını və 01 (bir) ədəd qara rəngli, “Cassray” firmasına məxsus, arxasında made in P R C, K6934 sözləri olan qol saatını Sumqayıt ŞPİ-in 4-cü PB-nə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 (bir) ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus, arxasında made in P R , K6934 sözləri olan qol saatının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 488 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 487 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-270/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-594/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-270/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-594/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 01 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. X1 Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin və Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, təqsirlərini səmimi etiraf etmələrini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-594/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 01 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməlidir. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 (bir) ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus, arxasında made in P R , K6934 sözləri olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-594/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş hissəsindən qalan 02 (iki) ay 01 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8a/6, mənzil 38 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd bənövşəyi rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 ədəd qırmızı rəngli “Stainless” firmasına məxsus, arxasında made in China, JSS-2923 sözləri olan elektron qol saatı, 01 (bir) ədəd qara rəngli “Cassray” firmasına məxsus, arxasında made in P R , K6934 sözləri olan qol saatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-625/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-625/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver