Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-625/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 aprel 2023-ci il tarixdə saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, bina 32\78A-mn blokunun girişində Zərərçəkmiş şəxs onun yaşadığı evin qapısını döyərək onlardan istifadə etmək üçün məişət əşyaları götürməsi onu narahat etdiyindən bu barədə sonuncuya dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yenidən bu halın təkrarlanmasına görə aralarında yaranmış mübahisə zamanı əlində olan taxta ilə Zərərçəkmiş şəxs bədən və ayaq nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazunun, sol saidin, sol budun, sağ baldırın, döş qəfəsinin arxa səthinin dərialtı hemotomalarından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hal hazırda Sumqayıt şəhəri 4-cü mikrorayon, bina 32\78A mənzil 33-də ailəsi ilə birlikdə yaşayır, subaydır. Zərərçəkmiş şəxs ilə birlikdə eyni binada qonşu kimi yaşayır. Zərərçəkmiş şəxs tez-tez onun yaşadığı evə gələrək anasından istifadə etmək üçün məişət əşyaları götürmüşdür. O, dəfələrlə Ülviyyəyə gəlib qapılarını döyməməsini, onları narahat etməməsini söylədiyini bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ülviyyənin yenə öz azyaşlı oğlunu onlara göndərərək anasından qazan istədiyini, bu hal yenə onu narahat elədiyini və paltarını dəyişib həyətə düşdüyünü və həyətdə yerdə olan taxta parçasını götürüb blokun girişində dayandığını, təxminən saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon 32\78A-mn blokunun girişində durmuş və Ülviyyənin mağazadan gəldiyini görmüşdür. Həmin vaxt o, Ülviyyədən nə səbəbəgəlib əşya istədiyini soruşmuş və Ülviyyə onun yanından keçib getmək istiyən zama onu blokun girişində əlindəki taxta ilə onun bədən və ayaq nahiyyəsinə bir neçə dəfə zərbələr vurmağa başlamışdır. Bu zaman Ülviyyə qaçaraq evə qalxmış, əlindəki taxtanı zibilliyə tullayıb evə gəlmişdir. Daha sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. Ülviyyəni əlindəki taxta parçası ilə vurduğumu etiraf etmişdir. Ülviyyəni yaşadıqları binanın blokunun girişində vurmuş və onu vuran zaman orada heç kəs olmadığını, ətrafa da kənar şəxslər toplaşmadığını, hadisə 2-3 dəqiqə davam etdiyini, hadisə zamanı heç bir əmlaka ziyan dəymədiyini, hadisədə istifadə etdiyi taxta uzunsov olmaqla uzunluğu təxminən 70-80 sm olan taxta olduğunu, həmin taxtanı daha sonra binanın yanında olan zibilliyə tulladığını və hal hazırda harada olduğunu deyə bilmədiyini, hadisə zamanı Ülviyyə onu vurmadı və ona toxunmadığını bildirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla əvvələr münasibəti normal olmuşdur. Onlar bir binada yaşayır. Turalın anası Sevil ara sıra onun yaşadığı evə gəlib gedir. Onlar bir birlərindən daima evə lazım olan əşyaları götürüb daha sonra geri qaytarırlar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində öz azyaşlı övladı Turalın anası Sevilin evinə qazan alıb gətirməsi üçün göndərmişdir. O da gedib qazanı onlardan alıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon bina 32\78 A-nın qarşısında mağazaya düşən zaman Turalın qardaşı Vüsal ona zəng edərək qardaşı Turalın əsəbi olduğunu, gedib onlardan qazan istədiyinə görə əsəbləşdiyini demişdir. Buna məhəl qoymamış və yaşadığı binanın qarşısındakı marketdən alver edib evə gedən zaman binanın blokunun girişində Turalın əlində taxta parçası ilə dayandığını görmüş və ona məhəl qoymayıb oradan keçib getmək istəyən zaman Tural onun qabağını kəsib nə üçün onun anasından gəlib qazan istədiyini demiş və onun bu sözünə məhəl qoymayıb oradan keçmək istəyən zaman Tural əlindəki taxta parçası ilə onun bədən və ayaq nahiyyəsinə zərbələr vurmağa başlamışdır. O, tez onun əlində qaçıb evə gəlmiş, bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra onun uşağının dayəsi Afət evə gəlib onun bədəni üzərindəki xəsarətləri görərək ona ilkin tibbi yardım göstərmişdir. Hadisə yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, bina 32\78 A-nın 1-ci blokunun girişində baş vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs azyaşlı övladının dayəsidir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evdə olan zaman Ülviyyə onu yaşadığı evə çağırmışdır. Onun evinə getdikdə Ülviyyənin bədəni üzərində xəsarətlər olduğunu görmüş, həmin vaxtı Ülviyyədən nə baş verdiyini soruşmuş, Ülviyyə ona xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu blokun girişində əlində olan taxta ilə ona xəsarət yetirdiyini və zorla onun əlindən qaçıb evə girdiyini söyləmişdir. Bundan sonra o, tez Ülviyyəyə ilkin tibbi yardım göstərmişdir. Hadisə zamanı onların yanında olmamış, sonradan Ülviyyənin yanına gəlib onun bədəni üzərinə xəsarətləri görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanmışdır (i.v. 1); 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 87-88) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 97-98); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 99-100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X5 xx.xx.2023-cü il tarixli, 457 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol bazunun, sol saidin, sağ baldırın, döş qəfəsinin arxa səthinin dərialtı hematomaları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə taxta parçası ilə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 16-19) Kompleks ambulator psixatrik və psixoloji ekspertizasının 23 may 2022-ci il tarixli, 1427 saylı rəyinə görə Təqsirləndirilən şəxs müayinə zamanı həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs E!man oğlunun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üzrə prosesual fəaliyyət qabiliyyətlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini dərk etmək onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər haıısı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (i.v. 103-106) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 28). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt ŞPİ 3cü PB-nin təhqiqatçısı, polis mayoru M.Mustafazadənin 17 noyabr 2021-ci il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materialının xitam verilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 8-ci bəndi tətbiq edilməklə başlanılmış cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 8-ci bəndinə görə Bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ 3-cü PB-nin təhqiqatçısı, polis mayoru M.Mustafazadənin 17 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə xx.xx.2021-ci il tarixdə törədilmiş, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə prosessual qərar qəbul edilməsinin təmin olunması üçün həmin material xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Prokuroru tərəfindən Sumqayıt ŞPİ 3-cü PB-ə qaytarılmışdır. AR CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Tural Vəliiyev barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində AR CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 108-111); Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən X1 barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. X1 hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-625/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-625/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver