Məhkəmə qərarları › İş №1(060)-626/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-626/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-626/2021 04.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt Regional Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi,Yat-1, S.Vurğun küçəsi ev 5, mənzil 2də qeydiyyatda olan, Sumqayıt şəhəri 2-cı mikrorayon, Yat-13, mənzil 3a-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Sumqayıt şəhəri, 9-cı mikrorayonda “Xan bağı” restoranının yaxınlığında yerləşən köşkə giriş qapısını sındırmaqla qanunsuz daxil olaraq köşkün içərisindən 215 nağd pulu, bir qutusu 1,80 manat, 15 qutusu 27 manat olan «Prima» markalı siqareti, bir qutusu 2,2 manat, 27 qutusu 59,40 manat olan «Classik» markalı siqareti,bir qutusu 2,10 manat, 18 qutusu 37,80 manat olan «Viceroy» markalı siqareti,bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan «Argo» markalı siqareti,bir qutusu 2,30 manat 50 qutusu 115 manat olan «Rothmans» markalı siqareti, bir qutusu 3,60 manat, 13 qutusu 46,80 manat olan «Davıdoff» markalı siqareti, bir qutusu 2 manat, 53 qutusu 106 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 10 qutusu 25 manat olan «West» markalı siqareti,bir qutusu 2 manat, 30 qutusu 60 manat olan «Want» markalı siqareti,bir qutusu 2,10 manat, 25 qutusu 52,50 manat olan «X-line» markalı siqareti,bir qutusu 3,40 manat, 34 qutusu 115,60 manat olan «Winston» markalı siqareti,bir qutusu 2,50 manat, 50 qutusu 125 manat olan «Winchestr» markalı siqareti,bir qutusu 3,90 manat, 45 qutusu 175,50 manat olan «Sobranie» markalı siqareti,bir qutusu 3 manat, 12 qutusu 36 manat olan «LD» markalı siqareti,bir qutusu 3 manat, 10 qutusu 30 manat olan kompakt qutuda «LD» markalı siqareti,bir qutusu 3,50 manat, 53 qutusu 186 manat olan «Kent»» markalı siqareti,bir qutusu 2,30 manat, 57 qutusu 131,10 manat olan «Palmal» markalı siqareti,bir qutusu 1,70 manat, 15 qutusu 25,60 manat olan «Kingston» markalı siqareti, ümumi dəyəri 96 manat təşkil edən hər birinin içərisində 24 ədəd enerji içkisi olan 04 kaset «Full» enerji içkisini, biri 1,5 manat olan, ikisi 3 manat olan rulet, biri 1,25 manat 10-nu 12,50 manat olan oreo, biri 1,70 manat ikisi 3,40 manat coco şiniyyatları, cəmi 4 manat dəyərində olan «Xiomi Mi A1» mobil telefon üçün 02 ədəd telefon cərəyanı (adapteri) gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1706,20 manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə özgənin əmlakını talama məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 Hidayət oğlunun işlətdiyi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət“ marketinə giriş qapısının şüşəsi sındıraraq qanunsuz daxil olub oradan 1 ədəd 1,50 manat dəyərində olan, ümumilikdə 72 manat dəyərində “GO” enerji içkilərini, bir qutusu 1,80 manat, 10 qutusu 18 manat olan «Prima» markalı siqareti, bir qutusu 2,2 manat, 30 qutusu 66 manat olan «Classik» markalı siqareti,bir qutusu 2,10 manat, 20 qutusu 42 manat olan «Viceroy» markalı siqareti,bir qutusu 1,80 manat, 20 qutusu 36 manat olan «Argo» markalı siqareti,bir qutusu 2,30 manat 60 qutusu 138 manat olan «Rothmans» markalı siqareti, bir qutusu 3,60 manat, 20 qutusu 72 manat olan «Davıdoff» markalı siqareti, bir qutusu 2 manat, 70 qutusu 140 manat olan «Magna» markalı siqareti, bir qutusu 2,50 manat, 20 qutusu 50 manat olan «West» markalı siqareti, bir qutusu 3,90 manat, 30 qutusu 117 manat olan «Sobranie» markalı siqareti,bir qutusu 3 manat, 20 qutusu 60 manat olan «LD» markalı siqareti,bir qutusu 3 manat, 30 qutusu 90 manat olan kompakt qutuda «LD» markalı siqareti,bir qutusu 3,50 manat, 60 qutusu 210 manat olan «Kent»» markalı siqareti,gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 1111 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, bir neçə müddət işsiz olmuş, pula ehtiyacı yaranmış, heç yerdə iş tapa bilməmişdir. Bu səbəbdən yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin ərəfələrdə tanıdığı Şahid də pula ehtiyacı yaranmış və onunla söhbət zamanı öz aralarında razılşamışlar ki, oğurluq etsinlər. 28 fevral 2021-ci il tarixdə saat 03 radələrində Şahidlə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Xan bağı” restoranının qarşısında olan dayanacaqdakı köşkə tərəf getmişlər. Öz aralarında razılaşıb qeyd olunan ünvandakı köşkə getmişlər. Həmin vaxt köşkə gələndə görmüşdür ki, köşkdə və ətrafında heç kim yoxdur. Razılaşmaya görə o, Vüsalı çöldə gözləyib kimsə gəlsə xəbər etməli idi. Bundan sonra Vüsal köşkə daxil olub içərisindəki siqaretləri oğurlamaq qərarına gəlmişdir. Həmin köşkə Vüsal köşkün plastik qapısını sındırıb içəri daxil olmuş, köşkün içərisindən müxtəlif markalı siqaretlər, bir neçə enerji içkisi, şirniyyat və hazırda xatırlamadığı qədər nağd pul oğurlayıb köşkdən çıxmışdır. Köşkdən oğurladıqları siqaret və enerji içkilərini özləri ilə gətirdikləri sellofan torbalara yığıb oradan uzaqlaşmışlar. Bir qədər aralıda oğurladıqları əşyaları Vüsalla bölmüşdür. Sonra onlar aralanmışlar. Şirniyyat, enerji içkilərini və nağd pulu Vüsal özünə götürmüşdür. O, yalnız siqaretlərin özünə düşən hissəsini götürmüş və həmin siqaretləri Bakı şəhərində, 20 yanvar dairəsində siqaret alveri ilə məşğul olan şəxsə satmışdır. Siqaretləri firma qiymətindən bir qədər ucuz satmış və alan adama demişdir ki, siqaretlər işlətdiyi dükanın bağlanmasından sonra artıq qalan siqaretlərdir. 19 mart 2021-ci il tarixdə Vüsalla Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində görüşmüş və onunla söhbət zamanı pula ehtiyacının olduğunu deyəndə, o da ona pul lazım olduğunu demişdir. Öz aralarında yenə razılaşmışlar ki, oğurluq etsinlər. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” marketdən oğurluq etmək qərarına gəlmişlər. Belə ki, həmin marketin gözətçisi olmamış və bu səbəbdən oradan oğurluq etmək nisbətən rahat olmuşdur. 20 mart 2021-ci il tarixdə saat 02 radələrində Vüsalla yaşadıqları evin yanında görüşüb piyada Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” marketin yanına gəlmişlər. Bir qədər gözləyib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra razılaşmaya görə o, kənarda dayanıb kimsə gəlsə xəbər etməli, Vüsal isə marketə daxil olmalı idi. Belə də etmişlər. Vüsal marketə yaxınlaşmış və qolu ilə marketin qapısının şüşəsini sındırıb içəri daxil olmuşdur. İçəridə olan müxtəlif markalı siqaretləri və “GO” markalı enerji içkilərini özləri gətirdikləri sellofan torbalara yığıb oradan uzaqlaşmışlar. Marketdən bir qədər aralandıqdan sonra sellofan torbalarda siqaretləri Vüsalla öz aralarında bölmüşlər. Siqaretlərin böyük hissəsini özünə götürmüşdür. Qalan siqaret və enerji içkilərini Vüsal özünə götürmüşdür. Özünə götürdüyü siqaretləri satmaq istəsə də, satmağa münasib adam tapa bilməmişdir. Ona görə özü siqareləri çəkməyə başlamışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir, amma qardaşı onlarla danışıb razılıq əldə etmək istəyir. Ailə vəziyyəti ağırdır, ailəlidir, himayəsində bir azyaşlı uşağı var, əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Hidayət” market ona məxsusdur. 15 ildir ki, həmin marketi açmışdır və marketdə müxtəlif çeşitdə ərzaq, içkilər və siqaretlərin satışı ilə məşğul olurlar. Hər gün səhər saat 04 radələrində marketə gəlib nəzərdən keçirir, hər hansı problemin olub-olmamasını yoxlayır. 20 mart 2021-ci il tarixdə səhər saat 04 radələrində həmişəki kimi yenə də marketi yoxlamağa gəlmiş, marketə yaxınlaşanda plastik yan qapısının şüşəsinin sındırıldığını aşkar etmişdir. Marketə daxil olduqda marketin içərsinin dağınıq vəziyyətdə olduğunu görüb marketdən oğurluq edildiyini başa düşmüş və bu səbəbdən dərhal Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş, marketə baxış keçirib müayinə aparmışlar. Sonradan marketdən nələrin oğurlanmasını müəyyən edən zaman, oğurluq nəticəsində marketdən 72 manat dəyərində “GO” enerji içkilərinin və 1028 manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Ümumilikdə oğurluq nəticəsində ona 1100 manat maddi ziyan dəymişdir. Oğurlanmış əmlakı ona qaytarılmasa da təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 28.02.2021-ci il tarixdə saat 02:15 radələrinədək işlədiyi Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Xan bağı» adlanan restoranın qarşısında olan dayanacaq köşkündə olmuş, qapını bağlayıb evinə getmişdir. Həmin gün saat 08 radələrində gələrkən həmin köşkün plastik qapısının sındırıldığını, köşkün içərisindən oğurluq olduğunu aşkar etmişdir. Belə ki, köşkdən 215 nağd pul, bir qutusu 2 manat, 15 qutusu 30 manat olan «Prima» markalı siqaret, bir qutusu 2,2 manat, 27 qutusu 59,40 manat olan «Classik» markalı siqaret,bir qutusu 2 manat, 18 qutusu 36 manat olan «Viceroy» markalı siqaret,bir qutusu 1,70 manat, 10 qutusu 17 manat olan «Argo» markalı siqaret,bir qutusu 2,40 manat 50 qutusu 120 manat olan «Rothmans» markalı siqaret, bir qutusu 3,50 manat, 13 qutusu 46 manat olan «Davıdoff» markalı siqaret, bir qutusu 2 manat, 53 qutusu 106 manat olan «Magna» markalı siqaret, bir qutusu 2,20 manat, 10 qutusu 22 manat olan «West» markalı siqaret,bir qutusu 2 manat, 30 qutusu 60 manat olan «Want» markalı siqaret,bir qutusu 2,20 manat, 25 qutusu 55 manat olan «X-line» markalı siqaret,bir qutusu 3,30 manat, 34 qutusu 112 manat olan «Winston» markalı siqaret,bir qutusu 2,40manat, 50 qutusu 122 manat olan «Winchestr» markalı siqaret,bir qutusu 3,90 manat, 45 qutusu 175,50 manat olan «Sobranie» markalı siqaret,bir qutusu 2,70 manat, 12 qutusu 32,40 manat olan «LD» markalı siqaret,bir qutusu 2,90 manat, 10 qutusu 29 manat olan «LD» markalı siqaret,bir qutusu 3,50 manat, 53 qutusu 186 manat olan «Kent»» markalı siqaret,bir qutusu 2,40 manat, 57 qutusu 137 manat olan «Palmal» markalı siqaret,bir qutusu 1,70 manat, 15 qutusu 25,60 manat olan «Kingston» markalı siqaret, ümumi dəyəri 115 manat təşkil edən hər birinin içərisində 24 ədəd enerji içkisi olan 04 kaset «Full» enerji içkisini, 25 manat dəyərində şirniyyatları, yəni biri 1,5 manat olan, ikisi 3 manat olan rulet, biri 2 manat 10-nu 20 manat olan oreo, biri 80 qəpik ikisi 1,60 qəpik coco şiniyyatları, cəmi 60 manat dəyərində olan «Xiomi Mi A1» mobil telefon üçün 02 ədəd telefon cərəyanı (adapteri) oğurlanmışdır. Mən hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat verdim. Oğurluq nəticəsində ümumilikdə ona 1786 manat maddi ziyan vurulmuşdur. Oğurlanmış əmlakı qaytarılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. 210730240 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 , 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs Şahid bu iş üzrə məhkəmədə şahid qismində dindirilmiş və Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05.06.2021-ci il tarixli, 9/4176 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən və edilməyən malların orta bazar qiyməti belə olmuşdur: 1 ədəd “Prima” markalı siqaret 1,80 manat, 1 ədəd uzun qutularda “Classik” markalı siqaret 2,20 manat, 1 ədəd kompakt qutularda “Classik” markalı siqaret 2,20 manat, 1 ədəd qalın qutuda “More” markalı siqaret 2 manat, 1 ədəd qalın qutuda “Bakı” markalı siqaret 1,80 manat, 1 ədəd qutu “Viceroy” markalı siqaret 2,10 manat, 1 ədəd qalın qırmızı qutuda, kompakt qutuda və nazik qutuda “Argo” markalı siqaretlər 1,80 manat, 1 ədəd “Rotmans” markalı siqaret 2,30 manat, 1 ədəd ağ nazik, uzun və kompakt qutularda “Davidoff” markalı siqaretlər 3,60 manat, 1 ədəd kompakt və nazik qutularda “Magna” markalı siqaret 2 manat, 1 ədəd “West” markalı siqaret 2,50 manat, 1 ədəd kompakt qutuda“Want” markalı siqaret 2 manat, 1 ədəd qalın və nazik qutularda “Want” markalı siqaretlər 2,20 manat, 1 ədəd “X-line” markalı siqaret 2,10 manat, 1 ədəd kompakt boz, kompakt göy, slim, qalın göy qutularda “Winston” markalı siqaretlər 3,40 manat, 1 ədəd “Wincester” markalı siqaret 2,50 manat, 1 ədəd göy nazik, ağ nazik,qara nazik, kompakt, göy qalın, ağ qalın, qara qalın qutularda “Sobranie” markalı siqaretlər- 3,90 manat, 1 ədəd nazik qutuda“LD” markalı siqaret – 3 manat, 1 ədəd kompakt qutuda “LD” markalı siqaret- 3 manat, 1 ədəd göy kompakt qutuda “Rotmans” markalı siqaret-2,60 manat, 1 ədəd “Rotmans-mentol sarı” və “Rotmans mentol giləmeyvə” markalı siqaretlər-2,30 manat, 1 ədəd “Rotmans mentol qarpız”markalı siqaret -2,30 manat, 1 ədəd kompakt göy qutuda və kompakt boz qutuda “Palmall” markalı siqaretlər -2,30 manat, 1 ədəd qalın boz qutuda və qalın göy qutuda “Palma” markalı siqaretlər-2,50 manat, 1 ədəd nazik qara və nazik ağ qutuda “Magna” markalı siqaretlər -2 manat, 1 ədəd nazik boz və nazik göy qutularda “Vincester “ markalı siqaretlər-2 manat, 1 ədəd kompakt göy qutuda, kompakt boz qutuda və nazik mentol qarpız, nazik mentol və qalın göy qutularda “Vincester” markalı siqaretlər -2,50 manat, 1 ədəd göy qalın və qırmızı qalın qutularda “Argo” markalı siqaretlər -1,80 manat, 1 ədəd göy qalın qutuda “Prima” markalı siqaretlər -1,80 manat, 1 ədəd qalın qırmızı “Vest” markalı siqaret -2,40 manat, 1 ədəd nazik uzun boz qutularda “Vegas” markalı siqaret – 1,80 manat, 1 ədəd 05 litrlik “Full” markalı enerji içkisi -1 manat, 1 ədəd “Oreo” markalı peçenye- 1,25 manat, 1 ədəd “Coco” markalı şiriniyat- 1,70 manat, “X4” mobil telefon üçün 02 ədəd adaptır- 4 manat, 01 ədəd 0,5 litrlik “GO” markalı enerji içkisi- 1,50 manat, təqdim edilən 30 ml elektron qəlyan şirəsi- 10,50 manat, təqdim edilən 10 ml elektron qəlyan şirəsi – 8 manat, təqdim edilən “Zorro” markalı qara qutuda maye alışqan üçün maye qaz- 6 manat, təqdim edilən 3 ədəd kompakt “Silver Vincester” markalı siqaret – 7,50 manat, təqdim edilən 3 ədəd üzərində star və zorro yazıları olan alışqan ləvazimatı üçün çaxmaq 9 manat. (01 cild, səh 148-152) İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-ın müstəntiqinin 16.04.2021-ci il tarixli, tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə, saat 19:10-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (01 cild, səh 118) İş materiallarında olan qərardan görünür ki, 17 aprel 2021-cı tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. (01 cild, səh 126-129) Şahid və X2 barələrində olan ********* №-li cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilmiş, Təqsirləndirilən şəxs isə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində cinayət işi ayrılmışdır. (01 cild, səh 1-4) Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində 03 avqust 2021-ci il tarixdə axtarış elan edilmiş və o tutulana kimi cinayət işi üzrə icraat dayandırılmışdır. (01 cild, səh 218-219) İş materiallarında olan protokoldan, qərardan və digər sənədlərdən görünür ki, 17 avqust 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçdirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutulmuş, Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə gətirilmiş, cinayət işinin icraatı təzələnmişdir. (01 cild, səh 223-226) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-411/2021 saylı, 18.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (01 cild, i.v.250-252) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 14.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin 22.08.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 18.06.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. ( 01 cild, səh 145-147, 215-217) Məhkəməyə təqdim edilmiş və işdəki sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ümumi əsasla 2-ci qrup əlildir və 16.05.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağı olması, zərərçəkmiş şəxslərdən birinin ondan şikayəti olmaması, əməlindən peşman olması və 2ci qrup əlil olmasımüəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs 16 aprel 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək tutularaq saxlandığı bir gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsini tələb etmiş, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək tutularaq saxlandığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasıı saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********). Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar