Məhkəmə qərarları › İş №1(060)-626/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-626/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-626/2023 07.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1982-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində yerləşən 2 №-li evin 70 №-li mənzilinə gələrək, mənzilin dəhlizində aralarında olan qısqançlıq zəminində baş vermiş mübahisə zamanı onun sağ qolundan əli ilə vuraraq Zərərçəkmiş şəxs sağ bazunun aşağı 1/3nin iç səthinin qançırı, sağ bazunun orta 1/3-nin iç səthinin dərialtı hematoması ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar təxminən 18 il əvvəl evlənmişlər, birgə nikahlarından 02 (iki) uşaqları olmuş, oğlu Yaminin 17, qızı Aynurun 16 yaşı vardır. Təxminən 03 (üç) ay əvvəl Vəfaya onun uyğun görmədiyi qonşuya getməməsini tapşırmağına baxmayaraq həmin qonşuya getməsi səbəbindən Vəfa ilə onun arasında mübahisə olmuşdur. Bundan sonra Vəfa, qızı və oğlunu götürüb Sumqayıt şəhəri, 1-ci məhəllədə kirayədə yaşayan bacısı Şəfanın evinə getmiş və təxminən 03 (üç) gün orada qaldıqdan sonra o xəstələndiyi üçün Vəfa və uşaqlar evə qayıtmışlar. Vəfa təxminən 03 (üç) gün onun yanında qaldıqdan sonra təkrar evdən çıxmış və bir müddət sonra onun qaldığı evə gələrək əşyalarını götürüb aparmışdır. Həmin vaxtdan bir müddət əvvəl Vəfanın bacısı Şəfa ondan qızıl üzük götürmüş, eyni zamanda Şəfanın adına oğlu kreditlə telefon almışdır. O həmin üzüyü Şəfadan istəmişdir, Şəfa da ona oğlundan telefonu alacağını demişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə o təxminən 02 (iki) bakal pivə içərək, Vəfanın və uşaqlarının yaşadığı Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində yerləşən mənzilə getmiş, saat 17:00 radələrində mənzilin giriş qapısında dayanmış, qapını döymüş, qapını oğlu açmışdır. O, mənzilə daxil olub Vəfadan üzüyü istəmiş, Vəfa da nə vaxt oğlu telefonun kreditini ödəyərsə onda üzüyü verəcəyini demişdir. Bu səbəbdən onların arasında mübahisə düşmüş, mübahisə zamanı o əli ilə Vəfanın sağ qolundan tutub sıxaraq ona nə üçün üzüyü qaytarmadığını demiş, sonra oğlu onları aralamış, o da oradan uzaqlaşıb evinə getmişdir. Hadisə zamanı ətrafdan kənar şəxslər hadisə yerinə gəlməmiş, hadisə təxminən 05 (beş) dəqiqə davam etmiş, hadisə nəticəsində o, xəsarət almamışdır. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 18 il əvvəl evlənmişlər, birgə nikahlarından 02 (iki) uşaqları olmuş, oğlu Yaminin 17, qızı Aynurun 16 yaşı vardır. Zamin uzun müddətdir spirtli içki içərək sərxoş olub dəfələrlə onu döymüşdür, lakin o həmin hadisələr ilə bağlı şikayət etməmişdir. Təxminən 03 (üç) ay əvvəl o Zamindən ayrılıb hazırda yaşadığı ünvanda yaşamağa başlamış, oğlu və qızıda onun yanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində yaşadığı mənzilində olduğu zaman Zamin onun yaşadığı mənzilə gəlmiş, həmin vaxt evdə olan oğlu mənzilin giriş qapısını açmış, Zamin mənzilə daxil olaraq oğlunun yanında sərxoş vəziyyətdə onu qolundan və başından vuraraq döymüşdür. O da bu barədə DİN-nin 102 XZMS-nə zəng edərək məlumat vermişdir. Hadisə zamanı ətrafdan kənar şəxslər hadisə yerinə gəlməmiş, hadisə təxminən 5 dəqiqə davam etmiş, ətrafdan kənar şəxslər evə gəlməmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 859 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində sağ bazunun aşağı 1/3nin iç səthinin qançırı, sağ bazunun orta 1/3-nin iç səthinin dərialtı hematoması xəsarətləri aşkar olunmuş və həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş 48 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2246 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. “ŞİMAL” Vəkil Bürosunun vəkili Əhmədov X1 Zamin Məlik oğluna məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “ŞİMAL” Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 61NABZ******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar