Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-627/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs: X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yardımlı rayonu, Osnaqaran kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yeni Yaşma qəsəbəsində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı-Quba magistral yolu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yatarmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək eyni istiqamətdə qarşısında hərəkət edən Şahid idarə etdiyi “Opel-Astra” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində “Opel-Astra” markalı avtomobildə sərnişin qismində əyləşmiş X3 ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, burun sümüklərinin burunla tənəfüsü pozan sınığı, burunun yarası, sol gözaltı nahiyyənin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “VAZ-2107” markalı, **-BV-*** dövlət qeydiyat nişanlı avtomobil baş etibarnamə ilə mənə məxsusdur. xx.xx.2022-ci il tarixdə, saat təxminən 17:50 radələrində etibarnamə əsasında, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyim, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BV-*** dövlət qeydiyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı-Quba magistral yolu istiqamətində sağdan 1-ci zolağla saatda 60-70 km/saat sürətlə hərəkətdə olduğu zaman qarşısında hərəkətdə olan “Opel Astra” markalı, **-OZ-*** dövlət nömrə nişanlı avtomobilin əyləci sıxdığı üçün o da, avtomobilinə tormuz vermiş, lakin avtomobili saxlaya bilməmiş və həmin qarşıda hərəkət edən “Opel Astra” markalı avtomobilin arxa hissəsi ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Həmin vaxt o, sol ayaq nahiyyəsindən, bədənimin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, hadisə yerinin müayinəsində iştrak etdikdən sonra ağrıları kəskinləşdiyi üçün evə getmiş və evdə tibbi yardım çağırmış, ev şəraitində müalicəsini davam etdirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı spirtli içkilərin və ya narkotik vasitələrin təsiri altında olmadığını, avtomobilində hadisə vaxt tək olduğunu, baş vermiş hadisə öz diqqətsizliyi səbəbindən baş verdiyinə görə həmin hadisədə özünü günahkar bildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir, özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə getmək üçün Sumqayıt şəhər avtovağzalından taksi fəaliyyəti ilə məşğul olan «Opel-Astra» markalı avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmişdir. Avtomobil Sumqayıt şəhəri Sülh küçəsi ilə yolun sağdan birinci zolağı ilə hərəkətdə olarkən arxadan eyni istiqamətdə hərəkətdə olan «VAZ 2107» markalı avtomobil arxadan əyləşdiyi maşına dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, burun və bel nahiyyəsindən xəsarət almışdır. Hadisədən sonra o, Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Sonra hadisə ilə bağlı Sumqayıt ŞPİ-də izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, VAZ-2107 markalı avtomobilin surücüsü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17:50 radələrində baş etibarnamə əsasında, “BC” kateqoriyalı sürcülük vəsiqəsi ilə idarə etdiyi “Opel Astar” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt şəhərinin çıxışı istiqamətində yolun sağ kənarından birinci zolaq ilə təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən yolu qarşıda piyada keçməsini görüb sürətini azaldaraq qəza işıqlarını qoşmuş, bu zaman arxadan onunla eyi istiqamətdə eyni hərəkət zolağı ilə yüksək sürətlə hərəkətdə olan “VAZ 2107” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil gəldiyi sürət ilə qarşı hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt o, avtomobili saxlayaraq aşağı düşmüş, “VAZ 2107” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü sonradan adının Ruslan olduğunu bildiyim sürücü də avtomobildən düşərək onlara yaxınlaşmış, həmin vaxt onun avtomobilində müştəri kimi yoldan götürdüyü bir nəfər sonradan adının Ülviyyə olduğunu bildiyi sərnişin olmuş, hadisə nəticəsində o, özü boyun, bel və baldır nahiyyəsindən müxtəlif xəsarət almış, avtomobilində arxa sağ tərəfdə əyləşmiş sonradan adının Ülviyyə olduğunu bildiyi sərnişin burun nahiyyəsindən xəsarət almışdır. Onun öz xəsarəti ciddi olmadığı üçün xəstəxanaya müraciət etməmiş, lakin Ülviyyə adlı sərnişinin burun naiyyəsindən qan axdığı üçün özü başqa bir avtomobilə əyləşib xəstəxanaya getmişdir. Həmçinin Şahid ifadəsində hadisə vaxtı “VAZ 2107” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürətinin saatda 100 kilometirdən artıq olduğunu, o, yolu qarşıda piyada keçməsini görüb sürətini azaldaraq qəza işıqlarını qoşduğunu, bu zaman arxadan yüksək sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobilin onun avtomobilinin axra hissəsini ilə toqquşma anında avtomobilinin güzgüsü ilə gördüyünün, hadisə vaxtı avtomobilində Ülviyyə adlı sərnişindən başqa sərnişin və yük olmadığını, hadisə nəticəsində boyun, bel və baldır nahiyyəsindən ağırlar olduğunu, lakin ciddi olmadığı üçün xəsatəxanaya müraciət etmədiyini, hadisənin səhəri günü tibbi ekspertizadan keçdiyini, hadisə nəticəsində idarə etdiyi avtomobilin arxa hisəsi əzildiyini və avtomobilinə 2500 manat maddi ziyan dəydiyini, həmin vaxt spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, Sülh küçəsidir, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 20 metr, hərəkət zolaqlarının sayı 06, hərəkət hissəsinin eni 10 metrdir. Hərəkət hissədə nəqliyyat axımını beton qatı ayırır. Hərəkət hissəyə sağdan oyluq sahə, soldan otluq sahə, sonra sağdan otluq sahə və kiçik ağaclıq və soldan otluq sahə və ağaclıq birləşir. Hərəkət işıqforla tənzimlənir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Hər iki nəqliyyat vasitəsi Sumqayıt şəhəri Sülh küçəsi ilə Sumqayıt şəhərinin çıxışı istiqamətində hərəkətdə olmuşlar. Hər iki nəqliyyat vasitələrinə detal hissələri zədələnməklə maddi ziyan dəymişdir. İş materiallarında olan AD № 446880 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «VAZ 21074» minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. İş materiallarında olan ƏN-V № 645345, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X12 «VAZ 21074» minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu etibarnamə üzrə Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan ƏN-V № 645551, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 «Opel Astra» minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququnu etibarnamə üzrə Şahid vermişdir. İş materiallarında olan AD № 984369 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, « Opel Astra » minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid məxsusdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 144 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində “sol baldırın qançırı, sol əlin sıyrqları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, avtomaşınların toqquşması zamanı əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 156 saylı rəyindən görünür ki, X2 bədəni üzərində “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun silkələnməsi, burun sümüklərinin burunla tənəffüsü pozan sınığı, burun yarası, sol gözaltı nahiyyənin qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, avtomaşınların toqquşması zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “alnın sağ yarısının qançır və sıyrıqları, sol baldırın qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, avtomaşınların toqquşması zamanı əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/965 nömrəli rəyindən görünür ki, “VAZ 21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.İstintaq tərəfindən göstərilən şəraitdə Opel Astra markalı, 99OZ182 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20.06.202-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəl edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Bozayran İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı-2001-ci il təvəllüdlü X5, oğlu-2020-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Bozayran İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir rəsmi və şifahi şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 016-302-4283-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə BC016909 saylı BC kateqoriyalı on illik sürücülük vəsiqəsi almışdır. Komputer bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 016-302-4283-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AE441570 saylı, BC kateqoriyalı on illik sürücülük vəsiqəsi almışdır. Komputer bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186.1 və 187.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələri ilə cinayət təqibi rədd edilməsi, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində CM-nin həmin maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmin yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb edildiyi üçün barəsində həmin xüsusat üzrə inzibati icraata xitam verilməsi qərara alınmışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, himayəsində azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-627/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-627/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver