Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-628/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 18, ev 225/10 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23.06.2021-ci il tarixdə, saat 01:00 radələrində rəsmi nikahda olduğu və birgə yaşadığı arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları ünvan 1 ünvanında aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı sonuncunun sol qoluna yumruqla və sol ayağına dabankeşlə bir neçə zərbə vuraraq sol bazunun yuxarı 1/3-nin bayır səthinin 3 ədəd, sol əlin arxa səthinin 2-3-cü əl-daraq sümüyü proyeksiyasının, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin 2 ədəd qançırları kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların bu nigahdan 2009-cu il təvəllüdlü Məhəmmədəli, 2014-cü il təvəllüdlü Zəhra adlı övladları olmuşdur. Onlar ailəli olduqları müddətdə münasibətləri normal olmuş, Elza Al marketdə satıcı işlədikdən sonra aralarında tez-tez qısqanclıq zəminində münaqişələr baş vermişdir. O, son vaxtlar Elzanın ozünə aid olan mobil nömrədən başqa mobil nömrə işlətdiyindən şübhələndiyi üçün 23 iyun 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində Elzaya bu barədə dedikdə Elza başqa nömrə işlətmədiyini və belə bir şeyin olmadığını demişdir.O, əsəbləşərək Elzaya artıq ondan bezdiyini və ayrılmaq istədiyini soruşmuş və onun sol qoluna yumruqla vurmuşdur. Həmin vaxt Elza heç bir söz deməmişdir. Daha sonra evin giriş qapısında olan dabankeşi götürərək Elzanın sol bud nahiyəsinə vurmuşdur. Bundan sonra aralarında təxminən 1 saat söz mübahisəsi olmuşdur. Daha sonra səhəri gün saat 15:00 radələrində evdə olarkən Elzanın evdə olmadığını və evdən çıxıb getdiyini öyrənmişdir. Elzanın istifadəsində olan mobil nömrəyə yığsa da, onunla əlaqə saxlamaq mümkün olmamışdır. Aralarında olan münaqişədən təxminən 1 həftə sonra 4-cü PB-nin polis əməkdaşı ona zəng edərək Elzanın onun barədə şikayət etdiyini bildirmişdir. Mübahisə təxminən 2 dəqiqə davam etmiş, orada o və Elza olmuş, başqa heç kim olmamışdır. Törətdiyi əməldən peşmandır. Barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, özünü təqsirli bilir. Barəsində amnistiya tətbiq edilməsini xahiş edir. İstintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 22.07.2008-ci il tarixdə Rahimlə rəsmi nikaha daxil olmuş, bu nikahdan 12 yaşında Məhəmmədəli və 7 yaşında Zəhra adlı övladları olmuşdur. Onların münasibəti son 4 ilədək normal olmuşdur. Son 4 il ərzində yoldaşı onunla pis rəftar etmişdir. Belə ki, 4 ilə yaxındır ki, Rahim işləməmiş, evdə yalnız o işləmiş və evin bütün tələbatlarını o qarşılamışdır. Rahim dəfələrlə onun işlədiyi marketə gəlmiş, onu təhqir etmiş və orada döyməyə çalışmışdır. Rahim ondan mütəmadi olaraq öz tələbatı üçün gündəlik olaraq 5-6 manat pul almışdır. Sonuncu mübahisələri 23 iyun 2021-ci il tarixdə, saat təxminən 01:00 radələrində baş vermişdir. Belə ki, Rahim öz tələbatını ödəmək üçün ondan 5-6 manat pul istəmişdir. O, Rahimə pulunun olmadığını demiş və artıq bezdiyini, uşaqlarının və evinin tələbatını qarşılaya bilmədiyini bildirmişdir. Buna baxmayaraq Rahim ona anasından, iş yoldaşlarından pul alıb verməsini tələb etmişdir. O, Rahimə onun üçün aldığı borcları hələ qaytara bilmədiyini və heç kimin ona borc verməyəcəyini demişdir. O, bütün bu problemlərin nə vaxta kimi davam edəcəyini bilmək istədiyini, normal bir ailə kimi yaşamaq arzusunda olduğunu, artıq bunlara dözə bilmədiyini və atasının evinə çıxıb gedəcəyi demişdir. Rahim ona “artıq məni istəmirsən, mən artıq səni qane etmirəm?” deyərək əsəbləşmişdir. Rahim bu sözləri təkrar edə-edə onun sol qoluna yumruq zərbələri endirməyə başlamışdır. O, səsini çıxartmamışdır. Daha sonra Rahim otaqdan çıxmış və evin giriş qapısından asılmış dabankeşi götürərək geri qayıtmışdır. Onu təhqir edərək ilk öncə dabankeşlə sol bud nahiyəsinə xəsarət yetirmişdir. Onların mübahisələri saat 03:00dək davam etmişdir. Həmin müddətdə aralarında əsasən söz mübahisəsi olmuşdur. Bundan sonra Rahim otaqdan çıxaraq getmiş və saat 05:00 radələrində otağa yenidən gəlib yerində yatmışdır. O, saat 12:30 radələrində evi tərk etmiş və Abşeron rayonu, Müşviqabad qəsəbəsində yaşayan dayısı Zamangilə getmişdir. 25 iyul 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı otaqda azyaşlı uşaqlar olmuş, uşaqlar yatdığı üçün o, döyülən zaman səsini çıxartmamış, buna görə hadisəni görən olmamış, Rahimlə aralarında baş verən münaqişənin səbəbi Rahimin öz tələbatlarına görə ondan pul istəməsi və Rahimə pul verməkdən bezdiyi üçün evdən çıxıb gedəcəyini bildirməsi olmuş, Rahimlə aralarında dəfələrlə münaqişələr baş vermiş, lakin övladlarını və ailəsini düşündüyü üçün heç vaxt Pİnə müraciət etməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 25.06.2021-ci il tarixli, 783 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol bazunun yuxarı 1/3-nin bayır səthinin 3 ədəd, sol əlin arxa səthinin 2- 3-cü əl-daraq sümüyü proyeksiyasının, sol budun yuxarı 1/3-nin bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin 2 ədəd qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 23.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(i.v 10-12) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan iki (10.07.2009-cu il təvəllüdlü X2 oğlu və 03.08.2014-cü il təvəllüdlü X3) uşağı vardır. (i.v 33) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2834 saylı, 16.08.2021-ci il tarixli arayışından görünür ki, Baıyev Rahim Əbdülrəhim oğlu Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 39) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Hərbi Məhkəməsinin 23.12.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 62-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30.05.2006-cı ildə Suraxanı Rayon Məhkəməsinin 10.05.2006-cı il tarixli qərarına əsasən 2 ay 2 gün vaxtından əvvəl şərti azad edilmişdir.(i.v 40-41) İş materiallarında olan 20.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Bağırov Rahim Əbdülrəhim oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 47) İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v72-73) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-628/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-628/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver