Məhkəmə qərarları › İş №1(060)-63/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-63/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-63/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şirzad oğlunun iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi işlə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 17A, məzil 38də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 21/22, mənzil 3-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi Sumqayıt şəhəri Koroğlu prospektində yerləşən iki sexdən ibarət “Yağ dəyişmə” məntəqəsinin dam örütüyünü birlikdə sökərək, içəriyə qanunsuz daxil olub birinci sexdən 450 manat dəyərində Alman istehsalı olan açar dəstini, 530 manat dəyərində 02 ədəd vakum açarları, 330 manat dəyərində “Ukrayna” istehsalı olan 01 ədəd qaynaq aparatını, 2000 manat dəyərində müxtəlif ölçülü “Alman” istehsalı olan açarları, 110 manat dəyərində 01 ədəd dreli, 90 manat dəyərində “Niderland” istehsalı olan kiçik ölçülü 01 ədəd əl drelini, 170 manat dəyərində “Saz” markalı 01 ədəd internet aparatını, 150 manat dəyərində 01 ədəd internet blokunu, 30 manat dəyərində 01 ədəd üzqırxan aparatı, 750 manat dəyərində “Delpi” markalı 01 ədəd diaqnostika aparatını, 60 manat dəyərində tirşotka dəstini, 40 manat dəyərində altıbucaqlı açar dəstini, ikinci sexdən isə 220 manat dəyərində açar dəstini, 70 manat dəyərində kiçik ölçülü laqonda aparatını, 100 manat dəyərində böyük ölçülü laqonda aparatını, 800 manat dəyərində müxtəlif ölçülü açarları, 700 manat dəyərində “Mitsubishi L200” markalı avtomobil üçün nəzərdə tutulmuş rulovoyu, 150 manat dəyərində prefaratoru, 1452 manat dəyərində 132 ədəd “Mercedes” markalı avtomobil yağını, 793 manat dəyərində 61 ədəd “Shell” markalı yağı, 832 manat dəyərində 52 ədəd “Castrol” markalı yağı, 304 manat dəyərində 16 ədəd “Zig”” markalı yağı, 902 manat dəyərində 41 ədəd “Gulf” markalı yağı, 1000 manat dəyərində Ford, Toyota markalı avtomobillə üçün nəzərdə tutulan 25 ədəd avtomobil yağlarını, 200 manat dəyərində ov çantasını, ov bıçaqlarını, 90 manat dəyərində “Çizlyak” markalı bıçağı, 300 manat dəyərində SSRİ istehsalı olan binoklu, 250 manat dəyərində tüfəng üçün nəzərdə tutulan optik nişangahı, 250 manat dəyərində ov üçün nəzərdə tutulan elektron çağırıcını gizli talayıb Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni, 13123 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri 21-ci məhəllə Kamran Hüseynov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 satıcı işlədiyi “xxxx” ASC-nin toyuq məhsulları mağazasının plastik qapısını qırıb keçmə yolu ilə qanunsuz mağazaya daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus 250 manat məbləğində nağd pul və 1 ədəd 80 manat dəyərində Lenovo markalı TB-X304L modelli planşeti gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 330 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən mağazaya həmin mağazanın dəmir barmaqlığnın kilidinin sındırılması yolu ilə qanunsuz daxil olaraq mağazadan 60 manat dəyərində 4 blok qalın filtrli “Arqo” markalı siqareti, 30 manat dəyərində 2 blok nazik filtrli “Arqo” markalı siqareti, 68 manat dəyərində 4 blok qalın filtrli “Kingston” markalı, 126 manat dəyərində qalın filtrli “West” silver markalı, 34 manat dəyərində 2 blok “Klassik” markalı, 98 manat dəyərində 7 blok ”Prima” markalı, 34 manat dəyərində 2 blok “Bakı” markalı, 42 manat dəyərində 3 blok “Veqas” markalı, 340 manat dəyərində 20 blok “Magna” markalı, 198 manat dəyərində 6 blok nazik filtrli “Kent” markalı, 176 manat dəyərində 8 blok boz kompakt “Rothmans” markalı, 220 manat dəyərində 10 blok nazik filtrli boz “Palmall” markalı, 99 manat dəyərində 3 blok qalın filtrli “Kent 8” markalı, 33 manat dəyərində 1 blok qalın filtrli “Kent4” markalı, 66 manat dəyərində 2 blok nazik filtrli “Kent” mentol markalı, 310 manat dəyərində 10 blok kompakt “Vinston” markalı, 144 manat dəyərində 4 blok nazik filtrli göy” Sobranie” markalı, 130 manat dəyərində 5 blok nazik filtrli “LD club” markalı, 84 manat dəyərində 6 blok ağ “More” markalı, 170 manat dəyərində 10 blok nazik filtrli “Vinchester” markalı, 90 manat dəyərində 5 blok “Want” markalı, 56 manat dəyərində 4 blok nazik filtrli “Keno” markalı, 28 manat dəyərində 2 blok “Azəri” markalı, 54 manat dəyərində 3 blok nazik filtrli “Viceroy” markalı siqaretləri, 80 manat dəyərində “Hikvision” markalı yaddaş aparatını, 1 ədəd 50 manat dəyərində “HP” markalı monitoru, mağazadakı kassanın içərisində olan 300 manat dəyərində müxtəlif növ telefon danışıq kartlarını, 150 manat pulu, 50 manat dəyərində xırda qəpik pulları oğurlayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3320 (üç min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri Korroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus avtomobil ehtiyyat hissələri dükanının giriş qapısının dəmir barmaqlığının qıfılını sındırıb qapını qırıb keçmə yolu ilə dükana qanunsuz daxil olaraq 15 manat dəyərində nağd pul, 1 ədəd 110 manat dəyərində 90 ampulluq «Unikum” markalı akkumlyator, 1 ədəd 130 manat dəyərində 90 ampulluq “Energy” markalı akkumlyator, 1 ədəd 65 manat dəyərində 62 ampulluq “Vesta” markalı akkumlyator, 6 ədəd ümumilikdə 60 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 102 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 3 ədəd ümumilikdə 102 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 72 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 72 manat dəyərində 4 litrlik “X7” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 123 manat dəyərində 4 litrlik “Lukoil Genesis” markalı 5/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 48 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 48 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 3 ədəd ümumilikdə 66 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 10 ədəd ümumilikdə 100 manat dəyərində 1 litrlik “Grass” markalı kimyəvi təmizləmə dərmanı, 5 ədəd ümumilikdə 25 manat dəyərində 1 litrlik “Berol” markalı kimyəvi təmizləmə dərmanı, 10 ədəd ümumilikdə 30 manat dəyərində spray boya, 20 ədəd ümumilikdə 300 manat dəyərində F-1 spray təmizləyici, 1 ədəd ümumilikdə 3 manat dəyərində 1.5 litrlik qlicelin, 20 ədəd ümumilikdə 80 manat dəyərində germetika, 1 ədəd 10 manat dəyərində original “İphone” markalı telefon üçün cərəyan naqili, 1 ədəd 10 manat dəyərində original “Samsung” markalı telefon üçün cərəyan naqili, 1 ədəd 35 manat dəyərində istifadə olunmuş kiçik ölçülü laqonda, 5 ədəd ümumilikdə 125 manat dəyərində avtomobil yumaq üçün şlanqlı köpük tapançası, 5 ədəd ümumilikdə 100 manat dəyərində avtomobil yumaq üçün şlanqlu su tapançası, 2 ədəd istifadə olunmuş hər biri 10 manat dəyərində qaz açarını gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 2166(iki min yüz altmış altı) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri 21-ci məhəllə Kamran Hüseynov küçəsi 92-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus aptekin qapısını qırıb keçmə yolu ilə apekə qanunsuz daxil olaraq masanın üzərində olan 1 ədəd 140 manat dəyərində “Toshiba” markalı notebook, 1 ədəd 160 manat dəyərində “Lenovo” G580 markalı notebook, 2 ədəd ümumilikdə 100 manat dəyərində “LG” markalı 20EN33 modelli 21 dioqanallı monitor, 1 ədəd 50 manat dəəyərində 80 GB tutumlu hard disk, 1 ədəd 50 manat dəyərində elektron hidrometr, 1 ədəd 110 manat dəyərində 8 yerli aptekin mühafizə kameralarının DVR yaddaş qurğusu, 1 ədəd 200 manat dəyərində “Crhrysler C300” manat dəyərində avtomil pultu və “Toshiba” markalı notebookun altında olan 469 (dörd yüz altmış doqquz) manat nağd pulu gizli talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 1279(bir min iki yüz yetmiş doqquz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə axşam saat 22.radələrində Sumqayıt şəhəri 15-ci məhəllədə yerləşən Zərərçəkmiş şəxs6 ASC-nin Sumqayıt nümayəndəliyinə məxsus ofisin giriş qapısının kilidini kəlbətinlə sındırmaq yolu ilə içəri qanunsuz daxil olaraq 1 ədəd 300 manat dəyərində “Acer” markalı, 1 ədəd 150 manat dəyərində “HP” markalı 3165NGW modelli, 1 ədəd 150 manat dəyərində “HP” markalı RTL8723BE modelli, 1 ədəd 150 manat dəyərində “HP 620” markalı, HSTNN-İ85C-5 modelli, 1 ədəd 150 manat dəyərində “HP 60” markalı HSTNN- İ85C-5 modelli, 1 ədəd 250 manat dəyərində “HP” markalı notebuku, 1 ədəd 250 manat dəyərində “DL-3604” modelli yaddaş qurğusunu gizli talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxsə 1400 ( min dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, oğurluq etdiyi şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 tanımış, onlarla əvvəllər heç bir münasibəti olmamış, aralarında ədavət düşmənçiliyi olmamışdır. Ölkə ərazisində olan karantin rejimi ilə əlaqədar uzun müddətdir ki, işsiz olmaqla maddi vəziyyəti yaxşı olmamışdır. O da oğurluq etmək qərarına gəlmişdir. O, etdiyi oğurluqlardan birini tanışı X2 ilə birlikdə törətmişdir. İlk dəfə oğurluğu Seymur Rzayevlə birlikdə törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 təxminən 6-7 il olar ki, tanıyır o, əvvəllər Sumqayıt şəhəri “Əşya Bazarı” adlanan ərazidə yerləşən avtomobillərin təmiri sexində usta işləmişdir. Kamil də həmin ərazidə yerləşən “Yağ dəyişmə” məntəqsində işləmişdir. Əvvəllər Kamillə münasibətləri normal olsa da, sonradan Kamilin işlədiyi yağ dəyişmə məntəqəsi ilə qonşuluqda yerləşən sexdə işləyən xalası oğlu Ruslanı, Kamil müdirriyyətlə danışaraq işdən çıxartdırdığından və həmin sexi də özü icarəyə götürdüyündən onunla münasibətləri pisləşmişdir. Sonradan o özü də işdən çıxmışdır. Daha sonralar işsiz olduğundan və pula ehtiyacı olduğundan əvvəllər onunla qonşuluqda yaşamış X1 ilə aralarındakı söhbət zamanı razılaşıb oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Avtovağzal” adlandırılan ərazidə Seymurla görüşdükdən sonra oğurluq etmək məqsədilə Sumqayıt şəhəri, Koroğlu prospekti, “Əşya Bazarı” adlandırılan ərazidə yerləşən, əvvəllər usta işlədiyi sexlərin olduğu əraziyə getmişlər. Bundan sonra həm Kamildən heyf almaq, həmdə pula ehtiyacı olduğundan maddi vəziyətini yaxşılaşdırmaq məqsədilə Seymurla birlikdə ərazidən tapdıqları nərdivandan istifadə etməklə Kamilin işlədiyi “Yağ dəyişmə məntəqəsinin damına qalxmışlar. Bundan sonra dam örtüyünün şifer adlandırılan dam örtüyünü Seymurla birlikdə sökmüşlər. Sonra isə yağ dəyişmə məntəqəsinin tavanına vurulmuş lambir adlandırılan materialı ayaqları ilə vuraraq sındırmışlar və açılmış dəlikdən içəriyə daxil olmuşlar. Bundan sonra o, içəridən tapdığı üç ədəd kisənin içərisinə təxminən üç ədəd bir litirlik avtomobilin mühərrik yağlarını, bir ədəd açar dəstini, bir ədəd kiçik ölçülü direli, bir ədəd kiçik ölçülü laqonda aparatını, təxminən 10 ədəd açarları, internet paylayıcısını, hazırda xatırlamadığı bir neçə başqa əşyaları yığmışdır. Seymur da içəridən tapdığı başqa bir ədəd çantaya müxtəlif əşyaları yığmışdır. Bundan sonra içəriyə daxil olduqları qaydada ordan çıxaraq yol ilə keçən sürücüsünü tanımadığı, dövlət nömrə nişanını xatırlamadığı, qara rəngli “Opel” markalı taksi avtomaşınına minərək ordan uzaqlaşmışlar və o, yaşadığı evə qayıtmışdır. Seymur da öz yaşadığı evə getmişdir. O yaşadığı evin yaxınlığına gəldikdən sonra oğurladığı əşyaları yaşadığı evin yaxınlığında gizlətmişdir. Səhəri gün isə Bakı şəhəri, Babək prospekti ərazisində yerləşən “Maşın Bazarı” adlanan əraziyə aparıb tanımadığı şəxsə 200 manata satmışdır. Həmin pulu isə sonradan şəxsi ehtiyacları üçün xərcləmişdir. Etdiyi əməldən səmimi olaraq peşiman olmuşdur. Bundan başqa o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 01. radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə Kamran Hüseynov küçəsində yerləşən “xxxx” ASC-nin toyuq məhsulları mağazısından oğurluq etmişdir. O həmin mağazadan oğurluğu tək etmişdir. Belə ki, o pulu olmadığı üçün yenə oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən o, Sumqayıt şəhəri, 21-ci məhəllə, Kamran Hüseynov küçəsində yerləşən “xxxx” ASC-nin toyuq məhsulları mağazasından oğurluq etmək planına düşmüşdür. xx.xx.2020-ci il tarixdə təxminən saat 01 radələrində o, “xxxx” mağazasının bağlı olduğunu görüb qabaqcadan özü ilə gətirdiyi dəmir parçası ilə həmin mağazanın plastik giriş qapısını sındırıb mağazanın içərisinə daxil olmuşdur. O, mağazada masanın üzərindən “Lenovo” markalı planşeti götürmüş, sonra mağazanın içərisində pul axtarmağa başlamış və stolun siyirməsində olan dəftərin arasından 250 manat pul olduğunu görüb pulları ordan oğurlamışdır. Sonra mağazadan qaçıb getmişdir. O, oğurluq etdikdən sonra evə getmişdir. O həmin planşeti evdə gizlətmiş, qalan pulları isə öz tələbatına xərcləmişdir. O, sonradan bilmişdir ki, həmin planşetlə pul, mağazada satıcı işləyən Zərərçəkmiş şəxs5 məxsus olmuşdur. Polis əməkdaşları onu tutduqdan sonra o, həmin “Lenovo” markalı planşeti polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, xx xxx 2020-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Günel” marketdən oğlurluq etmişdir. O, həmin markətdən oğurluğu tək etmişdir. xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində “Simurq” şadlıq sarayının qarşısında yerləşən parkda olarkən oğurluq etmək qərarına gəlmişdir. O, oğurluq etmək qərarına düşdüyü üçün üzərində işlədiyi sexdən dəmir montirovka götürmüşdür. O, 26-cı məhəllə ərazisində gəzişən zaman “Günel” marketin yanından keçmiş, həmin marketə girib oğurluq edib gəlir əldə etmək qərarına gəlmişdir. O, marketə yaxınlaşıb görmüşdür ki, marketin giriş qapısı qıfılla bağlıdı. O, ətrafa baxıb ətrafda heç kəsin olmadığını görüb sexdən götürdüyü mantirovka ilə marketin giriş qapısının kilidini sındırıb marketə daxil olmuşdur. Marketdə olan siqaret polkasından müxtəlif növdə sayını dəqiq xatırlamadığı siqaret blokları və təxminən 300 manat dəyərində müxtəlif konturlar götürmüşdür. Daha sonra isə kassadan 200 manat pul götürmüşdür. Həmçinin o, kassanın yanında olan kompyuterin monitorunu götürmüşdür. O, götürdüyü siqaretləri və kompyuter monitorunun kulyokuna yığmış, kontur və pulu isə cibinə qoyub marketin arxa qapısından çıxmışdır. Sabahısı gün o, tanışı Vüsalla görüşmüş, ona onda konturlar və kompyuter monitorunun olduğunu, borc əvəzinə ona verildiyini demiş, həmin konturları və monitoru borcunu qaytaranda gəlib götürəcəklərini demiş və ondan xahiş etmişdir ki, konturları və monitorları özündə saxlasın. Vüsal da onunla razılaşmış, konturları və monitoru ondan götürmüşdür. Oğurladığı siqaretləri isə TTYS-da sürücü işləyən Vüqar adlı tanışına vermişdir ki, o, həmin siqaretləri aparıb satsın. Vüqar həmin siqaretlərə görə ona təxminən 500 manatdan artıq pul vermişdir. Həmin pulu da o, öz tələbatına xərcləmişdir. O, Vüqara da siqaretlərin ona borc əvəzinə verildiyini demiş və həmin siqaretlərin satılmasında ona kömək etməsini xahiş etmişdir. Vüqar da ona inanıb kontuları götürüb dostuna satmışdır, siqaretlərin pulunu da ona vermişdir. Bundan başqa o, xx xxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində Zərərçəkmiş şəxs4 məxsus ehtiyyat hissələri dükanından oğurluq etmişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus avtomobil ehtiyyat hissələri dükanının giriş qapısının dəmir barmaqlığının qıfılını sındırmışdır. Daha sonra dükanın plastik qapıdan olan giriş qapısını qırıb dükana daxil olmuşdur. O, Mehdinin dükanından 1 ədəd 90 ampulluq “Unikum“ markalı akkumlyator, 1 ədəd 90 ampulluq Energy markalı akkumulyator, sayını dəqiq xatırlamadığı miqdarda avtomobil mühərrik yağlarını, təmizləyici maddələri, bir neçə ədəd germetika, F-1 avtomobil şiti üçün sprayləri, qlicelinləri, həmçinin balaca ölçülü laqonda aparatını oğurlamış, o, onun dükanından qeyd etdiyi əşyaları oğurlayıb kisəyə yığıb dükandan çölə çıxardıb dükanın arxasına yığıb gizlətmişdir. Sonra isə yoldan keçən nömrəsini xatırlamadığı yaşıl rəngli “VAZ 2104” markalı taksi saxlatdırıb, taksi ilə oğurladığı əşyaları Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində tanışı Vüqar adlı şəxsin yanına aparmışdır. O, ona oğurladığı əşyaların ona pul borcu əvəzinə verildiyini demiş və ona bunları satmağa köməklik göstərməsini xahiş etmişdir. Taksi sürücüsü onun avtomobilinə yığdığı malların oğurluq olduğunu bilməmişdir. Vüqar da onunla razılaşmış, oğurladığı əşyaları onun həyətinə yığmış və səhəri gün bilmişdir ki, Vüqar Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “xxxx” marketin yanında olan avtomobil ehtiyyat hissələri mağazasında işləyən Aqil Yusif oğluna oğurladığı əşyaları aparıb vermişdir. Vüqar həmin əşyalara görə 300 manat pul vermişdir. Əldə etdiyi 300 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə təxminən saat 02-03 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə Kamran Hüseynov küçəsi 92-də yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus aptekdən oğurluq etmişdir. O, aptekdən də tək oğurluq etmişdir. Onun yenə pulu qurtardığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən o, xx.xx.2020-ci il tarixdə təxminən saat 02-03 radələrində Zərərçəkmiş şəxs1 məxsus aptekin yaxınlığına getmişdir. O, heç kəsin gəlmədiyinə əmin olub, üzərində olan mantirovka ilə aptekin yan giriş qapısını sındırıb açmışdır. O, aptekin içərisinə daxil olmuşdur. Aptekin içərisində olan masanın üzərindən 2 ədəd “LG” markalı 21 dioaqonallı kompyuter monitoru, digər masanın üstündən isə 1 ədəd “Toshiba” markalı notebook, kassanın yanında 1 ədəd “Lenova” markalı notebook, masanın üstündə olan notebookun altından 469 manat nağd pulu, həmin masanın üstündə 1 ədəd hard disk, 1 ədəd elektron hidrometr, 1 ədəd kamera DVR yaddaş qurğusu və masanın üzərində olan avtomobil açarını oğurlamışdır. O, kameranın yadaş qurğusunu oğurlamışdır ki, aptekə kimin girdiyi bilinməsin. O, oğurladığı əşyaları 2 kulyoka yığmış, pulları isə cibinə qoyub girdiyi qapıdan çıxıb getmişdir. O, oğurladığı əşyaları onun yaşadığı həyətə gətirmiş, evə gedən yolda kulyokun biri cırılmış, kulyokun içərisində olanlar yerə tökülmüş, o da tələsik kulyokdan tökülənləri yenidən kulyokun içərisinə qoyub həyətə getmişdir. Ola bilsin ki, həmin vaxt kulyokdan 1 ədəd hard disk düşüb yerdə qalsın. O, oğurladığı pulları özünə saxlamış, oğurladığı notebooku isə sabahısı gün dostu Vüsalla görüşəndə ona borc əvəzinə verdiyini demiş və ondan ona verdiyi konturlar, monitorla bir yerdə saxlamasını xahiş etmişdir. Vüsal da onunla razılaşmışdır. O da oğurladığı “Toshiba” markalı notebooku Vüsala saxlaması üçün vermişdir. Notebookun birini isə əmisioğlu Azərə vermişdir ki, içərisində olanları format etsin. O, əmisi oğluna və Vüsala həmin kompyuterlərin oğurluq olduğunu deməmişdir. Oğurladığı monitorun birinin adaptoru olmadığı üçün və kameranın yaddaş qurğusu evlərinin yanında yerləşən zibil yeşiyinə tullamış, digər monitor və elektron hidrometri isə evdə saxlamışdır. Avtomobilin açarını isə hara qoyduğunu xatırlamamışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə qardaşı Fuadın yaşadığı Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi evdə olmuş, axşam saat 21 radələrində oradan çıxaraq yaşadığı evə gəlmək üçün 7 saylı marşuruta minmişdir. O, marşurutla gələrək Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Asan Xidmətin” yanında düşmüşdür. Orada olan avtobus dayanacağında olan köşkdən “Go” spirtli içkisi alaraq içmişdir. Daha sonra saat 22 radələrində piyada orada gəzişərkən “Asan Xidmət”in yanında olan “Günay” siğorta şirkətinin ofisini görmüşdür. O, həmin ofisdə heç kəsin olmadığını, boş olduğunu görmüş və orada pul olduğunu fikirləşərək oğurluq etmək qərarına gəlmişdir. O, ora yaxınlaşmış və ofisin hər yanında kamera olduğunu görmüşdür. Ona görə də kameraya düşməmək üçün işıqları söndürməyi fikirləşmişdir. Ona görə də yaxınlıqda olan avtomobil təmiri sexinə yaxınlaşaraq kəlbətin lazım olduğunu, tezliklə qaytaracağını deyərək verməklərini xahiş etmişdir. O, oradan kəlbətin götürüb ofisin yanına gəlmiş və ofisin giriş qapısının sağ tərəfində yuxarıda yerləşən işıq şitini açaraq kəlbətinlə işıq naqillərini kəsmişdir. Daha sonra ofisin gümüşü rəngli giriş qapısının kilidini əlində olan kəlbətinlə sındırmış və içəriyə daxil olmuşdur. O, əvvəlcə pul oğurlamaq istədiyindən əlində olan yandıranın işığı ilə orada olan stolların siyirmələrini axtarmışdır. Ancaq pul tapa bilməmişdir. Ona görə də içəridə olan stolların üzərində olan notbukları oğurlamaq qərarına gəlmiş, stolların üzərində olan 4 ədəd “HP” markalı və 1 ədəd “Acer” markalı notbuku götürmüşdür. Daha sonra işıq naqillərini kəsdiyi zaman müşahidə kamerlarına düşdüyündən müşahidə kameralarının yaddaş qurğusunu da oğurlamağı fuikirləşərək yaddaş qurğusunu axtarmışdır. O, yaddaş qurğusunu ofisin mətbəxənin divarından asıldığını görmüş və yaddaş qurğusunu da oğurlayaraq ofisdən çıxmışdır. O, oradan çıxdıqdan sonra oğurladığı əşyalarla birlikdə üzbə-üzdə yerləşən “Avtovağzal” ın həyətinə gəlmişdir. Orada köhnə “Vaz 2107” markalı avtomobilin olduğunu və şüşələrinin açıq vəziyyətdə olduğunu görmüş, həmin vaxtı fikirləşmişdir ki, oğurladığı əşyaları üzərində görüb ondan şübhələnəcəklər. Oğurladığı əşyaları həmin köhnə avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsində gizlətmişdir. Daha sonra oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. O, səhərsi gün yəni xx.xx.2020-ci il tarixdə səhər saat 11 radələrində ora yenidən gedərək gizlətdiyi əşyaların orada olub olmadığını yoxlamış və orada olduğunu gördükdən sonra müştəri axtarmağa getmişdir. Daha sonra Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları oğurluğu etməkdə şübhəli kimi onu saxlamışlar və o da hər şeyi olduğu kimi etiraf etmişdir. O, bütün oğurluqları tək etmiş, yalnız Zərərçəkmiş şəxs3 məxsus sexdən oğurluğu tanışı Seymurla etmişdir. Oğurladığı əşyaları satdığı və ya verdiyi şəxslər həmin əşyaların oğurluq olduqlarını bilməmişlər. O, hər dəfə onlara bir bəhanə deyərək əşyaların özünün olduğuna inandırmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 dəymiş ziyanı ödədiyindən ona qarşı şikayətləri yoxdur. Digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, “Günay” siğorta şirkətinin Sumqayıt filialının müdiri işləyir. Onların ofisi Sumqayıt şəhəri, 15-ci məhəllə, Asan xidmətin yanında yerləşir. Onlar hər gün saat 09:00-da ofisi açır, saat 19:00-da ofisi bağlayırlar. O, xx.xx.2020-ci il tarixdə axşam saat 19:00-da ofisi bağlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saat 09:00-da ofisə gəldikdə ofisin qapısının kilidinin sınmış vəziyyətdə olduğunu görmüş və oğurluq olduğunu anlayaraq içəriyə keçməyərək şüşədən içəri baxmışdır. İçəriyə baxdıqda ofisin “notebook” larının stolların üzərində olmadığını görmüşdür. O, 102 xidmətinə zəng edərək məlumat vermiş və 3-cü Polis Bölməsinin əməkdaşları ora gedərək baxış keçirtmişlər. Sonradan ofisdə olan 6 ədəd “notebook” un oğurlandığını görmüşdür. Daha sonra içəriyə baxdıqda mətbəxdə olan müşahidə kamerasının yaddaş qurğusunun da oğurlandığını aşkar etmişdir. Daha sonra bölmədən oğurluq edən şəxsin tapıldığını demişlər. Hadisə xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrindən xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrinədək olan müddət ərzində baş vermişdir. Oğurluq nəticəsində ofisdən 1 ədəd Acer” markalı Z5WAH modelli notbuku, 1 ədəd “HP” markalı 3165NGW modelli notbuk, 1 ədəd “HP” markalı RTL8723BE modelli notbuk, 1 ədəd “HP 620” markalı HSTNN-İ85C-5 modelli notbuk, 1 ədəd “HP 620” markalı HSTNN-İ85C-5 modelli notbuk, 1 ədəd “HP” markalı modelini bilmədiyi notebuk, 1 ədəd DL-3604 modelli müşahidə kamerasının yaddaş qurğusu oğurlanmışdır. 1 ədəd Acer” markalı Z5WAH modelli notbuku 2017-ci il tarixdə 500 manata, 1 ədəd “HP” markalı 3165NGW modelli notbuku 2015-ci il tarixdə 250 manata, 1 ədəd “HP” markalı RTL8723BE modelli notbuku 2015-ci il tarixdə 250 manata, 1 ədəd “HP 620” markalı HSTNN-İ85C-5 modelli notbuku 2014-cü il tarixdə 250 manata, 1 ədəd “HP 620” markalı HSTNN-İ85C-5 modelli notbuku 2014-cü il tarixdə 250 manata, 1 ədəd “HP” markalı modelini bilmədiyim notebuku 2015-ci il tarixdə 250 manata və 1 ədəd DL-3604 modelli müşahidə kamerasının yaddaş qurğusunu isə 2015-ci il tarixdə 450 manata almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 21-ci məhəllə Kamran Hüseynov küçəsi 92-də yerləşən Aptek ona məxsusdur. xx.xx.2020-ci il tarixdə saat 01 radələrində o, ona məxsus aptekin qapısını bağlayıb evinə getmiş, həmin günü təxminən saat 06:30 radələrində evdə olarkən ona məxsus aptekin yerləşdiyi ünvanın qonşuluğunda qəssablıqla məşğul olan Qalib ona zəng edərək aptekin qapısının açıq olduğunu demişdir. O da tez durub evdən aptekə gedib görmüşdür ki, aptekin köməkçi qapısının kilidi sınmış, aptekin içərisi isə dağınıq vəziyyətdədir. Bu səbəbdən dərhal DİN-nin 102 xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. O, aptekdən konkret olaraq nəyin oğurlandığını dəqiq bilmədiyi üçün, ilkin olaraq ərizə ilə müraciət etməmişdir. Lakin daha sonra aptekə baxış keçirib görmüşdür ki, aptekdən 2 ədəd istifadə olunmuş “LG”markalı 21 dioqanallı monitor, 1 ədəd istifadə olunmuş “Lenovo G580” markalı notebook, 1 ədəd istifadə olunmuş “Toshiba” markalı notebok və adaptoru, 1 ədəd istifadə olunmuş 50 manat dəyərində 80 GB tutumlu hard disk, 1 ədəd istifadə olunmuş 50 manat məbləğində elektron hidrometr, 1 ədəd istifadə olunmuş 110 manat dəyərində 8 yerli aptekin mühafizə kameralarının DVR yaddaş qurğusu, 1 ədəd 200 manat dəyərində zavod istehsalı olan original “Chrysler C300” markalı avtomobilin uzaqdan idarəetmə açarı(pult) və aptekdə oğurlanmış notebookun altından 469 manat məbləğində nağd pul naməlum şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 2000 manata yaxın ziyan dəymişdir. Həmçinin aptekdən dərmanlara baxış keçirəndə də 104 manat dəyərində müxtəlif növdə dərmanlar da əksik olmuş, lakin o, həmin dərmanların da oğurlanıb-oğurlanmadığını dəqiq bilməmiş, ola bilsin ki, həmin dərmanları satıb qeyd etmək yaddan çıxmışdır. O, sonradan ona məxsus aptekdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsində avtomobil ehtiyyat hissələri mağazası var. Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 21/22, mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən ona məxsus avtomobil ehtiyyat hissələri dükanının giriş qapısının dəmir barmaqlığının qıfılını sındırıb qapını qırıb keçmə yolu ilə dükana qanunsuz daxil olaraq 15 manat dəyərində nağd pul, 1 ədəd 110 manat dəyərində 90 ampulluq “Unikum” markalı akkumlyator, 1 ədəd 130 manat dəyərində 90 ampulluq “Energy” markalı akkumlyator, 1 ədəd 65 manat dəyərində 62 ampulluq “Vesta” markalı akkumlyator, 6 ədəd ümumilikdə 60 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 6 ədəd ümumilikdə 48 manat dəyərində 1 litrlik “Lukoil Luks” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 102 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 3 ədəd ümumilikdə 102 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 72 manat dəyərində 4 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 72 manat dəyərində 4 litrlik “X7” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 123 manat dəyərində 4 litrlik “Lukoil Genesis” markalı 5/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 48 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 48 manat dəyərində 4 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 3 ədəd ümumilikdə 66 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 3 ədəd ümumilikdə 57 manat dəyərində 5 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 10 ədəd ümumilikdə 100 manat dəyərində 1 litrlik “Grass” markalı kimyəvi təmizləmə dərmanı, 5 ədəd ümumilikdə 25 manat dəyərində 1 litrlik “Berol” markalı kimyəvi təmizləmə dərmanı, 10 ədəd ümumilikdə 30 manat dəyərində spray boya, 20 ədəd ümumilikdə 50 manat dəyərində F-1 spray təmizləyici, 1 ədəd ümumilikdə 30 manat dəyərində 1.5 litrlik qlicelin, 20 ədəd ümumilikdə 80 manat dəyərində germetika, 1 ədəd 10 manat dəyərində original “İphone” markalı telefon üçün cərəyan naqili, 1 ədəd 10 manat dəyərində original Samsung markalı telefon üçün cərəyan naqili, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş kiçik ölçülü laqonda, 5 ədəd ümumilikdə 125 manat dəyərində avtomobil yumaq üçün şlanqlı köpük tapançası, 5 ədəd ümumilikdə 100 manat dəyərində avtomobil yumaq üçün şlanqlu su tapançası, 2 ədəd istifadə olunmuş hər biri 10 manat dəyərində qaz açarını oğurlamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 ildən çoxdur ki, Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Günel” marketi icarəyə götürüb işlədir. Həmin marketdə müxtəlif ərzaq məhsullarının və məişət əşyalarının satışı ilə məşğul olur. Marketdə malların satışını özüm həyata keçirir. “Günel” marketin qapısı plastik materialdandır. Həmin qapı dəmir barmaqlıqlarla örtülmüşdür. xx.xx.2020-ci ildə saat 22:00 radələrində o, marketin qapısını açarla bağlamış, sonra isə həmin qapını əhatə edən dəmir barmaqlığın kilidini açarla bağlamış və yaxınlıqdakı yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində o evdə yatarkən mobil telefonuna qonşu binada yaşayan Viktoriya adlı qadın zəng vurub işlətdiyi marketin qarşısında tanımadığı şəxs olduğunu, marketin qapısını açmaq istədiyini demişdir. O, dərhal evdən çıxıb marketə getmişdir. Marketin qapısına tərəf yaxınlaşdıqda qapının dəmir barmaqlıqlarının kilidinin dəmirlərinin sındırıldığını görmüşdür. Sonra o, marketin içərisinə girdikdə görmüşdür ki, orada olan əşyalar dağınıq vəziyyətdədir. O, mağazadan oğurluq olduğunu başa düşüb DİN-nin 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Bundan sonra o, mağazaya diqqətlə baxdıqda məlum olmuşdur ki, mağazada vitrinlərə düzülmüş siqaret qutularında olan siqaretlər, şkafın altındakı bloklarda olan siqaretlər, kassanın içərisində olan 300 manat dəyərində SİM, CİN və NAR mobil telefon danışıq kartları, 150 manat pul və 50 manat dəyərində xırda qəpiklər, eləcə də mağazada olan video görüntü monitoru və yaddaş aparatı oğurlanmışdır.İşlətdiyi marketdən 4 blok qalın filtrli, 2 blok nazik filtrli “Arqo”, 4 blok qalın filtrli “Kingston” markalı, 7 blok qalın filtrli “Vest” silver markalı, 2 blok kompakt “Klassik” markalı, 7 blok göy “Prima” markalı, 2 blok ağ “Bakı” markalı, 3 blok nazik filtrli “Vegas” markalı, 5 blok qara, 10 blok ağ, 5 blok boz “Magna” markalı, 6 blok nazik filtrli qara “Kent” markalı, 8 blok boz kompakt “Rothmans” markalı, 10 blok nazik filtrli boz “Pallmall” markalı, 3 blok qalın filtrli “Kent 8” markalı, 1 blok qalın filtrli “Kent” 4 markalı, 2 blok nazik filtrli “Kent” mentol markalı, 10 blok kompakt “Vinston” markalı, 4 blok nazik filtrli göy “Sobranie” markalı, 5 blok nazik filtrli “LD club” markalı, 6 blok ağ “More” markalı, 10 blok nazik filtrli “Vinchester” markalı, 5 ədəd nazik filtrli “Vant” markalı, 4 blok nazik filtrli “Keno” markalı, 2 blok qalın filtrli “Azəri” markalı, 3 blok nazik filtrli “Viceroy” markalı siqaretlər, ÇİN istehsalı olan “Hikvision” markalı yaddaş aparatı, “HP” markalı monitor oğurlanmışdır. Oğurluq nəticəsində ona təxminən 3432 manat dəyərində ziyan dəymişdir. Belə ki, 2532 manat 60 qəpik dəyərində siqaretlər, 300 manat dəyərində telefon danışıq kartları, 200 manat pul, 350 manat dəyərində yaddaş aparatı, 50 manat dəyərində isə monitor oğurlanmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza verilməsini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Sumqayıt şəhəri Koroğlu prospektində Əşya bazarı adlanan yerdə yağdəyişmə məntəqəsini icarəyə götürərək işlədir. Orada onunla birgə qardaşı Orxan da işləyir. Həmin yerdə o, iki sex icarəyə götürmüş, birində avtomobillərin yağını dəyişmiş, digərini isə anbar kimi istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə o, sex üçün təxminən 4500 manatlıq müxtəlif firmaların avtomobil mühərriki üçün nəzərdə tutulan yağ almışdır. xx.xx.2020-ci il tarixdə saat 23:10 radələrində qardaşı Orxan sexi bağlamışdır. xx.xx.2020-ci il tarixdə saat 09:58-də qardaşı zəng edərək sexdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. O, sexə gəldikdə müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər hər iki sexə dam örtüyünü sökməklə içəriyə daxil olub 1-ci sexdən 450 manat dəyərində Alman istehsallı açar dəsti, 530 manat dəyərində 02 ədəd vakum açarı, 330 manat dəyərində Ukrayna istehsalı qaynaq aparatı, 2500 manat dəyərində müxtəlif ölçülü Almaniya istehsallı açarlar, 110 manat dəyərində direl, 90 manat dəyərində Niderland istehsallı kiçik ölçülü əl direli, 170 manat saz internet aparatı, 150 manat dəyərində internet bloku, 30 manat dəyərində üzqırxan aparatı, 750 manat dəyərində delpi diaqnostika aparatı, 60 manat dəyərində tirşotka dəsti, 40 manat dəyərində altıbucaqlı açar dəsti, 2-ci sexdən isə 220 manat dəyərində açar dəsti, 70 manat dəyərində balaca laqonda, 100 manat dəyərində böyük laqonda, 800 manat dəyərində müxtəllif ölçülü açarlar, 700 manat dəyərində “Mitsubishi L200” markalı avtomobil üçün nəzərdə tutulmuş rulavoy, 150 manat dəyərində preparator, 1452 manatlıq 132 ədəd “Mercedes” markalı avtomobil yağı, 806 manat dəyərində 61 ədəd “Shell” markalı yağ, 841 manat dəyərində “Castrol” markalı yağ, 317 manat dəyərində 16 ədəd “Zig” markalı yağ, 915 manat dəyərində 41 ədəd “Gulf” markalı yağ, 1019 manat dəyərində Ford, Toyoto markalı avtomobillər üçün nəzərdə tutulan avtomobil yağları, 200 manat dəyərində ov çantası, ov bıçaqları, 90 manat dəyərində Çizlyak markalı bıçaq, 1000 manat dəyərində SSRİ istehsallı binokul, 250 manat dəyərində tüfəng üçün nəzərdə tutulan optik nişangah, 250 manat dəyərində ov üçün nəzərdə tutulan elektron çağırıcını oğurlamışdır. Həmin oğurlanmış əşyalar ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərindən “xxxx” ASC-nin Sumqayıt şəhəri 21-ci məhəllə ərazisi, Kamran Hüseynov küçəsində yerləşən toyuq məhsulları mağazasında satıcı işləyir. O, həmin mağazada ət və süd məhsulları satır. Hər gün səhər saat 08 radələrində mağazaya gəlib açarla mağazanı açır və axşam saat 20 radələrində mağazanı açarla bağlayıb evə gedir. Hər gün olduğu kimi xx.xx.2020-ci il tarixdə saat 20 radələrində işlədiyi mağazanın qapısını açarla bağlayıb evə getmiş və xx.xx.2020-ci il tarixdə saat 08 radələrində işlədiyi mağazaya gələrkən qapının açıq olduğunu görmüşdür. O, mağazanın içərisinə daxil olub görmüşdür ki, mağazada olan dəmir kassanın qapısı açıqdır. xx.xx.2020-ci il tarixdə işdən evə gedərkən özünə məxsus 250 manat nağd pulu və **********06497 İMEİ kodlu Lenovo markalı planşeti kassanın içərisinə qoymuşdur. Kassanın içərisinə baxıb görmüşdür ki, kassadan 250 manat nağd pulunu və “Lenovo” markalı planşeti naməlum şəxs və ya şəxslər oğurlamışlar. O bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edib baş vermiş hadisə barədə məlumat vermişdir. Ona sonradan Sumqayıt ŞPİ-nin 4-cü PB-dən məlumat verilmişdir ki, işlədiyi mağazadan kassanın içərisindən 250 manat pulunu və Lenovo markalı planşetini oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. “xxxx” ASC-nin Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisi, Kamran Hüseynov küçəsində yerləşən toyuq məhsulları mağazasının kassasından oğurlanmış 250 manat naöd pul və “Lenovo” markalı planşet onun özünə məxsus olmuş, pul xx.xx.2020-ci il tarixdə pul lazım olduğu üçün iş yerində pulunu saxlamışdır. Planşeti isə daimi olaraq işdə saxlamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 3320 manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1917 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 330 manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1746 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 1279 manat ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 ümumillikdə 2166 manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3171 saylı və xx.xx.2020-ci il tarixli, 9/1747 saylı rəylərindən görünür ki, Zərərçəkmiş şəxs3 ümumillikdə 13123 manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3273 saylı rəyindən görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs6 ASCyə ümumillikdə 1400 manat ziyan dəymişdir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 03 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şahid1, Şahid3 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd istifadə olunmuş “Acer” makarlı V196HQL modelli monitorla tok ötürücüsü, 01 ədəd istifadə olunmuş “Toshiba” markalı notebokla adaptoru, 28 ədəd 1 manatlıq, 11 ədəd 2 manatlıq, 7 ədəd 3 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, ümumilikdə 121 manatlıq “Azercell” danışıq kartlarını, 10 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 6 ədəd 3 manatlıq, 6 ədəd 5 manatlıq, 2 ədəd 10 manatlıq ümumilikdə 118 manatlıq “Bakcell” danışıq kartları, 08 ədəd 2 manatlıq ümimilikdə 16 maanatlıq “Nar” danışıq kartları saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı 20EN33 modelli monitor, 01 ədəd “Lenovo G580” markalı notebok və adoptoru ilə birlikdə 01 ədəd “Toshiba” markalı noteboku saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Lenovo” markalı planşet saxlanılması üçün Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış müxtəlif ölçülü təmir açarları, eləcə də 01 ədəd “Sotem” markalı binokol və 02 ədəd vintaçan saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd istifadə olunmuş “ALMAZ AUŞM-125-1200” markalı kiçik ölçülü laqonda, 1 ədəd yeni 90 ampulluq “Unikum” markalı akkumlyator, 1 ədəd yeni 90 ampulluq “Energy” markalı akkumlyator, 3 ədəd ümumilikdə 1 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 4 ədəd 1 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 2 ədəd 4 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “X7” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Genesis” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 2 ədəd 5 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 1 ədəd 5 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 2 ədəd 5 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 1 ədəd 5 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 7 ədəd F-1 spray təmizləyici 1.5 litrlik qlicelin saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmıq 1 ədəd “Acer” markalı, 1 ədəd “HP” markalı 3165NGW modelli, 1 ədəd “HP” markalı RTL8723BE modelli, 1 ədəd “HP 620” markalı, HSTNN-İ85C-5 modelli, 1 ədəd “HP 60” markalı HSTNN-İ85C-5 modelli notbuklar və 1 ədəd “DL-3604” modelli yaddaş qurğusu saxlanılması üçün Nümayəndə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını, himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş Materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmün surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-192/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə həmin hissədə bəraət verilmiş, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 08 ay 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli və cəzanın əvvəli xx.xx.2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq epizodları üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinin inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. Onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, eksperiza rəyləri, baxış və digər istintaq hərəkətləri və işin digər halları ilə tam sübuta yetirilir. Odur ki, o, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri 425 (dörd yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, zərərçəkmiş şəxslər Nümayəndə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-192/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd istifadə olunmuş “Acer” makarlı V196HQL modelli monitorla tok ötürücüsü, 01 ədəd istifadə olunmuş “Toshiba” markalı notebokla adaptoru, 28 ədəd 1 manatlıq, 11 ədəd 2 manatlıq, 7 ədəd 3 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, ümumilikdə 121 manatlıq “Azercell” danışıq kartlarını, 10 ədəd 1 manatlıq, 20 ədəd 2 manatlıq, 6 ədəd 3 manatlıq, 6 ədəd 5 manatlıq, 2 ədəd 10 manatlıq ümumilikdə 118 manatlıq “Bakcell” danışıq kartları, 08 ədəd 2 manatlıq ümimilikdə 16 maanatlıq “Nar” danışıq kartları saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd “LG” markalı 20EN33 modelli monitor, 01 ədəd “Lenovo G580” markalı notebok və adoptoru ilə birlikdə 01 ədəd “Toshiba” markalı noteboku saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Lenovo” markalı planşet saxlanılması üçün Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış müxtəlif ölçülü təmir açarları, eləcə də 01 ədəd “Sotem” markalı binokol və 02 ədəd vintaçan saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd istifadə olunmuş “ALMAZ AUŞM-125- 1200” markalı kiçik ölçülü laqonda, 1 ədəd yeni 90 ampulluq “Unikum” markalı akkumlyator, 1 ədəd yeni 90 ampulluq “Energy” markalı akkumlyator, 3 ədəd ümumilikdə 1 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 4 ədəd 1 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Luks” markalı 5/30 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Luks” markalı 5/40 mühərrik yağı, 2 ədəd 4 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “X7” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Genesis” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 1 ədəd 4 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 2 ədəd 5 litrlik “Lukoil Super” markalı 10/40 mühərrik yağı, 1 ədəd 5 litrlik “Lukoil Super” markalı 15/40 mühərrik yağı, 2 ədəd 5 litrlik “Lukoil Super” markalı 20/50 mühərrik yağı, 1 ədəd 5 litrlik “Lukoil Luks” markalı 10/40 mühərrik yağı, 7 ədəd F-1 spray təmizləyici 1.5 litrlik qlicelin saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Acer” markalı, 1 ədəd “HP” markalı 3165NGW modelli, 1 ədəd “HP” markalı RTL8723BE modelli, 1 ədəd “HP 620” markalı, HSTNN-İ85C-5 modelli, 1 ədəd “HP 60” markalı HSTNN-İ85C-5 modelli notbuklar və 1 ədəd “DL-3604” modelli yaddaş qurğusu saxlanılması üçün Nümayəndə təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 425 (dörd yüz iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər Nümayəndə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar