Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-63/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qubadlı rayonu, Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında dəqiq müəyyən edilməmiş tarixdə və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə 18,8 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib müxtəlif çəkilərə bölərək satış üçün hazırladıqdan sonra bir hissəsini özündə saxlamış, əldə etdiyi narkotik vasitədən bir bükümdə təmiz çəkisi 5,96 qram olan qurudulmuş marixuananı vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2024-cii il tarixdə saat 18 radələrində yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yaşadığı ünvanının qarşısında tanışı Şahid3 30 manata satmış, bir bükümdə təmiz çəkisi 6,24 qram olan qurudulmuş marixuananı 10 iyun 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yaşadığı ünvanının qarşısında tanışı Şahid4 80 manata satmış, Şahid3 10 iyun 2024-cü il tarixdə saat 18:40 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Nizami küçəsində yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Şahid4 10 iyun 2024-cü il tarixdə saat 19:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, İnşaatılar qəsəbəsində yerləşən 9 saylı tam orta məktəbin yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərindən 01 ədəd btikiimdə təmiz çəkisi 6,24 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, özü isə keçirilmiş əməliyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərinin ifşa olunduğunu bilib həmin tarixdə, saat 21 radələrində Sumqayıt ŞPİ-nə gəlmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı Şahid3 və Şahid4 narkotik vasitə satdıqdan sonra, satış məqsədi ilə özündə saxladığı 2 bükümdə narkotik vasitənin gizlətdiyi yeri təqdim edə biləcəyini bildirmiş, bundan sonra xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində özünün iştirakı ilə Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsində keçirilən baxış zamanı orada yerləşən qaz sayğacının dəmir qutusunda gizlətdiyi Şahid3 və Şahid4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalar ilə eyni tərkibli olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,57 qram və 4.03 qram-iimumilikdə 6,6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olmuşdur. İstifadə etdiyi narkotiki isə sosial şəbəkə vasitəsi ilə İran vətəndaşından almışdır. O heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Fariz və Pərviz adlı şəxsəri tanımış, lakin onlara narkotik satmamışdır. Yalnız bəzən elə hallar olmuşdur ki, birlikdə narkotik alıb istifadə etmişlər. Belə ki, hər biri pul qoymuş və o da narkotik alaraq gətirmiş və birlikdə istifadə etmişlər. 10 iyun 2024-cü ildə Fariz və Pərvizlə görüşsə də, onlara narkotik vasitə verməmişdir və həmin vaxt onlar birlikdə narkotik vasitə qəbul etməmişlər. Həmin gün anasından eşitmişdir ki, polis əməkdaşları onu axtarırlar. Ona görə də özü könüllü Sumqayıt ŞPİ-yə getmişdir. İdarədə ona təsir və təzyiqlər etmişlər ki, guya yaşadığı evin yaxınlığında narkotik vasitə gizlətmişdir. Həmin vaxt qorxduğu üçün vəkilinə də heç nə deməmişdir. Ona görə də çəkiliş zamanı yaşadığı evin yaxınlığında narkotik vasitə saxlamasıdı demiş və daha sonra həmin əraziyə gedərək narkotik vasitəni çəkiliş zamanı təqdim etmişdir. Lakin, həmin narkotik vasitənin ona heç bir aidiyyəti olmamışdır. Qeyd etdiyi kimi təsir və təzyiq altında ona aidiyyəti olmaytan narkotik vasitənin ona məxsus olması barədə etirafedici izahat vermişdir. Həmin vaxt xəsarət almasa da qorxmuş, ona görə bu barədə vəkilinə heç nə deməmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən də bu barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik maddə qurudulmuş marixuana qəbul edir. Bir müddət əvvəl internet sosial şəbəkəsində Xan adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, söhbət zamanı Xana qurudulmuş marixuana istifadə etdiyini demiş, Xan da ona ucuz qiymətə qurudulmuş marixuana təşkil edə biləcəyini demiş, Xanın da ona təxminən 2 ay əvvəl Bakı şəhəri, Qala qəsəbəsi, Qala yolu deyilən əraziyə qoydurduğu yerdən pııl müqabilində qurudulmuş marixuana götürmüşdür. Tutulmazdan təxminən 20 gün əvvəl Xanla “Bigo” sosial şəbəkəsində danışan zaman ona 50 qram qurudulmuş marixuana lazım olduğunu demişdir. Xan da ona Bakı şəhəri, Mərdəkan yolu deyilən yerdə qoydurduğu 50 qram qurudulmuş marixuananı götürmüş və bunun müqabilində narkotik vasitənin pulunu narkotiki götürdüyü yerə qoymuşdur. Həmin qurudulmuş marixuananı özündə saxlayıb hissə-hissə özü istifadə edirmiş. Sonra düşünmüşdür ki, növbəti dəfə qurudulmuş marixuana əldə etmək üçün bir hissəsini satsın. xx.xx.2024-cii il tarixdə saat 18 radələrində tanıdığı Sumqayıt şəhər sakini Fariz onun ***-***- **-** nömrəsinə zəng edərək 30 manat müqabilində qurudulmuş marixuana istəmiş, o, Farizə yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evinin qarşısına gəlməyini demişdir. Bir qədər sonra Fariz onun yaşadığı ünvanın qarşısına gəlmiş və ona 30 manat verdikdən sonra Farizə 1 selofan bükülüdə quruludmuş marixuana vermiş və Fariz çıxıb getmişdir. Bir qədər sonra saat 19 radələrində tanıdığı Sumqayıt şəhər sakini Pərviz onun ***- ***-**-** nömrəsinə zəng edərək 80 manat müqabilində qurudulmuş marixuana istəmiş, o Pərvizə yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evinin qarşısına gəlməyini demişdir. Bir qədər sonra Pərviz onun yaşadığı ünvanın qarşısına gəlmiş və ona 80 manat verdikdən sonra Pərvizə 1 selofan bükülüdə quruludmuş marixuana vermiş və Pərviz çıxıb getmişdir. Bir qədər sonra tanışı Naillə birlikdə yaşadığı məhəllədə olan zaman polis işçilərinin gəldiklərini görüb üzərində 2 bükümdə qurudulmuş marixuana olduğu üçün onu tutacaqlarından qorxub həmin yerdən qaçıb getmişdir. Üzərində saxladığı 2 bükümdə qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında İlyas Əfəndiyev küçəsində yerləşən yerləşən qaz sayğacının dəmir qutusunun içərisində gizlətmişdir. Sonra bilmişdir ki, polis işçiləri anasını görüb onun barədə soruşmuşlar və öz mobil nömrələrini anasına verib onlarla əlaqə saxlayıb Sumqayıt şəhər polis idarəsinə gəlməyini vacib olduğunu demişlər. Bundan sonra o, anası ilə görüşdükdən sonra polis əməkdaşlarının onu axtardığını bilib anasına polis işçiləri tərəfindən verilən mobil nömrəyə zəng etmiş və tezliklə polis idarəsinə gələcəyini bildirmişdir. Bir qədər sonra saat 21 radələrində özü Sumqayıt şəhər polis idarəsinə getmişdir. Polis idarəsində olduğu zaman ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunaraq Sumqayıt 1 Saylı Vəkil bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X4 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, üzərində cinayət xarakterli heç bir şeyin olmadığını bildirmiş və əynində olan şalvarının arxa sağ cibində olan “Huavey” markalı 070-405- 52-88 saylı mobil telefonu və sol yan cibindən ümumi 20 manat pulunu çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunmuş mobil telefon və 20 manat pul təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra verilən suallara cavab olaraq bir qədər əvvəl üzərində olmuş və gizlətdiyi qurudulmuş marixuananın olduğu yeri təqdim edə biləcəyini bildirmiş və polis işçilərini qurudulmuş marixuananı gizlətdiyi yerə, yəni Sumqayıt şəhəri, İ.Əfəndiyev küçəsində yol kənarında yerləşən qaz sayğacının yerləşdiyi yerə aparmış və orada qaz sayğacının qutusunun içərisində gizlətdiyi iki ədəd selofan bükümdə olan qurudulmuş marixuananı təqdim etmişdir. Qaz sayğacının dəmir korpusun sağ hissəsində olan iki ədəd şəffaf selofanda olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra təqdim etdiyi 2 ədəd bükümdə qurudulmuş marixuana bükümləri iştirakları ilə ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək bir bükümün 4,53 qram, digər bükümün isə 3,05 qram, həmin bükümlər birlikdə çəkildikdə isə ümumilikdə 7,56 qram olması müəyyən olunmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsindən xüsusi qaydada qablaşdırılmış və möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra təqdim etdiyi yerdən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Xan ona İran İslam Respublikasının vətəndaşı olduğunu demiş, Xanla “Bigo” sosial şəbəkədə tanış olmuş, Xanın kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Xan adlı İran vətəndaşının narkotik maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heçnə soruşmamışdır. Xana qurudulmuş marixuananı özünə istifadə etmək üçün əldə etdiyi demiş, həmin maddəri satmaq üçün əldə etdiyini deməmişdir. Qurudulmuş marixuananı götürdüyü ərazidə kim və ya kimlər tərəfindən qoyulması, narkotk vasitənin haradan gətirilməsi barədə məlumatı yoxdur. İran vətəndaşı onunla sosial şəbəkədə danışaraq həmin yeri göstərmişdir. Nailin onun üzərində qurudulmuş marixuana olması barədə məlumatı olmamış, ona bu barədə heç bir söz deməmişdir. Fariz və Pərvizdən başqa heç kimə qurudulumuş marixuana satmamışdır. Polis əməkdaşları tərəfindən ona heç kim fiziki və ya psixi zor tətbiq etməyib, həmçinin ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməyib, heç kimdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, satışı və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa İdarənin CAŞ-ın kiçik inspektoru Şahid2 də daxil edilmişdir. 10 iyun 2024-cii il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yanında bir nəfər şəxslə olmasını görmüşlər və yaxınlaşanda Təqsirləndirilən şəxs həmin yerdən qaçıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs anası ilə görüşüb Rəşadın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və araşdırma ilə bağlı polis idarəsinə gəlməsini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs yanında olmuş sonradan adını X6 bildikləri şəxsi də araşdırma ilə bağlı polis idarəsinə dəvət etmişlər, Nail Rzayev etiraz etməmişdir. Bir qədər sonra saat 21 radələrində Təqsirləndirilən şəxs özü polis idarəsinə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonar müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli heç bir əşyanın olmadığını bildirmiş və əynində olan şalvarının cibindən 1 ədəd mobil telefonu və 20 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, bu gün tanışı Naillə birlikdə yaşadığı evin yaxınlığında olduğu zaman, polis işçilərinin gəldiklərini görüb üzərində narkotik vasitə olduğu üçün həmin yerdən qaçıb uzaqlaşdığını, üzərində olan 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı məhəllənin yaxınlığında yerləşən qaz sayğacının içərisində gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, həmin narkotik vasitə qurudulmuş marixuananı internetdə saytda tanış olduğu adını Xan bildiyi İran vətəndaşının qoyduruğu və ünvanını dediyi Mərdəkan yolu deyilən yerdən 20 gün əvvəl 450 manat müqabilində 50 qram çəkidə əldə etdiyini, narkotik vasitənin pulunu narkotiki götürdüyü yerə qoyduğunu, qurudulmuş marixuanana əldə etməkdə məqsədi özü qəbul etməsi və dosta-tanışla bölüşməsi olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs onları yaşadığı evin yaxınlığına Sumqayıt şəhəri, İ.Əfəndiyev küçəsinə gətirmişdir. Orada videçəkilişlə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni içərisində gizlətdiyi küçədə quraşdırılmış qaz sayğacını göstərmiş və yaxınlaşaraq qaz sayğacının dəmir korpusunun içərisindinən 2 ədəd selofan bükümləri götürüb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələri 20 gün əvvəl İran vətəndaşının qoydurduğu yerdən əldə etdiyini, cəmi təqdim etdiyi qədər narkotik vasitə qaldığını, qalanını satdığını, yaşadığı məhhələdə olarkən polis işçilərinin gəldiklərini görüb üzərində narkotik vasitə olduğu üçün həmin yerdən qaçıb uzaqlaşdığını və üzərində olan maddələri hazırda təqdim etdiyi qaz sayğacının içərisində gizlətdiyini bildirmişdir. Bundan sonra həmin 2 ədəd selofan bükümlərin içərisinə baxıldıqda yaşıl rəngli, qurudulmuş bitki kütləsi-qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin bükümlər eletkron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılmış və möhürlənmişfit. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazilsində satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və həmin məlumalar keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs küçədə quraşdırılmış qaz sayğacının içərisində saxladığı iki ədəd bükümdə olan kütləni təqdim edərək narkotik vasitə olan qurudulmuş marixuna olmasını bildirmişdir. Həmin narkotik vasitəni dost tanışların da verdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllət narkotik maddə olan qurudulmuş marixuana istifafdə etmişdir. xx.xx.2024-cii il tarixdə Sumqayıt şəhəri sakini Rəşad adlı şəxsin mobil nömrəsinə öz istifadə etdiyi mobil nömrədən votsapla zəng edərək qurudulmuş marixuana istəmiş, Rəşad ona evinə gəlməyini demişdir. O, da həmin gün saat 18 radələrində Rəşadın yaşadığı İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedib Rəşadla görüşmüş və Rəşada 30 manat pul verərək ondan 1 ədəd selofan bükümdə qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananı əynində olan şalvarın cibinə qoyub oradan Sumqayıt şəhər İcra Hakimiyyətinin yanına gəlmiş və orada saat 18:40 radələrində küçədə olan zaman Sumqayıt polis idarəsinin polis işçiləri tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 1 bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. İdarədə həmin bükümün içərisində qurudulmuş marixuana olduğunu, onu Rəşad adlı şəxsdən öz şəxsi istiafdəsi məqsədilə 30 manat müqabilində aldığını bildirmişdir.Qeyd edilən səbəbdən barəsində cinayət işi başlanmış və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə məhkum edilmişdir. Rəşaddan qurudulmuş marixuananı həmişə öz istifadəsi üçün almış, kiməsə verməmiş, satmamış, sonuncu dəfə həmin qurudulmuş marixuananı özünə qəbul etmək üçün üzərində saxlamış, ondan kiməsə verməmiş, satmamış və satmaq məqsədi olmamışdır. Rəşadın ona satdığı qurudulmuş marixuananı kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur, Rəşadın ona satdığı qurudulmuş marixuananı kimdən alması ilə maraqlanmamışdır. O Rəşaddan ilk dəfə imiş marixuana alırmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, Rəşadı tanıyır, aralarında tanışlıq münasibətləri vardır. O heç vaxt Rəşaddan narkotik vasitə almamışdır. 10 iyun 2024-cü ildə Rəşaddan quş almaq üçün onun yaşadığı ünvana getmiş, lakin karobka tapa bilmədikləri üçün quş götürə bilməmişdir. Rəşadın yaşadığı ünvandan çıxdıqdan sonra polis əməkdaşları narkotik şübhəsi ilə onu tutmuşlar və CM-in 234.1-ci maddəsi ilə rəsmişləşdirmə etmişlər. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş hökmlə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hadisə günü o Rəşadla telefon əlaqəsi saxlamamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik maddə qurudulmuş marixuana qəbul edir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri sakini Rəşad adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən zəng edərək qurudulmuş marixuana istəmiş, Rəşad ona evinə gəlməyini demişdir. O, da həmin gün saat 19 radələrində Rəşadın yaşadığı İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedib Rəşadla görüşmüş və Rəşada 80 manat pul verərək ondan 1 ədəd selofan bükümdə qurudulmuş marixuana almışdır. Həmin qurudulmuş marixuananı əynində olan ağ rəngli şalvarının sağ yan cibinin üzərindəki kiçik cibə qoyub oradan uzaqlaşmışdır. Bir qədər sonra saat 19:20 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 9 savlı tam orta məktəbin yaxınlığında Sumqayıt polis idarəsinin polis işçiləri tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 1 bükümdə qurudulmuş marixuana aşkar olundmuşdur. Verilən suallara cavab olaraq həmin bükümün içərisində qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı Sumqayıt şəhərində tanıdığı Rəşad adlı şəxsdən öz şəxsi istiafadəsi məqsədilə 80 manat müqabilində aldığını bildirmişdir. xx.xx.2024-cii il tarixdə barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və xx.xx.2024-cii il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Rəşaddan qurudulmuş marixuananı həmişə öz istifadəsi üçün almış, kiməsə verməmiş, satmamış, sonuncu dəfə həmin qurudulmuş marixuananı özünə qəbul etmək üçiin üzərində saxlamış, ondan kiməsə verməmiş, satmamış və satmaq məqsədi olmamışdır. Ümümiyyətlə narkotik vasitə satan deyil, özü qəbul edir. Rəşadın ona satdığı qurudulmuş marixuananı kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur, Rəşadın ona satdığı qurudulmuş marixuananı kimdən alması ilə maraqlanmamışdır. Bundan əvvəl Rəşaddan 4-5 dəfə pul müqabilində qurudulmuş marixuana almışdır. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-86-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-də xidməti otaqların birində təhqiqatçı Zaur Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərində dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı vəkil bürosunun vəkili X8 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli heç bir əşyanın olmadığı bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ arxa cibindən 1 ədəd markalı mobil telefonu və sol yan cibindən 2 ədəd 10 manat - ümumi 20 manat pulu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmamış, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, bu gün tanışı Naillə birlikdə yaşadığı evin yaxınlığında olduğu zaman, polis işçilərinin gəldiklərini görüb üzərində narkotik vasitə olduğu üçün həmin yerdən qaçıb uzaqlaşdığını, üzərində olan 10 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı məhəllənin yaxınlığında yerləşən qaz sayğacının içərisində gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, həmin narkotik vasitə qurudulmuş marixuananı internet saytda tanış olduğu adını Xan bildiyi İran vətəndaşının qoyduruğu və ünvanını dediyi Mərdəkan yolu deyilən yerdən 20 gün əvvəl 450 manat müqabilində 50 qram çəkidə əldə etdiyini, narkotik vasitənin pulunu narkotiki götürdüyü yerə qoyduğunu, qurudulmuş marixuanana əldə etməkdə məqsədi özü qəbul etməsi və dosta-tanışla bölüşməsi olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı vəkil Nail Məmmədovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı polis işçiləri tərəfindən heç bir təzyiq olmadığını, narkotik vasitədən 2 dəfə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş “Huavey” markalı mobil telefonu və 20 manat pul təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayət işinin 34-35-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, İ.Əfəndiyev küçəsində Təqsirləndirilən şəxs, müdafiəçisi Nail Məmmədovun və CAŞ-ın əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Cəfərov tərəfindən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni içərisində gizlətdiyi küçədə mişar daşlı divarın yanında quraşdırılmış qaz sayğacını göstərmiş, yaxınlaşaraq qaz sayğacının dəmir korpusunun sağ aşağı hissəsindən iki ədəd şəffaf selofan bükümləri olan götürüb təqdim etmiş, həmin maddələri 20 gün əvvəl İran vətəndaşının qoydurduğu yerdən əldə etdiyini, cəmi təqdim etdiyi qədər narkotik vasitə qaldığını, qalanını satdığını, yaşadığı məhhələdə olarkən polis işçilərinin gəldiklərini görüb üzərində narkotik vasitə olduğu üçün həmin yerdən qaçıb uzaqlaşdığını və üzərində olan maddələri hazırda təqdim etdiyi qaz sayğacının içərisində gizlətdiyini bildirmişdir. Bundan sonra həmin 2 ədəd selofan bükümlərin içərisinə baxıldıqda yaşıl rəngli, qurudulmuş bitki kütləsi-qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə, birinci bükümün çəkisi 4,53 qram, ikinci bükümün çəkisi 3,05 qram, ümumi 7,56 qram olması müəyyən edilmiş, həmin kütlələr xüsusi qaydada qablaşdırılmış və möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Baxış zamanı vəkil Nail Məmmədovun verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi qaz sayğacında gizlətdiyi maddələrin ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 11 iyun 2024-ci il tarixli 3-16-16/2-7/960 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və tədqiqata təqdim edilmiş iki ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,57 qram və 4,03 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi, vət.Şahid4 üzərindən aşkar edilmiş və vət. Şahid3 üzərindən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd. Marixunanın ümumi çəkisi 6,6 qram, tədqiqata sərf edildi – 0,04 qram, qalıq 6,56 qram Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə “Zenglerin_Detallasmasi_**********5040_704055288” adlı fayla baxdıqda xx.xx.2024xx.xx.2024- cü il aralıqda olan zənglər, müddət (saniyə) göstərilməklə cinayət işi üzrə Şahid3 istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024. xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə, bundan başqa cinayət işi üzrə Şahid4 istifadə etdiyi ***-***-**-** (706842306 Şahid4 Zəbulla oğlu,AA******* Sumqayıt şəhəri, X7 Qəsəbəsi, Məktəbli küçəsi, ev 17, mənzil 6/7) saylı nömrəsindən xx.xx.2024-cü il tarixdə bir neçə dəfə zəng etmələri müəyyən olunmuşdur. Cinayət işinin 87-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və ekspertiza tədqiqatından sonra qalmış 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 158-170-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, həmçinin baxış və götümə görüntülərini əks etdirən 01 ədəd disk, eyni zamanda "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 5439 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 101-103-ci vərəqələrində olan nika və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla iki azyaşlı uşağı var. Uşaqların təvəllüdləri müvafiq olaraq xx.xx.20215-ci il və xx.xx.2018-ci il. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış, baxış və götürmə zamanı qeydə alınmış video görüntülər, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixunananı əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması və heç vaxt narkotik vasitə satışı həyata keçirməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götümə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bu halı yalnız Təqsirləndirilən şəxs ümumi formada iddia etmiş, lakin heç bir xəsarət almadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etdiyini, bu gün tanışı Naillə birlikdə yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşlarını görüb üzərində narkotik vasitə olduğu üçün həmin yerdən qaçdığını, üzərində olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı məhəllənin yaxınlığında yerləşən qaz sayğacının içərisində gizlətdiyini və həmin yeri təqdim edə biləcəyini, həmin narkotik vasitə qurudulmuş marixuananı internet saytda tanış olduğu adını Xan bildiyi İran vətəndaşının dediyi Mərdəkan yolundan 20 gün əvvəl 450 manat müqabilində 50 qram çəkidə əldə etdiyini, narkotik vasitənin pulunu narkotiki götürdüyü yerə qoyduğunu, narkotik vasitə əldə etməkdə məqsədinin özünün qəbul etməsi, həmçinin bəzən dosta-tanışla bölüşdünün bildirmişdir. Şəxsi axtarış zamanı vəkil Nail Məmmədovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmadığını, narkotik vasitədən iki dəfə satdığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü qaydada iki ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin maddələri 20 gün əvvəl İran vətəndaşının qoydurduğu yerdən əldə etdiyini, təqdim etdiyi qədər narkotik vasitə qaldığını, qalanını satdığını, yaşadığı məhəllədə olarkən polis əməkdaşlarını görüb üzərində narkotik vasitə olduğu üçün qaçıb uzaqlaşdığını və üzərində olan maddələri hazırda təqdim etdiyi qaz sayğacının içərisində gizlətdiyini bildirmişdir. Baxış zamanı vəkil Nail Məmmədovun verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi qaz sayğacında gizlətdiyi maddələrin ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması və heç vaxt narkotik vasitə satışı həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini və evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 5439 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 6,56 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-63/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-63/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver