Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-630/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:02 radələrində AB N-801525 saylı sürücülük vəsiqəsi ilə özünə məxsus “Renault" markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Mərkəzi Bazarın yanı 20 yanvar küçəsində dayancaqda arxaya doğru 5-10 km/saat sürətlə hərəkətə gətirib 3-4 metr məsafə qət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq avtomobilin arxa istiqamətində piyadanın olması şəraitində avtomobili arxaya hərəkət etdirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı və onu təmin etməli olduğu halda buna riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq tənzimləyici işləyən 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa qanadı ilə ehtiyyatsızlıqdan vuraraq, sonuncuya xx.xx.2022-ci il tarixə uyğun gələn başın küt travması, sol alın təpə-gicgah sümüyünün sınığı, baş beyinə qansızına, hər iki gözətrafını əhatə edən qançır, burun belinin sol və sağ hissəsinin sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər TTY xəstəxanasında ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən «Karvan» ticarət mərkəzinin qarşısında olarkən arxasında dayanan avtomobil parkinq yerini tərk etdiyi üçün həmin dayanacaqda tənzimləyici işləyən mərhum Zərərçəkmiş şəxs boşalmış parkin yerinə avtomobilini yerləşdirmək üçün arxadan təhlükəsizliyini təmin etməsini xahiş etmiş, o da öz növbəsində razılaşmış və arxaya gedib avtomobili həmin boşalmış yerə yerləşdirilməsini tənzimləməyə başlamışdır. Parkin yerindən avtomobil çıxdığı üçün başqa avtomobilin həmin yeri tutmaması üçün o hərəkətə başlayaraq arxaya doğru təxminən 5- 10 km/saat sürətlə hərəkət edərkən həmin ərazidə avtomobil dayanacağında nəzarətçi işləyən Zərərçəkmiş şəxs dəymişdır. O dərhal tormoz əyləcinə təzyiq edib maşını tam dayandırmış və aşağı düşüb görmüşdür ki, həmin şəxs spirtli içki təsiri alğtındadır və ondan alkoqol iyi gəlir. O Qeysin öz təklifi ilə onu öz avtomobili ilə evlərinə aparmış, lakin evə gəldikdən sonra onun vəziyyətinin pisləşməsini görüb dərhal onu Sumqayıt şəhər Travmotologiyi xəstəxanasına aparmışdır. Həkimlər Qeysi müayinə etdikdən sonra ona «Sumqayıt Hospital» aparmalarını məsləhət görmüşlər. Bundan sonra o onu həmin Hospitala aparmış, tibbi müyinədən keçirmiş, o reanimasiya şöbəsində stasionar qaydada müalicə almış və onun müalicəsi üçün tərəfindən zəruri tədbirlər görülmüşdür. Lakin buna baxmayaraq Qeys vəfat etmişdir. O əvvəldən ona xəbərdarlıq etdiyi üçün bununla kifayətlənmiş və avtomobilin arxasında heç kimin olmadığına əmin olduğu üçün hərəkətə başlamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus «Renault» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 9 aydır istifadəsindədir və özü idarə edir. xx.xx.2022-ci il tarixdə saat 18:02 radələrində həmin avtomobili idarə etməklə Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən «Karvan» ticarət mərkəzinin qarşısında olarkən arxasında dayanan avtomobil parkinq yerini tərk etdiyi üçün həmin dayanacaqda tənzimləyici işləyən mərhum Zərərçəkmiş şəxs boşalmış parkin yerinə avtomobilini yerləşdirmək üçün arxadan təhlükəsizliyini təmin etməsini xahiş etmiş, o da öz növbəsində razılaşmış və arxaya gedib avtomobili həmin boşalmış yerə yerləşdirilməsini tənzimləməyə başlamışdır. Parkin yerindən avtomoil çıxdığı üçün başqa avtomobilin həmin yeri tutmaması üçün o hərəkətə başlayaraq arxaya doğru təxminən 5-10 km/saat sürətlə hərəkət edərkən həmin ərazidə avtomobil dayanacağında nəzarətçi işləyən Zərərçəkmiş şəxs onun hərəkəti üçün yol göstərən zaman təxminən 02 (iki) metr məsafə boyu hərəkət etmişdir ki, maşının arxa hissəsindən səs gəlmişdir. O dərhal tormoz əyləcinə təzyiq edib maşını tam dayandırmış və aşağı düşüb görmüşdür ki, həmin şəxs spirtli içki təsiri altındadır və ondan alkoqol iyi gəlir. O, Qeysin öz təklifi ilə onu öz avtomobili ilə evlərinə aparmış, lakin evə gəldikdən sonra onun vəziyyətinin pisləşməsini görüb dərhal onu Sumqayıt şəhər Travmotologiyi xəstəxanasına aparmışdır. Həkimlər Qeysi müayinə etdikdən sonra ona «Sumqayıt Hospital» aparmalarını məsləhət görmüşlər. Bundan sonra o onu həmin Hospitala aparmış, tibbi müayinədən keçirmiş, o reanimasiya şöbəsində stasionar qaydada müalicə almış və onun müalicəsi üçün tərəfindən zəruri tədbirlər görülmüşdür. Lakin buna baxmayaraq Qeys vəfal etmişdir. Hadisə vaxtı avtomobildə tək olmuş, avtomobilin baqaj yerində təxminən 50 kq yük olmuşdur. Hadisə vaxtı o heç bir spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamış, avtomobili idarə edərkən ayıq olmuşdur. O əvvəldən ona xəbərdarlıq etdiyi üçün bununla kifayətlənmiş və avtomobilin arxasında heç kimin olmadığına əmin olduğu üçün hərəkətə başlamışdır. Videoyazı texnikası tərəfindən qeydə alınmış videogörüntüyə əsasən onun Zərərçəkmiş şəxslə hər hansı bir formada əlaqədə olduğunu və bir biri ilə yaxınlaşmamasının görünməsi barədə bildirmişdir ki, görüntü tam olmadığı üçün onunla təması müşahidə edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır və o, Sumqayıt şəhəri, “Karvan” ticarət mərkəzinin yanında müqaviləsi olmadan dayanacaqda 5 ildir tənzimləyici işləyir. xx.xx.2022-ci il tarixdə təqribən saat 17-18 radələrində bazarda işləyən tanışlarından biri ona zəng edərək atası Qeysin ürək getmədən bihuş olub yerə yıxıldığını demişdir. O atasının yanma getmək üçün Mərkəzi bazara getmiş və ora çatanda ona məlum olmuşdur ki, atasını bir nəfər avtomobilə qoyub Sumqayıt şəhər TTY xəstəxanasına aparmış, o bununla bağlı Sumqayıt şəhər TTY xəstəxanasına gedən zaman ona atasının gətirilmədiyini demişlər, bu vaxt ona zəng olunmuş, atasının sərxoş vəziyyətdə olduğu üçün yerə yıxıldığını və ona kömək etmək üçün onu avtomobilə qoyub həyətlərinə gətrildiyini bildirmişdir. Bundan sonra o həyətə gəlmiş, atasının həyətdə olan oturacaqda əyləşdiyini və müvazinətini saxlaya bilmədiyi üçün sonradan adının Baxış olduğunu bildiyi sürücü və onun atası tərəfindən oturacaqda sağ solunda əyləşdiyini görüb, nə baş verdiyini soruşduqda atasının sərxoş olduğu üçün yıxıldığını, onlar kömək üçün atasının xahişi ilə həyətlərinə gətirdiyini bildirmişlər. Bundan sonra onlar birlikdə evə qalxmışlar və TTY avtomaşını evə çağırıb atasını Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişlər. Bundan sonra ora polislər gəlmiş və orada ona məlum olmuşdur ki, Baxış idarə etdiyi avtomobili arxaya doğru hərəkətə gətirən zaman atasını vurmuşdur. Bundan sonra atasını orada müayinə etdikdən sonra əməliyyata ehtiyacı olduğunu ona bildirmişlər və Baxış əməliyyatın xərcini və digər xərclərin bir qismini, yəni 8055 (səkkiz min əlli beş) manat pulu ödəmişdir. Bundan sonra atasının müalicəsinə əlavə 5000 (beş min) manat pul xərcləmişlər, lakin atası almış olduğu xəsarətlərdən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər TTY xəstəxanasında vəfat etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən dəymiş maddi və mənəvi ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır onun tərəfindən dəymiş maddi və mənəvi ziyan ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, «Karvan» Ticarət Mərkəzinin qarşısında avtomobili saxlamış və ondan qabaqda da başqa avtomobil dayanmışdır. Orada tənzimləyici işləyən, sonradan ad və soyadının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşmış, o da ondan avtomobilini saxlamaq üçün yerin olubolmamağını söruşmuşdur. Mərhum Zərərçəkmiş şəxs ona iki yer boşalacağını, həmin yerlərdən birində onun saxlamasını, digərində isə Baxışın avtomobilini saxlayacağını bildirdi. Bir avtomobil yeri boşalmış, o öz avtomobilini həmin yerdə saxlamış və avtomobildə oturub yazı yazmışdır. Bu zaman səs-küy olmuş, o da avtomobildən düşdükdə Zərərçəkmiş şəxs yerdə uzandığını və hamının ona yardım etdiyini görmüşdür. Sonra mərhumu avtomobilə əyləşdirib apardılar. Məhkəmə iclasında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Mərkəzi Bazarın yanı 20 yanvar küçəsində dayancaqda 5-10 km/saat surətlə arxaya doğru hərəkət edərkən dayanacaqda avtomobilin arxasında dayanmış, tənzimləyici işləyən Zərərçəkmiş şəxs avtomobilin arxa qanadı ilə vurub avtomobili saxlayır, Zərərçəkmiş şəxs yerə yıxılır. Təqsirləndirilən şəxs avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşır, onun ətrafına yoldan keçən başqa şəxslər da yığışır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 27 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın kül travması, sol alın-təpə-gicgah sümüyünün sınığı, baş beyinə qansızına, hər iki gözətrafını əhatə edən qançır, burun belinin sol və sağ hissəsinin sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt Hospitala qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızına olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/695 saylı rəyindən görünür ki. istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Renault» markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında xx.xx.2022-cu il tarixli, 648 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 302-4039-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsindən məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan nikah və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6). İş materiallarında olan 6 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iş üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmış, X4 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 01 (bir) ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Sumqayıt Hospital”a mərhum Zərərçəkmiş şəxs müalicəsi üçün 8055 (səkkiz min əlli beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələrinin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını isə Azərbayan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Fərəcov X3 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hadisəni əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və ekspertiza tədqiqatinin dəyəri olan 85 (səksən beş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-630/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-630/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver