Məhkəmə qərarları › İş №1(060)-630/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-630/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-630/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betenzavod ərazisində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 10 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Səda Su” marketin yaxınlığında taksi sürücüsü Zərərçəkmiş şəxs ilə gediş haqqı ilə bağlı aralarında yaranmış narazılığa görə şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı yumruqla çənəsinin sol alt nahiyyəsinə vuraraq və əii ilə sağ əlinin barmaqlarını sıxmaqla Zərərçəkmiş şəxs sağ əlin əl barmaqlarında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının şişkinlik fonunda əziyi-qançırı, alt çənənin sol yarısının qançırı ilə nəticələnəm dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 10 dekabr 2022-cı ıl tarixdə, təxminən saat 18 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Aviakassanın yaxınlığında olduğu zaman orada dayanmış, taksi fəaliyyəti ilə məşğul olan Ehtibara yaxınlaşmış və onu Sumqayıt bazarının yanma aparmasını istəmişdir. Ehtibar da onu bazanın yanına aparmışdır. Orada işləri olduğundan Ehtibara onu gözləməsini demişdir. Bir neçə dəqiqə ərzində işlərini gördükdən sonra yenidən gəlib Ebtibarın avtomobilinə əyləşmiş və onu 5-ci mikrorayon ərazisinə aparmasını demiş və sonuncu onu 5-ci mikrorayona aparmışdır. Orada da Ehtibar onu gözləmiş və bir neçə dəqiqəyə qayıdaraq onu 9-cu mikrorayona aparmasını istəmişdir. Daha sonra eyni qaydada 13-cü mikrorayona, daha sonra isə Ehtibardan onu 17-ci mikrorayona aparmasım istəmişdir. Ehtibar avtomobili idarə edib onu 17-ci mikrorayon ərazisinə aparmış və orada “Səda su marketin yanına çatanda avtomobili saxlamasını və orada onu gözləməsin istəmişdir. Avtomobildən düşüb marketə girmiş və bir qədər sonra qayıdıb avtomobildə olan torbanıı götürmüş və Ehtibardan nə qədər pul verəcəyini soruşmuşdur. Ehtibar isə ona 15 manat pul verməli olduğunu deyəndə o, sonuncuya həmin məbləğin çox olmasını bildirmişdir. Bundan sonra Ehtibarla aralarında sozlə mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbiləşib yumruqla Ehtibarın çənə nahiyyəsindən bir dəfə zərbə endirmiş, əli ilə Ehtibarın sağ əlinin barmaqlarından tutub sıxmışdır. Bir qədər də mübahisə etdikdən sonra daha dalaşmayıb ayrılmışlar. Mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt onlar mübahisə edərək marketin demək olar ki, arxa tərəfinə keçdiklərindən onların mübahisəsini görən olmamış, onların yanına heç kim yaxınlaşmamış və ora kənar şəxslər toplaşmamışdır. Həmin vaxt Ehtibar onu vurmamış və heç bir xəsarət yetirməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş, zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Özünə məxsus “Opel Vectra” markalı. **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə Sumqayıt şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 10 dekabr 2022-ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri. Sülh küçəsində yerləşən “Aviakassa”nın yaxınlığında dayandığı vaxt Zaur ona yaxınlaşıb onu bazarın yanına aparmasını istəmişdir. O, da avtomobili idarə edərək Zauru bazanın yanına gətirmişdir. Zaur avtomobilinə əyləşəndə sonuncunun sərxoş olmasını hiss etmiş, Zaur orada avtomobildən düşüb ona gözləməsini demiş, o da sonuncunu gözləməyə başlamışdır. Daha sonar gələrək onu 5-ci mikrorayona aparmasını istəmişdir. Bu minvalla 9-cu və 13-cü mikrorayon ərazisinə gətirmiş, Zaur yenə də həmin ərazidə mağazaların birinin yanında onu saxlatdırıb avtomobildən düşərək getmiş və bir müddətdən sonra qayıdıb onu 17-ci mikrorayona aparmasını istəmişdir. O. da avtomobili idarə edib Zauru 17-ci mikrorayon ərazisinə aparmışdır. 17-ci mikrorayonda yerləşən “Səda su” marketin yanına çatanda Zaur avtomobili saxlamasını istəmiş, o da avtomobili saxlamışdır. Zaur avtomobildən düşüb marketə girmiş və bir qədər sonra qayıdıb avtomobildə olan torbasını götürüb getmək istəyən zaman sonuncuya 15 manat gediş haqqını verməsini bildirmişdir. Zaur isə acıqlı şəkildə ona gediş haqqını çox dediyini bildirmişdir. O, Zaurdan sakit halda yenədə gediş haqqını istəyəndə sonuncu ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zaur onun yaxasından tutaraq yumruqla çənəsinin sol alt hissəsinə bir dəfə zərbə endirmiş, əli ilə sağ əlinin barmaqlarını tutub qatlayaraq ona xəsarət yetirmişdir. Sonra isə onlar sakitləşib dayanmışlar və Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra isə ora polis əməkdaşları gələrək Zauru oradan aparmışlar. Zaurun onu vuraraq xəsarət yetirməsi təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt onların yanında başqa heç kim olmamış və ora kənardan əlavə şəxslər toplaşmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid ifadəsi elen edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 10 dekabr 2022-ci il tarixdə, təxminən saat 21:50 radələrində 1-ci PB-nin növbətçi hissəsinə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Səda su” marketin yaxınlığında dava- dalaş olması barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzindən məlumat daxil olmuşdur. O, qeyd olunan məlumatla əlaqədar "Səda su” marketin qarşısına getmiş və Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs orada olmasını görmüşdür. Özünü həmin şəxslərə təqdim etdikdən sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxslə aralarında mübahisə olduğunu və sonuncunun yumruqla onun çənə nahiyyəsində vurmasını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs l-cı polis bölməsinə dəvət etmiş və onlar onunla birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs izahatları alındıqdan sonra evlərinə buraxılmışlar. Həmin marketin yanına çatanda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs orada olmalarına baxmayaraq onlar dalaşmamışlar və mübahisə etməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmiş və o baxanda Zərərçəkmiş şəxs çənə nahiyyəsində, eləcə də sağ əlinin barmaqlarında xəsarət olmasını görmüşdür. Həmin vaxt ətrafda öz yolu ilə gedən bir neçə nəfər tanımadığı şəxs və marketin içərisində insanlar olsada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ətrafına heç kim toplaşmamışdır. Cinayət işinin 75-76-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 101-102-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 172-174-cü vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 16-18-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1906 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin əl barmaqlarında hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının şişkinlik fonunda əziyi-qançırı, alt çənənin sol yarısının qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 42-44-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il 02 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını vı cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesqab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyi üçün onun barəsində seçilmiş həbs qətimkan ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar