Məhkəmə qərarları › İş №1(060)-632/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-632/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-632/2021 21.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 16-cı məhəllə, YAT 20/23, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23.08.2021-ci il tarixdə, təxminən saat 00:05 radələrində yaşadıqları ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs bədəninə yumruqla zərbə vuraraq sağ təpə-gicgah nahiyyənin dərialtı hematoması, sağ çiyinüstü, boyun və sağ bazu nahiyyəsinin qançırı xəsarətini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Nətəvan ilə 2011-ci ildə rəsmi ailə həyatı qurmuşdur, birgə nigahlarından 2012-ci ildə Aytən Bağırova adlı qızları, 2013-cü ildə Amin Bağırov adlı oğlanları dünyaya gəlmişdir. Evliliklərini ilk vaxtlarından münasibətləri normal olmuşdur və onlar qeyd olunan ünvanda yaşamışlar. Təxminən 1 ilə yaxın müddətdir ki, ailələrində tez-tez münaqişələr yaranır. Onun başqa bir qadınla münasibəti olmasını bilmişdir. Bundan sonra aralarında soyuqluq yaranmağa başlamışdır. 23.08.2021-ci il tarixdə təxminən saat 00:05 radələrində yaşadıqları ünvanda olan zaman o Nətəvana telefonunda onun adını niyə uşaqların atası yazdığını soruşmuşdur. O da başqa nə yaza biləcəyini soruşmuşdur. Bundan sonra heç bir səbəb olmadan onunla münaqişə etməyə başlamış, ünvanına nalayiq sözlər işlətmiş, onu vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun rəsmi nigahda olduğu həyat yoldaşıdır. Vətən ilə 2011-ci ildə rəsmi ailə həyatı qurmuşdur, birgə nigahlarından 2012-ci ildə Aytən Bağırova adlı qızları, 2013-cü ildə Amin Bağırov adlı oğlanları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuşdur və onlar yuxarıda qeyd olunan ünvanda yaşmışlar. Təxminən 2021-ci ilin aprel ayından onunla münasibətləri pozulmuşdur. Vətənin başqa bir qadınla münasibəti olmasını bilmişdir. Bunu ona bildirdikdə onunla münaqişələr yaratmağa başlamışdır. 23.08.2021-ci il tarixdə təxminən saat 00:05 radələrində yaşadıqları ünvanda olan zaman Vətən ona telefonunda onun adını niyə uşaqların atası yazdığını soruşmuşdur. O da başqa nə yaza biləcəyini soruşmuşdur. Bundan sonra Vətən heç bir səbəb olmadan onunla münaqişə etməyə başlamışdır. Həmin vaxt Vətən ona dediyi sözlərə görə yaşadığı ünvanda onun üzərinə hücum çəkmiş, əl zərbələri ilə onun başının müxtəlif nahiyələrinə və qoluna, bel nahiyəsinə vuraraq onu döymüşdür. O da Vətənin bu hərəkətlərindən artıq bezdiyi üçün DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 1097 saylı, 23.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ təpə-gicgah nahiyyənin dərialtı hematoması, sağ çiyinüstü, boyun və sağ bazu nahiyyəsinin qançırları. Qeyd oluna xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 23.08.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağalamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 13-14) İş materiallarında olan Sumqayıt Şəhr Narkoloji Dispanserinin 2954 saylı, 25.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 21) İş materiallarında olan 2 saylı Ailə Sağlamlıq Mərkəzinin 407 sylı, 26.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 22) İş materiallarında olan DİN-nin 26.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 23) İş materiallarında olan 541 saylı 26.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə üsbət xarakterizə olunu r və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 26) İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Bağırov V\tən Hacı oğlunun 2 azyaşlı uşağı vardır.(i. v 28-29) Beləliklə, Təqsirləndirilən şəxs təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. X2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. X4 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar