Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-633/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, məhkum olunmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayıb, daşımışdır. Belə ki, o, tanışı Cahangir adlı şəxdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 may 2025-ci il tarixdə saat 17:22 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları tərəfindən saxlanılan gün tanışı, Cahangir adlı şəxslə görüşmüş və 10 manat qarşılığında ondan 1 büküm narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra polis əməkdaşları onu saxlamış, üzərindəki narkotik vasitəni çıxartmasını tələb etmiş və onu Polis Bölməsinə gətirmişlər. Hal-hazırda əməlindən peşmandır. Saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmayıb, həmçinin, o, polis əməkdaşlarına müqavimət göstərməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Şahid4 tanıyır. Cahangir onun tanışıdır. O, onun narkotik vasitələrdən istifadə etdiyim bilir. xx.xx.2025-ci il tarixdə o, onun bank kartına 10 manat pul göndərmiş və onunla görüşdükdə isə ondan öz istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə olan heroini almış və üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 17:22 dəqiqədə o. Cahangirlə birlikdə Sıımqayt şəhəri. 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etdilər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan və Cahangirdən adlarını və soyadlarını soruşduqdan sonra bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində Cahangirin isə narkotik vasitələrin qanunsuz əldə edilməsində, satışı ilə məşğul olmasında şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmel, narkotik vasitə varsa təqdim elməyini təklif elmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki şalvarın sağ yan kiçik cibində olan 01 ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim elmişdir. Bundan sonra o, üzərimdə olan 02 ədəd «Samsung» və «Tecno» markalı mobil telefonları da çıxarıb təqdim etmişdir. Ondan həmin maddəni haradan aldığını soruşduqda o, həmin bükümü Cahangirdən 10 manata aldığını və özü istifadə elmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,27 qram təşkil etmişdir. O, bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan heroin və ona məxsus mobil telefonlar ayrı-ayrılıqda zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları Şahid4 üzərində qanunla qadağan olunmuş əşya-predmel, narkotik vasitə varsa təqdim etməsini təklif etmişlər. Şahid4 əynindəki şalvarın sol yan cibindən içərisində bükümlər olan 01 ədəd plastik qabı, 02 lisi dərman pereparalını, 01 ədəd elektron tərəzim və 01 ədəd mobil telefonu çıxarıb təqdim elmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasilə və psixolrop maddələri iki gün əvvəl İran İslam Respublikası vətəndaşından özü isliafdə elmək və salmaq məqsədi ilə əldə elmişdir. Onun üzərindən aşkar olunmuş bükümlər də elektron tərəzidə çəkilib qablaşdırıldıqdan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onları Sumqayıt ŞPİ-nin 3cü PB- nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. Bundan sonra təhqiqatçıya polis əməkdaşları tərəfindən təqdim olunmuş 03 ədəd zərfə baxış keçirilmişdir. Zərfi təqdim edən polis əməkdaşı zərfin birinin içərisində üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin, digər zərflərin içərisində isə ona məxsus mobil telefonlar olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki. o. həmin bükümü onunla birlikdə tutulan Cahangirdən 10 manata almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra təhqiqatçı təqdim olunmuş zərflərə baxış keçirdikdən sonra 01 ədəd bükümdə olan heroin və 02 ədəd mobil telefon yenidən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq elmişlər. O. saxlanılarkən və Polis Bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, gənc olmağını, halhazırda narkotik vasitə istifadə etmədiyini, yaxın vaxtda ailə həyatı qurmaq istəməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, hadisə baş verən gün özünəməxsus evdə Rəvanla birlikdə idi. Rəvan evdə yatırdı. Evində narkotik vasitə var idi və həmin narkotik vasitəni istifadə edəcəkdir. Bundan sonra qapı döyüldü və 7-8 əməliyyatçı içəri daxil oldu. Polislər həm ona, həm də Rəvana təzyiq göstərdilər. Stolun üzərində bükülüdə narkotik vasitə qalmışdı, həmin narkotik vasitə əməliyyatçılar tərəfindən götürüldü. Bundan başqa telefonlarını da götürdülər və onları 3cü Polis Bölməsinə apardılar. Ayrı-ayrı otağa salaraq hər ikisini döydülər. Daha sonra evinə yaxın əraziyə polis əməkdaşları tərəfindən gətirilmiş, ona hansı məzmunda izahat verməli olduğu bildirilmişdir. Bundan sonra cibinə narkotik vasitələri və elektron tərəzini qoymuşlar. Şahid4 əlavə olaraq bildirmişdir ki, evinə 200 metr məsafədə olan yerdə kiminsə üzərində narkotik vasitə və elektron tərəzi gəzdirməsi ağlabatan deyil. Rəvana 10 manat qarşılığında narkotik vasitə satmayıb. Saxlanılan vaxt evdə Rəvandan və özündən başqa kimsə olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23.05 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və qanunsuz üzərində saxlaması və Şahid4 isə narkotik vasitələri qanunsuz əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid4 saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə elmə, saxlama və gəzdirməkdə, Şahid4 isə onun qanunsuz olaraq narkotik vasitə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəfilərindən videoçəkilişlə üzərlərinə baxış keçiriləcəyini izah etdilər. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin bükümü tanışı Cahangirdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkildi, zərfə qoyularaq qablaşdırıldı. Şahid4 də üzərindən aşkar olunanlarla bağlı zəruri hərəkətlər aparıldıqdan sonra hər iki şəxs üzərilərindən aşkar olunanlarla birlikdə polis bölməsinə aparıldı. Polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti həyata keçirildi. Həmin istintaq hərəkəti videoçəkilişlə qeydiyyata alındır. Şahid1 verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin əməkdaşı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi və qanunsuz üzərində saxlaması, Şahid4 isə narkotik vasitələri qanunsuz əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X8, əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis baş Şahid3, əməliyyat müvəkkili, polis mayoru, X2 və məndən ibarət əməliyyat qrupu təşkil etdik, məlumat əsasında saat 17:22 dəqiqədə, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid4 tərəfimizdən saxlanıldı. Onlar özümüzü təqdim edərək Həmidov və Şahid4 özlərini təqdim etmələrini bildirdik. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid4 olduqlarını bildirdilər. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə, Şahid4 isə onun qanunsuz olaraq vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəfimizdən videoçəkilişlə üzərlərinə baxış keçiriləcəyini izah etdik. X14 Həmidova üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsini bildirdik. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümü çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin oİduğunu, həmin bükümü tanışı Cahangirdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkildi və bükümün çəkisi 0,27 qram təşkil etdi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi özüən məxsus 02 ədəd mobil telefon da ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra Şahid4 üzərində qanunlaqadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirdik. Cahangir əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli polietilen qutunun içərisində saxladığı 15 (on beş) ədəd ağ rəngli kağız kəsiklərinə bükülmüş vəziyyətdə olan heroin bükümləri, 02 (iki) ədəd qızılı rəngli kağız bükümlərdə olan metamfetamini, 02 (iki) ədəd üstdə olan ümumilikdə 16 (on altı) ədəd metadon həblərini (bir) ədəd narkotik vasitəni ölçmək üçün saxladığı Çin istehsalı olan elektron tərəzini, sağ yan cibindən isə üzərində ***-***-**-** saylı mobil nömrə olan “HUAWEİ” markalı mobil telefonu çıxardıb təqdim etdi. Bundan sonra əvvəllcə 15 (on beş) ədəd ağ rəngli kağız bükümlərdə olan narkotik vasitə kütlələrini ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək çəkiləri 0.10; 0,12; 0,10; 0,08; 0,13; 0,18; 0,10; 0,12; 0,11; 0.09; 1: 0,07; 0,11 və 0,11 qram, birlikdə çəkdikdə, ümumi çəkisinin 1,42 qram, daha sonra 2 (iki) ədəd qızılı rəngli bükümlərdə olan psixotrop maddə kütlələrini əvvəlcə ayrı-ayrılıqda çəkdikdə çəkilərinin 0,11 və 0,12 qram, birlikdə çəkdikdə ümumi çəkisini 0,20 qram olması müəyyən olundu. Bundan sonra Şahid4 üzərinə baxış keçirilsə də üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmur, Şahid4 həmin narkotik vasitə və psixotrop maddələri haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşduqda, o, bildirdi ki, həmin narkotik vasitə psixotrop maddələri xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən konum üzrə tanımadığı İran İslam Respublikası vətəndaşından 90 (doxsan) manat pul müqabilində alıb üzərində saxlamışdır. Bundan sonra Şahid4 üzərindən aşkar olunmuş bükümlər, həblər, 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd elektron hər biri ayrı-ayrı zərflərə qoyularaq Azərbaycan Respublikasının DİN-nin 127 möhürü ilə möhürləyib qablaşdırıldı və bizim tərəfimizdən imzalandı. Bundan sonra çəkiliş dayandırıldı. Onlar Rəvan və Cahangiri sənədləşmə işləri aparılması üçün Sumqayıtyıt ŞPİ-nin 3-cü PB-nə dəvət etdik. Onlar heç bir etirazlarının olmadığını silər. Bundan sonra Onlar birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəldik. Polis mində xidməti otaqlardan birində baş əməliyyat müvəkkili, polis mayoru Fərid Əliyev videoçəkiliş aparmaq üçün özünə məxsus telefonu işə saldı. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığım və polis bölməsinə gətirildiyini bir daha izah etdi. Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X5, eləcə də hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olundu. O, vəkilə etiraz etmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə olan narkotik vasitə heroin, 02 ədəd mobil telefon və Həmidovun saxlanılması ilə bağlı videogörüntünün köçürüldüyü 01 ədəd flashkart təhqiqatçıya təqdim olundu. Bundan sonra Onlar özümüzü təqdim etdik. Sonra təhqiqatçı açaraq zərflərə baxış keçirdi. Təhqiqatçı zərfdə olan 01 ədəd bükümün nə vaxt və haradan nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində narkotk vasitə olan heroindir və həmin bükümü özü istifadə üçün tanışı Cahangirdən 10 manata almışdır. Bundan sonra həmin büküm və 02 ədəd mobil telefon təhqiqatçı tərəfindən yenidən qablaşdırıldı. Bundan sonra protokol ucadan oxundu, iştirakçılara ucadan oxundu, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etdilər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ********* nömrə ilə qeydə alınmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 17:22də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 59-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin 9-11-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 iştirakları ilə barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması həyata keçirilən şəxslər Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində üzərində gəzdirməsi və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq istifadə etmək məqsədi ilə əldə edib, daşıması Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı onlar 23 may 2025ci il tarixdə saat 17:21 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 15 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdırlar. Saxlanılan şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. Həmin şəxslər saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənlərində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxılanıldığı yerdə üstlərini yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxararaq təqdim edib, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində dostu kimi təqdim etdiyi Şahid4 kartına 10 manat pul göndərməklə aldığını, Cahangirlə istifadə etməsi üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli büküm açıldı. Bükümün daxilində narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi. Qeyd olunan büküm elektron tərəzi vasitəsilə çəkildikdə 0.27 qram olması müəyyən edildi. Bundan sonra həmin büküm və sonuncunun təqdim etdiyi 02 ədəd Tecno (üzərində mobil nömrə olmamış) və Samsung üzərində ********** və ********** saylı mobil nömrə olan) markalı mobil telefonlar hər biri ayrı-ayrı zərfə qoyulmaqla üzərinə 127 saylı möhür vurulub qabalaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılmaqla imzalar atıldıqdan sonra sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, o, özünün istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri 5-ci mikrorayonda dostu hazırda onunla birgə saxlnaılan Şahid4 10 manat pul qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirdi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq zah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd fleşkarta əlavə olundu. Cinayət işinin 32-33-cü vərəqələrində olan 23 may 2025-ci il tarixli “təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, yoxlama zamanı əynində olan açıq-göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək əməliyyat müvəkkiləri tərəfindən elektron tərəzidə çəkilmiş, daha sonra zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə tanışı X4 istifadə etmək üçün əldə etdiyini, kütlənin çet olmasını bildirmişdir. Üzərinə yoxlama davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Techno Spark” və 01 ədəd üzərində ***-***-**-** və ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı telefon aşkar olunaraq ağ rəngli zərfdə ayrı-ayrılıqda qablaşdırılmışdır, Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. Əməliyyat müvəkkili Fərid Əliyev tərəfindən təqdim olunan 01 (bir) ədəd zərfə tərəfimdən baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan ədəd zərfdə 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilərək 01 ədəd zərfə maqla yenidən qablaşdırılıb möhürləndi. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2025-ci il tarixdə Şahid4 10 manata əldə etdiyini, ağrıları olduğu üçün istifadə etdiyini, kütlənin narkotik vasitə olan heroin olmasını, hər hansı bir satış məqsədi olmadığını bildirmişdir. Sonuncu saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə Sumqayıt Şəhər Polis idarəsinin, 3-cü Polis əsinin əməliyyat müvəkkili. Polis kapitanı X12 tərəfindən videoçəkiliş aparıldı. Həmin videoçəkiliş saat “20:14”-dən “20:25”-dək davam etdi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol bu gün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən «Techno spark» markalı mobil telefon aparatı smartfon tipli, sensor ekranlı qara rəngli mobil telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ tərəfdə olan düyməni sıxmaqla işlək vəziyyətə gətirilmişdir. Daha sonra SMS-lər, kontaktlar, qaralama yazılar olan qovluqlar, eləcə də «whatsapp» tətbiqi açılmışdır. Qeyd edilən qovluqlara baxış keçirilmiş, lakin iş üçün əməhiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirilmiş və şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən «Samsung A23» markalı mobil telefon aparalı smart tipli. sensor ekranlı ağ rəngli mobil telefon aparatıdır. Telefonda olan məlumatlara baxmaq üçün əvvəlcə telefon sağ tərəfdə olan düyməni sıxmaqla işlək vəziyyətə gətirilmişdir. Daha sonra SMS-lər. kontaktlar, qaralama yazılar olan qovluqlar. eləcə də «whatsapp» tətbiqi açılmışdır. Qeyd edilən qovluqlara baxış keçirilmiş, lakin iş üçün əməhiyyət kəsb edən hər hansı bir sms, şəkil və ya iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Eyni zamanda telefonda «kontaktlar» qovluğuna da baxış keçirilmiş və şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsə qaytarılmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd flashkarta baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsim əks etdirən videogörüntülər olan bir ədəd flashkarta baxış keçirilərkən müəyyən olunmuşdur ki, 23 may 2025-ci il tarixdə saat 17:22 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs və Şahid4 polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid4 özlərini təqdim etmələrini bildirirlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid4 olduqlarını bildirirlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə elmə, saxlama və gəzdirməkdə. Şahid4 isə onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və salmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərlərinə baxış keçiriləcəyini izah edirlər. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa ləqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin bükümü tanışı Cahangirdən 10 inanala aldığını və özü istifadə elmək üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs ləqdim cidıvı 01 ədəd büküm elektron tərəzidə çəkilir və bükümün çəkisi 0.27 qram təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus 02 ədəd mobil telefon da ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Şahid4 üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsi bildirilir. Şahid4 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli polietilen qulunun içərisində saxladığı 15 (on beş) ədəd ağ rəngli kağız kəsiklərinə bükülmüş vəziyyətdə olan heroin bükümləri, 02 (iki) ədəd qızılı rəngli kağız bükümlərdə olan metamfetamini, 02 (iki) ədəd üstdə olan ümumilikdə 16 (on ahı) ədəd metadon həblərini və 01 (bir) ədəd narkotik vasitəni ölçmək üçün saxladığı Çin istehsalı olan elektron tərəzini, sağ yan cibindən isə üzərində ***-***-**-** saylı mobil nömrə olan ’’HUAWEİ” markalı mobil telefonu çıxardıb ləqdim edir. Bundan sonra əvvəlcə 15 (on beş) ədəd ağ rəngli kağız bükümlərdə olan narkotik vasıiə kütlələrim ayrı-ayrılıqda elektron lərəzıdə çəkilərək çəkiləri 0.10: 0.12: 0.10: 0.08: 0.13; 0.18; 0.10; 0.12: 0.1 1: 0.09: 0.07; 0.1; 0.07; 0.1 İ və 0,11 qram, birlikdə çəkdikdə, ümumi çəkisinin 1,42 qram, daha sonra 02 (iki) ədəd qızılı rəngli bükümlərdə olan psixolrop maddə kütlələrini əvvəllcə ayrı-ayrılıqda çəkdikdə çəkilərinin 0.11 və 0,12 qram, birlikdə çəkdikdə ümumi çəkisinin 0,20 qram olması müəyyən olunur. Bundan sonra Şahid4 üzərinə baxış keçirilsə də üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmur. Şahid4 həmin narkotik vasitə və psixolrop maddələri haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə eldiyini soruşduqda, o, bildirir ki, həmin narkotik vasitə və psixolrop maddələri xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən konum üzrə tanımadığı İran İslam Respublikası vətəndaşından 90 (doxsan) manal pul müqabilində alıb üzərində saxlamışdır. Bundan sonra Şahid4 üzərindən aşkar olunmuş bükümlər, həblər, 01 (bir) ədəd mobil telefon və 01 (bir) ədəd elektron tərəzi hər biri ayrı-ayrı zərflərə qoyularaq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləyib qablaşdırılır və imzalanır. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 97-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 23 may 2025-ci il tarixdə saat 17:22 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli məktəbin yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını və polis bölməsinə gətirildiyini bir daha izah etdi. Sonra Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun vəkili X5, eləcə də hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunur. O. vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümdə olan narkotik vasitə heroin. 02 ədəd mobil lelefon və Təqsirləndirilən şəxs un saxlanılması ilə bağlı videogörüntünün köçürüldüyü 01 ədəd flashkarl ləhqiqaiçıva ləqdim olunur. Bundan sonra polis əməkdaşları özlərini ləqdim edirlər. Sonra ləhqiqalçı zərlləri açaraq zərflərə baxış keçirir. Təhqiqatçı zəridə olan 01 ədəd bükümün nə olduğunu və haradan nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki. həmin bükümün içərisindəki narkotk vasitə olan heroindir və həmin bükümü özü istifadə etmək üçün tanışı Cahangirdən 10 manata almışdır. Bundan sonra həmin büküm və 02 ədəd mobil telefon təhqiqatçı tərəfindən yenidən qablaşdırılır. Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı kobudluq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 45-46-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi - 0,181 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 1 büküm narkotik vasitəheroinlə, Şahid4 aşkar olunmuş 15 büküm narkotik vasitə-heroinlər kimyəvi komponent tərkiblərinəgörə öz-aralarında eynilik təşkil edirlər. Qeyd: Heroinin təmiz çəkisi 0,181 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,141 qram. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,181 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0.141 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd flashkart və 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 124-136-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,181 qram narkotik vasitə olan heroin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd flashkart və 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut növü kimi tanınmağı nəzərə alınmışdır. Cinayət işinin 83-84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 89-95-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya şöbəsinin 3-16-21- 2/2-90702/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın xx.xx.2025-ci il tarixinə cəzasının 01 ay 17 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 il 04 ay 09 gün təşkil etmişdir. Həmçinin, məhkum xx.xx.2025-ci il tarixindən qeydiyyata alınmış, cəza müddətinin əvvəli həmin müddətdən hesablanmışdır. Cinayət işinin 124-cü vərəqəsində olan 150021 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş 19972, 7739, 4199 nömrəli Azərbacan Respublikasının Medalının Vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına” görə, “Şuşanın azad olunmasına” görə, “Xocavəndin azad olunmasına” görə medalları ilə dövlət təltifinə layiq görülmüşdür. Bundan başqa 28301 nömrəli Azərbacan Respublikasının Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmaqla “Füzulinin azad olunmasına” görə, “Şuşanın azad olunmasına” görə, “Xocavəndin azad olunmasına” görə, “Vətən müharibəsi iştirakçısı” medalları ilə dövlət təltiflərinə layiq görülməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-357/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4766 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,141 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk və 01 (bir) ədəd flashkart cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-357/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökmlə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-357/2025 saylı işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin, ümumilikdə 04 (dörd) günün 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-357/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmünə əsasən cəzanı icra edən orqanda qeydiyyata alındığı xx.xx.2025-ci il tarixindən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək Abşeron rayonu, Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,141 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və 01 (bir) ədəd flashkart cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-633/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-633/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver