Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-637/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, K’rimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-79/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ciil tarixli Amnistiya qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, 11 (on bir) ay 26 (iyirmi altı) gün cəza müddətini çəkib qurtardığından xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,571 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,331 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 26 may 2022-ci il tarixdə saat 22:20 dəqiqədə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metafetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, evli olmuşdur, həmin evlilikdən bir qız övladı dünyaya gəlmişdir. Hal-hazırda subay olmaqla anası ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 1, ev 1, mənzil 21 ünvanında yaşayır. İşsizdir. Bəzi müddətlərdə fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. xx.xx.2022-ci il tarixdə 22:00 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın yanında siqaret çəkərkən 6-7 nəfər polis əməkdaşları gələrək onu və Elvini tutaraq Sumqayıt ŞPİnə aparmışlar. İdarədə rəis polis əməkdaşlarına narkotik vasitəni onun cibinə qoymağı bildirmişdir. Onun üzərində narkotik vasitənin olmadığını, narkotik vasitəni onun cibinə Şərail adlı polis əməkdaşının qoyduğunu və o buna etiraz etdikdə isə evinə 01 (bir) kilo narkotik vasitə qoyacaqlarını demişlər. O evdə yaşlı anasının olduğuna görə məcbur olub videoçəkiliş aparılanda narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Ona görə də, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, evli olmuşdur, həmin evlilikdən bir qız övladı dünyaya gəlmişdir. Halhazırda subay olmaqla anası ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 1, ev 1, mənzil 21 ünvanında yaşayır. İşsizdir. Bəzi müddətlərdə fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 26 may 2022-ci il tarixdə saat 22:00 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhər ərazisində yerləşən köhnə kolxoz bazarının yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan bir şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə heroin və psixotrop maddə metafetamin satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 15 (on beş) manata 01 (bir) ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamin və 20 (iyirmi) manata 01 (bir) ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin alaraq əynindəki şalvarın sağ yan cibinə qoyub dərhal oradan uzaqlaşaraq əldə etdiyi narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən istifadə etməkdən ötrü bir neçə dəqiqə ərzində yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın yaxınlığına gəlmişdir. Həmin zaman binanın yaxınlığında piyada hərəkətdə olub nakorik vasitə və psixotrop maddədən istifadə etmək üçün sakit bir yer axdararkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demişlər. Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis İdarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, ilk əvvəl əynindəki şalvarın sağ yan cibindən 02 (bir) ədəd siqaret kağızı bükümləri təqdim edib, həmin bükümlərdən 01 (bir) ədədinin içində narkotik vasitə heroin, digər 01 (bir) ədədinin içində isə “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Aşkar olunaraq götürülmüş 02 (iki) ədəd siqaret kağızı bükümdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metafetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O. narkotik vasitələrin və pisoxotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki. icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 26 may 2022-ci il tarixdə, saat 22:20 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 02 (iki) ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içində heroin və “şüşə” olduğunu demiş, bükümlərin içinə baxıldıqda narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğu təhqiqatçı tərəfindən aşkar olunmuş və götürülmüşdür. Kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiklərinin hər birinin özünə məxsus olduğunu, 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə psixotrop maddə metafetamini həmin tarixdə saat 22:00 radələrində Sumqayıt şəhərində yerləşən kolxoz bazarının yaxınlığından tanımadığı şəxsdən aldığını, psixotrop maddə metafetamini 15 (on beş) manata, narkotik vasitə heroini isə 20 (iyirmi) manata aldığını, ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitətələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metafetamini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 22:20 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən 1 saylı binanın yaxınlığında piyada olarkən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan cibindən 02 (iki) ədəd siqaret kağızı bükümü, 01 (bir) ədəd 20 (iyirmi) manatlıq, 01 (bir) ədəd 10 (on) manatlıq, 03 (üç) ədəd 05 (beş) manatlıq əskinaslar olmaqla ümumilikdə 45 (qırx beş) manat pul, şalvarın sol yan cibindən isə 01 (bir) ədəd mobil telefon çıxardaraq təqdim etmiş, təqdim etdiyi bükümlərin içində heroin və “şüşə” olduğunu demiş, bükümlərin içinə baxıldıqda narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğu təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, kütlələrin bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin müəyyən edilmiş, belə ki, psixotrop maddə metafetaminin çəkisi 0,42 qram, narkotik vasitə heroinin çəkisi 0,76 qram olmuş, həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmış, təqdim etdiyi 45 (qırx beş) manat pulun tamamı Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 (bir) ədəd mobil telefon isə qablaşdırılaraq götürülmüş, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiklərinin hər birinin özünə məxsus olduğunu, 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə psixotrop maddə metafetamini həmin tarixdə saat 22:00 radələrində Sumqayıt şəhərində yerləşən kolxoz bazarının yaxınlığından tanımadığı şəxsdən aldığını, psixotrop maddə metafetamini 15 (on beş) manata, narkotik vasitə heroini isə 20 (iyirmi) manata aldığını, təqdim etdiyi mobil telefonun daxilində ***-***-**-** saylı nömrənin olduğunu, ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli 6/2986 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “S. Zamanovun üzərindən aşkar edilmiş ...” sözləri olan 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,571 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,331 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: heroinin təmiz çəkisi - 0,571 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,521 qram. Metamfetaminin təmiz çəkisi - 0,331 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,281 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 2872 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,571 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,521 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,331 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,281 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 698 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağı vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-79/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən, Sumqayıt şəhər Probasiya Şöbəsin xx.xx.2022-ci il tarixli məktubundan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 79/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ciil tarixli Amnistiya qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, 11 (on bir) ay 26 (iyirmi altı) gün cəza müddətini çəkib qurtardığından xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin ona təyin olunmuş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından residiv kimi qiymətləndirilmir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,571 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,521 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,331 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,281 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, məhəllə 1, ev 1, mənzil 21 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,521 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,281 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-637/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-637/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver