Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-637/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Siyəzən ray., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., D/Y, Y/M, ev 42A ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri, Yaşma Bağlan Y/M, fərdi yaşayış evinin qonaq otağına Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zaman sonuncunun başına, sifət nahiyyəsinə qəsdlə əli ilə və sağ bud nahiyyəsinə ayağı ilə vuraraq sonuncuya - “sağ budun orta 1/3-nin bayır səthinin geniş ölçülü qançırı, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid və belinin və burnun sol yan səthini əhatə edən qançırlar, üst dodağın sol hissəsinin selikli qişasının sağ hissəsinin qançırı, ənsə nahiyyəsinin sağ hissəsinin şişkinlik fonunda əziyi olmaqla sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi nikahla yaşadığı qadındır. Onlar 2018-ci il tarixdə ortaq tanışları vasitəsilə tanış olmuşlar. Həmin vaxtdan aralarında münasibət yaranmış və onun yaşadığı ailə problemlərindən sonra münasibətləri daha da istiləşmişdir. Əvvəlcə o, Gülbikə və üç övladı üçün Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsi ərazisində kirayə ev tutmuşdur. Bır müddət orada yaşamışlar. Qeyd edir ki, onun rəsmi nikahlı ailəsi var. Arada ona da nəzarət edir, qadın olduğu üçün, tək yaşadığı üçün ona qayğı göstərir. Daha sonra Gülbikə ona xəyanət etmiş, aralarında münasibətlər pisləşmişdir. O, yenə Gülbikənin tək olmağından, azyaşlı övladları olmağından narahat olub ona kömək edirmiş. 2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhər Yaşma Bağları Y/M-də ev kirayələmişdir. 2021-ci il tarixdən həmin evdə yaşamışlar, 2021- ci ilin oktyabr ayının 24-də Gülbikə ilə onların, Hökümə adlı qız övladları olmuşdur. O, hər gün orada olmasa da müəyyən vaxtlar baş çəkirmiş. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 22:10 radələrində o, Gülbikəyə baş çəkmək üçün getmişdir. Bıraz söhbət edib, danışıb gülmüşlər. O, saat 23:50 radələrində evdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə, saat 00:10 radələrində o, Gülbikəyə zəng etmiş, lakin telefonu məşğul getmişdir. Dəfələriə zəng etsə də və hələ də zəng çatmamış, o, da əvvəlki hərəkətlərindən biraz şübhələnmiş, ona görə də təkrar saat təxminən 00:20 radələrində həmin evə qayıtmışdır. Hasardan həyətə atlamış və pəncərədən qulaq asmışdır. Bu zaman Gülbikənin hansısa oğlanla danışdığını eşitmiş, həmin telefonda olan şəxs içki içdiyini, onun sağlığına vurduğunu demişdir. Hətta azyaşlı qızı ona zəng etmək üçün telefonu ondan istədikdə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Beləcə evin qapısı açıq olduğu üçün evə girmiş və Gülbikənin kimlə danışdığını öyrənmək istəmişdir. Gülbikədən mobil telefonu almış və “Ramil Əmi” adlı şəxslə danışdığını görmüşdür. Beləcə aramızda mübahisə düşmüş, münaqişə zəmnində o, əsəbiləşib Gülbikəni sağ əli ilə sifətindən başından bir neçə dəfə vurmuş, ona çirkin əməllər etdiyini demişdir. Azyaşlı övladlarından utanmasını bildirmiş, ona etdiyi yaxşılıqları unutduğunu bildirmişdir. Sonra da yanına təpiklə vurmuşdur. O, əsəbiləşdiyi üçün nə etdiyimi bilməmişdir. Hadisə vaxtı evdə Gülbikənin azyaşlı qızı Nəzrin Həşimzadə olmuşdur. Mən Nəzrini döyməmiş, əskinə ondan utanmasını bildirmişdir. Sonra da Zərərçəkmiş şəxs onun barəsində DİN-in 102 xidmətinə zəng etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, barəsində şikayət etdiyi şəxs, 4 ildir qeyrrəsmi münasibətdə olduğu X5r. Şamilə görə ailəsi dağılmış və 4 ildir qeyr-rəsmi münasibətdədirlər və həmin münasibətdən 2021-ci il təvəllüdlü qız övladları vardır. Ramin ilə əvvəllər münasibətləri normal olsa da sonradan münsobətləri pisləşmişdir. Övladları olduqdan sonra Ramil ona qarşı dəyişmiş və tez-tez aralarında mübahisələr baş verir, Şamil onu dəfələrlə döymüşdür. Lakin, o, Ramil barəsində şikayətçi olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində yaşadıqları evdə olan zaman Şamil yaşadıqları evə gəlmişdir. Həmin vaxt o, tanışı ilə telefonla danışırmış. Ramil evə daxil olduqdan sonra ünvanına nalayiq sözlər deyərək onu təhqir etməyə başlamış, əxlaqsız olduğunu bildiirmiş və üzərinə gələrək əli ilə başına, sifətinə, təpiklə isə yanına vuraraq onu döymüşdür. Nəticədə dodağı,qatlanmış və qanamış, başında və yanında küt ağrılar əmələ gəlmişdir. Azyaşlı qızı X1 ondan aralamışdır. Ramil qızının qolundan tutub kənara itələmişdir. O, bundan əsəbləşib Ramilin onu və qızını döyməsi barədə 102 xidmətinə şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X9 xx.xx.2023-cü il tarixli, 891 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ budun orat 1/3-nin bayır səthinin geniş ölçüsü, burun belinin və burnun sol yan səthini əhatə edən qançıları, sst dodağın sol hissəsinin şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 10.06.23cü il tarixdə əmələ gələ bilər, Sağ budun orat 1/3-nin bayır səthinin geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər yəni-burun belinin və burnun sol yan səthini əhatə edən qançıları, sst dodağın sol hissəsinin şişkinlik fonunda əziyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 17-20). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 29). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-637/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-637/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver